Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2858/2025 30.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum – Məhkum iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum və qeyrisinin Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 25 iyun tarixli 1(105)-437/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 07 aprel tarixli 1(124)-37/2025 nömrəli hökmü ilə (hakimlər E.Məmmədov (sədrlik edən və məruzəçi), N.Hüseynli və N.Mirzəyev) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlini n xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 10 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə qətimkan tədbiri, tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də hökmdə öz həllini tapmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 25 iyun tarixli 1(105)-437/2025 nömrəli qərarı ilə (hakimlər R.Əsgərova (sədrlik edən və məruzəçi), E.Əhmədov və R.Ağayev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 07 aprel tarixli 1(124)-3 7/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 25 iyun tarixli 1(105)-437/2025 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum tanışı Təqsirləndirilən şəxs və telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan Murtuza adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələr və psixotrop maddələri müəyyən məbləğdə pul müqabilində deyəcəyi yerdən götürüb başqa şəxslərə verməklə satışda vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 20 oktyabr 2023-cü il tarixdə günorta saatlarında bir qrup şəxs halında həmin şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində boşluq sahəyə qoyduğu 2227,07 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 490 qram çəkidə külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 1095,0 qram çəkidə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 1870,0 qram çəkidə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək Təqsirləndirilən şəxs idarə etdiyi «KİA OPTİMA» markalı **-VT*** dövlət qeydiyyat nişanlı avtomobillə kirayə yaşadığı Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar massivi 5 nömrəli fərdi evə daşımış, 01 ədəd bükümdə çəkisi 34,992 qram olan külli miqdarda psixotrop maddə metamfetamini ayırıb üzərində, 01 ədəd bükümdə çəkisi 42,078 qram olan külli miqdarda psixotrop maddə metamfetamini ayırıb Təqsirləndirilən şəxs üzərində, 01 ədəd bükümdə çəkisi 2150 qram olan külli miqdarda psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə çəkisi 490 qram olan külli miqdarda narkotik vasitə tiryəki, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 545,0 qram və 550,0 qram olan, ümumi çəkisi 1095,0 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd bağlamada 1870,0 qram çəkidə külli miqdarda narkotik vasitə həşiş qətranını Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar massivi 5 nömrəli fərdi evdə saxlamış, 24 oktyabr 2023-cü il tarixdə saat 01:25-də Abşeron rayonu, Novxanı q əsəbəsi, Bağlar massivi 5 ünvanında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxsla birlikdə saxlanılaraq ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş narkotiklərlə mübarizə idarəsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 03:40-dan 03:56-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə çəkisi 34,992 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə çəkisi 42,078 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götür ülmüşdür. Bundan sonra əməliyyat tədbirlərinin davamı kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən 24 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar massivi 5 nömrəli fərdi evə saat 05:40-dan 05:52-ə kimi keçirilən baxış zamanı evin girişindən sağ tərəfində yerləşən mətbəxdəki taxta konstruksiyalı dolabda 01 ədəd parça torbanın içərisində 01 ədəd bükümdə çəkisi 2150 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə çəkisi 490 qram olan narkotik vasitə tiryək, 02 ədəd üzərləri skoçla bağlanmış bağlamalarda ayrıayrılıqda çəkiləri 545,0 qram və 550,0 qram, ümumi çəkisi 1095,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd üzəri skoçla bağlanmış bağlamada 02 ədəd qızılı folqa paketdə 02 ədəd olmaqla üzərində qızılı rəngli möhür vurulmuş (2023) yazıları olan sellofan bükülülərdə ayrı-ayrılıqda çəkiləri 1000,0 qram və 870,0 qram, ümumi çəkisi 1870,0 qram olan narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hökm çıxararkən işi hərtərəfli araşdırmamış, təqdim edilən sübutlara məhəl qoymamış, barəsində olan yüngülləşdirən halları nəzərə almamış və bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Novxanı qəsəbəsində küçə ilə gedərkən saxlanılıb Baş İdarəyə aparılmış, orada üzərinə baxış keçirilmiş və üzə rindən az miqdarda narkotik vasitə aşkarlanmışdır. Təxminən 10 ildir ki, narkotik istifadə edir, bunu səmimi etiraf edir. Polis əməkdaşları onu döyərək, təzyiq göstərərək, külli miqdarda narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs evinə qoyaraq guya oradan aşkarlanması barədə çəkiliş aparmışlar. O, məhkəmədə ibtidai istintaq zamanı ifadələrini təzyiq altında verməsini bildirsə də, məhkəmə buna məhəl qoymamış, CPM-in 144 və 145-ci maddələrinin tələblərini pozaraq sübutların mötəbərliliyini və həqiqətə uyğun olduğunu yoxlamadan, sadəcə polis əməkdaşlarının qərəzli ifadələrinə əsaslanaraq hökm çıxarmışdır. Bundan başqa, məhkəmə onun səmimi etirafını, xəstəliyinin olmasını nəzərə almadan ona ağır cəza təyin etmişdir. Hesab edir ki, bu hallar nəzərə alınmaqla onun barəsində CM-in 60-cı maddə si tətbiq edilməklə, təqsirli bilindiyi normanın sanksiyasının yuxarı həddinin ¾ hissəsindən artıq cəza təyin edilə bilməzdi. Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.3, 416.1.15, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, qaununvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymət ləndirilmədiyini, nəticədə əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edildiyini, həmçinin cəza təyini zamanı cinayət qanununun normalarının düzgün tətbiq olunmadığını iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə kassasiya tələblərini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayəti ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 25 sentyabr tarixli qərarının qanuniliyini və əsaslıl ığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərl iyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkumun CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsi rliliyini mübahisələndirməsinə dair dəlillərini əsassız hesab edir. Belə ki, məhkumun kassasiya şikayətindən görünür ki, o, üzərindən az miqdarda narkotik vasitənin aşkarlanmasını səmimi etiraf etdiyini, lakin Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona aidiyyətinin olmadığını iddia etməklə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbayc an Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair hökmün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, iş üzrə müəyyən edilmiş faktlara əsasla nmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə məhkəmə kollegiyasının qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və məhkəmə həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqların a əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilmə miş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə məhkumun təqsirliliyi barədə yekun nəticələr yalnız onun müdafiəçinin iştirakı ilə ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələrlə deyil, işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən özünün məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi (həmin ifadəsində İran vətəndaşı Murtuza adlı şəxslə watsapp proqramı vasit əsi ilə danışdığını, razılaşmaya əsasən narkotik vasitələri qoyulduqları yerdən götürüb Təqsirləndirilən şəxs yaşadığı evə gətirdiklərini, həmin predmetləri başqa yerə aparmalı olduqlarını və bunun müqabilində Murtuza adlı şəxsin ona 1000 manat verməli olduğunu etiraf etmişdir), narkotik vasitələrin və psixotrop maddələrin müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış və yaşayış yerinə baxış keçirilməsi zamanı aşkarlanması, aşkar edilmiş predmetlərin külli miqdar təşkil edən narkotik vasitə və psixotrop maddə olması barədə məhkəmə-bioloji və məhkəmə kimyəvi ekspertizasının rəyləri, məhkumda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyinin müəyyən edilməsinə dair ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Adı çəkilən sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları daha ətraflı şərh e tmək, nə də ki, hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum edilmiş şəxs kassasiya şikayətində ibtidai istintaq zamanı ifadələrini təzyiq və işgəncə altında verməsini iddia etsə də, onun bu dəlili əsassız olmaqla iş materialları ilə təkzib edilmişdir. Belə ki, məhkum və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Həmçinin, Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə məhkəmə qarşısına çıxarılan zaman da ona qarşı hər hansı fiziki və ya psixi təsir-təzyiq göstərilməsini bildirməmiş, əksinə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək əməlini etiraf etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsində də Məhkum ona verilən suala cavab olaraq polis əməkdaşları tərəfindən ona qarşı təsir və təzyiqin olmadığını bildirmişdir. Beləliklə, məhkum edilmiş şəxs kassasiya şikayətində ibtidai istintaq zamanı verdiyi ifadələri təzyiq və təsirlə əlaqələndirsə də, bu əsassız olmaqla iş materialları ilə təkzib edilmiş, müdafiə tərəfi məhkumun polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün hər hansı sübut təqdim edə bilməmişdir. Bütün bunlar isə narkotik vasitə və psixotrop maddələrin yaşayış yerinə polis əməkdaşları tərəfindən qoyulması, zorakılıq göstərilməklə etirafedici ifadə verməyə məcbur edilməsi barədə kassas iya şikayətinin dəlillərinin əsassız olduğunu göstərir. Bundan başqa qeyd edilməlidir ki, Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cinayətin törədilməsində iştirakının xarakteri və dərəcəsindən, məhkumun şəxsiyyətindən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, ona təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.3cü maddəsi ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdiri lmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Məhkum kassasiya şikayətində onun barəsində CM-in 60-cı maddəsi tətbiq edilməklə, təqsirli bilindiyi normanın sanksiyasının yuxarı həddinin ¾ hissəsindən artıq cəza təyin edilməsinin qanunsuz olduğunu iddia etsə də, şikayətin həmin dəlili də əsassızdır. Belə ki, CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanı n müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin normadan görünür ki, təqsirləndirilən şəxsin barəsində CM-in 60.1-ci maddəsinin tətbiq edilməsi üçün həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallardan hər hansı birinin olması müəyyən edilməli və eyni zamanda onun cəzasını ağırlaşdıran hallar mövcud olmamalıdır. Hazırki iş üzrə məhkəmələr tərəfindən Məhkum barəsində nəinki CM-in 59.1.8, 59.1.10—59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar, ümumiyyətlə cəzanı yüngülləşdirən hər hansı hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmələr haqlı olaraq onun barəsində CM-in 60.1-ci maddəsinin tətbiq edilmə si üçün əsasların olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın yüngülləşdirməsi üçün heç bir əsas tapa bilmir. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.3, 416.1.15, 416.1.21-ci maddələrində təsbit olun muş pozuntulara yol verilmədiyini göstərir. Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 25 iyun tarixli 1(105)-437/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda gö stərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2025-ci il 25 iyun tarixli 1(105)-437/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2858/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2858/2025
30.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver