Məhkəmə qərarları › İş №1(102)-2867/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2867/2025

19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2867/2025 19.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,311.3.3-cü maddələri ilə təqsirli bilinərək məhku m olunmuş Təqsirləndirilən şəxs11 barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2025-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs11 müdafiəçisi Müdafiəçi38 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 1(101)-298/2024 nömrəli (hakimlər: Həsənova Şəlalə Akif qızı (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 5 iyun 1970-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Siyaqut kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, X şəhəri, X bələdiyyəsinin x-i vəzifəsində işləmiş, xxx-da qeydiyyatda olmaqla xxx-də yaşay an Təqsirləndirilən şəxs11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 308.2, 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,311.3.3-cü maddələri ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla, əlavə cəzanı əsas cəzaya birləşdirməklə qəti olaraq 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, hökmün icrasına nəzarətin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməsi, üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsinin qoyulması, təyin olunmuş sınaq müddətinin və 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş “vəzifədən kənarlaşdırma” əlavə qətimkan tədbirinin ləğv edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs19, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs13, Təqsirləndirilən şəxs16, Təqsirləndirilən şəxs18, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs17, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs14 və Təqsirləndirilən şəxs15 da təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi39 və Müdafiəçi12, təqsirləndirilən Təqsirləndirilən şəxs19 müdafiəçisi Müdafiəçi36, Təqsirləndirilən şəxs16 və müdafiəçisi Müdafiəçi39, təqsirləndirilən Təqsirləndirilən şəxs11 müdafiəçisi Müdafiəçi38, təqsirləndirilən Təqsirləndirilən şəxs14 müdafiəçisi Müdafiəçi7, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi24, təqsirləndirilən Təqsirləndirilən şəxs17 müdafiəçisi Müdafiəçi10, təqsirləndirilən Təqsirləndirilən şəxs13, təqsirləndirilən X9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və təqsirləndirilən Təqsirləndirilən şəxs16 və müdafiəçisi Müdafiəçi39 tərəfindən verilmiş a pellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2025-ci il tarixli 1(103)-241/2025 nömrəli (hakimlər: Rəhimov Elmar Eldar oğlu (sədrliyi və məruzəsi ilə), Qarayeva Mehriban Cəfər qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs11 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2025-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs11 müdafiəçisi Müdafiəçi38 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs11 vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla külli miqdarda maddi neməti rüşvət qismində təkrarən istəməklə külli miqdarda maddi neməti rüşvət qismində təkrarən almasında təkrarən köməkçi qismində iştirak etmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdən x şəhəri X bələdiyyəsinin x-i vəzifəsində işləyərkən «x şəhər x Nizamnaməsi »nin 3.10, 4.4, 5.2, 13.3-cü bəndlərinə əsasən Bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, Bələdiyyə normativ xarakterli aktları bələdiyyə iclası tərəfindən təsdiq olunduqdan sonra tərəfindən imzalanmış müşayiət məktubu ilə birgə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə təqdim edilməsi, bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyi həyata və qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etməsi, özünə müraciət etmiş şəxslərə isə torpaq sahəsinin mülkiyyət və ya icarəyə verilməsinə nail olmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1, həmin sektorun x-i vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 və qeyrilərinə məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə Təqsirləndirilən şəxs1 həmin sektorun x-i vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni torpaq sahəsinin mülkiyyətə verilməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin sonlarında özünə müraciət edən Şahid121 x şəhəri X bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı 0,2 hektar torpaq sahəsinə görə bələdiyyənin mülkiyyət hüququnun tanınması, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair rəy hazırlanmasının təşkil edilməsinə görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri üçün birbaşa yolla külli miqdarda maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini x şəhərində yerləşən X bələdiyyəsinin inzibati binasındakı xidməti otağında 2022ci ilin mart ayında rüşvət qismində istəyib, onun razılığını alaraq, həmin niyyətlə 2022-ci ilin mart ayında X şəhəri, X bələdiyyəsinin mülkiyyətində olan 0,2 hektar torpaq sahəsinə görə Şahid121 X bələdiyyəsinin yerləşdiyi inzibati binadakı xidməti otağında 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini şəxsən götü rüb xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin yerləşdiyi inzibati binadakı xidməti otağında Təqsirləndirilən şəxs1 təqdim etdiyi külli miqdarda maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, özü və qeyriləri arasında bölünüb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə sonuncu, Təqsirləndirilən şəxs2 və qeyriləri üçün birbaşa yolla külli miqdarda maddi neməti özü vasitəsilə rüşvət qismində istəməklə almasında köməkçi qismində iştirak etmiş, həmin hərəkətləri ilə X bələdiyyəsinin əhali arasında nüfuzdan salınıb, torpaq sahələri üzrə həyata keçirilən qanuni prosedurların pozulmasına səbəb olmaqla hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etməsi, özünə müraciət etmiş şəxslərə isə torpaq sahəsinin mülkiyyət və ya icarəyə verilməsinə nail olmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhb ər vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1, həmin sektorun X-i vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 və qeyrilərinə məsləhət və məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə təkrarən Təqsirləndirilən şəxs1 həmin sektorun X-i vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni X şəhəri, X bələdiyyənin mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı 0,33 hektar torpaq sahəsinin ona icarəyə verilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin mart ayında özünə müraciət edən tanışı Şahid123 Təqsirləndirilən şəxs1la tanışlıq və yaxın münasibətinin olmasını, X şəhəri, X bələdiyyəsinin mülkiyyətində olan 0,33 hektar torpaq sahəsinə g örə bələdiyyənin mülkiyyət hüququnun tanınması, torpaq sahəsinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy hazırlanmasının təşkil edilməsinə görə Təqsirləndirilən şəxs1 birbaşa yolla külli miqdarda maddi nemət olan 33.000 (otuz üç min) manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncu ilə qabaqcadan məsləhətləşməsindən sonra Şahid123 X şəhərində yerləşən X bələdiyyəsinin inzibati binasındakı xidməti otağında bildirib onlar arasında etibarlı münasibəti şəxsən maneələri aradan qaldırmaqla formalaşdırıb, onun razılığını alaraq, həmin niyyətlə özünün yönləndirməsi ilə 2022-ci ilin aprel ayında X bələdiyyəsinin mülkiyyətində olan 0,33 hektar torpaq sahəsinə görə Şahid123 tərəfindən 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti sonuncunun özünü onun dost u kimi təqdim edib Təqsirləndirilən şəxs1 xxx-da yerləşən Əmlak Məsələləri xxx...xxx şöbəsinin yerləşdiyi inzibati binadakı xidməti otağında 26 aprel 2022-ci il tarixdə verilməklə, həmin pul vəsaitinin sonuncu, Təqsirləndirilən şəxs2 və qeyriləri arasında bölünüb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə sonuncu, Təqsirləndirilən şəxs2 və qeyriləri üçün birbaşa yolla külli miqdarda maddi neməti şəxsən rüşvət qismində təkrarən istəməklə təkrarən almasında təkrarən köməkçi qismində iştirak etmiş, həmin hərəkətləri ilə X bələdiyyəsinin əhali arasında nüfuzdan salınıb, torpaq sahələri üzrə həyata keçirilən qanuni prosedurların pozulmasına səbəb olmaqla hüquql arına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ittiham aktında yer almış və tənqidi yanaşılmadan hökmə və qərara daxil edilmiş Təqsirləndirilən şəxs11 guya Təqsirləndirilən şəxs2 və “qeyrilərinə” məsləhət və məlumatları ilə yardım etməsi, cinayətin predmeti olan pul vəsaitini təqdim etməyi qabaqcadan vəd etməsində ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair rəy hazırlanmasının təşkili edilməsi və sair bu kimi ittihamyönümlü ifadələr iş materialları ilə təsdiq olunmur, onlar sübuta yetirilmə mişdir və bunların hamısı istintaqın təxminlərindən başqa bir şey deyildir. Belə ki, Təqsirləndirilən şəxs11 ittiham edilənlərin reallıqla heç bir əlaqəsi yoxdur və bunlar iş materiallarında olan hər hansı sübut vasitəsi ilə təsdiq olunmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri xxxx sektorunun x-i Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs11 ona ittiham olunan hər iki epizod üzrə hər hansı pulun aldığını tamamilə inkar etmişdir. Təqsirləndirilən şəxs11 işin hər iki epizodu üzrə təqsiri sübuta yetirilməmişdir. Belə ki, birinci epizod üzrə Şahid121 ziddiyyətli ifadələri və Şahid223 ifadələri ilə bunların təkzib olunması və Şahid121 hərəkətsizliyindən dolayı bu epizod Təqsirləndirilən şəxs11 təqsirli olmasında dair aradan qaldırılması mümkün olmayan əs aslı şübhələr yaranmışdır və bu əsasla o təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs11 özünü təqsirli bilməmiş və ona qarşı irəli sürülmüş ittihamları qəbul etməmişdir. Təqsirləndirilən şəxs11 ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək məhkəmə baxışı zamanı verdiyi ifadəsində nə Şahid121, nə də Şahid123 hər hansı pul vəsaiti tələb etmədiyini və almadığını, X bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin sənədləşdirilməsinə müsbət rəy verilməsindən ötrü Təqsirləndirilən şəxs1 hər hansı pul vəsaitinin verilmədiyini göstərmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2025-ci il tarixli qərarının ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məh kəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2025-ci il tarixli qərarının Təqsirləndirilən şəxs11 aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın n əticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs11 barəsində ona elan edilmiş ittiham üzrə işin hallarının tam, hərtərəfli və obye ktiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyy ətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2025ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə da ir normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsin ə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2025-ci il tarixli qərarı isə Təqsirləndirilən şəxs 11 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs11 verilmiş vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifəli şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla külli miqdarda maddi neməti rüşvət qismində təkra rən istəməklə külli miqdarda maddi neməti rüşvət qismində təkrarən almasında təkrarən köməkçi qismində iştirak etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs11 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 308.2, 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,311.3.3-cü maddələri ilə nəzə rdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini öyrənərkən müəyyən olunur ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs11, ona verilmiş ittihamı ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyi, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edildiyi barədə iddialarını yeni faktiki hallardan çıxış edərək məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cin ayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normal arının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə (o cümlədən, məhkum edilmiş şəxsin əməllərində cinayət tərkibinin olmaması haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaə ti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun CM-in 308.2, 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,311.3.3-cü maddələri üzrə əməllərində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CP M-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Təqsirləndirilən şəxs11 ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin onun və iş üzrə digər təqsirləndirilən şəxslərin verdiyi izahat və ifadələri, şahid qismində dindirilmiş Şahid121 və Şahid123 ifadələri, xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokol, X şəhəri X bələdiyyəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 650 nömrəli məktub, Təqsirləndirilən şəxs1 xidməti otağında aşkar edilmiş və iş üzrə maddi sübut kimi tanınmış dəftərlər, əməliyyat çəkilişlərini özündə əks etdirən DVD disklər, maddi sübutlar, həmçinin iş üzrə həyata keçirilmiş bir çox istintaq hərəkətlərinə dair protokollar və toplanmış bir çox digər sənədlə r ilə öz təsdiqini tapdığını müəyyən edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs11 ona qarşı irəli sürülmüş ittihamları tanımamış, Şahid121 və Şahid123 hər hansı formada pul istəmədiyini və ya onlardan vəsait almadığını bildirmişdir. O, həmçinin X bələdiyyəsinə məxsus torpaq sahəsinin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq müsbət rəyin verilməsi üçün Təqsirləndirilən şəxs1 pul ötürmədiyini qeyd etmişdir. Bununla belə, məhkəmədə dindirilmiş Şahid123 ifadəsində torpaq sahəsi ilə bağlı məsələnin həlli məqsədilə Təqsirləndirilən şəxs11 iştirakı ilə Təqsirləndirilən şəxs1la əlaqə saxladığını və tələb olunan məbləği ona təqdim etdiyini göstərmişdir. Şahid121 isə məhkəmə iclasında ilkin istintaq zamanı verdiyi ifadəni dəyişsə də, ifadəyə aydınlıq gətirilərkən pul vəsaitinin rüşvət məqsədilə və məhz təqsirləndirilən şəxsin tələbi əsasında verildiyini bildirmişdir. Aşağı instansiya məhkəmələri haqlı olaraq Şahid121 məhkəmə iclasında verdiyi ifadəni təqsirləndirilən şəxsin məsuliyyətdən kənar qalmasına yönəlmiş və obyektiv həqiqətin müəyyən olunmasına mane olan ifadə kimi qiymətləndirmiş, onun ibtidai istintaq mərhələsində verdiyi ifadəni isə iş üzrə etibarlı sübut hesab etmişdir. Müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş Şahid223 ifadəsi digər sübutlarla uyğunluq təşkil etmədiyindən məhkəmə tərəfindən qəbul edilməmişdir. Nəticə etibarilə, Təqsirləndirilən şəxs11 ittiham olunan əməlləri törətməsi təkcə şahid ifadələri ilə deyil, eyni zamanda Təqsirləndirilən şəxs1 xidməti otağında aşkar edilərək maddi sübut kimi tanınmış sənədlər, dəftərlər və iş üzrə mövcud digər sübutlarla da təsdiqlənmişdir. Odur ki, Təqsirləndirilən şəxs11 vəzifəli şəxs olaraq rüşvət alaraq, rüşvət alınmasında köməklik edərək dövlət orqanlarının normal fəaliyyətinin təşkilinə xələl gətirməklə yanaşı, həm də bu əməlləri ilə əhali arasında dövlət qurumlarının fəaliyyətinə olan inamın azalmasına şərait yaradaraq dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vuraraq ağır nəticələrə səbəb olmaqla eyni əməllə hər iki maddədə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodla rını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Müdafiə tərəfi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir, lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tə ləblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Təqsirləndirilən şəxs11 CM-in 308.2, 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,311.3.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya məhkəməsinin qərarını kassasiya müraciətinin dəlilləri ilə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün kassasiya şikayət inin dəlilləri məhkəmənin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olun muşdur. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs11 əməllərinin düzgün tövsif edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs11 qarşı CM-in 308.2, 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,311.3.3-cü maddələri ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan süb utların məcmusu ilə tam təsdiq olunur və məhkəmələr tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Təqsirləndirilən şəxs11 aid hissədə əsaslı olduğundan həmin hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs11 müdafiəçisi Müdafiəçi38 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,311.3.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Təqsirləndirilən şəxs11 barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən Təqsirləndirilən şəxs11 aid hissədə dəyişdirilmədən saxl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar