Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-285/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu, Məhkum1 müdafiəçisi X13 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmünə əsasən Məhkum1 A zərbaycan Respublikası CM-nin 29, 120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.3, 228.4-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: E.İ.Y Y (sədrlik edən), S.Ə.Əzizov və F.N.Mahmudovdan ibarət tərkibdə) xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxxx 1998-ci il ildə RF-nın Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri qeydiyyatda olan Məhkum1, Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinib 11 il 3 ay, 221.3-cü maddəsi ilə 2 il 6 ay və 228.4-cü maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq üzərində qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmçinin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması. xx xxxxxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri qeydiyyatda olan Məhkum2 Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4-cü maddələri ilə təqsirli bilinib 6 il 6 ay, 221.3-cü maddəs i ilə 2 il və 228.4-cü maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq üzərində qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmçinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X3 CM-nin 221.3-cü, X9 CM-nin 221.2.1-ci və X17 CM-nin 221.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 1(088)-212/2018 saylı hökmü Məhkum1 və Məhkum2 aid hissə də ləğv edilmiş, həmin təqsirləndirilən şəxslərə münasibətdə yeni hökm çıxarılmış, Məhkum1 Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinib 11 il 3 ay, CM-nin 221.3-cü maddəsi ilə 2 il 6 ay və CM-nin 228.4-cü maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanılaraq Məhkum1 qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri cəza icraya yönəldilənədək qüvvəsində saxlanılması, Məhkum2 Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinib 11 il 3 ay, CM-nin 221.3-cü maddəsi ilə 2 il 6 ay və CM-nin 228.4-cü maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanılaraq Məhkum2 qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri cəza icraya yönəldilənədək qüvvəsində saxlanılması hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), X25 və X6 ibarət tərkibdə) xx xxxxxxx 2019cu il tarixli qərarı ilə Məhkum2 müdafiəçisi X10 və M əhkum1 müdafiəçisi X11 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək Məhkum2 və Məhkum1 barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ləğv edilmiş və iş yeni apelyasiya baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: X18 (sədrlik edən və məruzəçi), X4 və X19 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum1 xx xxxxxx 2018-ci il tarixdə saat 23 radələrində əmisi oğlu Məhkum2 və tanışları X14, X3 və X17 ilə birlikd ə əylənmək məqsədilə Gəncə şəhəri Nizami küçəsi-579 ünvanında yerləşən “OOO” gecə klubuna gedərək orada istirahət edən zaman bir qədər sonra bayıra çıxan Məhkum2 müştəri kimi gecə klubuna gəlmiş Şəmkir rayon sakinləri X29, X26, X27, X7, X30 və X31 ilə mübahisə edib onu və onunla birlikdə kluba gəlmiş digər tanışları-X9, X17 və X3 ilə birlikdə klubdan bayıra çıxardıqda o, məsələnin mahiyyətini və səbəbini araşdırmadan mübahisəyə qoşulmuş, Məhkum2 və tanışları ilə birlikdə bir qrup şəxs halında ictimai yerdə, ətrafda onların qanunazidd hərəkətlərini müşahidə edən çoxsaylı insanların olmasına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri son halda tərəflər arasında əlbəyxananın baş verməsinə gətirib çıxarmış, əlbəyaxa zamanı ona fiziki dəstək üçün orada olan qrupun üzvlərindən F F F əlindəki taxta parçasından silah qismində istifadə edərək Y Y Yun baş nahiyəsindən vurub ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ göz nahiyəsində hematoma və qansızma kimi xəsarətlər yetirmiş, qrupun digər üzvləri- U U Uov təpiyi ilə K K Kovun sağ ayağından iki dəfə vuraraq ona fiziki ağrı yetirmiş, Z Z Zlov isə təpiklə P P Povun sağ ayağından vuraraq ona fiziki ağrı yetirdikdən sonra o, özünün digərlərindən daha hünərli olduğunu nümayiş etdirmək üçün qrupun digər üzvlərinin ümumi niyyətindən kənara çıxaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Y Y Yu qəsdən öldürmək məqsədil ə 2011-ci ildə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış tiyəsinin uzunluğu 115 mm, dəstəyinin uzunluğu 143 mm, ümumi uzunluğu 258 mm olan soyuq silah hesab edilən ümumi təyinatlı kəsici-deşici xassəyə malik qatlanan tipli bıçaq çıxarıb silah qismində istifadə etməklə sonuncunun üzərinə hücum edərək ona ardıcıl olaraq bıçaq zərbələri vurmağa başlamış, həmin zərbələrdən biri Y Y Ya qarın nahiyyəsinin ön səthindən daxilə keçib nazik bağırsağı zədələdiyi üçün həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bir ədəd xəsarət, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən qarının ön hissəsindən bir, təpə nahiyyəsindən bir, döş qəfəsinin ön hissəsindən iki daxilə keçməyən deşilmiş-kəsilmiş üm umilikdə 5 ədəd yara xəsarətləri yetirmiş, ardıcıl endirilmiş digər zərbələri isə sonuncunun müqaviməti nəticəsində dəf edildiyindən yalnız O.Y Yun üst geyim paltarını zədələməklə boşa çıxmış, onu qəsdən öldürmək üçün həmlələr etsə də, həmin vaxt orada olan Y F Fun ictimai borcunu yerinə yetirərək növbəti zərbələrinin qarşısını almaq üçün araya keçdiyindən O.Y Ya əlavə zərbələr vurmaq imkanından məhrum olaraq bilavasitə öz iradəsindən asılı olmayan həmin səbəblərdən məqsədinə nail ola bilməyib daha da hiddətlənərək Y Y Yu öldürmək məqsədini həyata keçirməkdə ona mane olan Y F Fu da qəsdən öldürmək məqsədilə onun üstünə atılmış, sonuncu xilas olmaq üçün qaçmasına baxmayaraq arxadan çataraq ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qə fəsinin arxa səthinin daxilə keçməyən deşilmiş-kəsilmiş bir ədəd bıçaq yarası xəsarətini yetirmiş, O.F F qaçıb getdiyi üçün əlavə zərbələr endirə bilməmiş, bununla da Məhkum1 bilavasitə öz iradəsindən asılı olmayan həmin səbəblərdən məqsədinə nail ola bilməyərək bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, habelə Q Q Q, Y H H, Y Y Y və ictimai borcunu yerinə yetirən Y F Fu xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkum2 xx xxxxxx 2018-ci il tarixdə saat 23 radələrində əmisi oğlu Məhkum1, tanışları X9, X3 və X17 ilə birlikdə əylənmək məqsədilə ünvan 2 ünvanında yerləşən “OOO” adlı gecə klubuna gedərək orada istirahət edən zaman müştəri kimi gecə klubuna gəlmiş Şəmkir rayon sakinləri X29, X26, X27, X7, X30 v ə X15 yalnız üzərləri yoxlanıldıqdan sonra içəri daxil ola biləcəklərinin mümkün ola biləcəyi barədə gecə klubunun mühafizəçiləri ilə Şəmkir rayonundan olan Q Q Q arasında yaranmış mübahisə zamanı həmin söhbətə müdaxilə edib Q Q Qa kəskin formada və yüksək səs tonu ilə “Niyə mühafizəçinin qanuni tələbinə riayət etmirsiniz? O, da sizin kimi cavan oğlandır, günü 10 manata işləyib ailəsini dolandırır” deyə söyləyib iradını bildirməsi səbəbindən sonuncu ilə arasında sözlü mübahisə yaranmış, onların biri-birilərinin ünvanına qarşı hədə məzmunlu sözlər işlətmələri və hərəkətlər etmələri sonda vəziyyətin daha da gərginləşməsinə və aralarında əlbəyaxa davanın baş verməsinə səbəb olmuşdur. R.Q Qun yanında olan tanışı Y Y Yun onun üzərinə hücum çəkib vuracağını zənn edib bunun qarşısını almaq və onu qabaqlamaq üçün öz üstünlüyünü fiziki güc tətbiq etməklə göstərmək qərarına gəlib ictimai yer olmaqla ətrafda çoxsaylı müştərilərin, həmçinin, klubun işçilərinin olmasına və onun qanuna zidd hərəkətlərini müşahidə etmələrinə məhəl qoymayaraq, insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri edərək klubun iş fəaliyyətini uzun müddət pozub heç bir əsaslı səbəb olmadan yumruğu ilə sonuncunun sifət nahiyəsinə zərbə endirib fiziki ağrı yetirdikdən sonra bununla kifayətlənməyib özünün müstəsna şəxsiyyət və digər şəxs lərdən üstün olduğunu bir daha göstərmək üçün klubun içərinə keçib əmisi oğlu Məhkum1 və onunla birlikdə kluba gəlmiş digər tanışları-X9, X3 və X1 çağırmış, onlarla birlikdə bir qrup şəxs halında ictimai yerdə, ətrafda onların qanuna zidd hərəkətlərini müşahidə edən çoxsaylı insanların olmasına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək sonda tərəflər arasında əlbəyaxanın baş verməsinə səbəb olmuş, əlbəyaxa zamanı ona fiziki dəstək üçün orada olan qrupun üzvlərindən F F F əlindəki taxta parçasından silah qismində istifadə etməklə Y Y Yun baş nahiyəsindən vuraraq ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yün gül zərər vurmaya aid edilən sağ göz nahiyəsində hematoma və qansızma kimi xəsarətlər yetirmiş, qrupun digər üzvü U U Uov təpiyi ilə K K Kovun sağ ayayğından iki dəfə vuraraq ona fiziki ağrı yetirmiş, qrupun digər üzvü Z Z Zılov isə təpiklə P P Povun sağ ayayğından vuraraq ona fiziki ağrı yetirdikdən sonra başlanmış əlbəyaxa dava zamanı özünün digərlərindən daha hünərli olduğunu nümayiş etdirmək üçün Q Q Qun mübahisənin başlanğıcında etdiyi təhqiredici hərəkətləri özünü şəxsiyyətinin aşağılanması kimi qiymətləndirib bunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan üzərinə hücum çəkib ona xuliqanlıq niyyətilə 2010-cu ildə istintaqa məlum olmayan mənbədən tapıb daima qanunsuz olaraq üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış tiyəsinin uzunluğu 217 mm olan soyuq silah hesab edilən ümumi t əyinatlı kəsici-deşici xassəyə malik qatlanan tipli bıçaqdan silah qismində istifadə edərək eyni məzmunlu xuliqanlıq hərəkətlərini davam etdirib onu vurmağa həmlələr etmiş, həmin vaxt ictami borcunu yerinə yetirən Y H H üzərinə gəldiyindən xuliqanlıq niyyəti ilə onun qarın nahiyyəsindən bıçaqla bir dəfə qəsdən vurub ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən qarının ön divarının sol qalça nahiyəsinin daxilə nüfuz edən böyük piyliyin və nazik bağırsağın çoxsaylı zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirmişdir. Kassasiya protestinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilərək həmin qərarın ləğv edilməsi işin yeni Apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsi hökmündə, Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası isə hazırki qərarında Məhkum1 və Məhkum2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində olan xüsusatlara və iş materiallarında olan sübutlarla məcmu halında düzgün hüquqi qiymət verməmiş, hər hansı sübutla təsdiq edilməyən və işin hallarına uyğun olmayan mövqeyi təqsirləndirilən şəxs Məhkum2 zərərçəkmiş Q Q Qa bıçaqla zərbə vurmağa həmlə etməsini, lakin həmlələrin boşa çıxmasını, Y H Hyə bir bıçaq zərbəsi vurması, lakin R.Q Qun bıçağı təqsirləndirilən şəxsin əlindən alıb kənara atması xüsusatlarını istədiyi kimi şərh etməklə təqsirləndirilən şəxslər-Məhkum2 əməl ini CM-nin 29, 120.2.1, 29,120.2.2, 29, 120.2.3, 29, 120.2.7, 221.3 və 228.4-cü maddələrindən həmin Məcəllənin 126.2.2, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə tövsif etməkdə, Məhkum1 CM-nin 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə verilmiş ittihamlardan CM-nin 29,120.2.1-ci maddəsi ilə olan ittihamı xaric etməkdə haqlı olmamışdır. İMəhkum2 və Məhkum1 ümumi nəticənin - qarşı tərəfdən olan şəxslərin zərərsizləşdirilməsi üçün əvvəlcədən üzərilərində olan bıçaqdan istifadə etməklə birinin hərəkətinin digərinin hərəkəti üçün şərt olması ilə qarşılıqlı olaraq şərtləşdirib kriminal əməlin, yaxud da ictimai təhlükəli nəticənin ümumi olmasını, hər bir iştirakçının əməli ilə kriminal nəticə arasında səbəbli əlaqənin olmasını, birinin hərəkəti ilə digəri ü çün şərait yaratdığını, birinin hərəkətinin başqa iştirakçının əməlinin edilməsinə imkan yaradan şərait yaratdığını bilərək birbaşa qəsdlə qrupun digər üzvlərinin ümumi niyyətindən kənara çıxaraq Məhkum1 da bıçaq çıxararaq qarşı tərəfdən olan Y F F və Y Y Yun üzərinə hücum edib bıçaqla onları vuraraq müqavimətlərinin qırılması ilə əlaqədar yaranmış əlverişli şəraitdən və Məhkum1 onun qəsdən adam öldürməkdən ibarət niyyətini həyata keçirməsində fəal köməklik göstərməsindən daha da cəsarətlənərək Q Q Q və ictimai borcunu yerinə yetirən Y H Hni xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Şərh edilən hallar hər iki təqsirləndirilən şəxsin yol verdikləri hərəkətin ictimai təhlükəliliyini, əməllərinin kriminal xarakterinin, baş verəcək ictimai təh lükəli nəticəni, onun faktiki hallarını dərk etmələrini, birgə fəaliyyətdə törətdikləri əməli, baş verəcək nəticəni arzu etmələrini deməyə əsas verir. İş materiallarında olan Məhkum2 ifadəsində, zərərçəkmiş şəxslər X31, X16 ifadələri, məhkəmədə tədqiq edilmiş üzləşdirmə dindirmə protokolu, ifadənin yerində yoxlama protokolundan da görünür ki, Məhkum2 əmisi oğlu Nicat Msutafayevlə birlikdə qrupun digər üzvlərinin ümumi niyyətindən kənara çıxaraq Məhkum1 də bıçaq çıxararaq qarşı tərəfdən olan Y F F və Y Y Yun üzərinə hücum edib bıçaqla onları vuraraq müqavimətlərinin qırılması ilə əlaqədar yaranmış əlverişli şəraitdən və Məhkum1 onun qəsdən adam öldürməkdən ibarət niyyətini həyata keçirməsində fəal köməklik göstərməsindən daha da cəsarətlənərək Q Q Q və ictimai borcunu yerinə yetirən Y H Hni xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Lakin, əvvəlcə Gəncə Ağır Cinayətlər Məhkəməsi xx xxxxxxxx 2018-ci il tarixli hökmündə, daha sonra isə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası xx xxxx 2020-ci il tarixli qərarında Plenumunun qeyd edilən tövsiyyəsinə əməl etməyərək təqsirləndirilən şəxslər Məhkum2 və X5 tərəfindən zərərçəkmiş şəxsləri öldürməyə cəhd cinayətin törədilmə üsulu (əvvəlcədən üzərilərində olan bıçaqla kluba getmələri, Məhkum2 zərərçəkmişləri münaqişəyə cəlb etmələri, hər iksinin bıçaq cıxardaraq qarşı tərəfdən olan şəxsləri zərərsizləşdirmək üçün fasiləsiz olaraq həmlələr etmələri, birinin iki nəfərə, digərinin isə bir nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirmələri, Məhkum2 əlindən bıçaq alındığına görə, Məhkum1 isə zərərçəkmişlər qaçıb canlarını qurtardığına görə niyyətlərini başa çatdıra bilməmələri, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri(hadisədən əvvəl münasibətlərinin olmaması, Məhkum2 əsassız olaraq R.Q Qla klubun mühafizəçiləri arasında baş vermiş mübahisəyə müdaxilə edib münaqişə yaradaraq klubun içərisində olan dostlarını çağırıb dava-dalaş salması ), cinayətin məqsədi, motivi (qisas), təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışlarını, niyyətlərini başa çatdıra bilməməsinin səbəblərini nəzərə almamış, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsləri yuxarıda təsvir edilən şəraitdə və üsulla xəsarət yetirdikləri qənaətinə gəlinsə də, lakin Məhkum2 zərərçəkmişin qəsdən sağlamlığına ağır zərər vurma cinayət inin törətmələrini müəyyən etməklə əməlin tövsifində səhvə yol vermişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü Məhkum2 əməlinin CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.3 və 228.4-cü maddələrindən həmin Məcəllənin 126.2.2, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə tövsif edildiyi, Məhkum1 CM-in 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə verilmiş ittihamlardan CM-in 29,120.2.1-ci maddəsi ilə olan ittihamın xaric edildiyi hissədə ləğv edilməli, onların hər ikisi CM-in 29,120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək onlara həmin maddələrin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməli olduğu halda məhkəmə bunları etmə mişdir. Apellyasiya məhkəməsi həmin hökmü qüvvədə saxlamaqla əsassız nəticəyə gəlmişdir. Kassasiya protestində qeyd olunanların nəzərə alınması, kassasiya protestinin təmin olunması və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum1 müdafiəçisinin, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı nın predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəm ə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin m ötəbərliyi müəyyənləşdirilir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum2 əməlinin əsassız olaraq CM-nin 126.2.2, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə tövsif edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edi lməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində Qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli nəzərdə tutulmuşdur. CM-nin 120-ci maddəsi isə Qəsdən adam öldürmə cinayəti əməlinin müddəalarını müəyyən edir. Həmin Məcəllənin 29-cu maddəsi isə cinayət etməyə cəhd nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli, 3 saylı Qərarının 3-cü bəndinə əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm bi rbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" qərarının 5-ci bəndində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu qeyd etmişdir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın h əyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. İş materiallarında olan, Məhkum2 Apellyasiya məhkəməsində birinci instansiya məhkəməsindəki ifadəsi ilə eyni məzmunlu ifadəsində göstərmişdir ki, özünü qəsdən adam öldürməyə cəhd cinayətində təqsirli bilmir, Q Q Qu və ya Y H Hni öldürmək niyyəti olmamışdır. Hadisə vaxtı Şəmkirdən gələn oğlanlarla aralarında qarşılıqlı dava-dalaş olmuş, dava zamanı Şəmkirlilərin bir neçəsi onu yerə yıxıb döymüşlər. O qan içində olduğuna görə bıçaq çıxarmağa məcbur olmuş, bu zaman bıçaqla, yalnız özünü müdafiə etmişdir. Bıçaq çıxardığını görən bəzi Şəmkir uşaqları kənara çəkilmiş, lakin bir neçəsi onu yenə döymək üçün həmlələr etmiş, sonra kimsə onun sifətinə təpiklə vurmuşdur. Bu zaman Şəmkirli sərxoş oğlanlar fürsətdən istifadə edib onu arxadan yenə yumruq zərbələri ilə vurduqları üçün bıçaq əlindən yerə düşmüş, əvvəlcə əyilib bıçağı götürməyə cəhd etsə də sonra dalaşma davam etdiyi üçün bıçağı gözündən itirmiş və bundan sonra bıçağı ümumiyyətlə tapa bilməmiş dir. Daha sonra ətrafda olan şəxslər gəlib digərlərini də biribirindən ayırmışlar. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır. İş materiallarında olan, Apellyasiya icraatı zamanı zərərçəkmiş şəxs Q Q Q əsasən birinci instansiya məhkəməsindəki ifadəsini təsdiq eərək və əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı sonradan Ü kimi tanıdığı şəxs onun üstünə hücum edib vurmağa çalışmış, lakin o özünü qorumuşdur. Üin onu öldürüb-öldürməmək niyyəti barədə heç bir şey bilmir, çünki, Üin bıçaq zərbəsi ona dəyməmişdir. X37 vurmasına gəldikdə isə qeyd etmək lazımdır ki, Y təsadüfən dava-dalaş vaxtı onunla Üin yaxınından keçərkən Ü onu bıçaqla vurmuşdur. O ibtidai istintaqda və birinci instansiya məhkəməsində deməmişdir ki, guya Y onu müdafiə etmək üçün araya girmiş və bu zaman Ü onu vurmuşdur. Həmçinin o heç vaxt deməmişdir ki, Ü Yı vurduqdan sonra şoka düşüb geri çəkilmişdir. X20 üstünə hücum etdiyini zənn edib onu vurduqdan sonra o cəld bir hərəkətlə Üin əlini burub bıçağı onun əlindən alıb şosseyə tərəf tullamışdır. Bundan bir qədər sonra isə onlar həm Y H Hni, həm də Y Y Yu və Y F Fu xəstəxanaya aparmışlar. Aralarında hər hansı ədavət, düşmənçilik olmadığından qəti bir söz deyə bilməz ki, Ü onu öldürmək istəyirdi. Hazırda o təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayət və tələbi yoxdur, onlara köməklik edilməsini istəyir. İş materiallarında olan, Apellyasiya icraatı zamanı zərərçəkmiş şəxs Y H H əsasən birinci instansiya məhkəməsindəki ifadəsini təsdiq edərək və əlavə olaraq göstərdi ki, hadisə vaxtı sonradan Ü kimi tanıdığı şəxsin onun üstünə gəlməsini, ona bıçaq zərb əsi endirməsini ümumiyyətlə görməmişdir. Qarşılıqlı dalaşma olduğuna görə, həmçinin gecə qaranlıq olduğuna görə o döyənin, döyülənin kim olduğunu dəqiq aydınlaşdıra bilməmişdir. Qəflətən qarın hissəsində ağrı hiss etmiş, yıxılmış və bilmişdir ki, onu bıçaqla vurmuşlar. Lakin onun guya Q Q Qa olan hücumun qarşısını almaq istəməsi, Üin üstünə getməsi və sonuncunun da onu vurması barədə deyilənlər həqiqətə uyğun deyil. O heç zaman belə ifadələr verməmişdir. Həqiqət ondan ibarət olmuşdur ki, o dava-dalaşın ortasında olmuş və qəfləti zərbə aldığını bilmişdir. Həmin vaxt o aradan Qin qabağına keçmiş və zərbə ona dəymişdir. O heç kimlər mübahisə etməmiş, davaya baxmağa getmişdir. Hazırda o təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayət və tələbi yoxdur, onlara köməklik edilməsini is təyir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün tə hlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını, hadisənin baş vermə şəraitini, inkişaf dinamikasını, Məhkum2 tərəfindən dava zamanı və sonrakı davranışlarını tədqiq edərək əldə etdiyi təkzibedilməz sübutlara əsaslanaraq təqsirləndirilən şəxs Məhkum2 qəsdən sağlamlığa ağır zərər vurma barədə düzgün hüquqi nəticəyə gəlmiş, apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, cinayət işində mövcud olan digər dəlilləri müqayisəli şəkildə təhlil və tədqiq edərək birinci instansiya məhkəməsinin qərarını əsaslı olaraq qüvvədə saxlam ışdır. Kassasiya protestində mübahisələndirilən bir digər məsələ Məhkum1 verilmiş ittihamdan əsassız yerə CM-nin 29, 120.2.1-ci maddəsi ilə olan ittihamın xaric edilməsidir. Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsinə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə cinayət əməli nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum2 əməlinin CMnin 126.2.2, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə düzgün tövsif olunması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin if adələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirildiyindən, Məhkum1 Elman oğlunun CM-nin 29, 120.2.1-ci maddəsi ilə təqsirli bilinməsi əsassızdır. Məhkəmə kollegiyası kassasiya protesti məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq məhkəmələr tərəfindən Məhkum1 əməlini Azərbaycan Respublikası CM-nin 29, 120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.3, 228.4-cü maddələri ilə, Məhkum2 törətmiş olduğu əməlləri Azərbaycan Respublikası CMnin 126.2.2, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə tövsif edilməsinə dair qəbul edilmiş qərarı əsaslı hesab edir, iş üzrə gəlinən yekun nəticə işin faktiki hallarına uyğundur, iş materiallarında mövcud olan dəlillərlə tam uzlaşır və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestinin ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya protesti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kas sasiya protesti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası CM-nin 29, 120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.3, 228.4-cü maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-285/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-285/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver