Məhkəmə qərarları › İş №1(102)-286/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-286/2020

11.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-286/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 iştirakı ilə, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü ma ddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin (hakim C.İ.Səfiyeva) xx xxxxxx 2018-ci İl tarixli hökmü ilə, Təqsirləndirilən şəxs- xx xxxx 1982-ci il tarixdə Ü1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib, qazancının 15 %- dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Abşeron rayonu Masazır kəndi Ə.Vahid küçəs i fərdi evdə yaşamış Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 127.2.3-cü maddəsi ilə 01 il 06 ay müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.2-ci maddəsinə əsasən cəzalar qismən birləşdirilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5 və 68.1.3-cü maddələrinə əsasən Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş qazancının 15 %- dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə islah işləri cəzasının üç günü bərabər tutulmaqla qismən birləşdirilməklə üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. İ şin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxxx 2018-ci il tarixdə saat 00:15 radələrində Ü2 “24 saat” marketin yaxınlığında yerləşən kafedə X5 təbii ehtiyacını ödəmək üçün tualetdən istifadə etmək üçün kafenin zalından keçdiyini görərək sonuncunun onlara pivə gətirməsini bildirmiş, x1 ofisiant olmadığını bildirməsini bəhanə edərək onun arxası ilə çıxıb kafenin qarşısında heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə ətrafdakılardan əsaslı surətdə fərqləndiyinii təsdiq etməsini göstərməklə özünü ətrafdakılara qarşı qoyub cəmiyyətdə insanlar arasında bərqərar olmuş ümumi davranış qaydalarını qərəzli surətdə öz davranışları ilə pozaraq x1 ona pivə gətirməməsini bəhanə edib, cüzi səbəb kimi göstərməklə tanışı X8 ilə birlikdə bir qrup şəxs halında cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşaiyət olunan, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə qərəzli hərəkətlər edərək ətrafda dayanmış şəxslərə qarşı laqeydlik, etinasızlıq göstərərək onların gözləri önündə nalayiq ifadələr işlətməklə, əlində olan taxta parçası ilə qəsdən X1 əlinə vurub sonuncuya həyatı üçün təhlükə yaratmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan sol əlin birinci daraq sümüyünün oynaqdaxili yerdəyişmiş sınığı ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarət yetrib qərəzli hərəkətlərini 10 dəqiqə davam etdirməklə, orada fəaliyyət göstərən və ətrafda olan digər şəxsl ərin rahatlıqlarını, dincliklərini pozmaqla xuliqanlıq etmişdir. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: F.G.Zeynallı (sədrlik edən və məruzəçi), E.M.Əhmədov və M.Ə.Rzayev) apelyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş CM-nin 127.2.3-cü maddəsi ilə 01 il 06 ay müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzaları qismən birləşdirilməklə qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5 və 68.1.3-cü maddələrinə əsasən Abşeron Rayon M əhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə islah işləri cəzasının üç günü bərabər tutulmaqla 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini, ona kömək edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağdam rayonundan məcburi köçkündür, ailəlidir, himayəsində dörd azyaşlı uşaqları var, uşaqlarından biri anadangəlmə xəstədir, anası vəfat etmişdir, atası erməni əsirliyində işgəncələrə məruz qaldığından ailəsinə ondan başqa baxan yoxdur. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Təqsirləndirilən şəxs, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəlləni n normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkumun kassasiya şikayəti onun hüquqi vəziyyətinin yaxşılaşdırılması barədədir. Cinayət işi üzrə birinci və apely asiya instansiya məhkəmələrinin qərarlarından müəyyən edilir ki, məhkəmələr Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində dörd azyaşlı uşaqlarının olmasını, uşaqlarından birinin anadangəlmə xəstə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Eyni zamanda cinayət işinin materiallarında olan xasiyyətnamədən müəyyən edilir ki, Hadıyev X3 qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası göstərilən halları və məhkumun kassasiya şikayətində göstərdiyi halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə təyin edilmiş cəzalar qismən daha az birləşdirilməklə cəzası yüngülləşdirilə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması onun ailəsinin həyat şəraitinin nəzərə alınmalı olması barədə CM-nin 58.3-cü maddəsinin tələbinə də uyğundur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş CM-nin 127.2.3-cü maddə si ilə 01 il 06 ay müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzaları qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.5 və 68.1.3-cü maddələrinə əsasən Abşeron rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş qazancının 15 %- dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə islah işləri cəzasının üç günü bərabər tutulmaqla qismən birləşdirilməklə üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Qalan hissədə qərar dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar