Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2877/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, Məhkum – Məhkum, Müdafiəçi – məhkumun müdafiəçisi Müdafiəçi1, Mülki iddişının nümayəndəsi – X2 iştirakları ilə, Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərarından mülki iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim X8) 1(004)-8/2022 saylı, 21 noyabr 2022-ci il tarixli hökmü ilə xx xxx 1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il 6 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, ümumilikdə 2 (iki) il 17 (on yeddi) gün ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 1 (bir) il 5 (beş) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmiş, sınaq müddətinin əvvəlinin hökm qanu ni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsinin qoyulması, Məhkum davranışı üzərində nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1861/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Hüseynov Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə) Mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və şikayətə əlavə təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları çıxarılmışdır. Bak ı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərarınından mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz və kassasiya protesti verilməmişdir. İşin halları: İstintaq orqanı tərəfindən verilmiş ittihama görə Məhkum "xxxx" (VÖEN:**********), "xxxx" (VÖEN:**********), "xxxx" (VÖEN:**********), "xxxx" (VÖEN:**********), "xxxx" (VÖEN:**********), “Oaziz TM” (VÖEN:**********), "xxxx" (VÖEN:**********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********) və "xxxx" (VÖEN:**********) MMC-lərin fəaliyyətinə faktiki rəhbərlik edib, qeyd olunan MMC-lərin maliyyə-təsərrüfat fəaliyyətlərinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hes ablanması, dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan, habelə müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 103-105, 149, 155, 157, 168, 173, 174, 177, 180.1, 220.1 və 221-ci maddələrinin tələblərini pozaraq, vergi orqanına təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 1.500.973,68 (bir milyon beş yüz min doqquz yüz yetmiş üç manat altmış səkkiz qəpik) manat məbləğində vergiləri vahid niyyətlə əhatə olunan qəsdlə, dövlət büdcəsinə ödəmə kdən yayınmışdır. Belə ki, Məhkum, hüquqi ünvanı ünvan 2rində fəaliyyət göstərən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin qeydiyyatda olduğu vergi orqanına müvafiq bəyannamələri təqdim etməməklə və təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, 2018-ci il üzrə 26.832,96 manat mənfəət vergisi, həmin ilin iyun-iyul ayları üzrə 161,97 manat ƏDV olmaqla, ümumilikdə 26.994,93 manat vergiləri; Bundan əlavə, o, hüquqi ünvanı ünvan 3akı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin qeydiyyatda olduğu vergi orqanına müvafiq bəyannamələri təqdim etməməklə və təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, 2018-ci il üzrə 15.301,70 manat mənfəət vergisi, 2019cu ilin mart ayı üzrə 46.284,80 manat ƏDV olmaqla, ümumilikdə 61.586,50 manat vergiləri; Bundan başqa, o, hüquqi ünvanı ünvan 3akı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin qeydiyyatda olduğu vergi orqanına müvafiq bəyannaməni təqdim etməməklə, 2019-cu ilin mart ayı üzrə 76.033,78 manat ƏDV-ni; Bundan əlavə, o, hüquqi ünvanı ünvan 3akı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin qeydiyyatda olduğu vergi orqanına müvafiq bəyannamələri təqdim etməməklə və təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, 2018-ci il üzrə 308.410,63 manat mənfəət vergisi, həmin ilin oktyabr ayı üzrə 226.457,10 manat ƏDV, iyun ayı üzrə 17,78 manat MÖMV, 2019-cu ilin 1-ci rübü üzrə 84,00 ma nat ÖMV olmaqla, ümumilikdə 534.969,51 manat vergiləri; Bundan başqa, o, hüquqi ünvanı ünvan 3akı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin qeydiyyatda olduğu vergi orqanına müvafiq bəyannamə təqdim etməməklə, 2019-cu ilin mart ayı üzrə 41.295,57 manat ƏDVni; Bundan əlavə, o, hüquqi ünvanı ünvan 2rində fəaliyyət göstərən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış “Oazis TM" MMC-nin qeydiyyatda olduğu vergi orqanına müvafiq bəyannamələri təqdim etməməklə və təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, 2018-ci il üzrə 32.069,49 manat mənfəət vergisi, 2019-cu ilin ilin mart ayı üzrə 185.006,07 manat ƏDV olmaqla, ümumilikdə 217.075,56 manat vergiləri; Bundan başqa, o, hüquqi ünvan ı ünvan 4ndə fəaliyyət göstərən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin qeydiyyatda olduğu vergi orqanına müvafiq bəyannamələri təqdim etməməklə və təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, 2018-ci il üzrə 70.656,57 manat, 2019-cu il üzrə 6.658,23 manat mənfəət vergisi, 2018-ci ilin iyun - 2019-cu ilin may ayları üzrə 42.097,18 manat ƏDV, 2018- ci ilin 3-rübü üzrə 4,76 manat MÖMV olmaqla, ümumilikdə 119.416,74 manat vergiləri; Bundan əlavə, o, hüquqi ünvanı Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 92, mənzil 34 olan, Bakı şəhərində fəaliyyət göstərən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin qeydiyyatda olduğu vergi orqanına müvafiq bəyannamələr i təqdim etməməklə və təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, 2018-ci ilin 2-3-cü rübləri üzrə 5.124,29 manat sadələşdirilmiş vergini; Bundan başqa, o, hüquqi ünvanı Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 92, mənzil 34 olan, Bakı şəhərində fəaliyyət göstərən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin qeydiyyatda olduğu vergi orqanına müvafiq bəyannamələri təqdim etməməklə və təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, 2018-ci il üzrə 184,4 manat mənfəət vergisi, həmin ilin iyun ayı üzrə 4.271,19 manat, iyul ayı üzrə 1.026,00 manat ƏDV olmaqla, ümumilikdə 5.481,59 manat sadələşdirilmiş vergini; Bundan əlavə o, hüquqi ünvanı Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 92, m ənzil 34 olan Bakı şəhərində fəaliyyət göstərən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin qeydiyyatda olduğu vergi orqanına müvafiq bəyənnamələri təqdim etməməklə və təqdim edilmiş bəyənnamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, 2018-ci ilin 2-3-cü rübləri üzrə 11.104,19 manat sadələşdirilmiş vergi, həmin ilin 3-cü rübü üzrə 252,00 manat ÖMV olmaqla, ümumilikdə 11.356,19 manat; Bundan əlavə o, hüquqi ünvanı ünvan 5ndə fəaliyyət göstərən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin qeydiyyatda olduğu vergi orqanına müvafiq bəyənnamələri təqdim etməməklə və təqdim edilmiş bəyənnamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, 2018-ci il üzrə 3.571,31 manat, 2019-cu il üzrə 71.4 26,85 manat mənfəət vergisi, 2019-cu ilin mart ayı üzrə 326.640,86 manat ƏDV olmaqla, cəmi 401.639,02 manat vergiləri, ümumilikdə 11 (on bir) MMC-nin fəaliyyəti üzrə ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 1.500.973,68 manat məbləğində vergiləri, vahid niyyətlə əhatə olunan qəsdlə, dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onunla əsaslandırır ki, apellyasiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi mütəxəssis rəyini, istintaq zamanı alınmış ekspert rəyini sübut kimi qəbul etməməsi qanuni olmamışdır. Mütəxəssis tərəfindən təqdim edilmiş materiallar əsasında (cinayət işinə əlavə edilmiş materiallar, AVİS və Hesabat Axtarış informasiya sisteminin məlumatları) araşdırma aparılmış, hesablama aparılarkən Vergi Məcəlləsinin müvafiq maddələrinə istinad edilmiş və rəydə qeyd edilmişdir. Həmçinin rəydə hesablama ilə bağlı bütün hallar (aktiv bank hesablarının olması, balansında təsərrüfat subyektinin qeydiyyatda olub-olmaması, təqdim etdiyi eqaimə fakturalar və s.) mütəxəssis tərəfindən rəy verilərkən nəzərə alınmışdır. Qeyd edilənləri əyani olaraq müşahidə etmək üçün həmin rəyləri diqqətli şəkildə nəzərdən keçirmək kifayət edir. Buna baxmayaraq məhkəmə, mütəxəssis rəyini sübut kimi mötəbər qiymətləndirməmişdir. Məhkəmə baxışı dövründə keçirilmiş ekspertizalar zamanı ekspertlər səlahiyyətlərini aşmış, hüquqi məsələlərə qiymət verməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallar ını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbər liliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Mülki iddiaçı VN-in Bakı Lokal Gəlirlər İdarəsinin kassasiya şikayətinin başlıca dəlilləri apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün araşdırılmaması və mütəxəssis rəylərinə qiy mət verilməyərək qanunsuz qərar qəbul olmasıdır. Məhkəmə kollegiyası mülki iddiaçının kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçin in əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bili ndiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət işi materiallarında olan 22 may 2020-ci il tarixli “cinayət işi üzrə mütəxəssis ayrılması haqqında qərar” dan görünür ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsi tərəfindən 10 vergi ödəyicisinin 7-si barəsində ("xxxx" MMC istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsinə baxmayaraq, "xxxx", "xxxx" və "xxxx" MMC-lərdə hesablanacaq vergi məbləğlərinin 20.000,00 manatdan aşağı olması səbəbindən həmin cəmiyyətlərdə səyyar vergi yoxlamasının k eçirilməsi məqbul hesab edilməmiş və bu səbəbdən qeyd olunan vergi ödəyicilərində vergi öhdəliklərinin müəyyənləşdirilməsi üçün mütəxəssis cəlb edilmişdir. Bundan sonra "xxxx" MMC üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi Şahid9 tərəfindən xx.xx.2020-ci il tarixli, "xxxx" MMC üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Şahid12 tərəfindən xx.xx.2020-ci il tarixli, "xxxx" MMC üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi Şahid10 tərəfindən xx.xx.2020-ci il tarixli mütəxəssis rəyləri verilmişdir. Cinayət işi materiallarında olan 14 dekabr 2020-ci il tarixli “cinayət işi üzrə mütəxəssis ayrılması haqqında qərar”dan v ə 15 dekabr 2020-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlamasının aparılması qərara alınmışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, MMC-nin 2019-cu il üzrə vergi tutulan əməliyyatları olmuş, yoxlama zamanı həmin əməliyyatlara görə cəmiyyətə ƏDV hesablanmış, lakin yoxlanılan dövr səbəbindən mənfəət vergisinin hesablanması mümkün olmamışdır. Odur ki, mənfəət vergisinə qiymət verilməsi məqsədilə mütəxəssis cəlb edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Şahid12 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cəmiyyətə kameral vergi yoxlamasının nəticələri ilə müqayisədə 2019-cu il üzrə mənfəət vergisinin 18.625,71 manat artıq hesablanmas ı və mənfəət vergisinin 71.426,85 manat təşkil etməsi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan 06 may 2019-cu il tarixli “cinayət işi üzrə mütəxəssis ayrılması haqqında qərar”dan və mütəxəssis rəyindən aydın olur ki, kameral vergi yoxlaması ilə "xxxx" MMC tərəfindən 2018-ci ilin avqust ayı üzrə 275.520,68 manat ƏDVnin dövlət büdcəsindən yayındırılması müəyyən edilmişdir. Lakin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində həmin cəmiyyət tərəfindən idxal edilmiş malların növünün, çeşidinin, malların idxal edilməsi ilə bağlı çəkilmiş xərclərin, malların topdansatış bazar qiymətinin, ümumi satış dövriyyəsinin, əldə edilmiş ümumi gəlirin və həmin gəlirdən hesablanmalı olan vergilərin müəyyən edilməsi məqsədilə mütəxəssis cəlb edilmişdir. Vergi Cinayətlərini n İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi Şahid8 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, cəmiyyətə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinə düzəlişlər edilmiş və "xxxx" MMC-də 2018-ci il üzrə 70.656,57 manat, 2019-cu il üzrə 6.658,23 manat mənfəət vergisi, 2018-ci ilin iyun, 2019-cu ilin may ayları üzrə 42.097,18 manat ƏDV, 2018-ci ilin 3-cü rübü üzrə 4,76 manat MÖMV olmaqla, ümumilikdə 119.416,74 manat vergilərin yayındırılmasını vergi orqanı müəyyən etmişdir. Cinayət işi materiallarında olan istintaq orqanının məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında 01 dekabr 2020-ci il tarixli qərarından aydın olur ki, iş üzrə səyyar vergi yoxlamaları keçirilməmiş "xxxx", "xxxx" və "xxxx" MM C-lər üzrə vergi öhdəliklərinin müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, istintaq orqanının 01 dekabr 2020-ci il tarixli qərarına əsasən keçirilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertiza Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli 9/5420 nömrəli rəy verilmiş, həmin rəylə belə nəticəyə gəlinmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi cinayət işi materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli mütəxəssis rəyləri və ekspertiza təyin edilməsi haqqında qərarlarda göstərilənlər əsaslı hesab olunduğu təqdirdə "xxxx" MMC-də 5.481,59 manat; "xxxx" MMC-də 11.356,19 manat və "xxxx" MMC-də 5.124,29 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməməsi mü əyyən edilir. 12 sentyabr 2022-ci il tarixli, 9/5620 saylı rəyində müəyyən edilmişdir ki, işə əlavə edilmiş sənədlərin zəruriliyi haqqında məhkəməyə xx.xx.2022-ci il tarixdə vəsatət göndərilmişdir. Həmin vəsatətə cavab olaraq xx.xx.2022-ci il tarixli məktub təqdim edilmişdir. Məktuba əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşı X7 16:30-17:00-dək ekspertiza tədqiqatında iştirak etmiş və protokollaşdırılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə vergi orqanı tərəfindən təqdim edilmiş 36 vərəqdən ibarət sənədlər ekspertiza tədqiqatına təqdim edilmişdir. 12 sentyabr 2022-ci il tarixli, 9/5620 rəydən müəyyən edilir ki, 20 dekabr 2021-ci il tarixli 9/7204 nömrəli ekspert rəyində göstərilənlər eynilə öz təsdi qini tapmış və yuxarıda adları qeyd olunan MMC-lər üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin ümumilikdə 223.163,23 manat məbləğində olması bir daha müəyyən edilmişdir. Rəydə həmçinin qeyd edilmişdir ki, vergi ödəyicilərinin gəlirlərini və xərclərini təsdiq edən ilkin sənədlər tam şəkildə öz təsdiqini tapmamışdır. Buna görə də ekspertiza tədqiqatı iş materiallarında olan mövcud sənədlərin əsasında aparılmışdır. Cinayət işinin materiallarından göründüyü kimi, 20 dekabr 2021-ci il tarixli təkrar məhkəmə mühasibatlıq eskpertizası və 12 sentyabr 2022-ci il tarixli təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası rəyləri eynilik təşkil etmiş və hər iki rəyin nəticə hissəsinə əsasən yuxarıda adları qeyd olunan MMC-lər üzrə aparılmış əməliyyatlara görə dövlət b üdcəsinə ödənilməli olan vergilərin ümumilikdə 223163,23 manat məbləğində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi il ə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məh kəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olm asını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Odur ki, mülki iddiaçının kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Məhkəmə kollegiyası mülki iddiaçının kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Mülki iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1861/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarı mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2877/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2877/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver