Məhkəmə qərarları › İş №1(102)-2878/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2878/2025

01.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2878/2025 01.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Ilqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu Imanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar Ismayılov (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Səbuhi Hüseynov) ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## ######## 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elbəy Allahverdiyev (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Habil Məmmədov) ## ###### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Xəyalə Babayeva tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. ## ### 2025-ci il tarixdə məhkum Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Cavid Hüseyn (sədrlik edən və məruzəçi), Aqil Musayev və Habil Məmmədov) ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, savadının olmaması, səhhəti ilə bağlı müəyyən problemlərin olması, eyni zamanda vəkilinin bu barədə ona məlumat verməməsi səbəbindən vaxtında kassasiya şikayəti verə bilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş müddətin bərpa olunması barədə verdiyi vəsatəti əsassız olaraq təmin etməmişdir Cinayət işinin materiallarından görünür ki, məhkum barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. Belə ki, cinayət işində olan sənədlərdən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının mübahisələndirilən ## ###### 2023-cü il tarixli qərarı məhkuma təqdim edilməsi üçün istintaq təcridxanasına göndərilmiş, həmin qərar ## ####### 2023-cü il tarixdə müvafiq müşayiət məktubuna imzalatdırılmaqla rəsmi qaydada məhkuma təqdim edilmiş, qərardan şikayət vermək hüququ və qaydası həmin qərarın nəticəvi hissəsində də öz əksini tapmışdır. Bundan sonra məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarından ## ### 2025-ci il tarixdə kassasiya şikayəti vermiş və kassasiya şikayətin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət qaldırmışdır. Göründüyü kimi məhkum qərarın ona rəsmi qaydada göndərildiyi gündən 19 ay sonra kassasiya şikayəti vermiş, bununla da kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxılmışdır. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı 12 (on iki) ay müddətində kassasiya şikayəti verilir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Göründüyü kimi, məhkum qərarın ona rəsmi qaydada təqdim edildiyi tarixdən təxminən 19 ay sonra kassasiya şikayəti vermiş, bununla da kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin yuxarıda sadalanan müddəalarına əsasən kassasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməli, həmin müddətin buraxılması yalnız üzrlü səbəblər olduqda bərpa edilə bilər. Prosessual müddətin bərpası üçün ərizə verən şəxs həmin müddətin buraxılmasının obyektiv və aradan qaldırılması mümkün olmayan səbəblərdən irəli gəldiyini əsaslandırmalı və sübut etməlidir. Hazırkı halda məhkum tərəfindən kassasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmiş, onun vəsatətində göstərilən hallar isə müddətin bu qədər uzun müddət ərzində buraxılmasını obyektiv şəkildə əsaslandırmır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatəti təmin etməməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası məhkum Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun məhkəmə qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar