Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2842/2025 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əl Iskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2, məhkum olunmuş şəxs Məhkum və onun müdafiəçisi Həsənova Ilhamə Zakir qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından məhkum Məhkum müdafiəçisi İ.Z.Həsənova tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə (hakimlər Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən və məruzəçi), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibində) Məhkum, ## #### 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və özününidarətmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və əsas cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin zərər çəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs1 verdiyi 46.000 manat təşkil edən 27.059 ABŞ dolları əsas borc və 1.700 manat təşkil edən 1.000 ABŞ dolları faiz, cəmi 47.700 manat və 240 manat dövlət rüsumunun ödənilməsinə dair mülki iddiasının qismən təmin edilməsi, 46.000 manat təşkil edən 27.059 ABŞ dolları məbləğində pulun və 240 manat məbləğində dövlət rüsumunun, cəmi 46.240 manat pulun Məhkum zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi, zərər çəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs2 verdiyi 849,751,8 manat təşkil edən 499.854 ABŞ dolları məbləğində pulun ödənilməsinə dair mülki iddianın təmin edilməsi, 849,751,8 manat təşkil edən 499.854 ABŞ dolları məbləğində pulun Məhkum tutularaq zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi, X8 mülkiyyətində olan «Nissan Teana» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı və «Toyota Prado» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin ləğv edilməsi, Məhkum zərər çəkmiş şəxslərə vurduğu ziyanı könüllü ödəmək məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına 5.000 manat məbləğində pul vəsaitinin zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 arasında sonunculara vurulmuş ziyanın məbləğinə (miqdarına) ekvivalent (mütənasib) olaraq bölünməklə ziyanın ödənilməsinə yönəldilməsi qərara alınmış, zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 180.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddianı vermək hüququ izah edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək külli və xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, ## ###### 2015-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı idarəsində *********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 4 olan Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağa olunmayan bütün fəaliyyətlə məşğul olan “X1” MMC-nin həmin tarixdən təsisçisi və direktoru olmaqla öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin may ayında tanışı-Bakı şəhər sakini zərərçəkmiş şəxs2 rəhbəri olduğu Cəmiyyətin direktoru kimi guya Böyük Britaniya və Şimali Irlandiya Krallığının London şəhərində yerləşən “xxxx” şirkətinin rəhbər şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və həmin şəxslərin icazəsi ilə aralarında olan razılaşmaya əsasən müxtəlif ölkələrdə keçirilən “Formula-1 Qran Pri” yarışlarında “VIP” zonalara biletlərin alınıbsatılmasını həyata keçirdiyini və bununla yüksək gəlir əldə etdiyini yalandan bildirib, zərərçəkmiş şəxs2 aldatmaqla göstərilən fəaliyyətə sərmayə yatırımından sonra birlikdə daha yüksək məbləğdə gəlir əldə edəcəklərini yalandan vəd edib, həmin işə sərmayə qoymağa inandıraraq ona olan inam və etibarından istifadə edib həmin niyyətlə, 2018-ci ilin iyul ayından həmin ilin dekabr ayınadək zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında şəxsən və cinayətdən xəbərsiz sürücüsü şahid2 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 173.400 (bir yüz yetmiş üç min dörd yüz) manat təşkil edən 102.000 (bir yüz iki min) ABŞ dolları məbləğində pul vəsaitini alıb, özünə olan inamı artırmaq və qısa müddət sonra niyyətinin real icrasına başlayıb daha çox pul vəsaiti almaq məqsədilə həmin məbləği ona qaytarıb, bundan sonra ## ###### 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında ondan sürücüsü şahid2 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 (əlli bir min) manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları, ## ###### 2018-ci il tarixdə həmin ünvanda sürücüsü şahid2 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, ## ###### 2018-ci il tarixdə həmin ünvanda sürücüsü şahid2 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 8.500 (səkkiz min beş yüz) manat təşkil edən 5.000 (beş min) ABŞ dolları məbləğində pul vəsaitini alıb, inam saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə həmin gün qeyd edilən məbləği və qazanc adı ilə 500 (beş yüz) ABŞ dollarını ona qaytarmaqla, # ##### 2019-cu il tarixdə “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən rəhbəri olduğu Cəmiyyətin ofisində şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat təşkil edən 40.000 (qırx min) ABŞ dolları, 2019-cu ilin aprel ayında həmin ünvanda şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 25.500 (iyirmi beş min beş yüz) manat təşkil edən 15.000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaitini yenə ondan alıb inamını saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə aprel ayının sonunda əldə edilmiş qazanc adı ilə ona 8.200 (səkkiz min iki yüz) ABŞ dolları qaytarmaqla, 2019-cu ilin may ayında həmin ünvanda həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 (əlli bir min) manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları məbləğində pul vəsaitini alıb inamını saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə həmin ayın son günlərində əldə edilmiş qazanc adı ilə 4.836 (dörd min səkkiz yüz otuz altı) ABŞ dollarını ona qaytarmaqla, ## #### 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat təşkil edən 40.000 (qırx min) ABŞ dolları, 2019-cu ilin avqust ayında “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən rəhbəri olduğu Cəmiyyətin ofisində şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 (əlli bir min) manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları, 2019-cu ilin noyabr ayında həmin ünvanda dörd dəfəyə şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 108.800 (bir yüz səkkiz min səkkiz yüz) manat təşkil edən 64.000 (altmış dörd min) ABŞ dolları, # ###### 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında sürücüsü şahid2 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 20.400 (iyirmi min dörd yüz) manat təşkil edən 12.000 (on iki min) ABŞ dolları, # ###### 2019-cu il tarixdə “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən rəhbəri olduğu Cəmiyyətin ofisində şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 (əlli bir min) manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları, ## ###### 2019-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində zərərçəkmiş şəxs2 qohumu şahid7 istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxs vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 45.900 (qırx beş min doqquz yüz) manat təşkil edən 27.000 (iyirmi yeddi min) ABŞ dolları, həmin gün Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında sürücüsü şahid2 vasitəsi Ilə həmin dövrün rəsmi məzənnəsi ilə 18.853 (on səkkiz min səkkiz yüz əlli üç) manat təşkil edən 10.000 (on min) avro, ## ###### 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında sürücüsü şahid2 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat təşkil edən 40.000 (qırx min) ABŞ dolları, ## ###### 2019-cu il tarixdə həmin ünvanda sürücüsü şahid2 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi Ilə 13.600 (on üç min altı yüz) manat təşkil edən 8.000 (səkkiz min) ABŞ dolları məbləğində pul vəsaitini alıb, inamını saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə ## ###### 2019-cu il tarixdə 5.000 (beş min) ABŞ dollarını ona qaytarmaqla, ## ###### 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında sürücüsü şahid2 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 59.500 (əlli doqquz min beş yüz) manat təşkil edən 35.000 (otuz beş min) ABŞ dolları, ## ###### 2020-cI il tarixdə “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən rəhbəri olduğu Cəmiyyətin ofisində şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitini alıb, inamını saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə ## ###### 2020-ci il tarixdə həmin ay ərzində əldə edilmiş qazanc adı ilə 13.000 (on üç min) ABŞ dollarını ona qaytarmaqla, # ###### 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 85.000 (səksən beş min) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitini ondan alıb, inamını saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə # ###### 2020-ci il tarixdə əldə edilmiş qazanc adı ilə 43.000 (qırx üç min) ABŞ dollarını ona qaytarmaqla, ## ###### 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 9.010 (doqquz min on) manat təşkil edən 5.300 (beş min üç yüz) ABŞ dolları, ## ###### 2020-ci il tarixdə zərərçəkmiş şəxs2 tərəfindən Kanadanın Bramton şəhərində yerləşən “TD Service Fee” 17047155833 bank hesabından təqdim etdiyi Amerika Birləşmiş Ştatlarının San Fransisko şəhərində yerləşən “Wels Fargo” bankında olan ********** nömrəli bank hesabına həmin dövrün rəsmi məzənnəsi ilə 85.000 (səksən beş min) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsatinin köçürülməsinə və istintaq məlum olmayan cinayətdən xəbərsiz şəxs vasitəsi ilə Bakı şəhərində özünə təqdim edilməsinə nail olub, göstərilən qaydada cəmi 956.063 (doqquz yüz əlli altı min altmış üç) manat məbləğində pul vəsaitinin nağd və köçürmə qaydasında əldə etməklə şəxsi ehtiyaclarına sərf edərək, eyni niyyətlə, guya rəhbəri olduğu Cəmiyyətin guya rəsmi lisenziya əsasında dərman vasitələrinin alqı-satqısı ilə məşğul olmasını zərərçəkmiş şəxs2 yalandan bildirib, onu aldatmaqla göstərilən fəaliyyətə sərmayə yatırımından yüksək məbləğdə gəlir əldə edəcəklərini yalandan vəd edib, həmin işə sərmayə qoymağa inandıraraq ona olan inam və etibarından istifadə edərək 2020-ci ilin may ayında Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 40.800 (qırx min səkkiz yüz) manat təşkil edən 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində pul vəsaitini ondan alıb, özünə olan inamı saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə bir neçə gün sonra həmin məbləği ona qaytarıb, 2020-ci ilin may ayında Rusiya Federasiyasının Moskva şəhərində istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxs vasitəsi ilə zərərçəkmiş şəxs2 qohumları X24 həmin dövrün rəsmi məzənnəsi ilə 85.000 (səksən beş min) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları və şahid7 həmin dövrün rəsmi məzənnəsi ilə 71.400 (yetmiş bir min dörd yüz) manat təşkil edən 42.000 (qırx iki min) ABŞ dolları məbləğində pul vəsaitini alıb, eyni niyyətlə 2020-ci ilin iyul ayında Moskva şəhərində istintaqa məlum olmayan şəxs vasitəsi ilə ona 45.000 (qırx beş min) ABŞ dollarını qaytarmaqla, ümumilikdə qeyd edilən qaydada zərərçəkmiş şəxs2 məxsus cəmi 1.153.263 (bir milyon bir yüz əlli üç min iki yüz altmış üç) manat pul vəsaitini ondan alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs2 məxsus cəmi 1.153.263 (bir milyon bir yüz əlli üç min iki yüz altmış üç) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-Istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin noyabr ayında tanışı - Bakı şəhər sakini zərərçəkmiş şəxs4 rəhbəri olduğu Cəmiyyətin direktoru kimi guya Böyük Britaniya və Şimali Irlandiya Krallığının London şəhərində yerləşən “xxxx” şirkətinin rəhbər şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və həmin şəxslərin icazəsi ilə aralarında olan razılaşmaya əsasən müxtəlif ölkələrdə keçirilən “Formula-1 Qran Pri” yarışlarında “VIP” zonalara biletlərin alınıbsatılmasını həyata keçirdiyini və bununla yüksək gəlir əldə etdiyini yalandan bildirib, zərərçəkmiş şəxs4 aldatmaqla göstərilən fəaliyyətə sərmayə yatırımından sonra birlikdə daha yüksək məbləğdə gəlir əldə edəcəklərini yalandan vəd edib, həmin işə sərmayə qoymağa inandıraraq ona olan inam və etibarından istifadə edərək həmin niyyətlə 2018-ci ilin noyabr ayında ünvan 5 ünvanının qarşısında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 2019-cu ilin fevral ayında həmin ünvanda şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 (on yeddi min) manat təşkil edən 10.000 (on min) ABŞ dolları, 2019-cu ilin aprel ayında həmin ünvanda şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 23.800 (iyirmi üç min səkkiz yüz) manat təşkil edən 14.000 (on dörd min) ABŞ dolları, 2019-cu ilin iyul ayında həmin ünvanda şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 25.500 (iyirmi beş min beş yüz) manat təşkil edən 15.000 (on beş min) ABŞ dolları, 2020-ci ilin yanvar ayında həmin ünvanda şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 85.000 (səksən beş min) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları, 2020-ci ilin iyul ayında həmin ünvanda cinayətdən xəbərsiz sürücüsü şahid2 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 46.750 (qırx altı min yeddi yüz əlli) manat təşkil edən 27.500 (iyirmi yeddi min beş yüz) ABŞ dolları olmaqla, ümumilikdə qeyd olunan dövr ərzində cəmi 232.050 (iki yüz otuz iki min əlli) manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxs4 alıb həmin müddətdə özü barəsində formalaşdırdığı inamı saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə qazanc adı ilə hissə-hissə olmaqla şəxsən və sürücüsü şahid2 vasitəsi ilə ümumilikdə həmin dövrün rəsmi məzənnəsi ilə 28.050 manat (iyirmi səkkiz min əlli) manat təşkil edən 16.500 (on altı min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitini zərərçəkmiş şəxs4 qaytarmaqla, əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə zərərçəkmiş şəxs4 məxsus cəmi 232.050 (iki yüz otuz iki min əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakım ələ keçirmək məqsədilə 2019-cu ilin avqust ayında tanışı-Bakı şəhər sakini zərərçəkmiş şəxs3 rəhbəri olduğu Cəmiyyətin direktoru kimi guya Böyük Britaniya və Şimali Irlandiya Krallığının London şəhərində yerləşən “xxxx” şirkətinin rəhbər şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və həmin şəxslərin icazəsi ilə aralarında olan razılaşmaya əsasən müxtəlif ölkələrdə keçirilən “Formula-1 Qran Pri” yarışlarında “VIP” zonalara biletlərin alınıbsatılmasım həyata keçirdiyini və bununla yüksək gəlir əldə etdiyini yalandan bildirib, zərərçəkmiş şəxs3 aldatmaqla göstərilən fəaliyyətə sərmayə yatırımından sonra birlikdə daha yüksək məbləğdə gəlir əldə edəcəklərini vəd edib, həmin işə sərmayə qoymağa inandıraraq ona olan inam və etibarından istifadə edərək həmin niyyətlə, 2019-cu ilin avqust ayında zərərçəkmiş şəxs3 həmin dövrün rəsmi məzənnəsi ilə 38.064 (otuz səkkiz min altmış dörd) manat təşkil edən 20.000 (iyirmi min) avro məbləğində pul vəsaitini ünvan 2 ünvanının qarşısında alıb, özünə olan inamı artırmaq məqsədilə həmin məbləği qaytarıb inamını qazandırdıqdan sonra ## ###### 2020-ci il tarixdə ünvan 1 ünvanının qarşısında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 27.200 (iyirmi yeddi min iki yüz) manat təşkil edən 16.000 (on altı min) ABŞ dolları, ## ###### 2020-ci il tarixdə ünvan 3 ünvanında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 42.075 (qırx iki min yetmiş beş) manat təşkil edən 24.750 (iyirmi dörd min yeddi yüz əlli) ABŞ dolları və həmin dövrün rəsmi məzənnəsi ilə 59.499,16 manat (əlli doqquz min dörd yüz doxsan doqquz manat on altı qəpik) təşkil edən 32.200 (otuz iki min iki yüz) avro, # #### 2020-ci il tarixdə ünvan 1 ünvanının qarşısında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 32.300 (otuz iki min üç yüz) manat təşkil edən 19.000 (on doqquz min) ABŞ dolları olmaqla, qeyd olunan dövr ərzində cəmi 161.074,16 manat (bir yüz altmış bir min yetmiş dörd manat on altı qəpik) məbləğində pul vəsaitini ondan alıb şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, eyni niyyətlə, 2020-ci ilin avqust ayında zərərçəkmiş şəxs3 yaxın qohumunun guya “Covid-19” pandemiyasından əziyyət çəkməsi ilə əlaqədar onun Türkiyə Respublikasında müalicəyə aparılması və müayinəsi üçün 30.000 manat pul vəsaitinin lazım olduğunu yalandan bildirib qısa müddətə qaytaracağını yalandan vəd edərək bu adla ondan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən “Landmark” iş mərkəzinin qarşısında cinayətdən xəbərsiz sürücüsü şahid2 vasitəsi ilə 24.000 (iyirmi dörd min) manat və həmin dövrün rəsmi məzənnəsi ilə 2.028 manat təşkil edən 1.000 (bir min) avro məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə qeyd edilən qaydada öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs3 məxsus cəmi 187.102,16 manat (bir yüz səksən yeddi min bir yüz iki manat on altı qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin fevral ayında tanışı-Bakı şəhər sakini zərərçəkmiş şəxs1 sonuncunun qardaşı şahid5 və dostu şahid8 universitetdə oxumaq üçün Böyük Britaniya və Şimali Irlandiya Krallığının London şəhərində mənzil kirayələmək istədiklərini öyrənib, zərərçəkmiş şəxs1 uzun müddət London şəhərində yaşadığı üçün həmin şəhəri yaxşı tanıdığını və direktoru olduğu “X2” MMC-nin fəaliyyətinin xaricdə təhsil almaq istəyən şəxslərə köməklik etmək və digər tədbirlər təşkil etməkdən ibarət olduğunu bildirib sonuncunun inam və etibarını yalan vədlə qazanaraq zərərçəkmiş şəxs1 aldatmaqla London şəhəri, 45 Lanson Building ünvanında 30.000 (otuz min) ABŞ dolları məbləğinə 6 ay müddətinə mənzil kirayələyəcəyinə dair yalandan vəd edib razılığını almaqla, ona olan inam və etibarından istifadə edərək həmin niyyətlə, # ###### 2022-ci il tarixdə şəxsən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Nəsimi Rayon Polis Idarəsinin yaxınlığında həmin dövrün rəsmi məzənnəsi ilə 41.650 (qırx bir min altı yüz əlli) manat təşkil edən 24.500 (iyirmi dörd min beş yüz) ABŞ dolları, # ###### 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Metropark” Ticarət Mərkəzinin yaxınlığında sürücüsü şahid2 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 9.350 manat təşkil edən 5.500 (beş min beş yüz) ABŞ dolları olmaqla, ümumilikdə 51.000 (əlli bir min) manat məbləğində pul vəsaitini ondan alaraq şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs1 məxsus cəmi 51.000 (əlli bir min) manat pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmündən zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2, məhkum olunmuş şəxs Məhkum və onun müdafiəçiləri İ.Z.Həsənova və Abasov Əliovsəd Məzahir oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlun (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) ## ###### 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından məhkum Məhkum müdafiəçisi İ.Z.Həsənova kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə və * saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət və Cinayət-Prosessual Məcəllələrinin bir sıra maddələrinə, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarına, Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihama, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara, əsasən də Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrinə və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələrindən müdafiəçi İ.Z.Həsənova həmin şikayətini belə əsaslandırmışdır ki, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamın bütün epizodları üzrə onun zərər çəkmiş şəxslərlə arasında yaranmış münasibətlərin mülki xarakter daşıması müəyyən edilmiş, hüquqlarını müdafiə etdiyi şəxs özü də həmin şəxslərə borclu olmasını etiraf etmiş, lakin obyektiv səbəblərə görə həmin borclarını vaxtında qaytara bilməmişdir. Məhkum zərər çəkmiş şəxslərdən müxtəlif məbləğlərdə pullar alarkən həmin pulları ələ keçirmək niyyətində olmamış, bu pulları təyinatı üzrə xərcləmiş, həmçinin zərərçəkmiş şəxs2 da götürdüyü pulları “Formula-1” yarışlarına biletlərin alqı-satqısına sərf etmiş, əksər hallarda həmin pulları qazancı ilə birgə ona qaytarmış, hətta ona verdiyi pulları və həmin pulların dövriyyəsi ilə bağlı qazancı ödəyəcəyinə dair yazılı sənəd vermişdir. Əldə edilərək məhkəmələrə təqdim olunmuş bir çox sübutlarla təsdiq olunmuşdur ki, Məhkum həqiqətən “Formula-1” yarışlarına biletlərin alqı-satqısı ilə məşğul olaraq zərərçəkmiş şəxs2 qarşısında götürdüyü öhdəliyini yerinə yetirmək niyyətində olmuş və sonuncunun ona verdiyi pulları aldatma və ya etibardan sui-istifadə etmə, yəni dələduzluq yolu ilə ələ keçirmək məqsədi izləməmişdir. zərərçəkmiş şəxs2 isə Məhkum verdiyi pulların məbləğlərinə dair təqdim etdiyi hesabatda ziddiyyətlərə yol versə də, məhkəmələr tərəfindən bu ziddiyyətlər aradan qaldırılmamış, məhkum olunmuş şəxsə qarşı irəli sürülərək onun təqsirli bilindiyi ittiham isə yalnız zərərçəkmiş şəxs2 ifadələrinə əsaslanmış, məhkəmələr isə bu ifadələri digər sübutlarla qarşılıqlı şəkildə düzgün qiymətləndirməmişlər. Həmçinin iş üzrə toplanmış və araşdırılmış sübutlarla Məhkum digər zərər çəkmiş şəxslərə qarşı da dələduzluq cinayətini törətməsi öz təsdiqini tapmamış, bu epizodlar üzrə də sonuncu həmin şəxslərin qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmiş, lakin onlara borcu yarandığından əsassız olaraq zərər çəkmiş qismində tanınmış bu şəxslər ondan şikayət etmişlər. Müdafiəçi İ.Z.Həsənova kassasiya şikayətində həmçinin qeyd etmişdir ki, iş üzrə məhkəməyədək icraat mərhələsində Məhkum atası X8 məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək mülkiyyətində olan əmlakların üzərindən həbsin götürülməsini xahiş etmiş, bu şikayət Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə təmin edilmədiyindən məhkum tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi ilə baxılmış və apellyasiya şikayəti təmin edilmədiyindən hakimlə şikayətçi arasında qərəzli münasibətlər yaranmışdır. Müdafiəçinin qənaətinə görə, belə olan halda hakim H.Ç.Məmmədov hazırkı cinayət işinə mahiyyəti üzrə apellyasiya qaydasında baxa bilməzdi və o, CPM-in 109.1.6 və 109.1.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar olduğundan özü-özünə etiraz etməli idi. Lakin hakim H.Ç.Məmmədov Məhkum barəsindəki birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərinə baxmaqla CPM-in 416.1.17-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir ki, bu da həmin hakimin sədrliyi ilə qəbul edilmiş ## ###### 2024-cü il tarixli qərarın ləğv edilməsi üçün əsasdır. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi İ.Z.Həsənova onun həmin qərardan verdiyi kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs1 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq proses iştirakçılarının rəylərini dinləyib CPM- in 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs4, F.şahid6 və zərərçəkmiş şəxs1 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi İ.Z.Həsənovanın kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr iş üzrə toplanmış və araşdırılmış sübutları qanuna müvafiq qaydada tədqiq etməmiş, Məhkum əməllərində dələduzluq cinayətinin tərkibi olmadığı halda o, əsassız olaraq CM-in 178.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını ziddiyyətli, yəni yolverilməz sübutlar təşkil etmiş, həmçinin işə apellyasiya qaydasında özü-özünə etiraz etməli olan hakimin sədrliyi ilə baxılmışdır. Bununla da, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv olunmalı və hüquqlarının müdafiə edən şəxsə bəraət verilməsinə dair qərarın qəbul edilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.17-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.17-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda, habelə məhkəmə etirazlar və məhkəmə tərkibi barəsində bu Məcəllənin 107-109, 112-118, 308 və 309-cu maddələrinin tələblərini kobud surətdə pozduqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi İ.Z.Həsənovanın şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinin və ya təqsirsiz olmasının təsdiq edilməsi məqsədilə bu və ya digər sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının prinsipləri sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən isə məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə # #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ## ###### 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo Ispaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” # #### 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Göründüyü kimi, milli qanunvericiliyin normalarının və beynəlxalq müqavilələrin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlər, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı, bundan sonra isə əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilənlərdən çıxış edərək Məhkum ona qarşı irəli sürülmüş ittihamda və təqsirli bilinərək məhkum olunduğu, hökmün təsviri-əsaslandırıcı və hazırkı qərarın “Işin halları” hissələrində təsvir edilmiş cinayət əməllərini törətməsi barədə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə üzrə həmin məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarını yoxladıqda, məhkəmə kollegiyası onların yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə, xüsusilə də CPM-in 143-146cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmasını, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olmasını, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verməsini müəyyən edir və eyni zamanda vurğulayır ki, istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr iş üzrə müvafiq nəticəyə gələrkən, kassasiya şikayətinin dəlillərinin əksinə olaraq Məhkum hər hansı hüququnun pozulmasına yol verməmiş və ona həmin hüquqlarını tam şəkildə həyata keçirməsi üçün kifayət qədər imkanlar yaradılmış, ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin heç bir qanun pozuntusuna yol verilmədən əldə edilmiş mötəbər sübutların, eləcə də müdafiə tərəfinin məhkəmələrə təqdim etdiyi əlavə sübutların birinci və apellyasiya instansiya məhkəmələrinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv olaraq tədqiq edilməsi isə təmin olunmuşdur. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, cinayət təqibini aparan orqan və məhkəmələr Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini, yəni dörd epizod üzrə zərər çəkmiş şəxslərə xüsusilə külli və külli miqdarlarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi barədə nəticəyə gələrkən həm maddi hüquq normalarının tələblərini, həm də bu tələblərə uyğun olaraq formalaşmış məhkəmə təcrübəsini kifayət qədər nəzərə almış və əsaslı olaraq onun həmin əməllərinin mülki-hüquq xarakter daşıması kimi qiymətləndirməkdən imtina etmişlər. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquq xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektini və obyektiv cəhətini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün, yaxud da digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi. Talama cinayətlərindən sayılan dələduzluq CM-in 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmiş, belə əməllərin özgə əmlakını zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilməsinə görə isə cinayət məsuliyyəti CM- in 178.4-cü maddəsində nəzərdə tutulmuşdur. Şəxs zərər çəkmiş şəxslərin bir hissəsinə xeyli, digərlərinə isə - külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətdikdə isə, onun törətdiyi əməllər də yalnız CM-in 178.4-cü maddəsi ilə tövsif edilir. CM-in 178.1-ci maddəsinin dispozisiyasına və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə hallara görə aldadan, etibardan sui-istifadə edən, yəni dələduzluq cinayətinin törədilməsində ittiham olunan şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin, digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanunvericiliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CMin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquq xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2015-ci il tarixli Qərarında da çıxış etmişdir (Plenumun ## ##### 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliklərlə və əlavələrlə birlikdə). Həmin Qərarın 1-5-ci bəndlərində Plenum məhkəmələrə izah etmişdir ki, CM-in IX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bundan başqa, Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Ali Məhkəmənin Plenumu həmçinin qeyd etmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. «Azərbaycan Respublikasında Insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən, heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən ## ###### 1966-cı il tarixdə qəbul edilmiş “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 11-ci maddəsində və Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsində təsbit edilmişdir ki, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda adı çəkilən ## #### 2015-ci il tarixli Qərarının 27-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən ## ###### 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki-hüquq münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki-hüquq münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkəmə kollegiyası dələduzluq cinayətinə yuxarıda verilmiş təfsirdən, Ali Məhkəmənin Plenumunun izahlarından, habelə iş üzrə ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış, məhkəmə iclaslarında da əldə olunmuş və həmin iclaslarda tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlardan çıxış edərək hesab edir ki, Məhkum hazırkı iş üzrə zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs4, şahid6 və zərərçəkmiş şəxs1 qarşı məhz dələduzluq cinayətini törətməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Iş materiallarından göründüyü kimi, bu nəticənin arxasında Məhkum həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə iclaslarında verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, adları yuxarıda göstərilən zərər çəkmiş şəxslərin cinayət təqibinin bütün mərhələlərində verdikləri eyni məzmunlu ifadələri, şahidlərin ifadələri, telefon danışıqlarının və yazışmalarının, habelə bank əməliyyatlarının aparılması haqqında məlumatlar və iş materiallarına əlavə edilmiş sübut əhəmiyyətli sənədlər durur. Həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilmiş (buna məhkəmə kollegiyası hazırkı qərarda onların təkrarən təsvirinə ehtiyac görmür) bütün bu sübutların təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Məhkum zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs4, şahid6 və zərərçəkmiş şəxs1 müxtəlif məbləğlərdə pul vəsaitlərini heç də özünə aid olan biznes fəaliyyətini onlarla birlikdə həyata keçirmək, habelə onların xeyrinə hər hansı hərəkət etmək məqsədilə deyil, öz şəxsi maraqları naminə ələ keçirərək bu pulları uzun müddət ərzində qaytarmaqdan yayınmış, ələ keçirdiyi pullara isə özünün istədiyi kimi sərəncam vermiş, bununla da zərərçəkmiş şəxs2 xüsusilə külli miqdarda, digər zərər çəkmiş şəxslərin hər birisinə isə - ayrı-ayrılıqda külli miqdarlarda ziyan vurmuşdur. Müdafiəçi İ.Z.Həsənova kassasiya şikayətində bunun əksini, yəni Məhkum həqiqətən “Formula-1” yarışının keçirilməsi ilə bağlı biletlərin alqı-satqısı ilə məşğul olmasını, zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs4dən və şahid6 ittihamda göstərilən məbləğlərdə pulları həmin fəaliyyətlə birgə məşğul olub qazanc əldə edərək onlara da həmin qazancın bir hissəsini vermək adı ilə, zərərçəkmiş şəxs1 isə pulu sonuncunun London şəhərində oxuyan qardaşı şahid5 və onun dostu şahid8 orada yaşamaları üçün ev kirayələnməsi üçün almasını, sonradan isə öz vədlərinə əməl etməsini iddia etsə də, bu halları əsaslı şəkildə təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim etməmiş, müdafiəçinin təqdim etdiyi sübutlarla isə - onun iddiaları heç də təsdiq olunmamışdır. Halbuki, CPM-in 139.0.6-cı maddəsinin tələblərinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxaraq sübutları tədqiq edən məhkəmələr düzgün olaraq belə qənaətə gəlmişlər ki, Məhkum bütün fəaliyyəti dələduzluq cinayətinin obyektiv cəhətini təşkil edən əməllərdən ibarət olmuş, bu əməlləri törətməzdən əvvəl isə sonuncu zərər çəkmiş şəxslərin müxtəlif məbləğlərdə pulda ifadə olunan əmlaklarını ələ keçirmək niyyəti izləmişdir. Kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi Məhkum zərər çəkmiş şəxsləri aldatmaması, aralarında olan qarşılıqlı münasibətlərin mülki qanunvericiliklə tənzimlənməli olması, məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etməsi iddia olunsa da, cinayət işinin materiallarından göründüyü kimi, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr istər zərər çəkmiş şəxslərin və şahidlərin dindirilmələri, istərsə də digər sübutların toplanması və araşdırılması zamanı CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verməmiş və bu sübutların yolverilməzliyini, digər tərəfdən isə zərər çəkmişlərin və şahidlərin ifadələrinin qərəzli və böhtan xarakterli olmasını təsdiq edən hallar cinayət təqibinin bütün mərhələlərində müəyyən edilməmişdir. Iş materiallarından görünür ki, istər Məhkum özü, istərsə də onun müdafiəçisi İ.Z.Həsənova, habelə məhkum olunmuş şəxsin digər müdafiəçiləri nə ibtidai araşdırma zamanı, nə də ki məhkəmə iclaslarında hər hansı sübutun yolverilməzliyini təsdiq edən heç bir tutarlı dəlil irəli sürməmiş və onların (xüsusilə də zərər çəkmiş şəxslərin ifadələrinin) sübutlar siyahısından çıxarılması haqda təşəbbüslə çıxış etməmiş, həm onun, həm də müdafiəçisinin iddiaları isə yalnız ehtimallar üzərində qurulmuşdur. Halbuki, CPM-in 125.2.1-125.2.10-cu maddələrinə əsasən yalnız aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 125.8-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün təsvir edilənlər Məhkum qulluq mövqeyindən istifadə etməklə və təkrarən zərər çəkmiş şəxslərə məxsus pul vəsaitlərini məhz onları aldatmaqla və etibarlarından sui-istifadə etməklə ələ keçirməsinə, yəni zərərçəkmiş şəxs2 xüsusilə külli miqdarda, zərərçəkmiş şəxs4, F.şahid6 və zərərçəkmiş şəxs1 isə, hər birisinə külli miqdarlarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsaslar yaradır. Belə olan halda məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Məhkum törətdiyi cinayət əməlləri CM-in 178.4-cü maddəsi ilə düzgün tövsif edildiyindən məhkəmələr də ibtidai araşdırma orqanı kimi, onun əməllərinə maddi hüquq normasının tətbiqində, yəni onun əməllərinin hüquqi tövsifində səhvə yol verməmiş, sonuncu onun təqsirli bilindiyi ittihamın bütün epizodları üzrə qanuni və əsaslı olaraq bu cinayət əməllərini törətdiyinə görə təqsirli bilinərək məhkum edilmiş və ittihamın hər hansı epizodu üzrə onun törətdiyi əməllərin mülkihüquq münasibətlərdən irəli gələn və mülki mühakimə icraatı qaydasında mübahisələndirilə bilən əməllər kimi qiymətləndirilməsi, eləcə də törətdiyi əməllərin başqa cür tövsif edilməsi üçün heç bir əsas yoxdur. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təhlil edilən məsələlərlə bağlı müdafiəçi İ.Z.Həsənovanın dəlillərini qəbuledilməz sayaraq hesab edir ki, baxılan işdə CPMin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyil. Apellyasiya icraatı zamanı işə özü-özünə etiraz etməli olan hakim tərəfindən baxılması, bununla da həmin məhkəmənin CPM-in 416.1.17-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsi barədə müdafiəçi İ.Z.Həsənovanın kassasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, müdafiəçi öz dəlilini belə əsaslandırmışdır ki, məhkəməyədək icraat zamanı hazırkı iş üzrə birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərinə baxılması üzrə məhkəmə iclasında sədrlik edən və məruzəçi qismində iştirak etmiş apellyasiya instansiyası məhkəməsinin hakimi H.Ç.Məmmədov məhkəməyədək icraat zamanı hazırkı iş üzrə məhkum olunmuş şəxsin atası X8 ona məxsus bir sıra əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi barədə şikayətlə Binəqədi Rayon Məhkəməsinə şikayət etmiş, onun həmin şikayəti məhkəmə tərəfindən təmin edilmədiyindən sonuncu qəbul edilmiş müvafiq qərardan apellyasiya şikayəti vermiş, bu apellyasiya şikayətinə isə Bakı Apellyasiya Məhkəməsinin adı çəkilən hakimin sədrliyi ilə baxılaraq şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilmişdir (qərarın tarixi və nömrəsi kassasiya şikayətində göstərilməmiş və həmin qərar cinayət işinin materiallarında da aşkar olunmamışdır). Kassasiya şikayətinin müəllifi bu hallara istinad edib X8in sonradan hakimin qərarından narazı qalaraq bununla bağlı müxtəlif dövlət orqanlarına şikayət edərək bu şikayətlərdə sonuncunun qərəzli olmasını göstərməsinə görə hakimlə şikayətçi arasında qərəzli münasibətlərin yaranmasını vurğulamış, buna görə özü-özünə etiraz etməli olan həmin hakimin cinayət işinə mahiyyəti üzrə baxmaqla CPM-in 109.1.6 və 109.1.8-ci maddələrinin tələblərinin pozulmasına yol verilməsini iddia etmişdir. Təhlil edilən məsələ ilə bağlı müdafiəçi İ.Z.Həsənovanın dəlilinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanunvericiliyin aşağıdakı tələblərinə görə, hər hansı hakimin məhkəməyədək icraat zamanı hər hansı iş üzrə istənilən məsələyə məhkəmə nəzarəti qaydasında baxması halı onun sonradan cinayət işinə birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində həmin işə baxılmasında hakim qismində iştirak etməsini istisna etmir. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, cinayət prosesi iştirakçısının və ya onun yaxın qohumlarının hər hansı hakimin qəbul etdiyi qərarından və ya hərəkətindən narazı qalaraq bunlardan istər yuxarı məhkəmələrə, istərsə də dövlət orqanlarına şikayət etməsi heç də işə mahiyyəti üzrə baxan həmin hakimin cinayət təqibində maraqlı olması barədə fikir yürütməyə əsas vermir və belə halın olması iddia olunduqda mübahisə edən tərəf bu haqda mötəbər sübutlara istinad etməklə onları məhkəmələrə təqdim etməlidir. Müdafiəçi İ.Z.Həsənovanın kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi H.Ç.Məmmədovun apellyasiya icraatı zamanı işin nəticələrində maraqlı olmasını və buna görə də onun özüözünə etiraz etməli olduğunu iddia etsə də, öz şikayətində bununla bağlı hər hansı sübuta əsaslanmamış və bu halı təsdiq edən müvafiq sübutları kassasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası prosessual qanunvericiliyin aşağıdakı tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hakimi H.Ç.Məmmədovun özü-özünə etiraz etməsi üçün iş materialları ilə heç bir hal müəyyən edilmədiyindən həmin hakimin sədrliyi və məruzəsi ilə işə apellyasiya qaydasında baxılması zamanı məhkəmə tərəfindən CPM-in 416.1.17-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməmişdir. Belə ki, kassasiya şikayətində də istinad olunan CPM-in 107.2-ci maddəsinə əsasən, hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112—118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər . CPM-in 109.1.6, 109.1.8 və 109.2-ci maddələrinin tələblərinə görə, hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir) və onun cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər və belə hallarda hakim özüözünə də etiraz etməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, məhkum olunmuş şəxsin və onun müdafiəçilərinin məhkəmə iclaslarında qaldırdıqları vəsatətlər üzrə məhkəmələr bu vəsatətlərin təmin edilməsi əsaslandırılmış qərarlar qəbul etmiş, həmin vəsatətlərə əsasən də lazımi araşdırma aparmış, bu zaman da qanunvericiliyin hər hansı tələblərinin pozulmasına yol verməmiş, Məhkum barəsində onun təqsirli bilindiyi və sanksiyasında on ildən on dördə ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş CM-in 178.4-cü maddəsi ilə cəza tədbiri seçilməsi məsələsini həll edərkən isə (bu məsələ kassasiya şikayətində mübahisələndirilməmişdir) onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən halları, o cümlədən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar – sonuncunun himayəsində iki azyaşlı uşaqlarının olması və zərər çəkmiş şəxslərə vurduğu ziyanı qismən ödəməsi (CM-in 59.1.4 və 59.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar), əvvəllər məhkum olunmamasını, iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzər almış və bu zaman CM-in 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə əməl etmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə bir daha təhlil edib apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya verilməməsini qeyd edərək və kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum və onun müdafiəçisi İ.Z.Həsənovanın, kassasiya şikayətinin təmin edilib-edilməməsi ilə bağlı məsələnin məhkəmənin mülahizəsinə buraxılmasına dair zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməklə Məhkum CM-in 178.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı bu şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi İ.Z.Həsənovanın kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2842/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2842/2025
09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver