Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-287/2023 14.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ümüd Nadir oğlu Şahvələdovun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Şirvan Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli hökmdən Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Oruc Cəlilov (sədrlik edən və məruzəçi), Xamməd Nuriyev və Əli Əliyev) 18 iyun 2021-ci il tarixli, 1(099)-337/2021 nömrəli hökmü ilə xx xxxxxx 1973-cü ildə İran İslam Respublikasının Arak şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, məhkum olunmamış, İran İslam Respublikasının Tehran şəhəri, Xaveran məhəlləsi, Muşiri şəhərciyi, Qadiri küçəsi, 22 ünvanında qeydiyyatda olmaqla yaşamış X4 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Respublikası CM-in 234.1cimaddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkum X2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan dərhal sonra Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdu dlarından kənara məcburi çıxarılması, habelə Azərbaycan Respublikası CM-in 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ bu hökm üzrə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X4 təqsirli bilinmişdir ona görə ki, o, şəxsiyyətləri məlum olmayan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri İran İslam Respublikasında əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Rusiya Federasiyasına daşıma cinayətlərini törətmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyət ə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyətləri məlum olmayan üzvlərindən məlum olmayan vaxtda 2065 qram, 1955 qram, 2050 qram, 2050 qram, 2065 qram, 2070 qram, 2035 qram, 2035 qram, 2080 qram və 2095 qram olmaqla 10 ədəd bağlamada qablaşdırılmış külli miqdarda, cəmi 20500 qram (20 kq 500 qram) narkotik vasitə olan tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş və həmin narkotik maddəni Rusiya Federasiyasına aparmaq üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Renault” markalı, “25AA549/25AA550” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsində yerləşən iki böyük ölçülü akkumulyatoru nisbətən kiçik ölçülü akkumulyatorlarla əvəz edərək həmin akkumulyator qutularında əmələ gəlmiş yer boş luğun hər birinə 5 bağlama yerləşdirib saxlamış, sonra həmin narkotik maddəni İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və İran İslam Respublikasında fəaliyyət göstərən “Rabın ARJ Akam” şirkətindən Rusiya Federasiyasında fəaliyyət göstərən “LLC Roden” şirkətinin ünvanına “püstə” yükü apararkən 04 dekabr 2020-ci il tarixdə, saat 19 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş, 18 yanvar 2021-ciil tarixdə “Renault” markalı, “25AA549/25AA550” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi təyinatı üzrə yola salınması üçün aidiyyəti üzrə təhvil verilməzdən əvvəl təkrar gömrük yoxlamasından keçirilərkən nəqliyyat vasitəsinin mühərriki işə düşmədiyindən akkumulyatorların təmirə aparılması üçün yerləşdirildikləri “Metro” markalı akkumulyator qutularından çıxarılarkən həmin akkumulyator qutularının içərisində 10 ədəd bağlamada külli miqdarda-20500 qram (20 kq 500 qram) narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. Bundan başqa o, məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 0,110 qram təşkil edən 5 ədəd bütöv, 1 ədəd ½ miqdarında olan həb qırıntısından ibarət narkotik vasitə olan metadonu satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, sellofan bükümə yerləşdirib idarə etdiyi “Renault” markalı, “25AA549/25AA550” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasındakı oturacaqların arasında yerləşən sürət qutusunun ön hissəsin də-plastik üzlüyün altındakı boşluğun arxa dib hissəsində saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və Azərbaycan Respublikası ərazisindən tranzit xüsusi gömrük proseduru altında keçməklə İran İslam Respublikasında fəaliyyət göstərən “Rabın ARJ Akam” şirkətindən Rusiya Federasiyasında fəaliyyət göstərən “LLC Roden” şirkətinin ünvanına “püstə” yükü apararkən 04 dekabr 2020-ciil tarixdə, saat 19 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov, Elşad Əliyev) 13 dekabr 2021-ci il tarixli 1(106)-794/2021 nömrəli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2021ci il tarixli 1(099)-337/2021 nömrəli hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, məhkum X3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, o, CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.2-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən hökm çıxarılarkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq X2 təqsirliliyi sübuta yetirilməməsi əsası ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona bəraət verildiyindən və əməli düzgün olmayaraq CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edildiyindən hə min hökm qanunsuz və əsassızdır. İbtidai istintaq orqanı tərəfindən X3 qarşı irəli sürülmüş ittiham məhkəmə istintaqı zamanı şahid ifadələri, “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında”, “Baxış keçirilmə və götürülmə haqqında” protokollar, ekspertiza rəyləri, maddi subutlar, bir sıra istintaq sənədləri və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Apellyasiya məhkəməsi Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid6 və Şahid7 Südeyf oğlunun birinci instansiya məhkəməsinin iclasında verdikləri ifadə elan edilməklə tədqiq etmiş və məlum olmuşdur ki, həmin ifadələr şahidlər Şahid3 və Şahid8 ifadələri ilə eyni məzmun təşkil edir. X2 idarə etdiyi yük maşınından narkotik vasitələrin aşkarlanması şahid ifadələri ilə yanaşı “malların və nəqliyyat vasitələrinin yoxlanılması ha qqında” protokollar və ekspertiza rəyləri ilə də öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, təqsirləndirilən şəxs apellyasiya məhkəməsində verdiyi ifadəsindən fərqli olaraq ibtidai və birinci instansiya məhkəməsi istintintaqı zamanı elan olunmuş ittiham üzrə ümumiyyətlə özünü təqsirli bilməmiş, idarə etdiyi yük maşınının kabina və akumulyator hissəsindən aşkar olunmuş narkotik maddələrlə bağlı məlumatsız olmasını bildirmişdir. X5 iş materiallarında olan mötəbər sübutlara əsasən çıxılmaz vəziyyətdə qalıb törətdiyi cinayət əməlini qismən etiraf etmiş, əks halda, belə qənaətə gəlmək olar ki, o törətdiyi cinayətini qismən etiraf etməsəydi apellyasiya məhkəməsi onun həqiqəti əks etdirməyən, cinayət məsluliyyətindən süni şəkildə yaxa qurtarmaq üçün qeyri-səm imi ifadələrini əsas götürməklə ona tam bəraət verməklə cinayətkarın cəzasız qalmasına zəmin yaratmış olardı. Məhkəmə kollegiyası öz hökmündə xüsusi vurğulamışdır ki, 4 dekabr 2020-ci il tarixdə həmin yük maşını kinoloji it vasitəsi ilə gömrük əməkdaşları tərəfindən yoxlanılmış, lakin kabinada aşkar olunan narkotik vasitədən başqa yük maşınında başqa narkotik maddə aşkar olunmamışdır. Lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, beynəlxalq yük daşımalar sahəsində kifayət qədərə iş təcrübəsinə malik olan, ibtidai istintaq və birinci instansiya məhkəməsində özünü tam təqsirsiz bilən, lakin apellyasiya məhkəməsində, məhkəmə istintaqı zamanı subutlar qarşısında çıxılmaz vəziyyətdə qalaraq yük maşınının kabinasından aşkar olunan narkotik tərkibli həblərin özünə məxsus olmasını bildirməklə, z iddiyyətli ifadələr vermiş təqsirləndirilən şəxsin yüksək peşəkarlıqla, qablaşdırılmış narkotik vasitələrin kinoloji it tərəfindən aşkar edilməməsi üçün üzərinə istion səpilməsi sayəsində həmin vaxtı narkotik vasitələr kinoloji it tərəfindən aşkar edilməmişdir. İşin obyektivliyi və əsaslı qərar qəbul etməklə nəticələnməsi naminə mütəxəssisin iştirakı ilə avtomobillərdə gizlədilmiş qanunla qadağan edilmiş əşya və ya predmetlərin rentgen aparatında yoxlanış zamanı aşkarlanmamasının mümkün olub-olmaması, istisna hallar varsa əgər bunun texniki izahı aydınlaşdırılmalı olduğu halda məhkəmə kollegiyası yük maşınının stasionar rentgendən keçməsini əsas götürmüş, lakin yüksək peşəkarlıqla, kinoloji itlərdən yayındırmaq üçün üzərinə istiot səpilməklə, yük maşınının standarta uyğun olmayan, kiçik akkumulyatorların yanında yerləşdirilməklə daşınmış narkotik maddənin maşının işə düşməməsi ilə bağlı akkumulyatora baxış keçirilən zaman aşkar olunmasına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetin i qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili, məhkum X3 Azərbaycan Respublikası CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndir ilməməsi nəticəsində ona bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, məhkum X4 04 dekabr 2020-ci il tarixdə saat 19 radələrində idarə etdiyi yük maşını ilə Azərbaycan Respublikasının Astara gömrük postuna daxil olarkən gömrük postunda idarə etdiyi yük maşını özünün iştirakı ilə gömrük əməkdaşları tərəfindən xidməti it və rentgen avadanlığı tətbiq edilməklə yoxlanılmış, onun iştirakı ilə keçirilən yoxlama zamanı maşının kabinasında oturacaqların arasında yerləşən sürət qutusunun ön hissəsində-plastik üzlüyün altındakı boşluğun arxa dib hissəsində sellofan bükümdə təsiredici maddəsinin ümumi miqdar ı 0,110 qram təşkil edən 5 ədəd bütöv, 1 ədəd ½ miqdarında olan həb qırıntısından ibarət narkotik vasitə olan metadon həbi aşkar olunmuşdur. Həmin gün, yəni, 04 dekabr 2020-ci ildə X4 həbs olunmuş, onun idarə etdiyi yük maşını isə “Astara” gömrük postunun ərazisində qalmışdır. 18 yanvar 2021-ci il tarixdə avtomaşın İrandan gələn, şirkətin başqa bir sürücüsünə təhvil verilərkən maşın işə düşməmiş və bununla bağlı maşının iki ədəd akkumulyatorları yoxlanılarkən həmin akkumulyatorlar olan qutuların içərisindən 20 kq-dan çox (20 kq 500 qram) tiryək aşkar olunmuş və bu barədə 18 yanvar 2021-ci il tarixdə “Astara” gömrük postunda malların və nəqliyyat vasitələrinin yoxlaması barədə protokol tərtib edilmişdir. İbtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı tə qsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, hazırda İranın Tehran şəhərində yerləşən “Donyagər” (“Donyagard international transport Co”) şirkəti ilə müqavilə əsasında şirkətə məxsus yük maşınını etibarnamə ilə idarə etməklə həmin şirkətdə sürücü işləyir. “Renault” markalı“25AA549/25AA550” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi də “Donyagər” şirkətinə məxsusdur. 01 dekabr 2020-ciil tarixdə həmin şirkətin sifarişi ilə o, “Renault” markalı yük maşını ilə “püstə” yükünü İranın Tehran şəhərindən götürüb Rusiyaya aparmaq üçün yola düşmüşdür. 04 dekabr 2020-ciil tarixdə saat 19 radələrində o, idarə etdiyi yük maşını ilə Azərbaycan Respublikası nın Astara gömrük postuna daxil olmuşdur. Gömrük postunda idarə etdiyi yük maşın özünün iştirakı ilə gömrük əməkdaşları tərəfindən yoxlanılmışdır. Yoxlama zamanı maşının kabinasında oturacaqların arasında yerləşən sürət qutusunun ön hissəsində-plastik üzlüyün altındakı boşluğun arxa dib hissəsində sellofan bükümdə bir neçə dərman həbi aşkar olunmuşdur. Aşkar olunmuş dərman həbləri ona məxsus deyil, heç vaxt narkotik vasitə və psixotrop maddə qəbul etməmiş, maşının kabinəsinə həmin həblərin kim tərəfindən qoyulmasından onun xəbəri yoxdur. Həmin maşını ondan əvvəl şirkətin başqa sürücüsü idarə etmişdir. Sonra o, həbs olunmuş və yük maşını gömrükdə qalmışdır. 25 yanvar 2021-ci il tarixdə dindirilərkən ona məlum olmuşdur ki, idarə etdiyi yük maşını 18 yanvar 2021-ci il tarixdə şirkətə qaytarıl ması üçün İrandan gələn, şirkətin başqa bir sürücüsünə təhvil verilərkən maşın işə düşməmiş və bununla bağlı maşının iki ədəd akkumulyatorları yoxlanılarkən həmin akkumulyatorlar olan qutuların içərisindən 20 kq-dan çox (20 kq 500 qram) tiryək aşkar olunmuşdur. Həmin tiryəkdən onun xəbəri olmamışdır. Maşını qəbul etməzdən əvvəl o, yaxınlarından biri vəfat etdiyi üçün İranın Ərak şəhərinə getmiş, orada olarkən şirkətdən bir nəfər ona zəng edib maşına yükün yüklənməsi barədə məlumat vermiş, sonra isə şirkətin rəhbərliyindən ona zəng olunub İranın Tehran şəhərindən Rusiyaya həmin püstə yükünü aparmalı olduğu bildirilmişdir. Bundan sonra maşının sahibi şirkətdə adını bilmədiyi bir işçi vasitəsiilə maşının açarını onun yaşadığı evə gətirib ona təhvil vermişdir. O, “Renault” markalı, “25AA549/25 AA550” dövlət qeydiyyat nişanlı yük maşınını qəbul etdikdən sonra maşın bir gecə onda qalmış, səhərisi gün maşınla səfərə çıxmışdır. Şirkətdən ona verilmiş göstərişə əsasən o, Azərbaycan Respublikasının ərazisindən keçməklə malları Rusiyada boşaldıldıqdan sonra geri İrana qayıdaraq, maşını şirkətin parkına təhvil verməli idi. İdarə etdiyi maşına aid iki ədəd akkumulyatorların dəyişdirilib kiçik ölçülü akkumulyatorlarla əvəz edilib qutulara qoyulması və həmin akkumulyatorlar olan qutuların içərisindəki boşluq sahəyə tiryək kütlələrinin qablaşdırılması, həm də tiryək bağlamaların üzərinə acı istiot (bibər) tozunun səpilməsi barədə heç bir məlumatı yoxdur. İdarə etdiyi yük maşınında aşkar olunmuş dərman maddələri və maşının akkumulyatorlar olan qutuların içərisində aşkar olunmuş narkotik madd ə-tiryək ona məxsus deyil, həmin narkotik maddənin kim tərəfindən maşına qoyulması barədə onun məlumatı yoxdur. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı verdiyi ifadəsində X4 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.1, 234.4.1və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək, göstərmişdir ki, təsiredici maddəsinin ümumi miqdarı 0,110 qram təşkil edən 5 ədəd bütöv, 1 ədəd ½ miqdarında olan həb qırıntısından ibarət narkotik vasitə olan metadonu satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, özünün istifadəsi üçün sellofan bükümə yerləşdirib idarə etdiyi “Renault” markalı, “25AA549/25AA550” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasındakı oturacaqların arasında yerləşən sürət qutusunun ön hissə sində-plastik üzlüyün altındakı boşluğun arxa dib hissəsində saxlamış və gömrükdən keçirmişdir. Bununla bağlı təqsirini etiraf edir, əməlindən peşmandır. 04 dekabr 2020-ci ildə barəsində həbs qəti imkan tədbiri seçilərək həbs edilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. İş materiallarına əsasən ona məlum olmuşdur ki, 18 yanvar 2021-ciil tarixdə onun 04 dekabr 2020-ci ilə kimi idarə etdiyi, 04 dekabr 2020-ci ildə həbs edildiyindən həmin vaxta kimi görmədiyi və idarə etmədiyi “Renault” markalı, “25AA549/25AA550” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi təyinatı üzrə yola salınması üçün aidiyyəti üzrə təhvil verilməzdən əvvəl təkrar gömrük yoxlamasından keçirilərkən nəqliyyat vasitəsinin mühərriki işə düşmədiyindən akkumulyatorların təmirə aparılması üçün yerləşdirildikləri “ Metro” markalı akkumulyator qutularından çıxarılarkən həmin akkumulyator qutularının içərisində 10 ədəd bağlamada külli miqdarda - 20500 qram (20 kq 500 qram) narkotik vasitə olan tiryək aşkar edilib götürülmüş və bununla bağlı ona CM-in) 206.3.2,234.4.1və 234.4.3-cü maddələri ilə ittiham edilmişdir. Lakin o, həmin ittihamda özünü təqsirli bilmir. Belə ki, o, həbs edildiyi gündən 1 ay 14 gün sonra idarə etdiyi maşının akkumulyator saxlanılan yerindən tapılmış və onun iştirakı olmadan götürülmüş 10 ədəd bağlamada 20500 qram (20 kq 500 qram) narkotik vasitə olan tiryəkdən onun heç bir məlumatı yoxdur. Həmin narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur. Həmçinin iş materiallarında olan və apellyasiya məhkəməsinin iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, DGK-nin Cənub Ə razi Baş Gömrük İdarəsi Astara gömrük postunun əməkdaşıdır. 04 dekabr 2020-ciil tarixdə, axşam saatlarında İran vətəndaşı X2 idarə etdiyi “Renault” markalı yük maşını (“Renault” markalı“25AA549/25AA550” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi) İrandan Astara gömrük postunun idxal yoxlama xəttinə daxil olmuşdur. Sonra xidməti itin tətbiqi ilə və sürücünün iştirakı ilə maşında gömrük yoxlaması aparılmışdır. Yoxlama zamanı maşının kabinada oturacaqların arasında yerləşən sürət qutusunun ön hissəsində-plastik üzlüyün altındakı boşluğun arxa dib hissəsində sellofan büküm və həmin bükümün içərisində5 ədəd bütöv halda, həbin ½ miqdarında olan 1 ədəd həb qırıntısı olan dərman maddəsi, həmçinin üzərində B2 yazısı olan həb aşkar edilmişdir. Aşkar edilmiş maddələr qablaşdırılıb götürülmüşdür. Həm çinin X12 idarə etdiyi “Renault” markalı nəqliyyat vasitəsi (“Renault” markalı“25AA549/25AA550” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi) Astara gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilməklə yoxlanılmış, nəqliyyat vasitəsində qadağan olunmuş əşyalar aşkar olunmamışdır. Yoxlama zamanı hal şahidləri də iştirak etmişlər. Sonra yoxlama ilə bağlı protokol tərtib olunmuşdur. Həmin gün X4 həbs edilmiş, idarə etdiyi maşın ondan alınaraq Astara Gömrük məntəqəsində saxlanılmışdır. 18 yanvar 2021-ciil tarixdə X12 idarə etdiyi “Renault” markalı yük maşını (“Renault” markalı, “25AA549/25AA550” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi) aid olduğu şirkətə təhvil verilməsi üçün İrandan gələn sürücünün iştirakı ilə yenidən yoxlama keçirilməsi ilə bağlı ir anlı sürücü maşını işə salmaq istəmiş, lakin maşın hansısa texniki səbəbdən işə düşməmişdir. Sonra məlum olmuşdur ki, maşının akkumulyatoru elektrik vermir. Bu səbəbdən nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsində yerləşən 2 ədəd akkumulyator yerdən çıxarılıb texniki yoxlanılması məqsədilə həmin gün gömrük əməkdaşı və 2 nəfər hal şahidinin iştirakı ilə Astara şəhərində yerləşən avtomobillərin təmiri sexinə aparılmış, orada hər iki akkumulyatorlar olan qutular açılmış və hər bir qutunun içərisində 5 ədəd olmaqla, cəmi 10 ədəd bağlama, həmin bağlamaların içərisində tiryəkə oxşar kütlələr aşkar edilib götürülmüşdür. Sonradan məlum olmuşdur ki, içərisində tiryək olan bağlamaların üzərinə qırmızı, sarı rəngli acı bibər tozu, yəni istiot tökülmüşdür ki, kinoloji it narkotikə reaksiya verə bilməsin. Şahidlər Şahid8, Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid6 və Şahid7 Südeyf oğlu öz ifadələrində Şahid3 ifadələrində göstərilən halları təsdiq etmişlər. Malların və nəqliyyat vasitələrinin yoxlaması barədə 18 yanvar 2021-ci il tarixli protokolda qeyd edilmişdir ki, “Renault” markalı, “25AA549/25AA550” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin İİR-in vətəndaşı X1 təhvil verilməmişdən öncə həmin nəqliyyat vasitəsinə təkrar yoxlama aparılmışdır. Yoxlama saat 09:00-dan saat 16:00-dək aparılmışdır. Sürücü avtomaşını işə sala bilməməsi ilə əlaqədar avtomaşının akkumulyatoru çıxarılıb Astara şəhərinə yerləşən avtomobillərin təmiri sexinə aparılmış, orada akkumulyatorların içində 10 ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamalar və akkumulyatorlar gömrük postuna gətirilmiş və gömr ük postunda onlara baxış keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutlara qiymət verərək nəticəyə gəlmişdir ki, 18 yanvar 2021-ci il tarixdə Kəndi Dayenin idarə etdiyi maşının akkumulyatorlar olan qutuların içərisindən aşkar edilmiş 20 kq-dan çox (20 kq 500 qram) tiryəkin ona məxsus olması, həmin narkotik vasitənin X2 şəxsiyyətləri məlum olmayan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda İran İslam Respublikasında əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Rusiya Federasiyasına daşıma cinayətlərini törətmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyətləri məlum olmayan üzvlərindən məlum olmayan vaxtda ümumi kütləsi 20500 qram (20 kq 500 qram) narkotik vasitə olan tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və həmin narkotik maddəni Rusiya Federasiyasına aparmaq üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Renault” markalı, “25AA549/25AA550” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsində yerləşən iki böyük ölçülü akkumulyatoru nisbətən kiçik ölçülü akkumulyatorlarla əvəz edərək həmin akkumulyator qutularında əmələ gəlmiş iki yer boşluğunun hər birinə 5 bağlama yerləşdirib saxlaması, sonra həmin narkotik maddəni İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıması sübut olunmur. Belə ki, apellyasiya məhkə məsi qeyd etmişdir ki, X4 04 dekabr 2020-ci il tarixdən həbsdə olmuş və onun idarə etdiyi yük avtomaşını onun nəzarətində olmadan gömrük məntəqəsində qalmışdır. Narkotik vasitə yalnız 18 yanvar 2021-ci il tarixdə şirkətə qaytarılması üçün İrandan gələn, şirkətin başqa bir sürücüsünə təhvil verilərkən maşın işə düşməmiş və bununla bağlı maşının iki ədəd akkumulyatorları yoxlanılarkən həmin akkumulyatorlar olan qutuların içərisində aşkar olunmuşdur. Halbuki o, avtomaşında akkumulyatorlar olan qutuların içərisindən 20 kq-dan çox (20 kq 500 qram) tiryəkin aşkar edildiyi 18 yanvar 2021-ci il tarixədək, yəni 1 ay 14 gün müddətində artıq Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılmışdır. 18 yanvar 2021-ci il tarixə qədər narkotik maddələrin aşkar edildiyi avtomaşın 1 ay 14 gün onun nəzarətində olmamışdır. Bundan başqa, X4 aşkar edilmiş narkotik vasitənin (20 kq 500 qram tiryəkin) ona məxsus olmaması bildirərək göstərmişdir ki, maşını qəbul etməzdən əvvəl o, yaxınlarından biri vəfat etdiyi üçün İranın Ərak şəhərinə getmiş, orada olarkən şirkətdən bir nəfər ona zəng edib maşına yükün yüklənməsi barədə məlumat vermiş, sonra isə şirkətin rəhbərliyindən ona zəng olunub İranın Tehran şəhərindən Rusiyaya həmin püstə yükünü aparmalı olduğu bildirilmişdir. Bundan sonra maşının sahibi şirkətdə adını bilmədiyi bir işçi vasitəsi ilə maşının açarını onun yaşadığı evə gətirib ona təhvil vermişdir. O, “Renault” markalı, “25AA549/25AA550” dövlət qeydiyyat nişanlı yük maşınını qəbul etdikdən sonra avtomaşın bir gecə onda qalmış, səhərisi gün avtomaşınla səfərə çıxmışdır. Ondan əvvəl “Renault” ma rkalı, “25AA549/25AA550” dövlət qeydiyyat nişanlı yük avtomaşınını kimin idarə etməsindən xəbəri olmamışdır. İdarə etdiyi avtomaşına aid iki ədəd akkumulyatorların dəyişdirilib kiçik ölçülü akkumulyatorlarla əvəz edilib qutulara qoyulması və həmin akkumulyatorlar olan qutuların içərisindəki boşluq sahəyə tiryək kütlələrinin qablaşdırılması, həm də tiryək bağlamaların üzərinə acı istiot (bibər) tozunun səpilməsi barədə heç bir məlumatı yoxdur. İdarə etdiyi avtomaşının akkumulyatorları olan qutuların içərisində aşkar olunmuş narkotik maddə-tiryək ona məxsus deyil, həmin narkotik maddənin kim tərəfindən maşına qoyulması barədə məlumatı yoxdur. Həmçinin o, həbs edilib istintaq təcridxanasında saxlandığı 1 ay 14 gün sonra idarə etmiş olduğu maşınında onun iştirakı olmadan aşkar edilmiş külli mi qdarda olan tiryəkin hansı qaydada maşınına qoyulmasını, bundan məlumatı olmadığı üçün heç cür izah edə bilmir. İş materiallarında olan, “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” 04 dekabr 2020-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə X14 idarə etdiyi “Renault” markalı, “25AA549/25AA550” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi kinoloji xidməti itin və rentgen avadanlığının tətbiqi ilə yoxlanılmış, keçirilmiş gömrük yoxlaması zamanı 20 kq 500 qr narkotik vasitə olan tiryək aşkar edilməmişdir. Kassasiya protestində isə qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiy mətləndirilməmiş, X3 elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət proses i tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 91.5.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxs istintaq və digər prosessual hərəkətlərdə iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və dig ər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi X3 Azərbaycan Respublikası CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxs X2 barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham yalnız maddi sübuta, yəni gömrük əməkdaşları tərəfindən onun idarə etdiyi avtomaşında keçirilmiş baxış nəticəsində üzərində narkotik vasitənin tapılmasına əsasən irəli sürülmüşdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin o nun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Bununla bağlı qeyd etmək lazımdır ki, həmin baxış birinci baxışdan 1 ay 14 gün sonra təkrarən məhkumun iştirakı olmadan keçirilmiş və birinci baxışdan sonra avtomaşın məhkumun sərəncamında olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət pro sesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; sənə di və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsi). Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göründüyü kimi, “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” 04 dekabr 2020-ciil tarixli protokolla müəyyən olunur ki, Kəndi Dayenin idarə etdiyi “Renault” markalı, “25AA549/25AA550” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi kinoloji xidməti itin tətbiqi ilə keçirilmiş gömrük yoxlaması zamanı kabinada oturacaqların arasında yerləşən sürət qutusunun ön hissəsində-plastik üzlüyün altındakı boşluğun arxa dib hissəsində ağ rəngli şəffaf sellofan bükümdə 5 ədəd bütöv, 1 ədəd ½ miqdarında olan həb qırıntısından narkotik vasitəsi olan metadona oxşar həblər aşkar edilib təhqiqat orqanı tərəfindən götürülmüşdür. Həmçinin qeyd edilən 04 dekabr 2020-ciil tarixli protokoldan, həm in protokolun tərtibində iştirak etmiş, həmin vaxt Kəndi Dayenin idarə etdiyi maşınının gömrük yoxlamasında iştirak etmiş şahidlərin ifadələrindən də məlum olur ki, onun avtomaşını Astara gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan da keçirilməklə yoxlanılmış, nəqliyyat vasitəsində qadağan olunmuş əşyalar aşkar olunmamışdır. 18 yanvar 2021-ci il tarixdə “Renault” markalı, “25AA549/25AA550” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə təkrar baxış zamanı 20 kq 500 qram miqdarında narkotik vasitə olan tiryək aşkar edilənədək məhkum Kəndi Dayeni 4 dekabr 2020-ci il tarixdən həbsdə saxlanılmış və həmin avtomaşın 1 ay 14 gün ərzində onun nəzarətindən kənar – gömrük məntəqəsində olmuşdur. Təkrar baxış məhkumun iştirakı olmadan keçirilmişdir. Məhkəmə kollegiyas ı işin yuxarıda göstərilən hallarını nəzərə alıb apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq nəticəyə gəlir ki, cinayət işi üzrə “Renault” markalı, “25AA549/25AA550” dövlət qeydiyyat nişanlı yük avtomobilindən 20,5 kq miqdarında narkotik vasitə olan tiryəkin aşkar edilməsi ilə bağlı toplanmış sübutlar məhkum X2 həmin cinayət əməllərinin onun tərəfindən törədilib-törədilməməsi və Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olması ilə əlaqədar şübhələri aradan qaldırmır və həmin cinayət əməllərin onun tərəfindən törədilməsinə dair mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsir li bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirlil iyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X2 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X4 barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqe yə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü çıxarmış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılması nı qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli X4 haqqındakı hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-287/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-287/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver