Məhkəmə qərarları › İş №1(102)-287/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-287/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-287/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonunun, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məh kum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2023-cü il tarixli, 1(104)-543/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 1(100)-298/2023 nömrəli hökmü ilə (hakimlər: E.İ.Rüstəmov (sədrlik edən), D.H.İmanov və F.N.Mahmudov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 12 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məh kum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2023-cü il tarixli qərarı ilə, (hakimlər: N.T.Əliyev (sədrlik edən), R.M.Cəfərov və A.G.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2023-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədilə məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, hab elə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni 0,313 qram, 0,169 qram, 0,244 qram, 0,122 qram, 0,219 qram, 0,291 qram, 0,098 qram, 0,202 qram, 0,220 qram, 0,208 qram, 0,162 qram, 0,127 qram, 0,165 qram, 0,232 qram, 0,131 qram, 0,117 qram, 0,267 qram, 0,250 qram, 0,068 qram, 0,205 qram olmaqla ümumi təmiz çəkisi 3,81 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 11 noyabr 2022-ci il tarixdə saat 19 radələrində üzərində saxladığı ayrı-ayrı bükümlərdə külli miqdarda, yəni 0,313 qram, 0,169 qram, 0,244 qram, 0,122 qram, 0,219 qram, 0,291 qram, 0,098 qram, 0,202 qram, 0,220 qram, 0,208 qram, 0,162 qram, 0,127 qram, 0,165 qram, 0,232 qram, 0,131 qram, 0,117 qram olmaqla ümu mi təmiz çəkisi 3,02 qram narkotik vasitə olan heroini Bərdə rayonu, Türkmən kəndi ərazisində tanışı, o cümlədən 11 noyabr 2022-ci il tarixdə,saat 22 radələrində Bərdə RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində qeyd edilən narkotik vasitələrin üzərində aşkar edilərək götürülməsi faktı üzrə məhkəmə məsuliyyətinə verilmiş Şahid4 qanunsuz olaraq250 manata satmış, 12 noyabr 2022-ci il tarixdə saat 00:15 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı o, Bərdə rayonu, Qazıqurdalı kəndində yaşadığı evin qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi, əldə edilməsi, üzərində saxlama və satışı ilə məşğul olmasında şübhəli bilinərək saxlanılıb Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə RPŞ-n in inzibati binasına gətirilərək həmin tarixdə saat 01:20 dəqiqədən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədilə saxladığı 4 (dörd) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,267 qram, 0,250 qram, 0,068 qram, 0,205 qram, olmaqla ümumi təmiz çəkisi 0,790 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə narkotik vasitələri satmaq kimi məqsədi olmadığı, əməlində müstəsna olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olduğu halda, əsassız olaraq Cinayət Məcəlləsinin 23 4.4.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Məhkum onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin tərkib əlamətləri olmadığı üçün Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti nə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində onun əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olu nduğunu, nəticədə onun əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut m ənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Belə ki, Məhkum qeyd olunan əməlləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri (əməllərinin düzgün tövsif olunmaması barədə iddiaları) onun və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, o cümlədən məh kum edilmiş şəxs Məhkum verdiyi ifadələri, habelə şahidlərin ifadələri, 13 noyabr 2022-ci il tarixli "üzləşdirmə” protokolu (Şahid4 və Məhkum arasında üzləşdirmə aparılmışdır. Şahid4 üzləşmə zamanı Məhkum üzünə ondan 11 noyabr 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evin qarşısında 250 manat pul müqabilində 19 ədəd bükümdə narkotik vasitə heroin almasınıbildirmişdir), 12 noyabr 2022-ci il tarixli "baxış” keçirilməsi haqqında protokoldan və protokola əlavə edilən disk, 12 noyabr 2022-ci il tarixli "şəxsi axtarış və götürmə” aparılmasına haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 12 noyabr 2022-ci il tarixli, 16/1289 nömrəli rəyi və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqay isə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətini səciyyələndirən hallardan, o cümlədən cəzanı yüngülləşdirən hallar - himayəsində 1 nəfər azyaşlı uşağının olmasını və 3-cü qrup əlil olmasını və ağırlaşdıran halların olmamasını, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirin dən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci mad dələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib belə qənaətə gəlir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, Məhkum tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qə rara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 03 noyabr 2023-cü il tarixli, 1(104)-543/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar