Məhkəmə qərarları › İş №1(102)-288/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-288/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-288/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X9 və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum tərəf indən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Faiq Mahmudov və Elmin Rüstəmovdan ibarət tərkibdə) 1(100)-58/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1967-ci ildə Şəmkir rayonu Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğuolmayan, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 2019-cu ilin mart ayının əvvəllərində istintaqla müəyyən olunmayan tarixdə və vaxtda şəxsi istehlakı üçün gələcəkdə qurudub istifadə etmək məqsədi ilə yaşadığı Şəmkir rayonu Aşağı Seyfəli kəndindəki evinin həyətyanı sahəsində istintaqa məlum olmayan mənbədən əldə etmiş olduğu narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq əkib onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar xx xxxxxx 2019-cu il tarixdə, saat 13:25-də Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilərək onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan “Şəxsin cinayət məsuliy yətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş 22 (iyirmi iki) ədəd tərkibində narkotik maddələr olan külli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Çingiz Məmmədovdan ibarət tərkibdə) 1(104)-144/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlə r Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və məhkuma bəarət verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi ilə bağlı apardıqları məhkəmə istintaqında hüquq pozuntularına yol vermiş, müvafiq hökm və qərarı heç bir sübut olmadan, saxtalaşdırılmış sənədlər, yalan rəylər və şablon mülahizələr əsasında çıxardılmışdır. Həmçinin kass ator Məhkum hadisə ilə bağlı özünü təqsirsiz hesab etmişdir. Belə ki, ibtidai istintaq, birinci və apelyasiya instansiyası üzrə məhkəmə istintaqı zamanı aşkarlanmış 22 çətənə kolunun narkotik tərkibli olması barədə heç bir ekspertiza rəyi olmamışdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsinin qərarında əks olunmuş (səhifə 3) 22 çətənə kolunun 3800 qram olması barədə rəy doğru deyildir. 1 kolun hündürlüyü 210 sm olduğu halda, onun yaş halda çəkisi 4-5 kiloqram həddində olmalı idi. Beləliklə, mütəxəssis qismində iştirak etmiş aqronom təcrübəsizliyindən dolayı qərəzli rəy vermişdir. Kassator evli olmasını, himayəsində 1 azyaşlı uşağının olması, 2-ci qrup əlil olmasının nəzərə alınmasını xahiş etmiş, törədilən əməldə özünü təqsirsiz hesab etdiyini, narkotik istifadəçisi olmadığını, hadi sə yerinə cəlb olunan ibtidai istintaq orqanı əməkdaşlarının öz xidməti vəzifələrini yerinə yetirmək xatirinə onu şübhəli şəxs qismində qeydə aldıqlarını bildirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanunun un və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Az ərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilib təqsirli bilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin başlıca dəlili barəsində qəbul edilmiş məhkəmə qərarlarının qanunsuz və ədalətsiz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum özünü törətdiyi cinayət əməlində təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün və şahidlərin ifadələri ilə, iş üzrə təyin edilə rək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutla və işin digər materialları ilə tam təsdiq edilir. Belə ki, birinci instansiya məhkəməsində ifadə vermiş təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu A.Seyfəli kəndində tək yaşayır. Belə ki arvadından boşanmış və anası da bir neçə ildir ki, vəfat etmişdir. Rəsmi olaraq heç bir yerdə işləməsə də həyətyanı sahəsində meyvə əkib mövsümdə sataraq dolanmışdır. X4 və Azərbaycan Respublikasında müxtəlif maddələrlə məhkum olunmuşdur. 2019-cu ilin mart ayının əvvəllərində baxçasında yabanı halda çətənə kollarının bitdiyinin şahidi olmuş, həmin kolların narkotik tərkibli olduğunu bildiyindən kolların bir qismini kökündən çıxararaq məhv etmiş, bir qismi isə qalmışdır. xx.xx.2019-cu il tarixdə günorta saatla rında yaşadığı evdə olan vaxt polis əməkdaşları yaşadığı evin qarşısına gəlmişlər və evin həyətində həyətyanı sahədə narkotik tərkibli bitkilərin əkilib-becərildiyinə görə baxçaya baxış keçirəcəyini deyib, buna razı olub-olmadığını soruşmuşlar. O, da polis əməkdaşları ilə razılaşıb, bu barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşları onun özünün, aqranomun və digər polis əməkdaşlarının iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirən zaman müxtəlif yerlərdən 22 (iyirmi iki) ədəd çətənə kolları aşkar edilmişdir. Həmin çətənə kollarının boylarını ölçdükdən sonra çıxarıb torbaya qoyaraq müvafiq qaydada qablaşdırılmışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, evindən aşkar olunan çətənə kollarını əkib becərməmiş, onlara qulluq etməmiş, həmin bitkilər yabanı halda bitmiş, həmin bitkilər çox olduğundan onları məhv etməmişdir. Baxış zamanı həyətində aşkar olunmuş narkotik tərkibli bitkilərin bir çoxunun diblərinin nəm və peyinli olmasını həyətində olan müxtəlif növ ağaclara qulluq göstərərkən, yəni həmin ağacları sulayarkən və diblərinə peyin tökərkən həmin narkotik kollarının diblərinə də suyun və peyinin düşməsi ilə izah etmişdir. Bundan başqa şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan Məhkum həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib-becərməsi barədə ona əməliyyat məlumatı daxil olduğundan həmin məlumatın yoxlanılması məqsədilə həmin tarixdə o, Şəmkir rayon polis şöbəsinin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərarın icrası ilə əlaqədar cinayət axtarış bölməsinin rəisi, Anar Hüseynovun rəhbərliyi ilə, onun, Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri X6, polis baş leytenantı X10, X3 sahə rəisi, polis kapitanı X7, sahə polis nəfəri polis baş serjantı X8 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Onlar əməliyyat qrupunun üzvləri, mütəxəssis qismində dəvət olunmuş aqronom-alim X11 ilə birlikdə Şəmkir rayonunun Aşağı Seyfəli kəndinə, Məhkum yaşadığı evə gedərək ona polis əməkdaşları olduqlarını bildirib onun şəxsiyyətini dəqiqləşdirmişlər. Həmin şəxs Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan Məhkum olduğunu bildirmişdir. Onlar daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq yaşadığı evə və həyətyanı sahəyə baxış keçirmək istədiklərini Məhkum bildirdikdə o buna etiraz etmədən razılıq vermişdir. Baxışa başlamazdan əvvəl Məhkum yaşadığı evin həyətyanı sahəsində, yadımçı tikililərdə və yaşadığı evdə narkotik vasitənin və ya çətənə kollarının olubolmamasını, əgər varsa həmin narkotik vasitəni və çətənə kollarını könüllü surətdə təqdim etməsini təklif etmişlər. Məhkum evində hər hansı narkotik vasitə və ya çətənə kolu olmadığını bildirmişdir. Baxışın videoçəkilişlə aparılacağı barədə iştirakçılar məlumatlandırılmış, baxışın videoçəkilişlə aparılmasına iştirakçıların etirazı olmadığına görə baxış videoçəkilişlə aparılmışdır. İştirakçılarla bərabər həyətyanı sahəyə Məhkum və aqranom-alimin iştirakı ilə baxış keçirilmişdir. Evin həyətyanı sahəsində müxtəlif meyvə ağacları əkilmişdir. Baxış zamanı bağ sahəsində mü xtəlif hündürlüklərdə, təxminən 50 smdən başlayaraq daha hündür olan 22 ədəd çətənə kollarına oxşar bitki kolları aşkar olunmuşdur. Baxış zamanı aşkar olunmuş çətənə kollarının suvarılması üçün diblərinin torpağı boşaldılmış, suvarılmış, peyin verilmiş və təmizlənmişdir. Baxışda iştirak edən ev sahibi Məhkum həmin narkotik tərkibli çətənə kollarının təbii halda bitdiyini, lakin həmin bitkiləri becərdiyini, diblərinə peyin verdiyini və həmin bitkilərə qulluq etdiyini etiraf etmişdir. Aqronom alim İsmayıl Hüseynov aşkar olunan çətənə kollarının narkotik tərkibili bitkilər olduğunu və onların diblərinə su verilməklə, dibləri yumşaldılmaqla, peyin verilməklə və ətrafları təmizlənməklə aqrotexniki qaydada qulluq olunduğunu, bu barədə rəyini təqdim edəcəyini bildirmişdir. Çətənə kolları torpaqda n çıxarılmaqla sintetik torbaya qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra baxış yaşayış evində davam etdirilmiş, Məhkum yaşadığı evdən narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, protokola iştirakçılarla bərabər Məhkum imza etmişdir. Çəkilmiş videoçəkiliş baxış protokoluna əlavə olunmuşdur. Baxış keçiriləndən sonra onlar Məhkum ilə birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişlər. Bundan başqa iş üzrə digər şahidlər Şəmkir Rayon Polis şöbəsinin əməkdaşları X12, X13, X15 şahid X1 ifadəsilə oxşar məzmunlu ifadələr vermişlər. Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayə t təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi tərəfindən təqdim edilmiş məhkəməbioloji ekspertizasına dair xx xxxxxx 2019-cu il tarixli, 477 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “......Məhkum yaşadığı evin həyətyanı sahəsindən....” sözləri yazılmış iki ədəd iç-içə keçirilmiş sintetik kisədə, ümumi sayı 22 (iyirmi iki) ədəd, ümumi təmiz çə kisi 3800 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Bundan başqa Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Narkoloji Dispanserindən təqdim edilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamanın xx xxxxxx 2019-cu il tarixli 787 nömrəli rəyindən görünür ki, Məhkum narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 20 19-cu il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Şəmkir rayonunun Seyfəli kəndində yerləşən Məhkum evinə baxış keçirilmiş, baxış nəticəsində bağ sahəsində boyları 50 sm, 75 sm, 60 sm, 57 sm, 77 sm, 70 sm,192 sm, 100 sm, 110 sm, 110 sm, 120, 120 sm, 120 sm, 130 sm, 140 sm,180 sm, 167 sm, 177 sm, 210 sm, 190 sm, 150 sm və 115 sm olan 22 ədəd çətənə kollarına oxşar bitki kolları aşkar olunmuş, torpaqdan çıxarılmaqla sintetik torbaya qoyulub qablaşdırılmaqla və möhürlənməklə götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli aqranomun rəyindən görünür ki, Şəmkir rayonunun Seyfəli kənd sakini Məhkum yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş 22 ədəd müxtəlif ölçülü çətənə kollarına aqrotexniki qaydada qulluq olunduğu müəyyən edi lmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Məhkum yaşayış yerinə, narkotik əkib-becərdiyi yerlərə və yaşadığı ünvana baxış keçirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan toplanmış sübutlarla müqayisəli təhlil edib onun ifadəsinin işin hallarına uyğun olması, təqsirinin sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instan siya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsi nin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində məhkumun bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfin in təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri i lə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar