Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-286/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxxx 1991-cu ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan və yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmünə əsasən (hakim A.Səmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Salyan Ray on Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 9 (doqquz) ay 17 (on yeddi) gün hissəsi sonuncu hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2022ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), K.S.Bəşirov və İ.H.Əhmədov) apellyasiya protesti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmü Məhkum təyin edilmiş cəz aya münasibətdə dəyişdirilmişdir. Məhkum CM-in 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2022-ci il tarixli qərarı ilə Məhkum təyin edilmiş 5 (beş) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən, hazırki qərarla ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, Məhkum üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 31 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət in törədilməsində təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 yanvar 2022-ci il tarixdə axşam saat 19 radələrində X1 Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində yaşadığı evin həyətyanı sahəsinə, yəni saxlanc yerinə qanunsuz olaraq daxil olub oradan X10 məxsus bir baş 180 manat dəyərində erkək cinsli, 6 aylıq, diri çəkisi 15-16 kq olan xırdabuynuzlu quzunu oğurlamaqla, zərərçəkmiş şəxs X10 180 manat maddi ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2022-ci il tarixli qərarının dəyişdirilməsi və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Kassasiya protesti nin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apelyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Baş Prokurorun müavini tərəfindən verilmiş apelyasiya protestində məhkuma təyin olunmuş cəzanın ağırlaşdırılması xahiş olunmadığı halda, cəzanı ağırlaşdırmışdır. Belə ki, Məhkum Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsi rayon məhkəməsinə xx.xx.2022-ci il tarixli təqdimatla müraciət ed ərək həmin hökmlə Məhkum təyin edilmiş və çəkilməmiş qalan 1 il 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Salyan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli təqdimatının təmin edilməməsi, CM-in 69.3-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 1 il 11 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması və Məhkum barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək çəkilməmiş cəzasının 1 il azaldılması qərara alınmışdır. Azərbaycan Respubli kası Baş prokurorunun müavini tərəfindən apellyasiya protesti verilərək, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Salyan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli təqdimatının təmin olunması xahiş edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə apelyasiya protesti qismən təmin edilməklə Salyan rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilmiş, Məhkum Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 11 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər olması nəzərə alınaraq, üzərində 5 ay 19 gün müddətə azadlıqdan məhr um etmə cəzası saxlanılmış və cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılarkən Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilməklə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması barədə təqdimata baxılmasına dair həmin rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəyə minməmiş, bununla da məhkəmə tərəfindən cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir k i, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, kassasiya protesti təmin edilməklə apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən n ormanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində işin faktiki halları mübahisələndirilmir, yalnız məhkuma cəza təyin edilərkən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi mübahisə edilir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsində görə: “Eyni əməllər: 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə— -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası protestdə və şikayətdə göstərilən dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, Məhkum Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdılması cəzasına məhkum edilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsi rayon məhkəməsinə xx.xx.2022-ci il tarixli təqdimatla müraciət edərək həmin hökmlə Məhkum tayin edilmiş və çəkilməmiş qalan 1 il 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdılması cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Salyan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli təqdimatının təmin edilməməsi, CM-in 69.3-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 1 il 11 ay 8 gün müddətə azadlığın məhdudlaşdılması cəzasının saxlanılması və Məhkum barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respubli kası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək çəkilməmiş cəzasının 1 il azaldılması qərara alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X11 tərəfindən apellyasiya protesti verilərək, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-i il tarixli qərarının ləğv edilməsi və Salyan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli təqdimatının təmin olunması xahiş edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməklə Salyan rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilmiş, Məhkum Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 11 ay 8 gün mü ddətə azadlığın məhdudlaşdılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdılması cəzasının iki gününə bərabər olması nəzərə alınaraq, üzərində 5 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılarkən Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilməklə çəkilməmiş azadlığın məhdudlaşdılması cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması barədə təqdimata baxılmasına dair həmin rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəyə minməmişdir. Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq olunmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya protesti təmin edilərək hökm apellyasiya protestinə əsasən dəyişdirilmiş və Məhkum CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası dəyişdirilərək, ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən, əvvəlki qərarla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki qərarla ona təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Halbuki, Baş Prokurorun müavini tərəfindən verilmiş apel yasiya protestində Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının ona daha ağır cəza olan azadlıqdan məhrum etmə cəzası təyin edilməklə deyil, yalnız cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi hökmdən verilmiş apellyasiya protestinin dəlillərində göstərilmədiyi halda, Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını heç bir əsaslandırma apa rmadan ağırlaşdıraraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkum daha ağır cəza təyin edilməsi məsələsi apelyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə müzakirə edilməmiş və yekun qərarda heç bir əsaslandırma aparılmamışdır. Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və kassasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 2 avqust 2022-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şir van Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-286/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-286/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver