Məhkəmə qərarları › İş №1(102)-288/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-288/2020

11.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-288/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-n in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli ilkin baxış qərarından x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X3) x1- 1987-ci il tarixdə Ü1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayan, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etm ə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il. Tovuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə x1nun Tovuz rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddəti bərpa edilməmişdir. Tovuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından məhkum x1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, qərarı isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından x1 kassasiya şikayəti verər ək müddətin bərpa edilməsini və şikayətinə baxılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqi savadı olmadığından hökmdən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. İlk məhkumluğunu, səmimi peşimanlığını və zərərçəkmiş şəxslərin şikayətçi olmadığını nəzərə alaraq apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasi ya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cinayət işinin materiallarında olan (i.v-189) qəbzdən müəyyən edilir ki, məhkum hökmün surətini xx xxxxxx 2018-ci il tarixdə aldığını öz imzası ilə təsdiq etmişdir. Məhkum apellyasiya şikayətini vaxtında verə bilməsinə mane olan əsaslı səbəbi təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina etmişdir. Apellyasiya instansiya məhkəməsi də müddətin bərpası üçün qanuni əsaslar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti vermə müddət inin üzürlü səbəbdən ötürülməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən kassasiya şikayətinin dəlilləri də əsassız hesab edilərək təmin edilməməli və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. x1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Gəncə Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli qərarı dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar