Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-287/2019 27.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 287/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "27" fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi - fərdi fəaliyyət göstərən vəkil Babayev Vüqar İsa oğlunun iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi V.İ.Babayev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.H.Hacıyev, hakimlər E.İ.Əliyev və M.Ə.Abdullayevdən ibаrət tərkibdə) xx xxxxxxx 1968-ci ildə Tər-Tər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum İbrahım qızı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X3 da məhkum edilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, X3 16 mart 2015-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində X4 və şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə edib qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmə barədə sövdələşib razılaşaraq qabaqcadan əlbir olan bir qrup təşkil etmiş və aralarındakı razılaşmaya əsasən X3, həmin gün İran İslam Respublikasının Astara şəhərində müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 175,308 qram çəkidə heroin narkotik vasitəsini əldə edib Azərbaycan Respublikasına gizli gətirilməsi üçün Məhkum vermiş, axırıncı isə bu yolla qanunsuz olaraq əldə etdiyi həmin külli miqdarda narkotik vasitəni X3un təklifinə əsasən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 4 ədəd sellofan bağlamalara qablaşdırıb düz bağırsağında yerləşdirib saxlamaqla daşıyıb X3la birlikdə 17 mart 2015-ci ildə saat 10 radələrində Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirmiş və beləliklə də X3 və Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan qrupda əldə edib saxlamaqla daşımış və qabaqcadan əlbir olan bir qrupda qaçaqmalçılıq etmişlər. Hökmdən Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim İ.H.Əhmədov, hakimlər E.Ə.Camalov və K.H.Əkbərovdan ibarət tərkibdə) 03 may 2017-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri tə yin edilmiş cəza 06 ilə endirilmiş, həmin cəza Məhkum CM-nin 206.3.2-ci maddəsi ilə təyin edilmiş cəza ilə CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqala ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi V.İ.Babayev kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi V.İ.Babayev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhku m anadır, artıq uzun müddətdir ki, cəza çəkir, himayəsində xəstə azyaşlı övladı vardır, əməlindən səmimi peşmandır, əməlini səmimi etiraf edir, törətdiyi əməli ağır həyat şərtləri nəticəsində törətmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əvvəllər məhkum edilməmişdir. Qeyd edilən halların bir qismi CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən hal kimi müəyyən edilsə də məhkəmə bunu nəzərə almamışdır. Halbuki CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər, onun əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Hazırda təyin edilmiş cəza Məhkum şəxsiyyətinə uyğun olmamaqla, ona əlavə məhrumiyyətlər gətirir ki, bu da cinayət qanunvericiliyi i lə müəyyən edilmiş cəzanın məqsədinə müvafiq deyildir. Başqa sözlə məhkəmə heç bir əsas olmadan Məhkum əsassız olaraq ağır cəza təyin etmişdir. Halbuki "Məhkəmələr tərəfindən cinayət cəzalarının tətbiq edilməsi təcrübəsi haqqında" AR Ali Məhkəməsinin Plenumunun 25.06.2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarını həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmçinin CM-nin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ed ən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittih amçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıla rı qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli iş üzrə və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum törətdiyi əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif e dilmişdir. Məhkumun təqsirli bilinməsi və əməlin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətdə də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində Məhkum şərti cəza təyin edilməsi xahiş olunur, bunlarla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum müdafiəçisi X1 apellyasiya şikayətinin tam təmin edilərək onun barəsində şərti cəza tətbiq edilməsini düzgün və məqsədəuyğun hesab etmir. Belə ki, onun t örətdiyi cinayətin narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olması, narkotik vasitənin başqa dövlətin ərazisindən qaçaqmalçılıq yolu ilə gətirilməsi, onun sərhəddən keçirilməsinin üsulu kimi hallar onun şərti cəza çəkməklə islah olunacağı əminliyini yaratmır. Bununla belə məhkəmə kollegiyası işin bütün hallarını, məhkum edilmiş şəxslərin narkotik vasitəni realizə edərək hər hansı gəlir əldə etməməsini, narkotik vasitənin miqdarını, iştirakçılıqla törədilmiş cinayətdə onların hər birinin rolunun məzmununu, himayələrində azyaşlı uşaqlarının olmasını, Məhkum törətdiyi əməldən peşmançılıq çəkməsini nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin ediliş cəzanın sanksiya həddində azaldılmasını mümkün hesab edir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndi ilə məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının məhkəməyə təkrar müraciət hüququ adlanan 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməs i haqqında müraciət etmək hüququ vardır. Bu Konstitusiya maddəsi ilə səsləşən Azərbaycan Respublikası CPM-in “məhkəməyə təkrar müraciət etmək hüququnun təmin edilməsi” adlanan 35.2.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüququna malikdir. Məhkum edilmiş şəxsin bu hüququnu həyata keçirərək cəzasının yüngülləşdirilməsi xahişinin təmin edilməsi heç də birinci instansiya məhkəməsində işə baxılmasından sonra məhkumun vəziyyətini yüngülləşdirən yeni halların ortaya çıxmalı olduğunu ehtiva etmir. Əksinə, işə birinci instansiya məhkəməsində baxılarkən ortada olmuş hallar əsasında yüngülləşdirmənin mümkünlüyünü özündə ehtiva edir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən məhkumun bu Məcəllənin 35.1 və 35.2-ci maddəsi ilə müəyyən edilmiş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası işin məhkum edilmiş şəxslərin şəxsiyyəti, ailə vəziyyətləri, himayələrində azyaşlı uşaqlarının olması, narkotik vasitənin miqdarı, cinayətkar məqsədin əldə edilməsində hər birinin rolunun əhəmiyyəti, narkotik vasitəni realizə edərək hər hansı gəlir əldə etməmələri, onların ailə və sağlamlıq vəziyyəti ilə bağlı olan digər halları nəzərə alaraq hesab edir ki, X3 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təyin edilmiş cəzalar sanksiya həddində yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq X3 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha aşağı həddə təyin edilməsi ilə onunların islah edilməsinin və Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədinin əldə edilməsinin mümkün olacağını hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-cı maddəsınə əsasən təyin edılmış cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilməsi üçün əsasdır. Şirvan Apellyasiya Məhkəməsinin Cin ayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxslərin izahatını, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin olunmaması barədə rəyini dinləyərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2015-cı il tarixli 1 (089)433/2015 saylı hökmü dəyişdirilməlidir...”. Göründüyü kimi, apellaysiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, nə səbəbdən onlarla qismən razılaşdığını qərarda göstərmiş, buna dair nəticəni ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanunun tələblərinə uyğun olduğu üçün məhk əmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, Məhkum apellyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyət ini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416ci maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilm əsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-287/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-287/2019
27.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver