Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-286/2021 29.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Məhkum 1 və Məhkum2, məhkum Məhkum1un müdafiəçisi Bakı şəh əri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun və Məhkum2 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Abdiyev Rəşad İlqar oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Məhkum 1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.3-cü maddəsi ilə və Məhkum2 CM-nin 126.3-cü və 128-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum 1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər Dadaş İmanov (sədrlik edən və məruzəçi), Zabil Qasımov və Məh əmməd Bağırovdan ibarət tərkibdə) Məhkum 1, xx xxxx 1973-cü il tarixdə Gədəbəy rayonunun Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Gəünvan 1-də qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum2, xx xxxxxx 1993-cü il tarixdə Gədəbəy rayonunun Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki, yəni Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası ilə tam birləşdirilməklə qəti olaraq 3 (üç) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarında cərimə cəzalarına məhkum olunmuş, Cəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 06 (altı) ayadək endirilmiş və CM-in 69.4-cü maddəsinə əsasən məhkumun xx xxxxxx 2016-ci il tarixdən xx xxxxxx 2016-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandığı müddət nəzərə alınaraq, CM-nin 67.1 -ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarında cərimə cəzaları saxlanılmış, məkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, CM-nin 126.3-cü və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 126.3-cü maddəsi ilə 11 (on bir) il müddətə, CM-nin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə həmin cəzaları qismən toplamaq yolu ilə 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci və 68.2-ci maddələrinə əsasən təyin olunmuş həmin cəzaları Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 201 7-ci il tarixli qərarı ilə üzərində qəti olaraq saxlanmış və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə və 3000 (üç min) manat məbləğində cərimə cəzasının hazırki hökmlə təyin edilən cəza ilə müvafiq olaraq qismən və tam toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 1 Məhkum2 ilə bir qrup şəxs halında birləşib xuliqanlıq niyyətilə X10 həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan xəsarətlər yetirmişdir. Belə ki, Məhkum 1 xx xxxxxx 2017-ci il tarixdə, saat 21 ra dələrində sərxoş vəziyyətdə Gədəbəy rayonu Arıxdam kəndi ərazisində yerləşən X11 məxsus mağazada olarkən, oğlu Məhkum2 da idarə etdiyi **-DJ-*** dövlət qeydiyyat nişanlı “VAZ-21061” markalı avtomobilini həmin mağazanın qarşısında saxlayıb yerə düşərək mağaza istiqamətində gedən həmkəndlisi X10 yaxınlaşıb onlara məxsus otu niyə kipləmədiyini soruşduqda X33 bir il əvvəl kiplədiyi ota görə yaranmış pul borcunu ödəmədikləri üçün yenidən onların otunu kipləməyəcəyini bildirdikdə Məhkum2 “mən sənə nə pul verəsiyəm?” deyə təkrar soruşduqda X33 “keçən il presinizi bağlamışam, buna görə mənə 30 manat borcunuz qalıb” cavabını vermiş, həmin vaxt Məhkum2 ona heç bir borcu olmadıqlarını deyərək onun ünvanına nalayiq sözlərlə söymüş, X33 da Məhkum2m eyni sözlərlə söyüb “sizin mənə 30 manat borcunuz var” deyərək mağazaya tərəf getmək istəyərkən Məhkum2 bunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini münaqişəyə cəlb etdiyi X33un şəxsiyyətinin fövqündə qoyub birgə yaşayış və əxlaq normalarına zidd olaraq istənilən məsələni zor gücünə həll etmək imkanına malik olma iqtidarında olduğunu nümayiş etdirərək xuliqanlıq niyyətilə sol əli ilə X33un boyun nahiyəsipdən tutub özünə tərəf çəkməklə sağ əli ilə sifətindən yumruqla zərbə vurmuş, X33 da özünü müdafiə etmək məqsədilə Məhkum2 bir yumruq zərbəsi vurmuş, bundan sonra Məhkum2 ardıcıl olaraq X33u yumruq və təpiklə vuraraq sonuncunu mağazanın qarşısında dayanmış avtomobilin üstünə yıxmış, həmin vaxt o, mağazada olan şəxslərlə birlikdə bayıra çıxaraq oğlu Məhkum2 aralayıb mübahisəni dayandırdıqdan sonra X33un qolundan tutaraq “Dörd yol” tərəfə apardıqda ona 10 (on) manat borclu olmasını demiş, X33 isə borcunun 10 (on) manat deyil, 30 (otuz) manat olduğunu bildirdikdə o, X33un ünvanına nalayiq sözlərlə söydüyü üçün X33 da ona eyni söyüşlərlə cavab verdikdə o, həmin vaxt onların arxasınca gələn oğlu Məhkum2 ilə bir qrup şəxs halında birləşib münaqişəyə cəlb etdikləri X33la yenidən mübahisə edərək, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədi ilə hər ikisi eynivaxtda onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq ona sol qulaq seyvanının sıyrığı, sol saidin, sağ dizin sıyrıqları ilə müşaiyət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, başın əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və döş qəfəsinin qapalı küt travması, sağ İV, V, Vİ qabırğaların, sol İİ qabırğanın sınığı, sağ ağ ciyərə qansızma, qarının qapalı küt travması, ümumi peritonit, intoksikasiya, toksiko-septiki şokla nəticələnən nazik bağırsaq ilgəyinin deşilməsi ilə müşayiət olunan və yetirilmiş xəsarətlərlə səbəbli əlaqəli olan ehtiyatsızlıqdan X33un ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, nəticədə X21 xx xxxxxx 2017-ci ildə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada ölmüşdür. Məhkum2 atası Məhkum 1 ilə bir qrup şəxs halında birləşib xuliqanlıq niyyətilə X10 həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan xəsarətlər yetirmiş, həmçinin X6 qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirm işdir. Belə ki, o, xx xxxxxx 2017-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi **-DJ-*** dövlət qeydiyyat nişanlı“VAZ-21061” markalı avtomobilini Gədəbəy rayonu Arıxdam kəndi ərazisində yerləşən X11 məxsus mağazanın qarşısında saxlayıb yerə düşərək, həmin vaxt mağaza istiqamətində gedən həmkəndlisi X10 yaxınlaşıb onlara məxsus otu niyə kipləmədiyini ondan soruşduqda X33 bir il əvvəl kiplədiyi ota görə yaranmış pul borcunu ödəmədikləri üçün yenidən onların otunu kipləməyəcəyini bildirdikdə o, “mən sənə nə pul verəsiyəm?” deyə təkrar soruşduqda X33 “keçən il presinizi bağlamışam, buna görə mənə 30 manat borcunuz qalıb” cavabını vermiş, həmin vaxt o, heç bir borcu olmadıqlarını deyərək onun ünvanına nalayiq sözlərlə söymüş, X33 da onu eyni sözlərlə söyüb “sizin mənə 30 manat borcunuz var ” deyərək mağazaya tərəf getmək istəyərkən o, bunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini münaqişəyə cəlb etdiyi X33un şəxsiyyətinin fövqündə qoyub birgə yaşayış və əxlaq normalarına zidd olaraq istənilən məsələni zor gücünə həll etmək imkanına malik olma iqtidarında olduğunu nümayiş etdirərək xuliqanlıq niyyətilə sol əli ilə X33un boyun nahiyəsindən tutub özünə tərəf çəkməklə sağ əli ilə sifətindən yumruqla zərbə vurmuş, zərbənin təsirindən X33 özünü müdafiə etmək məqsədilə ona bir yumruq zərbəsi vurmuş, bundan sonra o, ardıcıl olaraq X33u yumruq və təpiklə vuraraq sonuncunu mağazanın qarşısında dayanmış avtomobilin üstünə yıxmış, həmin vaxt sərxoş vəziyyətdə mağazada olan atası Məhkum 1 digər şəxslərlə birlikdə bayıra çıxaraq onu aralayıb mübahisəni dayandırdıqdan son ra Məhkum1, X33un qolundan tutaraq “Dörd Yol” tərəfə apardıqda ona 10 (on) manat borclu olmasını demiş, X33 isə borcunun 10 (on) manat deyil, 30 (otuz) manat olduğunu bildirdikdə X35 ünvanına nalayiq sözlərlə söydüyü üçün X33 da ona eyni söyüşlərlə cavab verdikdə o, atası Məhkum1la bir qrup şəxs halında birləşib müqaişəyə cəlb etdikləri X33la yenidən mübahisə edərək, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədi ilə hər ikisi eyni vaxtda onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq ona sol qulaq seyvanının sıyrığı, sol saidin, sağ dizin sıyrıqları ilə müşaiyət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, başın əzilmiş yarası ilə müşayiət olunansağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və dö ş qəfəsinin qapalı küt travması, sağ İV, V, Vİ qabırğaların, sol İİ qabirğanm sınığı, sağ ağciyərə qansızma, qarının qapalı küt travması, ümumi peritonit, intoksikasiya, toksiko-septiki şokla nəticələnən nazik bağırsaq ilgəyinin deşilməsi iləmüşayiət olunan və yetirilmiş xəsarətlərlə səbəbli əlaqəli olan ehtiyatsızlıqdan X33un ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, nəticədə X21 xx xxxxxx 2017-ci ildə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada ölmüşdür. Bundan başqa o, xx xxxxxx 2017-ci il tarixdə saat 21 radələrində Şəmkir rayon Çənlibel kəndində yerləşən “Çənlibel” kafesinin qarşısında X13 ilə görüşərkən bir gün əvvəl atası X33u döymələrinə görə aralarında yaranmış mübahisə zəminində o, X34un yumruqla sifətindən bir neçə zərbə vurmuş və köynəy inin yaxasından tutub başını aşağıya doğru əyərək dizi ilə dodağından bir dəfə zərbə vurmaqla, X34a üst dodağının sol yarısının əzilmiş yarası ilə müşayiət edilən qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Hökmdən Məhkum2, məhkum Məhkum1 və onun müdafiəçisi Z.Qəhrəmanov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından məhkum Məhkum1 kassasiya ş ikayəti verərək həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsini, Məhkum2 isə kassasiya şikayəti verərək onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İşin faktiki hallarını mübahisələndirən məhkum Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr onun barəsində cinayət işinə baxarkən şahidlərin yalan və zidiyyətli ifadələrə əsaslanıb ədalətsiz və qanunsuz qərar qəbul etmişlər. Məhkum Məhkum1 bildirir ki, oğlunu müdafiə etmək üçün o, ibtidai araşdırma zamanı cinayət əməlinin onun tərəfindən törədilməsi barədə ifadələr vermiş, halbuki o, heç bir cinayət əməli törətməmişdir. Eyni zamanda bildirir ki, müstəntiq əvvəlcədən iş üzrə ibtidai araşdırmanı qərəzli aparmış, belə ki, onun müstətiqlə mübahisəsi olmuş, bu sə bəbdən də o, həmin iş üzrə təqsirləndirilin şəxs qismində cəlb edilmişdir. Kassasiya şikayətinin müəllifi iş üzrə keçirilmiş bir sıra məhkəmə ekspertiza rəylərini sadalayaraq, həmin rəylərdə zərərçəkmiş şəxsin aldığı xəsarətlərin kim tərəfindən yetirilməsinin konkret göstərilməməsini qeyd edərək bildirir ki, zərərçəkmiş X33 hadisədən bir neçə il əvvəl üç dəfə avtomobil qəzasına düşmüş və bu səbəbdən onun qabırğaları sınmışdır. Bundan başqa məhkum hesab edir ki, iş üzrə dindirilmiş bəzi şahidlərin ifadələrini sübut kimi qəbul etmək də düzgün deyil. Belə ki, şahidlərdən biri X14 uzun müddətdir ki, psixi xəstəliklərdən əziyyət çəkir və xəstəliyinə görə pensiya alır. O, öz ifadəsində bildirdirmişdir ki, guya hadisə yerində olarkən Məhkum 1 və zərər çəkmiş şəxsi bir-birindən ayırmış, halbuki öz ü ayaq üstə dura bilmir. Məhkəmələr iş üzrə yuxarıda qeyd olunan zidiyyətlərə fikir verməmiş, işin hallarını düzgün araşdırmamış və nəticədə onun barəsində ədalətsiz qərar qəbul etmişlər. Bunları nəzərə alaraq apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş edir. Məhkum2 kassasiya şikayətini belə əsaslandırmışdır ki, o, törətdiyi əməlləri səmimi etiraf edərək həmin əməllərdən peşmançılıq hissi keçirir. Məhkum öz kassasiya şikayətində bildirir ki, zərər çəkmiş şəxslə təkcə o, dalaşıb və onun atası Məhkum1 törədilmiş cinayətə heç bir aidiyyəti yoxdur. Lakin iş üzrə ibtidai araşdırma düzgün aparılmamış və atası Məhkum1 heç bir əsas olmadan təqsirləndirilən şəxs qismində cəlb edilmiş, sonradan isə qanunsuz olaraq məhkum olunmuşdur. İşə baxan məhkəm əkər də öz növbəsində çox saylı zidiyyətlərə nəzər yetirməmiş, bu ziddiyyətləri aradan qaldırmamış, şahidlər həqiqətə uyğun olmayan hallar barədə yalan ifadələr vermişlər. Bu ifadələr və iş üzrə toplanmış sübutlar məhkəmələr tərəfindən düzgün qiymətləndirilməmiş, yekun məhkəmə aktlarının əsasını isə yol verilməz sübutlar təşkil etmişdir. Kassasiya şikayətinin müəllifi həmçinin bildirir ki, atası onu xilas etmək üçün gəsdən törətmədiyi əməli törətdiyini etiraf etmiş və nəticədə təqsirsiz olaraq cəza çəkir. Qeyd olunanları nəzərə alaraq məhkum atası Məhkum1a bəraət verilməsini, özünün barəsində isə ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışı iclasının keçirələcəyi yer və vaxt barədə məlumatlandırılmış zərərçəkmiş şəxs X34 naməlum səbəblərdən həmin iclas da iştirak etməmiş və bunun səbəbi barədə Ali Məhkəmənin Cinayət Kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə) CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə göstərilən şəxsin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, məhkumlar Məhkum1 və Məhkum2, hər birisinin ayrı-ayrılıqda verdikləri həmin şikayətlərin əsas dəlilləri ondan ibarətdir ki, işə baxmış məhkəmələr məhkumların onlara elan olunmuş ittiham üzrə təqsirli olmalarına dair yekun məhkəmə aktlarının əsasına qoyulmuş sübutların qanun pozuntusu ilə əldə edilməsinə əhəmiyyət verməmiş, əld ə olunmuş sübutlara düzgün qiymət verilməyərək yolverilməz sübutlar əsasında onların barəsində qanunsuz olaraq ittiham hökmü çıxarılmış, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq bu hökmün qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Bununla da, məhkumlar apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə mü vafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası məhkumların müraciətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum1 və Məhkum2 barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakılar qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyət lərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kass asiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təy in edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Belə liklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-et məməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıla rı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati ə həmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) İş materiallarının təhlili göstərir ki, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar ondan ibarətdir ki, Məhkum1 xx xxxxxx 2017-ci il tarixdə, saat 21 radələrində sərxoş vəziyyətdə Gədəbəy rayonu Arıxdam kəndi ərazisində yerləşən X11 məxsus mağazada olarkən, oğlu Məhkum2 həmkəndlisi X21 ilə mübahisə etdiyini görüb mağazada olan şəxslərlə birlikdə bayıra çıxaraq oğlu Məhkum2m aralayıb mübahisəni dayandırdıqdan sonra X33un qolundan tutaraq “Dörd yol” tərəfə apardıqda ona 10 (on) manat borclu olmasını demiş, X33 isə borcunun 10 (on) manat deyil, 30 (otuz) manat olduğunu bildirdikdə o, X33un ünvanına nalayiq sözlərlə söydüyü üçün X33 da ona eyni söyüşlərlə cavab verdikdə o, həmin vaxt onların arxasınca gələn oğlu Məhkum2 ilə bir qrup şəxs halında birləşib münaqişəyə cəlb etdikləri X33la yenidən mübahisə edərək, xuliqanlıq niyyətilə qəsdən sağ lamlığa ağır zərər vurmaq məqsədi ilə hər ikisi eyni vaxtda onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq ona sol qulaq seyvanının sıyrığı, sol saidin, sağ dizin sıyrıqları ilə müşaiyət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, başın əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və döş qəfəsinin qapalı küt travması, sağ İV, V, Vİ qabırğaların, sol İİ qabırğanın sınığı, sağ ağ ciyərə qansızma, qarının qapalı küt travması, ümumi peritonit, intoksikasiya, toksiko-septiki şokla nəticələnən nazik bağırsaq ilgəyinin deşilməsi ilə müşayiət olunan və yetirilmiş xəsarətlərlə səbəbli əlaqəli olan ehtiyatsızlıqdan X33un ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətl ər yetirmiş, nəticədə X21 xx xxxxxx 2017-ci ildə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada ölmüşdür. Bundan başqa Məhkum2 xx xxxxxx 2017-ci il tarixdə saat 21 radələrində Şəmkir rayon Çənlibel kəndində yerləşən “Çənlibel” kafesinin qarşısında X13 ilə görüşərkən bir gün əvvəl atası X33u döymələrinə görə aralarında yaranmış mübahisə zəminində X34un yumruqla sifətindən bir neçə zərbə vurmuş və köynəyinin yaxasından tutub başını aşağıya doğru əyərək dizi ilə dodağından bir dəfə zərbə vurmaqla, X34a üst dodağının sol yarısının əzilmiş yarası ilə müşayiət edilən qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və süb utetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumlar Məhkum1 və Məhkum2, xəsarət almış zərər çəkmiş şəxs və ölmuş zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin dindirilmələri, zəruri olan ekspertiza keçirilərək həmin ekspertizaların rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm biri nci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X17 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən məhkumların əməllərinin cinayətin törədildiyi, iş üzrə ibtidai araşdırmanın aparıldığı, birinci və apellyasiya instansiyası məhkəmələri tə rəfindən yekun məhkəmə aktlarının qəbul edildiyi zamanda Məhkum1un əməlini CM-nin 126.3-cü maddəsi ilə, Məhkum2 əməllərini 126.3-cü və 128-ci maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onların bu maddələrlə təqsirli bilinərək cəzalandırmalarını qanuni və əsaslı saymışlar. İş materialları ilə müəyyən edilir ki, məhkum Məhkum1 məhkəmə iclasalrında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, ibtidai araşdırmanın ilkin mərhələsində hazırki qərarın “İşin halları” hisəsində təsvir edilən cinayət əməllərini özü tərəfindən törədilməsini etiraf edərək həmin cinayətin halları barədə göstərmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə saat 21-22 radələrində həmkəndlisi İlham İsgəndərova məxsus mağazanın qarşısına çatdıqda X33un idarə etdiyi traktorunu mağazadan bir qədər aralıda saxladığını, traktordan düşərək ona tərəf gəldiyini görmüşdür. X33 yaxınlaşaraq ondan 10 manat borcunu istəmiş, o, isə cavabında pulu olmadığını bildirmişdir. Bu vaxt X33 onu nalayiq sözlərlə təhqir edərək yumruqla çiyin nahiyyəsindən zərbə vurmuşdur. Bundan sonra o, təpiklə X33un qarın nahiyyəsindən zərbə vurmuş, zərbənin təsirindən sonuncu traktorun arxasına qoşulmuş ot bağlayanın üzərinə yıxılmışdır. X33 “qarnım cırıldı, öldüm” deyə qışqırmış və telefonunu çıxarıb təcili tibbi yardımın 103 xidmətinə zəng etmiş, təcili tibbi yardım avtomobili gələrək onu xəstəxanaya aparmışdır. Lakin, sonradan o, mərhum X33u döymədiyini, digər Məhkum2 isə sonuncunun atası deyil, yalnız onun tərəfindən döyülməsini bildirsələr, məhkəmələr haqlı olaraq məhkumlar tərəfindən ifadələrini dəfələrlə dəyişmələrini, bu ifa dələrin həm biri-biri ilə, həm də araşdırılmış digər sübutlarla ziddiyət təşkil etməsini nəzərə alaraq onların məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmiş, zərər çəkmiş şəxsin, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini və digər sübutları yekun məhkəmə aktlarının əsası kimi qəbul etmişlər. Araşdırılmış həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların hamısının təkrarən təsvir edilməsinə ehtiyac görmür və eyni zamanda məhkumların kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlı bu sübutların yalnız bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, zərər çəkmiş şəxsin hüquqi varisi X34 ifadələrindən görünür ki, xx xxxxxx 2017-ci il tarixdə X34 atası X33 Arıxdam kəndində Məhkum1 və onun oğlu Məhkum 2 döydüklərini bildirdikdə, o, oğlu X33lə birlikdə evlərinə gəlmiş, X33 üz-gözünün pis vəziyyətdə olduğunu və çarpayıda uzandığını görmüşdür. Ərindən nə baş verdiyini soruşduqda sonuncu traktorla çöldən evə gələrkən, çörək almaq üçün mağazanın qarşısına gəldikdə X15 ilə qarşılaşdığını, Məhkum 2 ona yaxınlaşaraq hamının otunu bağladığını, lakin onların çağırışna gəlməməsinin səbəblərini soruşduqda Məhkum2ə onu işlədib pulunu vermədiklərini demiş, borcunu qaytardıqdan sonra otunu presləyəcəyini bildirdikdə əvvəlcə Məhkum2in onu söyməsini və boynundan tutaraq, yumruq və təpikləri ilə vurmasını, orada olan şəxslər, həmçinin Məhkum2in atası Məhkum1 gələrək, onları ayırıb, Məhkum2i kənara çəkmələ rini, traktorunun yanına gələndə isə Məhkum1in traktordan dəmir aləti götürüb sonra oğlu Məhkum2in də gələrək hər ikisinin onun baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq, onu döymələrini, yerə yıxıb təpiklə qarnına, bədəninin müxtəlif nahiyələrinə vurmalarını, həmin vaxt orada olan X44 və digər kənd sakinlərinin onu Məhkum1in və Məhkum2in əlindən almalarını, sonra traktoruna minib, oradan getmək istəsə də, gedə bilmədiyini, kənd camaatının çağırdıqları təcili tibbi yardım avtomobili ilə evlərinə gətirildiyini ona demişdir. Bundan sonra o, ərinin vəziyyətinin yaxşı olmadığını görüb, onu oğlu ilə birlikdə Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışdır. Orada ona tibbi yardım göstərildikdən sonra yaşadıqları evə gətirmişlər. Lakin gecə X33ın qarın nahiyəsində yenidən ağrı başladığından, özünü narahat hiss etdiyindən onu yenidən Şəmkir rayon mərkəzi xəstəxanasına gətirmişlər. X33 Şəmkir RMX-da olarkən Məhkum1in arvadı Midvar ora gəlmiş, əri Məhkum1 və oğlu Məhkum2in 30 manata görə X33ı bu günə qoyduqları üçün peşimançılıq çəkdiklərini bildirmişdir. X2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə saat 21 radələrində o, Məhkum1un və onun oğlu X24 yumruq-təpiklə vurduqlarını görüb, onlara yaxınlaşmış, Məhkum1i arxadan tutub kənara çəkərək onun X33ı vurmasına imkan verməmişdir. Məhkum1i kənara çəksə də, Məhkum2 X33ı vurmaqda davam etdiyindən o, Məhkum2i də kənara çəkmişdir. X18 mağazanın qarşısında Məhkum2in X33ı döyməsinin şahidi olmuşlar. Məhkum1 X33ı qolundan tutub traktora tərəf apardıqdan sonra o, “Dörd yol” deyilən yerdə X25 mübahisə etdiklərini görüb ora ge tmiş və X30 döydüklərini görmüşdür. Traktorun dayandığı yerə gedəndə arxasınca X55 və X56ın da gəldiklərini düşünmüş, lakin sonradan həmin vaxt İlhamın mağazada olduğunu, X55in isə çıxıb getdiyini və həmin mübahisənin şahidi olmadıqlarını bilmişdir. Məhkum1 Məhkum2lə birlikdə X33ı yumruq təpiklə vurmağa başlamışlar. X33 isə onlara heç bir müqavimət göstərə bilməmişdir. O, Məhkum1i X33dan aralamaq istədikdə, Məhkum1 əvvəlcə aralanmaq istəməsə də, X33ın “öldürdüz məni, bəsdir, ölürəm” deyib yalvarmasını və onun həmin vaxt həqiqətən də pis vəziyyətdə olmasından qorxduğuna görə aralanaraq onu vurmaq fikrindən yayınmış və Məhkum2ə “daha bəsdir” deyib onun X33dan aralanmasını istəmişdir. Kassasiya şikayətlərinin dəlillərinin əksinə olaraq, X56 bu ifadələrinin uydurma olması, sonuncunun hər han sı psixi xəstəlikdən əzab çəkməsi, bu ifadələri təzyiq və ya təsir altında, yaxud da kiminsə xahişi ilə verməsi iş materialları ilə müəyyən edilmədiyindən, şahidin həmin ifadələrinə şübhə ilə yanaşılması üçün əsasların olmadığını qeyd edir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2017-ci il tarixli 13 saylı rəyindən görünür ki, mərhum X7 meyitinin xarici və daxili müayinəsi zamanı onun bədənində başın əzilmiş yarası, sol qulaq seyvanının sıyrığı, sol saidin, sağ dizin sıyrıqları, döş qəfəsinin qapalı küt travması, sağ İV, V, Vİ qabırğaların, sol İİ qabirğanm sınığı, sağ ağciyərə qansızma, qarının qapalı küt travması, ümumi peritonit, intoksikasiya, toksiko-septiki şokla nəticələnən nazik bağırsaq ilgəyinin deşilməsi xəsarətləri aşkar edilmiş, həmin xəsarətl ər küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin qapalı küt travması, sağ İV, V, Vİ qabırğaların, sol İİ qabirğanm sınığı, sağ ağciyərə qansızma, qarının qapalı küt travması, ümumi peritonit, intoksikasiya, toksiko- septiki şokla nəticələnən nazik bağırsaq ilgəyinin deşilməsi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, başın əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma əlamətlərinə, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarət əlamətlərinə malikdirlər. X26 ölümünə səbəb nazik bağırsağın deşilməsi nəticəsində baş vermiş ümumi peritonitin səbəb olduğu intoksikasiya, toksikoseptiki şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, məhrumun ölümü meyitin müayinəsindən 12-14 saat əvvəl müddətə baş vermişdir. Məhrumun ölümü aldığı xəsarətlərlə səbəbli əlaqədədir. Məhrumun meyitində aşkar edilmiş xəsarətlər onun döyülməsu nəticəsində törənə bilmələri inkar edilmir. Ekspertizanın bu rəyi ilə X33un onda aşkar edilmiş xəsarətləri döyülməsi nəticəsində deyil, əvvəllər baş vermiş yol-nəqliyyat hadisələri zamanı alması da inkar olunur və həmin xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqənin olması təsdiq edilir. Belə nəticə həmçinin apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında keçirilmiş təkrar məhkəmə-tibb ekspertizası rəyi ilə də bir daha sübuta yetirilmişdir. Həmin rəyə görə, X33 meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: başın əzilmiş yarası, sol qulaq seyvanının, sol saidin, sağ dizin sıyrıqları, döş qəfəsinin qapalı küt travması, sağ 4-5-6-cı qabırğaların, sol 2-ci qabırğanın sınığı, sağ ağciyərə geniş qansızma, nazik bağırsağın cırılması, qarının qapalı küt travması. Həmin xəsarətlərdən döş qəfəsinin və qarının qapalı küt travması, sağ 4-5- 6-cı qabırğaların, sol 2-ci qabırğan sınığı, sağ ağciyərə geniş qansızma, ümumi peritonit, intoksikasiya, toksiki-septiki şokla nəticələnən nazik bağırsağın deşilməsi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, başın əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilmir. Mərhum X33un ölümünə səbəb bədənin küt travması nəticəsində baş verm iş nazik bağırsağın cırılması ilə müşayiət olunan ümumi peritonit, intoksikasiya, toksiki-septiki şok olmuşdur. Mərhumun ölümü xx xxxxxx 2017-ci il tarixdə, saat 1950-də Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada baş vermişdir. Bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə bir daha təsdiq olunur. Mərhum X33un ölümü ilə onun meyitində aşkar edilmiş xəsarətlər arasında birbaşa səbəbli əlaqə vardır. X33un xx xxxxxx 2017-ci il tarixdə, saat 2200-da Gədəbəy mərkəzi rayon xəstəxanasına müraciəti zamanı ona «təpə nahiyəsinin əzilmiş yarası, sağ dirsək sümüyünün sınığı, döş və qarın boşluğunun küt travması» diaqnozu qoyularaq, ilkin tibbi yardım göstərildikdən sonra Şəmkir MRX-na göndərilmiş və o, xx xxxxxx 2017-ci il tarixdə xəstəxananın İ cərrahiyyə şöbəsinin travmatologiya bölməsi nə daxil olarkən, qarın boşluğunun aparılmış ultrasəs müayinəsində patologiya aşkar edilmədiyi göstərilsə də, nazik bağırsaqda olan cırılma həkim-radioloq tərəfindən müəyyən edilməmiş və sonda da həmin cırılmadan bağırsaq möhətiviyyatı qarm boşluğuna tökülərək peritonitlə fəsadlaşmış və mərhumun ölümünə səbəb olmuşdur. Şəmkir MRX-da qoyulmuş «başın sağ təpə nahiyəsində yumşaq toxumasının səthi əzilib-kəsilmiş, sol saidin sıyrılmış (kiçik ölçüdə), sağ bazunun aşağı Va-nin sıyrılmış yarası, sol kürək nahiyəsinin yumşaq toxumasının əziyi, hər iki qulaq seyvanının sıyrılmış yarası» diaqnozu qoyulsa da, qarın boşluğunda olan patologiya ultrasəs və rentgen müayinəsi aparılmaqla qabırğalardakı sınıq aşkar edilməli idi. X33un ölümünə səbəb olmuş bədənin küt travması nəticəsində baş vermiş nazik bağırsağın cırılması, yayılmış peritonit, intoksikasiya, toksikiseptiki şok bərk küt əşyanın təsirindən törənmişdir, yumruq və təpik zərbələri nəticəsində yaranması inkar olunmur. İstər Gədəbəy, istərsə də Şəmkir MRX-da xəstənin müayinəsi tam aparılmamış, Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında xəstə cərrahi müdaxilə olunsa da, rentgen müayinə aparılmadığından qabırğalardakı sınıq və ağciyərə geniş qansızma aşkar edilməmiş, vaxt itkisinə yol verildiyindən yayılmış peritonitin qarşısını almaq mümkün olmamış və toksiki-septiki sodan xəstə vəfat etmişdir. Mərhum X33un bədəni üzərində aşkar edilmiş xəsarətlər istər Gədəbəy və Şəmkir MRXda, istərsə də Gəncə şəhər A.Səhhət adına 1 saylı şəhər xəstəxanasında müayinədə olduğu zaman aşkar edilib, həkimlər tərəfindən vaxtında y üksək ixtisaslı təxirəsalınmaz yardım göstərildiyi təqdirdə onun ölümünün qarşısını almaq ehtimalı arta bilərdi. Buraxılmış səhvlərin vaxtında aşkar edilməməsində travmanın ağır və müştərək olması da böyük rol oynamışdır. İş materiallarından göründüyü kimi, istər Məhkum1un və Məhkum2, istərsə də zərərçəkmiş şəxsin və şahidlərin ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında həqiqətə uğun olmayan ifadələr vermələri, onların dindirilmələri zamanı hüquqlarının pozulması müəyyən edilməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi və xəsarət almış zərəçəkmiş şəxsin, şahidlərin ifadələri iş üzrə araşdırılmış və hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında əksini tapmış başqa sübutlara uyğun olmuş və məhkəmələr haqlı olaraq məhkumların ifadələrini özünümüdafiə xarakterli ifdəl ər kimi qiymətləndirib qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına zərərçəkmişin və şahidlərin ifadələrini, habelə araşdırılmış başqa sübutları qoymuşlar. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi və xəsarət almış zərəçəkmiş şəxsin məhkumlara böhtan atması, şahidlərin isə onun diktəsi ilə ifadələr vermələri də iş materialları ilə təsdiq olunmur və buna görə, bununla bağlı Məhkum1 və Məhkum2 kassasiya şikayətlərində göstərdikləri dəlilləri əsaslı sayıla bilməz. Məhkumlar Məhkum1un və Məhkum2 cinayət əməllərinin hüquqi tövsif ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tut ulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkum 1 və Məhkum2rının CM-nin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qab iliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmağa görə, həmin Məcəllənin 126.3-cü maddəsində isə CM-nin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, obyektiv cəhətini isə başqa şəxsin sağlamlığına ağır zərər vurulması təşkil edir. Həmin cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. CM-nin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədil miş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. CM-nin 25.2-ci maddəsində müəyyən edilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsində təsbit edilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. CM-nin 26-cı maddəsi “Cinayətin ehtiyatsızlıqdan törədilməsi”ni aşağıdakı kimi müəyyən etmişdir: “26.1.Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. 26.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. 26.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədil miş cinayət hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair" xx xxxx 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, psixoloji kateqoriya kimi təqsir müxtəlif psixoloji elementlərin məcmusundan ibarət olan müəyyən bir məzmuna malikdir. Təqsirin məzmununu təşkil edən psixoloji elementlərə şüur və iradə aiddir ki, onlar da psixoloji akt kimi ictimai təhlükəli davranışın müvafiq əqli və iradi tərəfini təşkil edir. Bu psixoloji elementlər öz növbəsində əməlin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlükəlilik dərəcəsini formalaşdırır. Göründüyü kimi qanunun mənasına görə, birbaşa və dolayı qəsdin mahiyyəti onunla bağlıdır ki, şəxs öz hərəkətinin ictimai təhlükəli nətic ələr doğuracağını real olaraq əvvəlcədən görür, lakin belə nəticə ona nə son, nə də ara məqsəd kimi lazım deyildir. Bununla belə, şəxs vətəndaşların mənafeyinə biganəlik göstərərək əməli törədir. Dolayı qəsdlə törədilən cinayətlərdə şəxsin nə hərəkəti, nə də niyyəti konkret nəticənin baş verməsinə doğru istiqamətləndirilmir, başqa sözlə ictimai təhlükəli nəticənin baş verməsinə şüurlu surətdə yol verilir. Cinayət qanunvericiliyinin yuxarıda qeyd edilən normalarından görünür ki, cinayət törətmiş şəxslərin əməllərinin hüquqi tövsifi zamanı təqsirin dolayı qəsd formasının cinayətkarcasınsa özünə güvənmədən fərqləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Təqsirin həmin iki formasının fərqləndirilməsi üçün şəxsin iradəsinin məzmununun müəyyən edilməsi vacibdir. Cinayəti dolayı qəsdlə törədən şəxs ö z əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür, lakin bunları arzu etmir və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Cinayətkarcasına özünəgüvənmə zamanı isə şəxsin törətdiyi əməlin ictimai təhlükəli nəticələrin baş verməsinə şüurlu sürətdə yol verməsi istisna olunur, əksinə təqsirkar hesab edir ki, baş verə biləcək ictimai təhlükəli nəticələrin qarşısını ala biləcəkdir və öz iradəsini həmin nəticələrin qarşısının alınmasına istiqamətləndirir. CM-nin 126.3-cü maddəsi ilə olan əməl təqsirin qarışıq forması ilə törədilir: şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur. Şərh edilən cinayət maddi tərkibli cinayət olduğu ndan təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda geyd olunanlar iş mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-nin 416-cı maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum1un və Məhkum2 kassasiya şikayətlərində göstərdikləri dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxslərin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, baxılan işdə CPM-nin 42ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətlərində Məhkum1 və Məhkum2 onların təqsirli bilindikləri maddələrlə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürmədiklərindən, apellyasiya instansiyası məhkəməsi isə onların barəsində birinci instansiya məhkəməsinin seçdiyi cəza tədbiri ilə razılaşarkən iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı da maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkumlara təyi n edilmiş cəzaların yüngülləşdirilməsi və ya həmin cəzaların şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətlərin təmin edilməsi barədə məhkumların və onların müdafiəçilərinin, hər iki kassasiya şikayətinin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, Məhkum1un və Məhkum2 kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı isə həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rə hbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə və Məhkum2 CM-nin 126.3-cü və 128-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı məhkumlar Məhkum1un və Məhkum2 kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-286/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-286/2021
29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver