Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-285/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Məhkum müdafiəçisi, Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili Yusifov Ceyhun Salman oğlunun iştirakları ilə xx xxxxx 1986-cı ildə Qazax rayonu Kolayır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.4 və 127.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən: S.Ə.Əzizov, hakimlər: Z.B.Qasımovvə E.İ.Rüstəmov) Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 127.2.3-cü m addəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), Ə.G.Abdullayev və E.İ.Xasməmmədov) verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxxxxxx 2017-ci il tarixdə saat 05 radələrində Ağstafa rayonu Kolayır kəndində qonşusu X7 məxsus fərdi yaşayış evinin həyətinə daxil olaraq səs-küy salmış, həmin vaxt səs-küyə evdən həyətə çıxan Xin anası X1 heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə əli ilə qəsdən burun və qol nahiyələrinə vuraraq ona burun sümüyünün açıq sınığı, mil sümüyünün distal epifizinin yerdəyişməz sınığı ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmuş, bundan sonra həmin yerdə olan Xin arvadı Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə əli ilə qəsdən vuraraq ona burun və sağ çənə nahiyəsinin əziyi, sağ çənənin yerdəyişmiş sınığı ilə müşayiət edilən insan həyatı üçün təhlükəli olmayan, sağlamlığın uzun müddətə pozulmasına s əbəb olan qəsdən az ağır zərərvurmaya aid xəsarətlər yetirərək hadisə yerindən getmiş, təxminən 45 dəqiqə sonra yenidən qonşusu X7 məxsus fərdi yaşayış evinin həyətinə qayıdaraq evdən çıxıb həyətdə olan ayaqyoluna (sanitar qovşağa) getmək istəyən Zərərçəkmiş şəxs1 yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi, istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona döş qəfəsinin ön səthində boşluğa nüfuz edən kəsilmiş-deşilmiş, sol saidin, sağ bazunun və boynun arxa səthinin kəsilmiş yaraları ilə müşayiət edilən, yetirildiyi anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kass asiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum əməlinin CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və CM-nin 62-ci maddəsi tətbiq olunmaqla Məhkum CM-nin 126.1 və 127.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki,xx xxxxxxxx 2017-ci il tarixdə X2 evində spirtli içkilər qəbul etdikdən sonra baş ağrıları üçün dərman qəbul etmişdir. İstifadə etdiyi spirtli içki və dərman vasitələri ona pis təsir etmiş və o,səbəbsiz yerə aqressivləşmişdir.Bu səbəbdən də özünü idarə edə bilməyəcəyini fikirləşib evinin ikinci mərtəbəsi nə çıxıb yatmışdır. xx xxxxxxxx 2017-ci il tarixdə saat 04 radələrində yuxudan qalxmış və evdən çıxmışdır. Özünə gəldikdə isə Xin həyətində əlində bıçaq olduğunu görmüşdür. Sonra isə qorxub hadisə yerindən qaçmışdır. Müdafiəçi hesab edir ki, aşağı instansiya məhkəmələri iş üzrə əhəmiyyətli faktlara düzgün hüquqi qiymət verməmişdir. Məhkum əməllərində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin əlamətləri yoxdur və həmin epizod üzrə onun əməli CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Müdafiəçinin fikrincə, məhkəmələr cəza təyini zamanı da yüngülləşdirici halları qeyd etsələr də, nəzərə almamış və Məhkum ağır cəza təyin etmişlər. Müdafiəçi hesab edir ki, Məhkum ilk dəfə cinayət törətməsi, zərərçəkmiş şəxslərlə barışması, yaşayış yeri üzrə müsbət xarakterizə o lunması, himayəsində 2 azyaşlı uşağının olması müstəsna hal kimi qiymətləndirilməklə ona CM-nin 62-ci maddəsi tətbiq olunmaqla, CM-nin 126.1 və 127.2.3cü maddələrinin sanksiyalarında nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsinə imkan verir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi C.Yusifovun, kassasiya şikayətnin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansi yası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkumun özünün etirafedici ifadələrinə, zərərçəkmiş şəxslərin ifadələrinə, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun əməlinin əsassız olaraq CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi və məhkuma təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu is ə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həmdə apelyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Az ərbaycan Respublikası CM-nin 126.2.4 və 127.2.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, o nun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İşdə olan məhkəmə-tibb ekspertizasının 391 nömrəli, xx.xx.2017-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin ön səthində boşluğa nüfuz edən kəsilmişdeşilmiş, sol said in, sağ bazunun və boynun arxa səthinin kəsilmiş yaraları kəsici əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2017-ci il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Qeyd olunan maddənin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur:
1. Həyat üçün təhlükəli olan zərər;
2. Həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. CPM-nin 140-cı maddəsinə əsasən sağlamlığa vurulmuş zərərin ağırlıq dərəcəsi yalnız məhkəmə-tibb ekspertizasının rəyi əsası nda müəyyən edilə bilər. Sağlamlığa vurulan ağır zərərə aid xəsarətlərin növləri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli 269 nömrəli Siyahısının 1-ci bəndində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin obyekti qəsdən sağlamlığa ağır zərər vurmanı ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədilmədə ehtiva edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli, 03 nömrəli qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etina sızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli, 01 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş ş əxsin əməli müvafiq olaraq CM-in 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun zərərçəkmiş şəxslərə qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır və az ağır zərər vurması cinayət işinin materialları ilə də tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından da göründüyü kimi, Məhkum heç bir səbəb olmadan qonşusu X7 məxsus fərdi yaşayış evinin həyətinə daxil olaraq səs-küy salmış, həmin vaxt səs-küyə evdən həyətə çıxan Xin anası X2 heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə əli ilə qəsdən həyat üçün təhlükəli olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmuş, bundan sonra həmin yerdə olan Xin arvadı Zərərçəkmiş şəxs2 qəsdən vuraraq ona insan həyatı üçün təhlükəli olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən az ağır zərərvurmaya aid xəsarətlər yetirərək hadisə yerindən getmiş, təxminən 4-5 dəqiqə sonra yenidən qonşusu X7 məxsus fərdi yaşayış evinin həyətinə qayıdaraq evdən çıxıb həyətdə olan ayaqyoluna (sanitar qovşağa) getmək istəyən Zərərçəkmiş şəxs1 yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq yetirildiyi anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinə tam uyğundur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələlərdən biri də məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ni, adı çəkilən məhkumun şəxsiyyətini, törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə qohum olmaqla onlarla razılıq əldə edərək barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi, cinayətlərin təkrar törədilməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə almış və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən CMnin 126.2.4 və 127.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslartapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi P lenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəs inə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret hald a fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, G əncə Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin xx xxx 2018-ciil tarixli qərarı dəyişdirilmədən saxlanılsın.