Məhkəmə qərarları › İş №1(102)-286/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-286/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-286/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Eldar İsmayılov) 16 noyabr 2022-ci il tarixli, 1(101)1636/2022 nömrəli hökmü ilə 25 dekabr 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası CM-in 178.3.2 və 213.1-ci maddələri ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 238.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü ilə X11 üzərində s axlanılmış 4 (dörd) il 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası, CMin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddətinə müəyyən edilmiş şərti məhkum etmə, CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilmiş və CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, ona qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 may 2022-cı il tarixdən hesablanmışdır. İşin halları: İstintaq orqanının mövqeyinə əsasən X15 istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Nəsimi rayonu inzibati ərazisində yerləşən “Kubinka” adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə külli miqdarında ümumilikdə təmiz çəkisi 3,855 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq əldə edib daşıyaraq, müvəqqəti yaşadığı ünvan 2 ünvana gətirib narkotik vasitənin satışını təmin etmək üçün iki hissəyə bölməklə saxlamış, 13 may 2022-ci il tarixdə saat 03:45 dəqiqədə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi, saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılmış, həmin evə keçirilmiş baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin qəbul etmələrinə icazə verdiyi tanışları xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhər Binəqədi rayonu Xocasən qəsəbəsi Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan X7, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7 yaşayan Şahid6 müəyyən edilmiş, evə baxış zamanı sonuncuların qarşısındakı masanın üzərindən ona məxsus təmiz çəkisi 3,137 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin daxilində narkotik vasitə heroin izləri olan 1 (bir) ədəd uc hissəsi qırıq şüşə ampula, 2 ədəd 2 ml-lik boş şprislər, daxilində heroin izləri olmayan 2 ədəd iynə ucluğu, 3 ədəd fal qa kağız kəsintiləri, 3 ədəd 10 ml-lik boş şpris və 3 ədəd iynə ucluğu, X4 məxsus təmiz çəkisi 3,295 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, Şahid6 məxsus təmiz çəkisi 2.432 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürüldüyü üçün əməliyyat tədbirinin davamı olaraq o, sonuncularla birlikdə Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,718 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və İbrahim İbrahimli) 08 iyun 2023-cü il tarixli 1(103)-395/2023 nömrəli hökmü ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apelyasiya protesti təmin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(101)1636/2022 saylı hökmü ləğv edilmiş, X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 238.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və cinayətlərin törədilməsinə aidiyyəti olmadığı üçün ona həmin maddələr ilə bəraət verilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət i ttihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə baxış iclasında məhkumun bədəni üzərində xəsarətlərin müşahidə olunması barədə videogörüntüdə və eləcə də, həmin gün təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntüdə onun bədənin, baş nahiyəsində xəsarətlərin olması və qulaqlarının şişkin vəziyyətdə olması qətiyyən müşahidə edilmir. Belə ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, şəxsin üzərində bədən xəsarətinin müəyyən edilməsi və onun dərəcəsinin təyini məhkəmə-tibbi ekspertin səlahiyyətinə aiddir. Apelyasiya instansiyası məhkəmə kollegiyası isə öz səlahiyyətlərindən kənara çıxaraq mənzildə axtarış və götürmə aparılmasına dair videogörüntüdən təqsirləndirilən şəxsin üzərində xəsarətlərin olduğunun müəyyən edildiyini qeyd et mişdir. Bundan başqa, məhkəmə kollegiyası Sahib Şərifovun bədənində və başında xəsarətlərin olduğunu qeyd etsə də, həmin xəsarətlərin bədənin və başın hansı nahiyələrində olduğunu dəqiq göstərməmişdir. Halbuki, sözügedən video görüntüdən də göründüyü kimi, Sahib Şərifovun əynində yaxası öndən bağlanmış uzunqol gödəkcə və şalvar olduğu halda, məhkəmə kollegiyasının onun bədəninin hansı nahiyəsində xəsarət gördüyü müəmmalıdır) Ümumiyyətlə, cinayət prosessual qanunvericiliyi şəxsin üzərində xəsarətin olubolmamasını vizual müşahidə ilə deyil, yalnız məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyənləşdirməyi imperativ norma olaraq qeyd etmişdir, nəinki apelyasiya instansiyası məhkəmə kollegiyasının videogörüntü ilə şəxsin üzərində xəsarətin olduğunu müəyyən etmişdir. Təsadüfi deyil ki, prosessu al qanunvericilik sübutların müqayisəli tədqiqi dedikdə, işdə olan bütün sübutların qarşılıqlı araşdırılmasını və əlaqələndirilməsini, yalnız bundan sonra, biri digərini tamamlayan sübutların başqalarına nisbətdə üstünlüyünün müəyyən olunmasını nəzərdə tutur. Ona görə də, əgər şəxsə fiziki təzyiq göstərilməsi iddia edilirsə, ilk növbədə onun bədəni üzərində həqiqətən xəsarət olub-olmaması, varsa yaranma mexanizmi və şəraiti, müddəti, digər dəlillərlə təsdiq olunması mütləq araşdırılmalı hallardır. İşdən görünür ki, məhkəmə-tibb ekspertizasının 01 iyul 2022-ci il tarixli, 188 saylı rəyində Sahib Şərifovun bədəni üzərində 13 may 2022-ci il tarixə uyğun gələn hər iki körpücük nahiyəsində qərtməkli yara aşkar edilmiş, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş mat eriallarında olan Yasamal rayon prokurorluğunun 27 iyul 2022-ci il tarixli qərarından görünür ki, X11 xəsarət alması faktında cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. Qismən məhkəmə istintaqı ilə aparılan məhkəmə baxışı üzrə 18 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Sahib Şərifov dövlət ittihamçısının suallarına cavab olaraq Bakı İstintaq Təcridxanasına daxil olarkən onun hər iki körpücük sümüklərində hər hansı qançır, xəsarət və ya xəsarət izi olmadığını, ümumiyyətlə həmin nahiyələrinə vurulmadığını bildirmişdir. Sahib Şərifovun polis əməkdaşlarının hər hansı qanunsuz hərəkətlərinə məruz qalmaması təkcə həmin rəylə deyil, həmçinin araşdırma və hazırki işin məhkəmə baxışı zamanı dindiril miş polis əməkdaşlarının (Şahid4, Şahid2 və Şahid3) izahat və ifadələri ilə də təsdiqini tapmışdır. Göründüyü kimi Sahib Şərifovun polis əməkdaşlarının qanunsuz rəftarına məruz qalması bərədə iddialar yalnız özünün istintaqın sonrakı mərhələsində və məhkəmələrdə verdiyi iki ifadəsi və ilkin ekspert rəyi ilə bir qədər uyğunlaşır (burada cəmi iki dəlil var, bunun da biri, yəni tibbi rəy mübahisəlidir, çünki xəsarətin vaxtı məlum deyil, üzərindəki qərtməkli yara onun saxlanıldığı günə uyğun gəlsə də, həmin xəsarətin əmələ gəlmə müddəti müəyyən edilməmişdir, mövcud tibbi ədəbiyyatlara əsasən, yaranın üzərində qərtmək bir necə gündən sonra əmələ gəlir) belə rəftarın olmaması isə çoxluq təşkil edən və mötəbərliyi inkar oluna bilməyən dəlillərlə - şəxsin özünün ilkin istintaqda verdiyi izahat və ifadələri (bir izahat və iki ifadəsi var), Yasamal rayon prokurorluğunda aparılmış araşdırma, həmin vaxt keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyi, dindirilmiş şəxslərin izahat və ifadələri (ən az dörd şəxsin izahat və ifadələri var), şəxsin tibbi kartasından çıxarışlarla, yəni say baxımından götürsək ən az 10 sübutla birbaşa təsdiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası şəxsə bəraət verərkən məhkəmə-tibbi ekspertiza rəyini deyil, axtarış və götürmə aparılmasına dair videogörüntüdə şəxsin üzərində xəsarətlərin olduğuna dair vizual müşahidəni və şəxsin polis əməkdasları tərəfindən ona qarşı fiziki zorakılıq edilməsinə dair iddialarını hansı səbəbdən əsas götürərək Sahib Şərifova qarşı qanunsuz rəftarın göstəricisi, sübutların mümkünlüyü şərtlərinin pozulması və bəraətin əsası kimi qəbul etməsi anlaşılan olmamışdır. Əlavə kimi qeyd olunmalıdır ki, hətta Sahib Şərifovun bədəni üzərində hansısa xəsarət olsa belə, bu halın yaranma mexanizmi müxtəlif şəraitlərlə, məsələn, saxlanılıb polis maşınına əyləşdirilərkən, nəqliyyat vasitəsində olarkən, yaxud düşürülərkən, müvəqqəti saxlama yerinə, istintaq təcridxanasına aparılarkən bədən səthinin müxtəlif yerlərə toxunması, yıxılması ilə əlaqədar da yarana bilər, yəni hər bir halda, bu mexanizm və şərait tibbi rəy və digər dəlillərlə əlaqəli şəkildə dəqiq müəyyən olunmalıdır ki, bundan sonra ona konkret qiymət verilə bilsin. Məhkəmənin bu cür yanaşması hüquqi baxımdan Azərbaycan Respublikası CPM-in 65.1-ci maddəsinin tələblərinə də uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in Azərbaycan Respublikası CPM-in 65.1- cİ maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. İş materiallarından görünür ki, S.Ə.Şərifovun polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə müraciətində göstərdiyi hallar Yasamal rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində təsdiqini tapmadığından 27 iyul 2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Yəni, nə qədər ki, cinayət prosesini həyata keçirən orqanın polis əməkdaşlarının Sahib Şərifova qarşı qanunsuz hərəkətlərini (cinayət təqibini) istisna edən qərarı mövcudd ur, məhkəmənin həmin qərarla müəyyən edilmiş hala yenidən münasibət bildirməsi Azərbaycan Respublikası CPM-in 65.1-ci maddəsinin tələblərini (həmin qərarın preyudisial əhəmiyyətini) də pozmuşdur. Eyni zamanda, həmin qərar müdafiə tərəfinə bəlli olsa da, indiki dövrə qədər hər hansı şəkildə mübahisələndirilməmiş və şikayət də verilməmişdir (belə mövqe əslində müdafiə tərəfinin qərarda müəyyən edilmiş hallara razılığının göstəricisi kimi qəbul olunmalı idi.). Yasamal prokurorluğu tərəfindən qəbul edilmiş və məhkəmə nəzarəti qaydasında mübahisələndirilməyən və hazırda ləğv edilməyən və ya dəyişdirilməyən qərar hazırkı məhkəmə prosesində mübahisələndirilmiş və apelyasiya instansiyası məhkəmə kollegiyası isə səlahiyyətlərindən kənara çıxaraq məhkəmə nəzarəti qaydasında baxılmalı olan iş üzrə qə rar qəbul etmişdir. Bununla da məhkəmə kollegiyası tərəfindən həm "Azərbaycan Respublikası CPMin 442 və 449-cu maddələrinin tələblərini, həmçinin “Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25, 26 və 27-ci bəndlərinin tələblərini pozmuşdur. Göründüyü kimi apelyasiya instansiyası məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının tələblərinə riayət etməyərək hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol vermişdir. Məhkəmənin ikinci dəlili müdafiə hüququnun pozuntusu ilə bağlı olmuş və hökmdə qeyd edilmişdir ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, ona təyin olunmuş müdafiəçinin S.Ə.Şəri fovun xeyrinə hər hansı fəaliyyəti olmamış (məsələn, həbs qətimkan tədbiri seçilməsi barədə qərardan şikayət verməmiş, hər hansı şəxsin şahid qismində dindirilməsi və s. başqa vəsatətlər verməmiş,), vəkil yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamışdır, müdafiəçinin bu cür fəaliyyəti isə səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Kassator məhkəmənin bu mövqeyi əsassız hesab edir. Belə ki, konstitusion hüquq olaraq, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır və hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir (bax; Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 2011-ci il 20 may t arixli Qərarı). Konstitusiyanın 61-ci maddəsində nəzərdə tutulmuş keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi üçün Cinayət-Prosessual Məcəlləsinin 92.10-cu maddəsi ilə müdafiəçiyə müəyyən hərəkətləri etmək qadağan edilmişdir. Belə ki, həmin Məcəllənin 92.10.1 və 92.10.3-cü maddələrinə görə, müdafiəçiyə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq, özbaşına müdafiədən imtina etmək və ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək qadağan olunur. Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan maddə ləri ilə müdafiəçiyə müəyyən hərəkətlərin qadağan edilməsi bu Məcəllənin 92.11-ci və “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 16-cı maddələrində nəzərdə tutulan vəkilin keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə bağlı vəzifələrinin lazımınca həyata keçirilməsinə, eləcə də müdafiə etdiyi şəxsin qanuni mənafelərinin qorunmasına xidmət edir. Bu özünü əsasən müdafiəçiyə şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan, habelə özbaşına müdafiədən imtina etmənin qadağan olunmasında büruzə verir. İş materiallarından görünür ki, ibtidai araşdırma mərhələsində S.Şərifovun barəsində bütün prosessual hərəkətlər qanunvericiliyin tələblərinə uyğun aparılmış, o, şübhəli və təqsirləndirilən şəxs statusunda olarkən müdafiəçi ilə təmin olunmaq imkan ları qanuna uyğun şəkildə tam realizə edilmişdir. Belə ki, iş materiallarına əsasən, ilkin araşdırma mərhələsindən başlanaraq Sahib Şərifovun hüquqlarını müdafiə etmək üçün ona özünün istəyi əsasında seçilmiş vəkil təqdim edilmiş, şəxsin özünün razılığı alındıqdan sonra müdafiəçinin cinayət prosesinin əvvəlindən sonuna qədər onun iştirakı ilə keçirilmiş əksər prosessual hərəkətlərdə iştirakı təmin olunmuşdur (bu halın düzgünlüyü iş materiallarına əlavə olunmuş müvafiq vəkil qurumunun orderi və istintaq hərəkətlərinin protokolları ilə təsdiqlənmişdir.). Ona görə də, vəkilin cinayət prosesi gedişatında hansısa vəsatət təqdim etməməsi (iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin özü də vəkilindən bunu tələb etməmişdir. Lakin məhkəmənin yanaşmasından belə çıxır ki, sanki istintaq o rqanı vəkilin prosesdə aktiv fəaliyyətini təmin edərək onun hüquqi yardım göstərilməsi ilə bağlı davranışına nəzarət etməli idi.), yaxud iştirak etdiyi prosessual hərəkətləri təsdiqləməsi keyfiyyətsiz hüquqi yardım göstərilməsi kimi qəbul edilə bilməz. Hansı ki, elə apellyasiya baxışının özündə müdafiəçilərin vəsatətinin olmadığı və ittiham hökmünün çıxarıldığı cinayət işləri təcrübədə kifayət qədərdir (diqqət yetirilsə, heç hazırki işdəki məhkəmə iclasında təqsirləndirilən şəxsin müqavilə üzrə sonuncu müdafiəçisi hansısa halların araşdırılması barədə vəsatət təqdim etməmiş və bunda maraqlı da olmamışdır.). Məhkəmənin bu cür yanaşması (hökmdəki əsaslandırmadan dolayı yolla belə nəticə hasil olur ki, müqavilə əsasında fəaliyyət göstərən vəkilin fəaliyyəti dövlət hesabına təyin edilmiş vəkil dən üstün tutulur və ikincinin fəaliyyət müddətində vəsatət verməməsi və prosessual sənədləri imzalaması keyfiyyətli hüquqi yardım kimi qiymətləndirilə bilməz.) isə təbii olaraq, aşağı instansiya məhkəmələrində gələcəkdə səhv təcrübə formalaşması və vahid məhkəmə təcrübəsinin pozulması, eləcə də cinayət törətməkdə təqsiri müəyyən olunmuş şəxslərin əsassız olaraq dövlətin adekvat cəza tədbirindən və cinayət məsuliyyətindən kənarda qalması ilə nəticələnə bilər. Həmçinin məhkəmə kollegiyası cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutların həm də aldatma yolu ilə əldə edildiyini qeyd etsə də, həmin aldatmanın nədə ifadə olunduğunu, təqsirləndirilən şəxsin hansı xüsusat üzrə aldadıldığını və bunun hansı yolla aşkar edildiyini hökmdə göstərməmiş, yalnız təqsirləndirilən şəxsin ifadəsində o nun aldadılaraq sənədlərə imza etdiyinə dair bildirdiklərinə istinad etmiş, bununla da əsassız olaraq təqsirləndirilən şəxsin ifadəsini digər sübutlardan üstün tutmuşdur. Həmçinin, işdən görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində (bax: Cild İİ, i.v. 101-104) müdafiəçisinin iştirakı ilə işin hallarına uyğun olaraq narkotik vasitənin ona məxsus olduğu və tiryəkxana təşkil edilmiş mənzildə özünün tək yaşadığına dair qismən etiraf məzmunlu ifadələr vermişdir (əgər həqiqətən məhkəmə iddia etdiyi kimi şəxs təzyiqlə üzləmişdisə, ondan elə satış məqsədinə dair tam etiraf edici ifadələr alınardı, halbuki şəxs sərbəst şəkildə narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir.) Kassator qeyd etdiklərini (birinci və ikinci dəlillərin müqayisəsi) məcmu ha lında nəzərə alındıqda nə işdəki şəxsi axtarış və götürmə protokolu, nə də S.Ə.Şərifovun qeyd etdiyim ilkin ifadələri sübutların mümkünlüyü şərtlərinin (CPM-in 125.2-ci maddəsində təsbit edilmiş əsalardan hər hansı birinin) və müdafiə hüququnun pozuntusu ilə əldə olunmuş dəlil kimi qiymətləndirilə bilməzdi. Məhkəmənin üçüncü dəlili - Sahib Şərifovdan götürmə istintaq hərəkətinin məhkəmə qərarı olmadan aparılması, onun saxlanılmasının vaxtında sənədləşdirilməməsi, ittiham aktında onun 13 may 2022-ci il tarixdə, saat 03:45-də saxlanıldığı qeyd edilsə də, şübhəli şəxsin tutulması haqqında protokolun həmin gün saat 05:30-da tərtib edildiyi, ona görə də, işdə olan şəxsi axtarış və götürmə protokolunun mötəbərliyinə şübhə yaratması ilə bağlı olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Sahib Şərifov 13 may 2022-ci il tarixdə saat 03:45-də şübhəli şəxs qismində tutulmuş, bundan sonra onun yaşadığı mənzilə baxış, üzərinə şəxsi axtarış və götürmə aparılmış ki, bununla da hər hansı qanunvericilik norması qətiyyən pozulmamışdır). Həmçinin S.Şərifovun şübhəli şəxs qismində tutulması haqqında protokol saat 05:30-da tərtib edilsə də, həmin protokolda onun tutulduğu, yəni hüquqlarının məhdudlaşdırılmaqla saxlanıldığı vaxt saat 03:45-dən hesablanmışdır. (Cild İ, i.v. 25-26) İş materiallarından da görünür ki, müstəntiq tərəfindən həm mənzilə baxış keçirilməsi və götürmə, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Məhkəmə kollegiyası isə götürmə istintaq hərəkətini etibarsız hesab edərkən hansı götürmə istintaq hərəkətindən bəhs etdiyini dəqiqləşdirməmiş, izah ından belə nəticəyə gəlinir ki, mənzilə baxış keçirilməsi və götürmə istintaq hərəkətindən söhbət gedir. Halbuki məhkəmə kollegiyası nəzərə almamışdır ki, həmin mənzilə özünü oranın sahibi kimi təqdim edən Sahib Şərifovun razılığı və ərizəsi ilə baxış keçirilmiş və götürmə istintaq hərəkəti aparılmışdır. Azərbaycan Respublikası CPM-in 177.2-ci maddəsinə əsasən, istintaq hərəkətinin aparılmasına müvafiq şəxs tərəfindən icazə verilmədiyi və onun məcburi aparılması üçün məhkəmənin qərarı tələb olunduğu halda, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir. Şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına gəldikdə isə, Azərbaycan Respublikası CPM- in 207.4-cü maddəs inə əsasən, şəxs şübhəli şəxs qismində tutulduqdan sonra baxış və şəxsi axtarış istintaq hərəkəti aparıla bilər. Sahib Şərifovun 13 may 2022-ci il tarixdə saat 03:45-də saxlanıldıqdan sonra ünvan 8 ünvanına baxış keçirilməsi, onun oradan Yasamal RPİ-nin inzibati binasına aparılması, orada üzərinə şəxsi axtarış və götürmənin aparılması, qeyd olunan istintaq hərəkətlərinin aparılması üçün müdafiəçinin dəvət olunması müəyyən vaxt tələb etdiyindən şübhəli şəxsin tutulması haqqında protokolun həmin gün saat 05:30-da tərtib edilməsində hər hansı qanun pozuntusu yoxdur və bu S.Şərifovun saxlanılmasının vaxtında sənədləşdirilməməsi demək deyil. Bu aralıqda müəyyən zaman kəsiyi isə şübhəli şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə gözlənilmişdir. Nəzərə alsaq ki, həm Milli Qanunvericilik, h əm də tərəfdar çıxdığımız Beynəlxalq Konvensiyalar bu hüququn təminatına həssas yanaşır və heç də təsadüfi deyil ki, CPM-in təkcə 90-cı maddəsində şübhəli şəxsin 24 hüququ və 7 vəzifəsi təsbit olunmuşdur. Bu baxımdan, yalnız bu hüquq və vəzifələrin vəkilinin iştirakı ilə şübhəli şəxsə elan edilməsi, vəkilin təqdimatı və təyin olunması, ona şübhənin mahiyyətinin bildirilməsi və cinayət prosesini həyata keçirən orqana və ya vəzifəli şəxslərə etiraz etmək hüququnun izah olunması şəxsi axtarış aparılana qədər müəyyən müddətin keçməsini müdafiə hüququnun təminatı baxımından labüd və zəruri etmişdir. Sahib Şərifova CM-in 234.4.3 və 238.1-ci maddələri ilə verilmiş ittihamın doğruluğunu təsdiq edən dəlillərin təhlili: Təqsirləndirilən şəxs X2 məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməs i, saxlaması, daşıması və narkotik vasitələrin istehlakı üçün tiryəkxana təşkil etməsi faktının doğruluğu onun özünün ibtidai araşdırma zamanı verdiyi ilkin izahat və ifadələri (əməlini qismən etiraf etmiş və narkotik vasitə olan heroini öz istifadəsi üçün əldə etdiyini, həmin mənzildə təkbaşına yaşadığını və arabir tanışlarının oraya gəlib orada narkotik vasitə qəbul etdiklərini demişdir.), narkotik vasitələrin istehlakı məqsədilə həmin mənzildə tiryəkxananın təşkil olunmasına dair əməliyyat məlumatı, əməliyyat-axtarış tədbirinin aparılmasına dair qərar və protokollar, 13 may 2022-ci il tarixdə tərtib edilmiş və videoçəkilişlə aparılmış baxış aparılması, şəxsi axtarış və götürmə haqqında protokol, - şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər i stintaq materialları tam sübuta yetirilmişdir. Həmin dəlillərin hər biri işdə mövcud olduğundan təkrar qeyd olunması lüzumsuzdur. Lakin, Sahib Şərifovun külli miqdarda narkotik vasitə olan heroini məhz satış məqsədilə əldə etməsini təsdiqləyən konkret sübutları xüsusi qeyd etmək zərurəti vardır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 may 2022-ci il tarixli, 6/2754 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim olunmuş üzərində Sahib Şərifova məxsus 2 bükümdə ümumilikdə təmiz çəkiləri 3,855 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Rəfael İsgəndərova məxsus 2 bükümdə ümumilikdə təmiz çəkiləri 4,033 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid6 məxsus 2 bükümdə ümumilikdə təmiz çəkiləri 3, 033 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir Həmin heroin kütlələri komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Göründüyü kimi məhkəmə nəzərə almamışdır ki, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə onları əldə edib saxlaması və daşıması barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat daxil olan, X15 ümumilikdə 3,855 qram heroin(şəxsi istehlak üçün müəyyən edilmiş minimal həddən təxminən 26 dəfə, külli miqdar üçün müəyyən edilmiş minimal həddən təxminən 2 dəfə çox) heroin əldə edərək tanışları tərəfindən istifadə edilməsi üçün yer təşkil etmiş, lakin polis əməkdaşları tərəfindən ifşa edilərək tutulmuşdur. Yəni, Sahib Şərifovun narkotik vasitələr in və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə onları əldə edib saxlaması və daşıması və tiryəkxana təşkil etməsi barəsində hüquq mühafizə orqanlarında əvvəlcədən məlumat olmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cu bəndində izah olunur ki, təqsirkarın psixotrop maddəni və narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən həmin maddələrin miqdarı, çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. X15 birinci və apelyasiya instansiyası məhkəmələrində məhkəmə baxışı zamanı ünvan 8 ünvanında yerləşən mənzildə yaşamadı ğını, həmin mənzilin ona məxsus olmadığını və baxımsız olmaqla tüfeyli həyat tərzi keçirən şəxslərin yaşadığını, iş yerinin yaxınlığında olduğundan oranı tanıdığını və işdən gecə saat 01-02 radələrində çıxdıqda yaşadığı mənzil uzaq olduğu üçün oraya getməyib saxlanıldığı evdə gecələdiyini göstərsə də, həmin xüsusatlar şahid ifadələri ilə təkzib olunmuşdur. Məhkəmə kollegiyası isə qeyd olunan şahid ifadələrini əsassız olaraq sübut kimi nəzərə almamış, həmçinin R.V.Məmmədkəriminin ibtidai istintaq zamanı özünə məxsus olan mənzili Sahib Şərifova kirayəyə verdiyini bildirsə də, birinci və apelyasiya instansiyası məhkəmə iclaslarında ibtidai istintaqa verdiyi ifadəni imzalamazdan əvvəl oxuyuboxumadığını xatırlamadığını bildirməsini, bununla da orta təhsilli olmaqla dövlət orqanında çalışan şə xsin ifadəsini oxumadan imzalamasına dair bildirdiklərinə və onun ağır cinayət törətməkdə təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmağa çalışmasına tənqidi yanaşmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışı nın predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X11 Azərbaycan Respublikası CM-in 238.1-ci və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olduğu halda apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar ın düzgün qiymətləndirilməməsi nəticəsində ona bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən X12 qarşı irəli sürülmüş ittihama görə o, istintaqa məlum olmayan mənbədən satış məqsədi 3,855 qram narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq əldə edib daşıyaraq, müvəqqəti yaşadığı ünvan 2 ünvana gətirib narkotik vasitənin satışını təmin etmək üçün iki hissəyə bölməklə saxlamış, 13 may 2022-ci il tarixdə saat 03:45 dəqiqədə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi, saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əs asında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılmış, həmin evə keçirilmiş baxış zamanı narkotik vasitələrin qəbul etmələrinə icazə verdiyi tanışları X7 və Şahid6 müəyyən edilmiş, evə baxış zamanı sonuncuların qarşısındakı masanın üzərindən ona məxsus təmiz çəkisi 3,137 qram, heroin, həmçinin daxilində narkotik vasitə heron izləri olan 1 (bir) ədəd uc hissəsi qırıq şüşə ampula, 2 ədəd 2 ml-lik boş şprislər, daxilində heroin izləri olmayan 2 ədəd iynə ucluğu, 3 ədəd falqa kağız kəsinliləri, 3 ədəd 10 ml-lik boş şpris və 3 ədəd iynə ucluğu, X4 məxsus 3,295 qram heroin, Şahid6 2,432 qram heroin aşkar olunaraq gö türüldüyü üçün əməliyyat tədbirinin davamı olaraq o, sonuncularla birlikdə Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcənin cibindən bir bükümdə 0,718 qram heroin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı X12 Azərbaycan Respublikası CM-in 238.1 və 234.4.3-cü maddələri ilə ittiham elan etmiş və cinayət işini baxılması üçün məhkəməyə göndərmişdir. İttiham tərəfi X11 elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə 13 may 2022- ci il tarixli evə baxış, şəxsi axtarış və götürmə haqqında protokol, məhkumun ibtidai istintaq zamanı verdiyi ifadə, baxışda iştirak etmiş şəxslərin şahid ifadələri, məhkəməkimyəvi ekspertizasının rəyini təqdim etmişdir. Apelyasiya i nstansiyası məhkəməsi iş materiallarında olan sübutları tədqiq edərək nəticəyə gəlmişdir ki, X11 Azərbaycan Respublikası CM-in 238.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Kassasiya protestində isə qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, X12 elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zər uri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci mad dəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəb ul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz ol masını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İşdən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi X12 Azərbaycan Respublikası CM-in 238.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, apelyasiya instansiyası düzgün nəticəyə gəlmişdir. Belə ki, apelyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X15 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, i fadəsində göstərmişdir ki, Yasamal rayonu, M.F.Axundov küçəsi, 107 saylı evində gecələmişdir. Həmin ev onun evi deyildir, sadəcə olaraq 1 gecəlik həmin evə gecələmək üçün getmişdir. İşdən gec çıxdığı üçün Qaraçuxurda yerləşən evinə gedib səhər tezdən qayıtmağı çətin olacağı üçün həmin evdə yatıb səhər durub yenidən işə getməyə qərar vermişdir. Evdə ondan başqa digər şəxslər həmin məhəllənin sakinləri imiş, ev adətən çöldə gecələyən şəxslərin gecələdiyi bir yer imiş. O özü narkotik istifadə edir, lakin həmin gecə narkotiki istifadə etməmişdir. Həmin evə gedib özü üçün yemək hazırlayıb bir qədər də spirtli içki qəbul etdikdən sonra yatmışdır. Onu gecə yarısı polis əməkdaşları yuxudan oyatmış, ona fiziki təzyiq göstərmişlər və çəkiliş zamanı 3 qram yarım narkotikin ona məxsus olduğunu deməyin i istəmişlər. O da qorxduğu üçün çəkiliş zamanı onların dediyi kimi danışmışdır. O, həmin evdə tiryəkxana təşkil etməmişdir, tanışı olan Rəfael və digər şəxs o yatanda həmin evdə belə deyilmiş, onları polislər onu yuxudan oyatdıqda görmüşdür. Özünü təqsirli bilmir. Onun üzərində narkotik vasitə olmamışdır, digər şəxslərdə narkotik olub-olmadığını bilmir. Əvvəllər də 1-2 dəfə də həmin evdə qalmışdır. Rəfael və Nicatı ora o dəvət etməmişdir, çox güman ki, o yatdıqdan sonra gəlmişlər. Həmin evin kimə məxsus olduğunu dəqiq bilmir, həmin evdə də heç kim daimi olaraq yaşamır. Rafaellə Nicatı əvvəllər orada yaşadığı üçün tanıyırmış, sonra o başqa yerə köçmüşdür. Təqsirləndirilən şəxs X15 məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona el an edilmiş CM-in 234.4.3 və 238.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 13 may 2022-ci il tarixdə saat təxminən 03:45 radələrində yaşadığı Yasamal rayonu M.F.Axundov küçəsi ev 107 ünvanının qarşısında piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun narkotik vasitələrin, psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməyində şübhəli olduğunu bildirərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onun yaşadığı evə baxış keçirilməli olduğunu bildirmişdirlər. O, baxışın keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı o, evdə tək yaşadığını, hazırda isə evdə 2 nəfər tanışının olduğunu bildirmişdir. Video çəkilişlə baxış zamanı tanışları Şahid6 və Rəfael İsgəndərov da evdə idilər. Baxış zamanı o, masanın üzərində olan özünə məxsus 1 bükümdə heroin kütləsini təqdim etmişdir. Sonra Şahid6 və Rəfael də masanın üzərində olan özlərinə məxsus hərəsi bir bükümdə olan heroini təqdim etmişdir. Sonra baxış zamanı 3 ədəd falqa, 1 ədəd şüşə ampula, 5 ədəd şpris, 5 ədəd iynə ucluğu, Şahid6 məxsus və Rəfael İsgəndərova məxsus mobil telefon aşkar olunaraq götürülmüşdür. O, baxış zamanı təqdim etdiyi heroinin özünə məxsus olduğunu, narkotik vasitələrin satışını həyata keçirmədiyini, Rəfael və Nicatın özlərinə məxsus narkotik maddələri rahat şəkildə istifadə etmələri üçün onun yaşadığı evə gəldiklərini, evdən aşkar olunmuş şprisləri isə narkotik maddələr istifadə etmək üçün aldıqlarını bildirmişdir. Nicat və Rəfael təqdim etdikl əri heroinin özlərinə məxsus olduğunu, həmin narkotik maddəni rahat şəkildə istifadə etmək üçün onun yaşadığı evə gəldiklərini bildirmişdir. Sonra onları yaxınlıqda yerləşən Yasamal RPİ-nin 27-ci PB-ug aparmışdırlar. Orada hər üçünün müdafiə hüququ təmin edilmiş və üçü də şübhəli şəxs qismində tutulmuşlar. Şəxsi axtarış zamanı ondan 1 büküm heroin, Nicatdan 1 büküm heroin və Rəfaeldən 1 bükümdə heroin aşkar olunmuşdur. Əlavə olaraq bildirir ki, onun evi Qaraçuxurdadır. ünvan 10 ünvanı ona məxsus deyildir, həmin evdə kirayədə yaşayır. Belə ki, həmin evin sahibi bir müddət əvvəl vəfat etdiyindən vəfat etmiş xanımın oğlu Rauf həmin evi ona kirayəyə vermişdir. O, həmin evdə bir neçə ay qalmışdır və tanışları X7 və Şahid6 onun kirayədə yaşadığı mənzilə gecələmək üçün bir neçə dəfə gəlmişdirlər. Bundan sonra həmin şəxslərlə birlikdə həmin evdə narkotik vasitə qəbul etmişlər. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxs X11 barəsində birinci instansiya məhkəməsinin ittiham hökmü yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən X11 qaldığı evə baxış və onun üzərində şəxsi axtarış zamanı narkotik vasitənin aşkar edilməsi faktına əsasən çıxarılmışdır. Belə ki, X11 üzərində aşkar edilmiş narkotik vasitədən başqa digər hallarda narkotik vasitələrin qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər-hansı bir mötəbər sübut əldə edilməmişdir. X11 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə verilən ittihamın əsasında məhz 1 3 may 2022-ci il tarixli evə baxış və götürmə haqqına və şəxsi axtarış və götürmə haqqında protokollar dayanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkumun üzərində və Yasamal rayonu M.F.Axundov küçəsi, ev 107-də narkotik vasitələrin aşkar edilməsi barədə cinayət işinə əlavə edilmiş sübutlar və sənədlər ziddiyyətlidir və şübhə doğurur. Belə ki, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməliyyat müvəkkili A.Bağırovun raportlarından, Azərbaycan Respublikası DİN-in BNMİnin rəisinin əmrindən, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından ( c.1 i.v 5-11) görünür ki, Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi, ev 107-də yaşayan X11 tiryəkxananı saxlaması barədə məlumata əsasən 12 may 2022-ci il tarixdə yuxarıda qeyd edilən polis idarəsinin əməliyyat işçiləri Şahid3, Şahid1, Şahid2 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, 13 may 2022-ci il tarixdə həmin əməliyyat qrupunun üzvləri tərəfindən Sahib Şərifov və onunla birlikdə olan Şahid6 və Rəfael İsgəndərov Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi, 107 evin yaxınlığında saxlanılaraq Yasamal RPİ-in 27-ci PB-in inzibati binasına gətirilmişdir. Bundan sonra əməliyya t qrupunun üzvü Şahid4 bu barədə raportla Azərbaycan Respublikası DİN-in BNMİ-nin rəisinə məruzə etmiş və qanuna müvafiq tədbirlərin görülməsi barədə göstəriş verməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN-in BNMİ-nin rəisinin dərkənarı ilə Sahib Şərifov, Şahid6 və Rəfael İsgəndərovun barələrində araşdırmanın aparılması Azərbaycan Respublikası DİN-in BNMİ-in təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarova tapşırmışdır. Cinayət işində olan evə baxış keçirilməsi və götürmə haqqında 13 may 2022-ci il protokoldan və həmin protokola əlavə edilmiş videoyazıdan görünür ki, təhqiqatçı Nizami Omarov yuxarıda qeyd edilən əməliyyat qrupunun üzvləri ilə birlikdə Sahib Şərifovu Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi, 107 evin yaxınlığında saxlayaraq sonuncunun razılığı ilə 107 №-li evinə da xil olmuş və orada Şahid6 və Rəfael İsgəndərovu aşkar etmişlər. Baxış zamanı evdə olan masanın üzərində üç bükümdə narkotik vasitə heroin aşkar edilmiş, Sahib Şərifov həmin üç bükümdən biri ona məxsus olmasını, Şahid6 və Rəfael İsgəndərov isə onların qabağında masanın üzərində olan narkotik vasitələrin (qalan iki büküm) onlara məxsus olmasını bildirmişlər. Beləliklə iş materiallarından görünür ki, Sahib Şərifovun, Şahid6 və Rəfael İsgəndərovun barəsində araşdırmanın aparılması Azərbaycan Respublikası DİN-in BNMİin təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarova həmin şəxslərin əməliyyat qrupuna daxil olmuş əməliyyat işçiləri tərəfindən Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi, 107 evin yaxınlığında saxlanılıb Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gətirildikdən sonra tapşı rılmışdır. Belə olan halda təhqiqatçı tərəfindən Sahib Şərifovun, Şahid6 və Rəfael İsgəndərovun yenidən həmin ünvanda tutulması və tutulduğu zaman onlara məxsus narkotik vasitələrin aşkar edilməsi və bundan sonra da yenidən Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gətirilərək Sahib Şərifovun üzərində 1,07 qram, Şahid6 üzərində 1,1 qram, Rəfael İsgəndərovun üzərində isə 1,04 qram miqdarında narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi barədə tərtib edilmiş baxış və şəxsi axtarış protokolların mötəbərliyinə əsaslı şübhə doğurur. Nəzərə almaq lazımdır ki, şübhəli şəxs X1 andan üzərinə şəxsi axtarış aparılanadək bir neçə saat ərzində polislərin nəzarəti altında olmuş, onun üzərinə axtarışın polis bölməsinə gətirildikdən dərhal sonra aparılmaması onun təqsirliliyinə dair kifayət qədər əsaslı şübhələr yaradır. Həmçinin məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, X15 tərəfindən Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi, 107 evin kirayə götürülməsi və orada tiryəkxana təşkil edilməsi də mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, məhkəmə iclaslarında verdiyi ifadədə X15 Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi, 107 evin kirayə götürməsini təkzib etmiş, həmin evin yiyəsinin tanımamasını, ev baxımsız olduğundan digər şəxslər kimi həmin evdə bir neçə dəfə qaldığını bildirmişdir. S.Ə.Şərifovun bu ifadəsi məhkəmə iclasında dindirilmiş Şahid7, Şahid6, Şahid5 və Şahid8 ifadələri ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu p ozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün ol mayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəa larının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası işin hallarını və qanunun yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, X12 qarşı Azərbaycan Respublikası CM-in 238.1 və 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən 13 may 2022-ci il tarixli evə baxış, şəxsi axtarış və götürmə haqqında protokolların mötəbərliyinə şübhə doğurur və onlar mötəbər sübut kimi qəbul edilə bilməz. Apelyasiya məhkəməsinin məhkumun müdafiə hüququnun pozulması, habelə məhkumun ilkin ifadəsinin polis əməkdaşlarının təsiri altında verilməsi ilə əlaqədar şübhələrin olması barədə mövqeyini də kifayət qədər əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, təhqiqatçı Azərbaycan Respublikası CPM-in 86- cı maddəsinə əsasən öz səlahiyyətləri daxilində Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi, 107 saylı evinə şübhəli şəxs qismində tutulmuş Sahib Şərifovun iştirakı ilə baxış keçirilərkən CPM-in 86.2.3-cü maddəsinin tələblərinə zidd olaraq onun müdafiəçinin yardımından istifadə hüququnu təmin etməmişdir. Həmçinin işə əlavə edilmiş materiallardan görünür ki, Yasamal rayon prokurorluğunun müstəntiqi S.P.Abbasov tərəfindən Baki İstintaq Təcridxanasına daxil olarkən Sahib Şərifovun bədəninin üzərində xəsarətlərin aşkar edilməsi barədə məlumat üzrə yoxlama aparılmışdır. Yoxlama zamanı Sahib Şərifov izahatında bildirmişdir ki, o şübhəli şəxs qismində tutularkən cinayət törədilməsini inkar etdiyinə görə polis əməkdaşlarının fiziki təzyiqlərinə məruz qalmışdır. Polis əməkdaşları onu döymüş və narkotik vasitəni zorla üzərinə qoymuşlar. Yoxlama zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyində Sahib Şərifovun bədəninin üzərində xəsarətlər aşkar edilmiş, bədən xəsarətlərinin törənməsi 13 may 2022ci il tarixə, yəni tutulduğu vaxta uyğun gəlir. Müstəntiq S.P.Abbasov polis əməkdaşı A.V.X10rşı zor tətbiq edilməməsi barədə izahatına əsaslanaraq nəticəyə gəlmişdir ki, Sahib Şərifovun şikayəti əsassızdır və material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası işgəncələrin qadağan olunmasını bəyan edən “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş sübutların cinayət prosesində istifadəsinə dair Avropa Məhkəməsinin presedent hüququ nun nəzərdən keçirilməsini də məqsədəmüvafiq sayır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, Konvensiya ilə təmin edilən əsas və mütləq hüquqlardan birinin pozulması nəticəsində əldə edilmiş sübutdan istifadə, hətta həmin sübut şəxsin məhkum edilməsində həlledici əhəmiyyət kəsb etməsə belə, həmişə icraatın ədalətliliyi ilə bağlı ciddi problemlər yaranmasına səbəb olur (Zliçiç Serbiyaya qarşı, № 73313/17, § 119, 26 yanvar 2021-ci il). 3-cü maddənin pozulması nəticəsində əldə edilmiş ifadələrin cinayət prosesində istifadə edilməsi – davranışın işgəncə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftar kimi təsnifat edilməsindən asılı olmayaraq – 6-cı maddənin pozulması ilə bütövlükdə icraatı avtomatik olaraq ədalətsiz edir (İbrahim və X5rşı [BP], № 50541/08 ə s., § 254, 13 sentyabr 2016-cı il). 3-cü maddə ilə qaldırılan şikayətin hətta qəbuledilməz hesab edilməsi, məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan təminatlara riayət edilib-edilmədiyinə dair məsələ üzrə qərar qəbul edərkən pis rəftara məruz qalmaya dair iddianın nəzərə alınmasını istisna etmir (Aydın Çetinkaya Türkiyəyə qarşı, № 2082/05, § 104, 2 fevral 2016-cı il). Sübutun məhz pis rəftar nəticəsində əldə edildiyi barədə iddiaların araşdırması, cinayət işinə mahiyyəti üzrə baxan məhkəmədən təhqiqat orqanı tərəfindən əvvəllər araşdırılmış eyni faktların və halların yenidən qiymətləndirməsini tələb edə bilər. Lakin bu halda məhkəmənin vəzifəsi pis rəftarı icra edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin yox, tam, müstəqil və hərtərəfli yoxlama yolu ilə müvafiq sübutların mümkünlüyünün və etibarlılığının araşdırmasından ibarətdir. Pis rəftara məruz qalma nəticəsində əldə edilməsinə dair əsaslı iddiaların irəli sürülməsinə baxmayaraq, ifadənin sübut kimi qəbul edilməsi məhkəmə baxışının ədalətliliyinə dair ciddi şübhələrin yaranmasına səbəb olur (Belugin Rusiyaya qarşı, № 2991/06, § 74, 26 noyabr 2019-cu il). Bununla əlaqədar məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 28-ci bəndində tövsiyəsini xatırladaraq qeyd edir ki, bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Azərbayca n Respublikası CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. X16 bədən xəsarətlərini hansı şəraitdə və səbəbdən alması ilə bağlı ziddiyyətlər mövcuddur, bu ziddiyyətlər isə onun baş verdiyini iddia etdiyi halın – üstündən aşkar edilərək götürülmüş və iş üzrə əsas maddi sübut olan narkotik vasitənin ona qarşı tətbiq edilən fiziki və yaxud psixi zorakılıqla əldə edildiyinin həqiqətə uyğun olduğunu istisna etmir. Bütün təsvir edilənləri tamamlayaraq məhkəmə kollegiyası qeyd edir ki, Sahib Şərifova qarşı irəli sürülmüş ittihamın əsasını təşkil etmiş həlledici sübutların mötəbərliyinə əsaslı şübhələr mövcuddur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X11 təqs irinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin X15 barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvv ədə saxlamış apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2023-cü il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X15 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2023cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar