Məhkəmə qərarları › İş №1(102)-2870/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2870/2025

01.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2870/2025 01.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Ilqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R Nazim Nəriman oğlu Imanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli 1(107)- 241/2025 nömrəli qərarından məhkum Məhkum və məhkumun müdafiəçisi müdafiəçi2 Rəfail qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Qax Rayon Məhkəməsinin (sədrlik edən hakim Mirheydər Zeynalov) ## ### 2025-ci il tarixli 1(024)-2/2025 nömrəli hökmü ilə, ## ######## 1986-cı il tarixdə Kəlbəcər rayonu, Istisu qəsəbəsində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi hüquqşünas kimi fəaliyyət göstərən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Istisu qəsəbəsində qeydiyyatda olan, Qax rayonu, Fıstıqlı kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 127.2.3-cü maddəsi ilə 1 (bir) il müddətinə, CM-in 221.2.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanaraq ona 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun şübhəli şəxs kimi həbsdə olduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## ### 2025-ci il tarixdən hesablanmışdır. Işin halları: Ittihama əsasən Məhkum ## #### 2024-cü il tarixdə, saat 12:30 radələrində ictimai yerdə yəni, Qax şəhəri, Azərbaycan prospektində yerləşən özünə məxsus hüquqşünas kimi fəaliyyət göstərdiyi «Hüquq Xidmətləri» adlı iş otağının içərisində heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, nalayiq söyüşlər söyərək, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək oraya gələn Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, daha sonra xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə yumruqla qəsdən vuraraq ona xəsarət yetirmiş, cinayət törətməkdə iştirakı olmayan şəxslər tərəfindən ayrıldıqdan sonra Məhkum öz hərəkətlərini davam etdirərək təkrarən 10 dəqiqə sonra, yəni, saat 12:40 radələrində iş otağının qarşısındakı yolda Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə yumruqla qəsdən vurmuş, zərbələrin təsirindən Zərərçəkmiş şəxs yolun kənarındakı arxın içərisinə yıxılmış, arxın içərisində Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə təpiklə vuraraq onun sağ III və V əldarağı səviyyəsində sıyrıqlar, hər iki gözaltı nahiyədə qançırlar, sağ yanağında hematoma, burun sümüklərinin qapalı yerdəyişən sınığı, üz sümüklərinin çox saylı qapalı yerdəyişən sınıqları, baş-beyin silkələnməsi xəsarətlərindən ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə təkrar xuliqanlıq cinayətini törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), Zamin Tahirov və Vüqar Musayev) ## ###### 2025-ci il tarixli 1(107)- 241/2025 nömrəli qərarı ilə Qax Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli 1(024)-2/2025 nömrəli hökmü məhkum Məhkum CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsi və əsas cəzaya aid hissədə dəyişdirilmiş, onun əməli CM-in 221.2.1-ci maddəsindən CM-in 221.1-ci maddəsinə tövsif edilərək ona həmin maddə ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən apellyasiya məhkəməsinin qərarı ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Qax Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli 1(024)-2/2025 nömrəli hökmü ilə CM-in 127.2.3-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq, Məhkum üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun şübhəli şəxs kimi həbsdə olduğu 2 (iki) gün müddət nəzərə alınaraq həmin müddət CM-in 69.3-cü maddəsinə əsasən 2 (iki) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılmış və çəkilməsi üçün onun üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Qax Rayon Məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Məhkum Məhkum və məhkumun müdafiəçisi müdafiəçi2 Rəfail qızı ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli 1(107)-241/2025 nömrəli qərarın ləğv edilməsini, məhkum Məhkum əməlinin CM-in 127.1-ci maddəsi ilə tövsif edilməsi və ona həmin maddə ilə həbslə əlaqədar olmayan cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, özünü CM-in 127.1ci maddəsi ilə tam təqsirli bilmişdir. Lakin ibtidai istintaq və məhkəmələr ona ağır maddələr ilə ittiham vermişlər. Məhkəmə istintaqı zamanı hadisə yerində iki şahidin olması, nalayiq ifadələr işlədilməsi, hadisənin cəmi 3-4 dəqiqə çəkməsi, insanların oraya toplaşması və ictimai qaydanın pozulması tam təsdiq edilmişdir. Törətdiyi cinayət əməlinin xuliqanlıq kimi tövsif edilməsi qəbuledilməzdir. O, törətdiyi əməldən ilk gündən zərərçəkmiş şəxsə kömək etmək üçün xəstəxanaya gedərək peşman olduğunu bildirmişdir. Məhkumun müdafiəçisi müdafiəçi2 Rəfail qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr işin hallarına düzgün qiymət verməmiş, nəticədə məhkumun əməlini əsassız olaraq xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən az ağır zərər vurma kimi qiymətləndirilmişdir. Lakin təqdim olunmuş sübutlar və hadisələrin təhlili göstərir ki, baş vermiş əməl Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə - yəni qəsdən sağlamlığa az ağır zərər vurma kimi tövsif edilməlidir. Işin faktiki hallarından təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrindən də göründüyü kimi, məhkum Məhkum ittiham olunan cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Məhkum özünü 127.1-ci maddəsi ilə təqsirli bilir, etdiyi əməldən də peşmançılıq çəkir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2 Rəfail qızının kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, nəticədə məhkum Məhkum əməlləri düzgün tövsif edilməmiş və o, əsassız olaraq Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə məhkum edilmişdir. Kassatorlar hesab edirlər ki, məhkəmələrin məhkumun əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin mövcud olması barədə gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir və sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası bu barədə qeyd edir ki, analoji dəlillər məhkum və onun müdafiəçisi tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdıraraq məhkum Məhkum hökm üzrə təqsirli bilindiyi xuliqanlıq əməlini təkrar törədilmiş cinayət kimi deyil, davam edən vahid cinayət kimi qiymətləndirmiş və onun əməllərini Azərbaycan Respublikası CM-in 221.2.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif etmişdir. Eyni zamanda, məhkəmə məhkumun əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olmamasına dair apellyasiya şikayətində irəli sürülmüş dəlilləri əsassız hesab etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2004-cü il tarixli qərarında izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il # #### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər X3, X2, şahid2, X1, X4 ifadələrini, istintaq hərəkətlərinin protokollarını, məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətlərinə əsasən işə baxaraq, birinci instansiya məhkəməsinin Məhkum əməllərində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin mövcud olması barədə gəldiyi nəticələrlə, təkrarlıq əlaməti istisna olmaqla, razılaşmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, xuliqanlıq cinayətinin obyektiv cəhəti ictimai qaydanın kobud şəkildə pozulması və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərdə ifadə olunur. Bu cinayətin subyektiv cəhəti isə xuliqanlıq motivi ilə xarakterizə olunur ki, bu da təqsirkarın davranışında cəmiyyətə qarşı saymazlıq, özünü digərlərindən üstün tutma və ümumi qəbul edilmiş davranış qaydalarına etinasız münasibət kimi təzahür edir. Iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu göstərir ki, məhkumun hərəkətləri məhz bu cür motivlərlə törədilmiş, ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə etmişdir. Bu baxımdan, məhkumun əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin və xuliqanlıq motivinin olmaması barədə kassasiya şikayətində irəli sürülmüş dəlillər əsassızdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, apellyasiya məhkəməsi sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, Məhkum cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiqləyir və Məhkum cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum hökm və qərarda təsvir edilmiş cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən məhkəmə iclasında tədqiq edilmiş sübutları və işin hallarını düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmə iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum təqsirinə və əməlinin tövsifinə dair apellyasiya məhkəməsin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Eyni zamanda, iş materialları ilə məhkum Məhkum əməllərinin cinayət olmasını istisna edən və ya onun cinayət məsuliyyətindən azad edilməsinə əsas verən halların mövcudluğu müəyyən edilməmişdir. Buna görə də məhkəmə kollegiyası məhkumun cinayət məsuliyyətindən azad edilməsi üçün qanunla nəzərdə tutulmuş əsasların olmadığı qənaətinə gəlir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. Iş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum Məhkum əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə tövsif edilmiş, məhkumun verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Işdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli 1(107)-241/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli 1(107)-241/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar