Məhkəmə qərarları › İş №1(102)-287/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-287/2020

13.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-287/2020 13.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas X2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Azər Paşayev, hakimlər Əhməd Quliyev və İradə Həsənzadədən ibarət tərkibdə) 15 dekabr 2017-ci il tarixli hökmü ilə, Məhkum, xx xxxxxx 1995-ci ildə ***** rayonunun ******* kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ***** rayonunun ******* kəndində qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2017-il il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, 3 avqust 2017-ci il tarixdə, saat 23:30 radələrində ****** rayonu, ******** kəndinin mərkəzində yerləşən çayxanaya gedərək dörd bakal pivə içmiş və sərxoş vəziyyətdə həmkəndlisi Zərərçəkmiş şəxs həmin çayxanada başqa həmkəndliləri ilə oturması və ona qarşı soyuq münasibət göstərərək oturduğu masaya yaxınlaşıb onunla görüşməməsindən əsəbləşərək, yaşadığı evə gedib bir ədəd mətbə bıçağını götürərək çayxanaya qayıdıb həmkəndlisi Zərərçəkmiş şəxs bayıra çağırmış, sonuncunu çayxanadan 30 metr aralıda yerləşən çinar ağacının altına apararaq orada heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bel nahiyəsinə bir dəfə bıçaqla vuraraq ona həyat üçün təhlükə törədən xəsarətlər yetirməklə sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Həmin hökmdən Məhkum apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Məhəmmədəli Rzayev, hakimlər Fərmayıl Zeynallı və Elman Əhmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətində göstərmişdir ki, savadının olmaması ilə əlaqədar olaraq apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Buna görə də buraxılmış müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayə t Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı V6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instan siyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarından görünür ki,Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2017-ci il tarixlihökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində həbs qətimkan tədbirinin seçilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 avqust 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmündən 31 iyul 2019-cu il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarı ilə buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhk əmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarındakı qəbzdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmü 19 dekabr 2017-ci il tarixdə Məhkum imza etdirilməklə təqdim edilmişdir (cild 1, iş vərəqə 258). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmündən apellyasiya şikayətini 20 gün müddətində deyil, hökm qanuni qüvvəyə mindikdən 01 (bir) il 07 (yeddi) aydan da artıq vaxt keçdikdən sonra, yəni 31 iyul 2019-cu il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum şikayət vermə müddətinin ötürülmə səbəbini savadının olmaması ilə əsaslandırmışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkumun göstərdiyi dəlil hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına əsas verən amil kimi nəzərə alına bilməz. Belə ki, məhkum məhkəmədə müdafiəçi ilə təmin edilmiş, məhkəmənin hökmü elan edildikdən sonra ondan apellyasiya şikayəti verilməsinin müddəti və qaydası izah edilmişdir. Göründüyü kimi məhkumun apellyasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir maneə olmamışdır. Məhkumun birinci instansiya məhkəməsinin qərarından apelly asiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələri n Məhkum barəsində gəldikləri qənaətlərini əsaslı hesab edir və kassatorun bununla bağlı dəlillərini əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmü ilə Mə hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar