Məhkəmə qərarları › İş №1(102)-288/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-288/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-288/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, Məhkum2 müdafiəçisi X3, Məhkum3 oğlunun müdafiəçisi X7, zərərçəkmiş ş əxsin hüquqi varisi Zərərçəkmiş şəxs qızının və onun nümayəndəsi X13 iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qızı və onun nümayəndəsi X18 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim E.İ.Rüstəmov, hakimlər D.H.İmanov və S.Ə.Əzizovdan ibarət tərkibdə) 1(088)-17/2018 nömrəli 04 iyul 2018-ci il tarixli hökmü ilə xx xxxx 1984-cü ildə Tərtər rayonunun Səhləbad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, Tərtər rayonunun Səhləbad kəndində yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 221.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, CM-in 127.2.3-cü maddəsi ilə 4 (dörd) il 6 (atı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ona CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.10, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə bəraət verilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2016-cı il tarixdən hesablanmış; 18 iyun 1983-cü ildə Tərtər rayonunun Səhləbad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Səhləbad kəndində yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə qaldığı 2 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, ona CM-in 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə isə bəraət verilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2016-cı il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum1 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum2 təqsirli bilinmişdir ona görə ki, o, o dostu X4 dələduzluq ittihamı ilə 18.02.2014-cü ildə həbs edilməsinə zərərçəkmiş X8 ərizə yazmaqla səbəb olmasını əsas tutaraq ondan qisas almaq və bu əsasla onu öldürmək məqsədilə qanunsuz olaraq özündə saxladığı odlu ov tüfəngini götürüb 19 fevral 2014-cü il tarixdə gecə saat 03:30 radələrində sonuncunun yaşadığı Tərtər şəhəri, Vasif Hüseynov küçəsi, 2 №li evin hasarından aşaraq həyətə, oradan isə evə daxil olub Sənan Mirzəyevin ürək nahiyyəsinə tərəf bir dəfə atəş açaraq onu öldürmüşdür. Bundan başqa, Məhkum2, Məhkum1 və Məhkum3 26 sentyabr 2016-cı il tarixdə saat 16:30 radələrində valyuta mübadiləsi ilə məşğul olan Səxavət Musayevə, guya tanıdıqları başqa bir şəxsdə 7300 ABŞ dolları pul olduğunu və onu dəyişmək lazım olduğunu deyərək onu aldadıb kənar yerdə görüşməyə razı salmış, sonuncu özündə həmin məbləğdə pul olmadığı üçün tanışı olan başqa şəxsdən 12045 manat pul alıb özünə məxsus «Hyundai» markalı, ** BE *** nömrəli avtomaşınla əvvəlcədən razılaşdıqları kimi Tərtər rayonunun Səhləbad kəndi istiqamətində olan körpunün yaxınlığına getmişdir. Həmin anda təqsirləndirilən şəxslər VAZ-2106 markalı **-BE-*** nömrəli avtomaşınla görüş yerinə gəlib zərərçəkmiş S.Musayevi aldadıb avtomobilə mindirmiş, daha sonra yolda ona bıçaqla xəsarət yetirib düşməsinə imkan verməyib onu Tərtər rayonunun Şıxarx kəndi ərazisində boş çöllük sahəyə aparıb orada onu qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə, zərərçəkmişin köməksiz vəziyyətindən istifadə etməklə və quldurluq məqsədilə öldürüb milli və xarici valyutadan ibarət 16320 manat pulunu ələ keçirmişlər. Bundan başqa, istintaq orqanı Məhkum2 qarşı silah tətbiq etməklə xuliqanlıq və xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma ilə bağlı və Məhkum3 qarşı xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma ilə bağlı ittiham irəli sürmüşdür ona görə ki, Məhkum2 02 oktyabr 2016-cı il tarixdə saat 17 radələrində Tərtər rayonunun Səhləbad kənd sakininin uşağının şənlik məclisində spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olmaqla həmkəndlisi X5 ona səs-küy salmasını irad tutmasını bəhanə edərək mübahisə edib nalayiq sözlərlə onu təhqir etmiş və yumruqla vurmuş, həmin vaxtı ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan X10 da vurmuş, bununla kifayətlənməyib evinə gedərək «TOZ-B» modelli ov tüfəngi ilə yenidən hadisə yerinə qayıdıb X9 qarşı xuliqanlığını davam etd irmiş, daha sonra zərərçəkmiş Xosrov Mehdiyevi avtomobilinə qoyub kəndin kənarına aparmış və orada X20 Həsənov və digərlərinin iştirakı ilə döymüşdür. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elçin Xasməmmədov, hakimlər Teyyub Muxtarov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) 1(104)-11/2019 nömrəli 20 fevral 2019-cu il tarixli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə bəraət verilmiş, o, CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9 və 120.2.10-cu maddələri ilə təqsirli bilinib 18 (on səkkiz) il müddətinə, CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə və CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq ona 20 (iyirmi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2016-cı il tarixdən hesablanmış, Məhkum3 Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə bəraət verilmiş, o, CM-in 120.2.1, 120.2.4, 120.2.5 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib 16 (on altı) il müddətinə, CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2016-cı il tarixdən hesablanmış, dövlət ittihamçısı X11 tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxslərin hüquqi varisləri Zərərçəkmiş şəxs qızı, X12, onların nümayəndələri X18, X6 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim İmran Hacıqayıbov, hakimlər Gülzar Rzayeva və Fərhad Kərimovdan ibarət tərkibdə) 1(102)-927/19 nömrəli 24 dekabr 2019-cu il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2019-cu il tarixli hökmü təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum3 CM-in 181.3.3-cü maddəsi ilə bəraət verilməsi və CM-in 120.2.11-ci maddəsinin ittihamdan xaric edilməsi, Məhkum2 əməlinin CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsi hissəsində ləğv edilməsi və işin yeni apelyasiya baxışına təyin edilməsi qərara alınmış, kassasiya protesti və zərərçəkmiş şəxslərin hüquqi varislərinin kassasiya şikayətləri qismən təmin edilmiş, məhkumlar və onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Salman Hüseynov, hakimlər Şamil Rzaquliyev və Çingiz Məmmədovdan ibarət tərkibdə) 1(104)-15/2021 nömrəli 09 aprel 2021-ci il tarixli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum 2 Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 120.2.11-ci maddəsi ilə təqsirli bilinib, 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası və Gəncə Apelyasiya Məhkəməsinin 20 fevral 2019-cu il hökmü ilə CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.10 və 127.2.3-cü maddələri ilə təqsirli bilinib təyin edilmiş 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunmaqla, qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejiml i cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 26 dekabr 2016-cı il tarixdən hesablanmış, Məhkum3 Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 120.2.11-ci maddəsi ilə təqsirli bilinib, 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası və Gəncə Apelyasiya Məhkəməsinin 20 fevral 2019-cu il hökmü ilə CM-in 120.2.1, 120.2.4, 120.2.5 və 120.2.9 və 127.2.3-cü maddələri ilə təqsirli bilinib təyin edilmiş 17 il müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanılaraq, qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini isə cid di rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 09 oktyabr 2016-cı il tarixdən hesablanmış, dövlət ittihamçısı X11 tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxslərin hüquqi varisləri Zərərçəkmiş şəxs qızı, X12, onların nümayəndələri X18, X6 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, məhkumlar və müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qızı və onun nümayəndəsi X18 birgə kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini onunla əsaslandırır ki, apelyasiya instans iyası məhkəməsinin qərarı qismən qanunsuz və əsassız olduğuna görə dəyişdirilməlidir. Belə ki, Cinayət Məcəlləsində həmin təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayətlərə görə ömürlük azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulsa da, apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlara yüngül cəzalar təyin edilmişdir. Kassasıya instansiyası məhkəməsi tamamilə məntiqi nəticəyə gəlmişdir ki, “...Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2019-cu il tarixli hökmü maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3 və Məhkum1 CM-in 181.3.3-cü maddəsi ilə bəraət verilməsi və CM-in 120.2.11-ci maddəsinin ittihamdan xaric edilməsi, Məhkum2 əməlinin CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci m addəsinə tövsif edilməsi hissəsində ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir.” Amma, “maraqlı” olan, həm də təəccüb və təəssüf doğuran hal isə, ondan ibarətdir ki, Gəncə Apelyasiya Məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərini formal olaraq guya yerinə yetirərək, təqsirləndirilən şəxsləri həmin maddələrlə məhkum edir. Eyni zamanda, məhkəmə, təqsirləndirilən şəxslərdən birinə (Məhkum2) münasibətdə “az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə", digərlərinə münasibətdə isə, cəzaları qismən toplamaq yolu ilə qəti cəzalar təyin etmişdir. Lakin hansı səbəbdən məhkum olunmuş şəxslər Məhkum2 və Məhkum3 ittiham olunduqları həmin maddələrin sanksiyası çərçivəsində onlara nisbətən yüngül cəza təyin edildiyi qeyd olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs yeganə oğlu, gənc ailə başçısı Səxavət Musayevin xüsusi amansızlıqla qətlə yetirilməsi, S.İ.Musayevin həyat yoldaşının gənc yaşlarında dul qalması, S.İ.Musayevin azyaşlı qızının ata qayğısından, ata nəvazişindən həmişəlik məhrum olması, bundan sonra atasız tərbiyə olunması, S.İ.Musayev qətlə yetirildikdən dərhal sonra onun həyat yoldaşının keçirdiyi dərin psixoloji sarsıntı və mənəvi iztirab nəticəsində onun bətnində olan uşağın məhv olması cinayətin ağır nəticələrə səbəb olması ilə nəticələnmişdir. Kassatorlar hesab edirlər ki, cinayət törətmiş həmin şəxslər haqqında təyin edilmiş cəza onların törətdikləri cinayətlərin ağırlığına, cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin onların şəxsiyyətinə mütənasib deyil, yüngül cəzadır. Başqa söz lə, cinayət işi üzrə təqsirləndirilən şəxslərin törətdikləri əməllər xüsusilə ağır cinayət hesab edilir və ona görə də, onlara təyin edilən cəza ədalətli olmamaqla, sosial ədalətin bərpasına xidmət etməmişdir. Bu baxımdan, işə baxan apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-in 8.1. və 41.2- ci maddələrinin də tələblərini pozmuşdur. Beləliklə də, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi olaraq hu qənaətdəyik ki, apelyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilməklə, təqsirləndirilən şəxslər Məhkum2 Azərbaycan Respublikası CM-in 120.2,1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.10 və 120.2.11-ci maddələri ilə, Məhkum3 isə, Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9. və 120.2.11-ci maddələri ilə ən ağır cəza növündə cəza təyin edilməlidir. Məh kəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Ayxan Hüseynlinin və zərərçəkmiş şəxsin hüquqi varisinin Yusif Kərimovun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı b ir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və onun nümayəndəsi Y.Ə.Kərimov kassasiya şikayətini onunla əsaslandırmışlar ki, təyin olunmuş cəza məhkumların törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onların şəxsiyyətinə uyğun gəlməyən açıq-aydın yüngül olmuşdur. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, işə baxan məhkəmələrin Məhkum2 və Məhkum3 cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkəmə lər tərəfindən düzgün olaraq Məhkum2 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.10, 120.2.11 və 127.2.3-cü maddələri ilə, Məhkum3 cinayət əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.11 və 127.2.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilməlidir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlilləri onun apelyasiya şikayətinin dəlillərində də göstərilmiş və apelyasiya məhkəməsinin araşdırma predmeti olmuşdur. Apelyasiya instansiyası məhkəməsi cinayət işinin materiallarına əsasən nəticəyə gəlmişdir ki, şikayətin məhkumlara ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı dəlilləri əsassızdır. Məhkuma yüngül cəza təyin edi lməsi barədə kassatorun dəlillərinə münasibət bildirərək kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum2 cəza təyin edərkən onun xuliqanlıq cinayəti üzrə zərərçəkmiş şəxslərlə barışmasını, himayəsində azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivi olmasını isə CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi, Məhkum3 cəza təyin edərkən himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslər Anar Mehdiyevin və Xosrov Mehdiyevin təqsirləndirilən Məhkum3la barışması, ondan şikayət və tələbinin olmamasını CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olmamasını və törədilmiş cinayətin xarak terini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətlərini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumların islah edilməsinə və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, məhkumlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.10, 120.2.11 və 127.2.3-cü maddələri ilə müvafiq olaraq, 20 (iyirmi) il və 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası da işə baxan apellyasiya məhkəməsinin məhkumlar Məhkum2 və Məhkum3 təyin etdiyi cəzaların növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və y a digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfi ndən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkumlara istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3-cü maddəsinin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 120.2-ci maddəsində on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 127.2-ci maddəsində bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apelyasiya instansiyası məhkəməsinin hökmündən da görünür ki, Məhkum2 Azərbaycan Respublikası CM-in 181.3.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.10, 120.2.11, 127.2.3 və 221.3-cü maddələri ilə qəti olaraq 20 (iyirmi) il, Məhkum3 Azərbaycan Respublikası CM-in 181.3.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.10, 120.2.11 və 127.2.3-cü maddələri ilə qəti olaraq 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən görünür ki, azadlıqdan məhrum etmə cəzası sərtliyinə görə ən sərt cəza növüdür. Zərərçəkmişin məhkumlara ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə tələbi CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbləri ilə uyğunluq təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də yuxarıda qeyd olunan Ali Məhkəmənin Plenumunun qərarının tövsiyələri və iş üzrə cəzanı yüngülləşdirən halların olması fövqündə yanaşdıqda işə baxan məhkəmənin Məhkum2 təyin etdiyi 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Məhkum3 təyin etdiyi 19 il müddətinə azadlıqdan məhrum etmə cəzası növünə və həddinə görə açıqaydın ədalətsiz hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum3 törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəliliyi, məhkumların şəxsiyyəti, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların işığında onlara müvafiq olaraq təyin edilən 20 (iyirmi) il və 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasını əsaslı və ədalətli hesab ed ir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə əsaslanaraq, kassasiya kollegiyası məhkumların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, işin hallarını, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumların islah edilməsinə və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün məhkumlar Məhkum2 və Məhkum3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını, onlara ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə uyğun olmadığı üçün mümkün hesab etmir və Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli hökmünün kassasiya şikayətinə münasibətdə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərinin əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Məhkum2 və Məhkum3 barəsində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qızı və onun nümayəndəsi X18 tərəfindən birgə verilən kassasiya şikayətinin dəlilləri il ə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən hökmün isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qızı və onun nümayəndəsi X13 birgə kassasiya şikayəti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 181.3.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.10, 120.2.11, 127.2.3 və 221.3-cü maddələri ilə, Məhkum3 Azərbaycan Respublikası CM-in 181.3.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.11 və 127.2.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar