Məhkəmə qərarları › İş №1(102)-285/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-285/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-285/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, onun və Zərərçəkmiş şəxs2 nümayəndəsi X3, və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları il ə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə) 1 iyun 2023-cü il tarixli hökmü ilə xx xxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2nında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş və ona CM-in 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.9, 29, 120.2.11-ci maddələri ilə 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 3 sentyabr 2022-ci il tarixdən hesablanmas ı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiaları baxılmamış saxlanılmış və onlara Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə əsasən sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İbrahimov Anar Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 10 avqust 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə məhkum olunmasına dair 1(101)-692/2023 saylı, 01 iyun 2023-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 və 29,120.2.11-ci maddələri ilə təyin edilmiş 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 14 (on dörd) il azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə c əzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 3 sentyabr 2022-ci il tarixdə səhər saat 5 radələrində ünvan 2nında birgə kirayədə yaşadıqları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əmlaklarını ələ keçirmək məqsədilə törədəcəyi cinayətdə istifadə edilməsi üçün əvvəlcədən mənzilin mətbəxindən bıçaq götürüb mənzilin qonaq otağında yerə sərilmiş döşəyin üzərində uzanıb yatmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək sonuncunu özünə əziz sayan, dəyərli insan kimi özünün yaxını hesab edən qardaşı Zərərçəkmiş şəxs2 əzab verdiyini dərk edərək sonuncunun gözü qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməkl ə xüsusi amansızlıqla silah qismində istifadə edib tətbiq etdiyi həmin bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə sonuncunun həyat üçün mühüm əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi boyun nahiyyəsindən bir neçə zərbə vuraraq udlağın zədələnməsi ilə müşayiət olunan boynun sol yan səthinin 1 ədəd, sol plevra başlığına nüfuz edən boynun arxa səthinin 1 ədəd, boynun sağ yarısının yan səthinin 1 ədəd, ümumilikdə 3 ədəd kəsilmiş-deşilmiş yara xəsarətləri ilə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmiş, bunu görüb mənzildə olan Zərərçəkmiş şəxs2 müdaxiləsi və köməyi ilə Zərərçəkmiş şəxs1 ondan yayınmağa nail olduqdan sonra o, sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 basqın edib əlbəyaxa olaraq, qəsdən öldürmək məqsədilə əlində olan həmin bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi baş, döş qəfəsi və qarın nahiyyələrinə zərbələr vuraraq sol qaşüstü nahiyənin şişkinlik halında əzilməsi, sağ kürəkaltı nahiyənin və sol tərəfli Vİİİ-İX qabırğalar səviyyəsinin yaraları, qarnın ön səthinin, sağ əlin ovuc səthinin sol saidin ön səthinin cızıqları, sağ kürək nahiyəsinin sıyrığı xəsarətləri ilə dərəcəsinə görə ümumilikdə sağlamlığın müvəqqəti pozulmasına səbəb olan yüngül xəsarətlər yetirmiş, lakin, Zərərçəkmiş şəxs2 aktiv müqavimət göstərməklə istifadə etdiyi bıçağı ondan alaraq pəncərədən küçəyə atıb qaçmaqla mənzilin giriş qapısından bloka çıxıb qonşuları köməyə çağırarkən o, niyyətinə nail olmaq məqsədilə Məhəmməd Hüseynovun qaçmasının qarşısını almaq üçün arxası ilə fincan atmış və sonra onun yetirdiyi ağır xəsarətlərdən halsız vəziyyətdə mənzildə qalmış Zərərçəkmiş şəxs1 döşəmə ilə sürünüb mətbəxin pəncərəsinə yaxınlaşaraq vətəndaşları köməyə çağırdığını görüb o, mətbəxdən oturacağı götürüb Zərərçəkmiş şəxs1 baş nahiyyəsindən zərbə endirmiş və qonaq otağına keçərək masa üzərində olan sonuncuya məxsus qara rəngli pul qabının içərisindən 1.350 manat, daha sonra həmin otaqda çarpayı üzərində olan Məhəmməd Hüsenzadəyə məxsus pul qabının içərisindən isə 200 manat məbləğində pulu ələ keçirmiş və Zərərçəkmiş şəxs2 ona aktiv müqavimət göstərməsi nəticəsində özünün və qardaşı Zərərçəkmiş şəxs1 ondan yayınmaqla qonşuları köməyə çağırmaları və qonşuların mənzilin giriş qapısının qarşısına gəlməsini görüb məsuliyyətdən yayınmaq üçün mənzilin qonaq otağının pəncərəsindən tullanaraq q açıb getməsi, həmçinin Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qonşular tərəfindən çağırılmış X13 briqadasının köməyi ilə vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatlarını xilas etmək mümkün olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncuları qəsdən öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni iki və daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, məhkəmələr tərəfindən Məhkum cəzasını yüngülləşdirən hallar düzgün müəyyən edilməmiş, həmçinin zərərçəkmiş şəxslərlə barışmamış, sonuncular məhkəmədə Məhkum ağır cəza təyin edilməsini xahiş etmişlər. Belə olan halda, apellyasiya məhkəmə kollegiyası tərəfindən məhkum edilmiş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilərək CM-nin 29,120.2.4, 29,120.2,7, 29,120.2.9, 29,120.2.11-ci maddələri ilə ən aşağı həddə cəza təyin edilməsi anlaşılan deyil. İşin faktiki hallarından görünür ki, Məhkum CM-in 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,120.2.11 və 181.3,3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayətlərin məcmusunu yaratmışdır. Məhkəmə məhkum edilmiş şəxsə təyin olunmuş cəzanı yüngülləşdirərkən işin konkret hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini nəzərə almayaraq gəldiyi nəticəni qərarında əsaslandırmamış və cəzanın məqsədini təmin etməyən ədalətsiz yüngül cəza təyin etmişdir. Məhkəm ə Məhkum şəxsiyyət əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulmuş ən ağır cinayəti - iki nəfər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməklə xüsusilə ağır cinayət törətməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Fəğan oğlu və sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 Fəğan oğlunun Məhkum qarsı şikayətçi olduğunu və sonuncuya ağır cəza təyin olunmasına dair xahişlərini nəzərə almamış, əsassız olaraq məhkuma təyin olunmuş cəzanı yüngülləşdirməklə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsini yalnız məhkumun maraqları ilə tamamlamış, bununla da cinayət hadisəsi ilə əlaqədar fiziki ziyana məruz qalmış tərəf kimi zərərcəkmis şəxslərin maraqlarını isə nəzərə almamışdır. Apellyasiya məhkəməsi nəzərə almışdır ki, məhkum edilmiş şəxs Məhkum əvvəllər məhkumluğu olmamış və cəza sını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, şəxsin əvvəllər məhkum olunmaması cəmiyyətdə normal qəbul edilən davranışdır, şəxsin cinayət məsuliyyətinə (ilk və ya sonrakı dəfələr) cəlb edilməsi onun müsbət ictimai xarakterizəsi üçün əsas ola bilməz, odur ki, həmin hal, onun barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhk əmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunmaması barədə müdafiəçinin, kassasiya protestinin təmin olunması barədə zərərçəkmiş şəxs və nümayəndənin, dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının t ətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başq a, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi h issəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində m ühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cin ayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsin də Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən yüngülləşdirən və və ağırlaşdıran halın olmamasını müəyyən etmiş və ona Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Apellyasiya Məhkəməsinin qənaətinə görə, məhkum edilmiş şəxs Məhkum əvvəllər məhkumluğu olmamışdır və cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən məhkum edilmiş şəxs Məhkum birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti ədalət və humanizm prinsipi naminə azaldılmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndiril diyi maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin, həmçinin həddinin aşağı salınmasının sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində təyin edilmiş cəzanın sərtləşdirilməsi zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya protestinin məzmunundan göründüyü kimi, bununla bağlı irəli sürülmüş dəlillər heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya protestinin dəlillərini əsassız sayaraq məhkum edilmiş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha sərt cəza növü ilə əvəz edilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya protestinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla, Məhkum təyin olunmuş cəzanın ağırlaşdırılmalı olmasına görə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğundur və dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü dəlillər işin faktiki hallarına uyğun olmamaqla əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbayca n Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsü z təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlili k dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilməmişdir, məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddi ədalətli, qanuni və əsaslıdır. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya pr otestində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar