Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2859/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Müdafiəçi - məhkum Müdafiəçi4 müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli hökmünə əsasən M üdafiəçi4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarından məhkum Müdafiəçi4 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, X6 və X1 ibarət tərkibdə) 14 dekabr 2022-ci il tarixli hökmü ilə 15 avqust 1987-ci ildə Qubadlı rayonunun Çaytumas kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, həmin kənddə qeydiyyatda olmaqla, Bakı şəhəri, Bi nəqədi rayonu, Binəqəədi qəsəbəsi, 1-ci mədən, 4 saylı kombinatda yaşamış, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müdafiəçi4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Müdafiəçi4 qəti cəza 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2022-ci ildən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əliyev Elşad ibiş oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə) 27 aprel 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Müdafiəçi4 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Müdafiəçi4 cinayət əməli Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsindən həmin məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilmiş, Müdafiəçi4 Məhərrəm oğluna Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasın təyin olunmuş cəzaları qismən toplanılmaqla Müdafiəçi4 cinayətlərin məcm usu üzrə qəti olaraq 13 (on üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Müdafiəçi3 qanunsuz yolla qazanc əldə etmək üçün tanışları Ağcabədi rayonunun Xocavənd kənd sakini Təqsirləndirilən şəxs2 və Qubadlı rayonunun Çaytumas kənd sakini Müdafiəçi4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələr və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və həmin narkotik vasitələrin və psixotrop maddənin Azərbaycan Respublikası ərazisində satışını təşkil etmək, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan gəldikləri razılığa əsasən İİR vətəndaşı külli miqdarlarda olan narkotik vasitələri heroini, qurudulmuş marixuananı və metadon həblərini, eləcə də külli miqdar təşkil edən psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirib Masallı-Yardımlı avtomobil yolunun Yardımlı rayonunun Köryədi kəndi ərazisində 47-ci kilometr yol nişanının yaxınlığında beton daşın yanında gizlədərək bu barədə “WhatsApp” proqramı vasitəsilə ona məlumat verildikdən sonra 19 aprel 2022-ci ildə, saat 23 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Müdafiəçi4la birlikdə so nuncunun idarə etdiyi “Ford Transit yük” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Yardımlı rayonunun Köryədi kəndi ərazisinə gələrək həmin yol nişanının yaxınlığında gizlədilmiş 2 ədəd göy rəngli sellofan torbada və 2 ədəd qara rəngli sellofan torbada olan külli miqdarlarda olan narkotik vasitələr heroini, qurudulmuş marixuananı və metadon həblərini, eləcə də külli miqdarda olan psixotrop maddə metamfetamini satış məqsədilə götürüb avtomobilin yük yerində saxlayıb daşıyaraq birlikdə Bakı şəhəri istiqamətində hərəkət etmiş, onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşlarının 20 aprel 2022-ci ildə gecə saat 01 radələrində keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Müdafiəçi4 idarə etdiyi “Ford Transit yük” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomaşın Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasının həyətinə gətirilib orada avtomobilə baxış keçirilərkən həmin avtomobilin yük yerindən 17 ədəd sellofan bağlamalarda olmaqla xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi:-17650,0 qram külli miqdarda narkotik vasitə heroin; 07 ədəd sellofan bağlamalarda olmaqla xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən, ümumi təmiz çəkisi:-6315,0 qram külli miqdarda psixotrop maddə metamfetamin; ümumi təsiredici maddəsinin miqdarı:-24,0 qram olan, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə birbiriləri ilə eynilik təşkil edən, 60 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 600 ədəd, külli miqdarda narkotik vasitə metadon həbləri, həmçinin 11 ədəd sellofan bağlamalarda olmaqla xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən, ümumi təmiz çəkisi:-10750,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərir ki, Müdafiəçi4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ci maddəsi ilə olan əməlinə əsaslı şübhələrin mövcud olmasına baxmayaraq birinci instansiya məhkəməsi onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsin də nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ittiham hökmü çıxarmış, apellyasiya məhkəməsi isə bəmin əməlini Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsinə tövsif etmişdir. Əslində, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarından da göründüyü kimi apellyasiya məhkəməsi özü də Müdafiəçi4 əməllərində qaçaqmalçılıq cinayətinin tərkibinin olmasına şübhə ilə yanaşmış, lakin nəticədə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət vermək əvəzinə, çıxış yolunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə olan əməlinin həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif etməkdə görmüşdür. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5. 206.3.2-ci maddəsi ilə bağlı belə nəticəyə gəlmişdir ki. qaçaqmalçılığın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlamətini təsbit edən Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri həmin cinayətin törədilməsi məqsədi ilə qabaqcadan əlbir olmuş qrupun digər üzvləri ilə birgə icra etməsi, yəni qaçaq malını (narkotik vasitəni və ya digər əmlakı) Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməsi tələb olunur. Lakin hazır ki. iş üzrə müəyyən olunmuş hallardan görünür ki. Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilməsində bunu yerinə yetirən şəxs və ya şəxslərlə birgə iştirak etməmiş və onunla birlikdə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmişlər. Bu hərəkətləri istintaqa məlum olmayan İİR vətəndaşı yerinə yetirmişdir. İran vətəndaşı narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədi ilə üst-üstə düşən İranla Azərbaycan arasında olan dövlət sərhədindən Azərbaycan Respublikasının ərazisinə keçirməklə narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri tam yerinə yetirmiş, yəni cinayəti başa çatdırmışdır. Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 isə artıq qaçaqmalçılıq cinayəti başa çatdırıldıqdan sonra Yardımlı rayonu ərazisində narkotik vasitəni həmin şəxsdən götürməyi vəd etmiş, yəni narkotik vasitənin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfinə ai d olmayan hərəkətləri yerinə yetirmişdir. Daha sonra isə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 ilə narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İİR-dan Azərbaycana Respublikasına gətirilməsi haqqında qabaqcadan razılığın əldə olunması da, onları həmin cinayətin icraçısına çevirmir. Çünki, bu razılıq da Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 İtR-sı vətəndaşı ilə birgə narkotik vasitəni və digər əmlakı gömrük sərhədindən qanunsuz keçirməsini, yəni cinayətin birgə icra edilməsini nəzərdə tutmurdu. Belə olan halda Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 hərəkətlərinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq cinayətinin icraçısı kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə tövsif olunması üçün əsas yaranmır. Yekunda apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslər Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs kimi qaçaqmalçılıq cinayətinin icraçısı kimi qiymətləndirilməsini istisna etsə də, onların cinayətin digər iştirakçısı ilə narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinə dair qabaqcadan razılıq əldə etməsi və bu razılığa uyğun olaraq istintaqla müəyyən olunmuş hərəkətləri yerinə yetirməsi, qaçaqmalçılıq yolu ilə gətirilməli olan narkotik vasitəni əldə etməyi qabaqcadan vəd edib Yardımlı rayonu ərazisində onu təhvil almağa dair razılaşmaları, onların qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etdiyinə dəlalə t edir. Çünki. Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 qabaqcadan həmin vədi verib qaçaqmalçılıq yolu ilə gətiriləcək narkotik vasitənin Azərbaycanda təhvil götürüləcəyinə İran vətəndaşında əminlik yaratması, qaçaqmalçılığın törədilməsini şərtləndirən mühüm amil rolunu oynamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə jol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İlk növbədə qeyd edilməlidir ki. cinayət işi üzrə araşdırılmamış kifayət qədər ciddi məqam odur ki, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının sərhədindən qaçaqmalçılıq yolu ilə keçirdiyi maddə və vasitələri Azərbaycan Respublikasının ərazisində götürməyi məhz Müdafiəçi4 ona vəd etmişdirmi, onunla bu barədə hər hansı razılaşması olmuşdurmu? Həmçinin qeyd edilməlidir ki. narkotik vasitələr İran İslam Respublikasının vətəndaşı tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının sərhədindən keçirilib həmin vasitələr Azərbaycan Respublikasının ərazisində yerləşdirildiyi andan qaçaqmalçılıq cinayəti bitmişdir. Mübahisəsizdir ki, Müdafiəçi4 həmin vasitələrin keçirilməsində və bilavasitə qəbul edilməsində hər hansı rolu olmamışdır. Müdafiə tərəfi olaraq qeyd edirik ki. iş materiallarından da göründüyü kimi, Müdafiəçi4 fran İslam Re spublikasının vətəndaşı «Seyid» adlı şəxs arasında hər hansı bir əlaqənin olması, sosial şəbəkələr və ya “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə danışmalarına dair sübut növünün olmaması nə ibtidai istintaq, nə də ki. məhkəmə istintaqı zamanı araşdırılmamışdır. İş materiallarından görünür ki. ibtidai araşdırma orqanı və işə baxan məhkəmələr tərəfindən Müdafiəçi4 narkotik vasitələrin qaçaqmalçılığında iştirak edib-etməməsi, iştirak etmişsə, onun həmin cinayətdə rolu araşdırılmamış, törədilmiş cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərin müəyyən edilməsi üçün heç bir istintaq hərəkəti icra edilməmişdir. İşin hallarına əsasən hətta qeyd edilməlidir ki. əgər təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələr sübut kimi qəbul olunsa belə. Elnur və Təqsirlən dirilən şəxs2lar həmin ifadələrində narkotik vasitələrin İran İslam Respublikasından göndərildiyini Müdafiəçi4 deməmişlər. Əslində, yuxarıda da qeyd edildiyi kimi apellyasiya instansiya məhkəməsi özü də belə nəticəyə gəlmişdir ki. Müdafiəçi4 və digər təqsirləndirilən şəxslər qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmişlər. İş üzrə toplanmış sübutların məcmusundan kifayət qədər təsdiq olunur ki. qaçaqmalçılığın predmetini təşkil edən malların və digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsində bilavasitə və ümumiyyətlə kömək etməmiş Müdafiəçi4 buna kifayət qədər əsaslar olmadan həmin cinayətin tördilməsində köməkçi kimi cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuşdur. Müdafiəçi4 narkotik vasitələri və psixotrop maddələrin İran İslam Respublikas ından “Seyid” adlı şəxs tərəfindən qaçaqmalçılıq yolu Azərbaycan Respublikasına göndərilməsində nəinki hər hansı formada iştirakı olmamış, onun bu barədə ümumiyyətlə məlumatının olması iş materialları ilə öz təsdiqini tapmır və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5, 206.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilinir. Müdafiəçi4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.3.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni cinayətin digər iştirakçıları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə. yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməsi, yaxud bilavasitə keçirildiyi yerdə qəbul etməsi və ya cinayətin obyektiv cəhətinin icr asında ən azı bir nəfər digər şəxslə hər hansı bir formada iştirakı cinayət işinin materiallarında olan sübutlarla ümumiyyətlə təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi isə müdafiə tərəfinin apelyasiya şikayəti üzrə zəruri olan araşdırma aparmadan Müdafiəçi4 əməlini Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif etməklə kifayətlənmişdir. Bundan başqa, Müdafiəçi4 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş əməlləri ilə bağlı qeyd edilməlidir ki. o, satış məqsədi və niyyəti ilə narkotik vasitə və ya psixotrop maddələr əldə etməmişdir. Müdafiəçi4 Elnur və Təqsirləndirilən şəxs2ların xahişinə əsasən taksi kimi ödənişli şəkildə Yardımlı rayonuna getmə si və onun idarə etdiyi avtomobildə olan Elnur və Təqsirləndirilən şəxs2ların orada narkotik vasitələri götürmələri Müdafiəçi4 əməllərində narkotik vasitələrin satış məqsədi ilə əldə etməsi kimi tövsifedici əlamətini yaratmamışdır. Bu işdə onun marağı taksi kimi xidmət haqqı olaraq qazanc, eləcə özünün istifadəsi üçün narkotik vasitə əldə etmək olmuşdur. Yekunda bər məqamı da diqqətə çatdırmağı zəruri bilirik ki, ibtidai araşdırma zamanı Müdafiəçi4 müdafiə hüququ da pozulmuşdur. Ona formal olaraq vəkil təyin edilsə də, həmin vəkilin tam yüksək keyfiyyətli hüquqi yardım göstərməsi görünmür. Sanki vəkilin fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib edilmiş prosessual sənədləri imzalamaqdan ibarət olmuş, hüquqlarını müdafiə etdiyi şəxsin xeyrinə hər hansı vəsatəti, o cümlədən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi, hər hansı şahidin dindirilməsi və s. vəsatəti olmamışdır. Mübahisəsizdir ki, bu cür fəaliyyət səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Göründüyü kimi cinayət işinin materiallarında, o cümlədən nə ittiham aktında, nə birinci instansiya məhkəməsinin hökmündə, nə də ki apellyasiya instansiyası məhkəməsinin qərarında Müdafiəçi4 məhkum olunduğu cinayət qanunu maddələri üzrə təqsirliliyini sübut edəcək bir dənə də olsun sübut göstərilməmişdir və təbii ki də göstərilə bilməzdi. Çünki nə ibtidai istintaq orqanı tərəfindən, nə də işə baxan məhkəmələr tərəfindən belə bir sübut əldə olunmamış və ümumiyyətlə mövcüd olmamışdır. Ən əsası isə iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxslər Müdafi əçi4 qaçaqmalçılıq cinayətinin törədilməsində və məhz satış məqsədi ilə narkotik vasitələri əldə edilməsində iştirakına dair onu ifşa edən ifadələr verməmişlər. Belə olan halda, hansı sübuta əsasən, işin məhz hansı hallarına əsasən Müdafiəçi4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunaraq ağır cəzaya məhkum olunduğunu görmək və söyləmək mümkün deyildir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 145.1 -ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə topla nmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinə əsaslanaraq Şirvan Apellyasiya Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiya sı məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllə nin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin verdiyi kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə ci nayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşd irən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tö vsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qə rarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən süb utların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyi və Müdafiəçi4 Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə əsassız məhkum edilməsi və 234.4.1 və 234.4.3-cü maddələri ilə ağır cəza cəyin edilməsi, onun əməlinin yalnız CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və 32.5, 206.2-ci maddəsi ilə ilə bəraət verilməsi və CM-in 234.1-ci maddəsi ilə yüngül cəza cəyin edilməsi barədə tələbi məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə koll egiyası hesab edir ki, Apellyasiya məhkəməsi Müdafiəçi4 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq Müdafiəçi4 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tə rkibinin olması, onun tərəfindən həmin cinayətlərin törədilməsinin məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyiş dirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik isteh lak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə ci nayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qald ığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Müdafiəçi4 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri və psixotrop maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə e dilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunur: "Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutu lmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların b ilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, ic raçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və C M-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Müdafiəçi4 ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiya məhkəməsi işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, məhkum edilmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək haqlı olaraq Müdafiəçi4 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməsi barədə nəticəyə gəlmişdir. Həmçinin, Müdafiəçi4 özünü qismən təqsirli bilməsi barədə ifadəsinə hüquqi qiymət verərək, onun ifadələrinin iş üzrə mötəbər sübutlarla təkzib olunduğu və həmin ifadələrin özünü müdafiə xarakteri daşıyaraq həqiqəti əks etdirmədiyi barədə qənaəti qanuni və əsaslıdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Müda fiəçi4 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sü butların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiy yəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesu al qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret t ələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təq sirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qa nununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət M əcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Müdafiəçi4 Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməsi və əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Müdafiəçi4 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırl aşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə cəza təyin etmişdir. Apellyasiya məhkəməsi Müdafiəçi4 yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını, ailə üzvlərinin onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericili yinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayə tin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkum Müdafiəçi4 barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını, ailə üzvlərinin onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirib həm bu halları, həm də iş üzrə CM-nin 61-ci maddə sində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, X3 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edil məlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Müdafiəçi4 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Müdafiəçi4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarı Müdafiəçi4 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2859/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2859/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver