Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-288/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Eİçin Tofiq oğlu, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Abdıyev Telman Xanlar oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Abdıyev Telman Xanlar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli hökmü ilə (hakim Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) xx xxx 1991-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünva n 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu 07 noyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum və müdafiəçisi Müdafiəçi1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibd ə) 08 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkumun müdafiəçisi Abdıyev Telman Xanlar oğlu tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, Məhkum, 20 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində qardaşı Şahid7, tanışı Zərərçəkmiş şəxs və adları istintaqa məlum olan digər şəxslərlə birlikdə Şahid2 Nemət oğluna məxsus Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən çayxanada uduzan tərəfin “çay pulu”nu ödəməsi müqabilində kart oyn adıqdan sonra Zərərçəkmiş şəxs uduzması ilə əlaqədar çayın pulunu verməli olduğunu bildirən qardaşı Şahid7 vurmaq istəmiş, buna görə şəxsi münasibətlər zəminində aralarında yaranmış münasibətlərinə aydınlıq gətirmək üçün birlikdə küçəyə çıxmışlar. Bu vaxt Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, eləcə də çiynindən dartıb kəllə ilə ona zərbə vurmasından əsəbiləşərək üzərində olan istintaqla müəyyən edilməyən dəmir parçası ilə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsinə vuraraq başın tüklü hissəsində təpə nahiyəsinin bir ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş, sonra orada adları istintaqa məlum olan şəxslər onları sakitləşdirmişlər. Bundan sonra Zərərçəkmiş şəxs oradan kənara çəkilərək Məhkum yanına çağırmış mübahisəni davam etdirərək, Məhkum üstünə gedib onu tutub, yıxmaq istəyərkən, Məhkum özündə olan bıçaqla qəsdən Zərərçəkmiş şəxs vuraraq ona qarının ön divarının daxilə keçən, böyük piyliyi və köndələn çəmbər bağırsağı zədələyən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və sol bazunun arxa səthinin iki ədəd deşilmişkəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirdiyi üçün onu buraxmış, həmin vaxt Məhkum hadisə yerindən qaçıb getmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi T.X.Abdıyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya mə hkəməsinin qərarı cəza hissəsində əsassız və ədalətsizdir. Belə ki, məhkəmə cəza təyin edərkən Məhkum islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almamış, nəticədə ona maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də yuxarı azadlıqdan məhrum, etmə cəzası təyin edilmişdir. Halbuki, Məhkum təqsirini könüllü etiraf edib istintaq orqanı ilə əməkdaşlıq etmişdir, könüllü polis orqanına təslim olmuşdur. Əməlindən səmimi peşmançılıq çəkir, əvvəllər məhkum olmamışdır, qardaşı X9 böyrək xəstəliyindən əziyyət çəkir, digər qardaşı X10 İİİ qrup əlildir, atası X12 İİ qrup Çernobil əlilidir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilməsini, Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilərək ona cinayətə görə təyin edilmiş cəzadan daha yüngül cəza təyin e dilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməli CM-in 29,120.1 maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə əsassız olaraq tövsif edilmişdir. Belə ki, məhkəmə tərəfindən ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların rədd edilməsinin və əməlin tövsifi ilə bağlı motivlər tam əsaslandırılmamış, sübutlar bir-biri ilə müqayisəli səkildə təhlil edilməmiş, iş üzrə təqsirləndirilən, zərərçəkmiş v ə şahid ifadələrinin məzmunu hökmdə təhrif edilməklə, işin faktiki hallarına uyqun olmayan yanlış nəticəyə gəlinmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs Məhkum, Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş Şahid7, Şahid5, Şahid8 və Şahid6 ifadələri hökm və protokolda bəzi hallarda təhrif olunmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri ilə qeyd olunan işin faktiki halları müəyyən edilmişdir. Zərəçəkmis şəxs istintaq zamanı verdiyi ifadəsində də göstərmişdir ki, hadisə zamanı Fəxri bışçaqla ona ardıcıl zərbələr endirmiş, o, isə müqavimət göstərmiş, ardınca gedərkən Fəxrinin hadisə yerindən qaçmış, həmin vaxt hadisə verində çox sayda şəxslər olmuşdur. Lakin birinci instansiya məhkəməsi hökmdə qeyd olunan ifadələrin məzmunu tə hrif edilməklə, hadisənin baş vermə mexanizmi tam olaraq düzgün göstərilməmiş, eyni zamanda, hökmdə şərh edilmiş hallarla, məhkəmənin gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlərə yol verilmişdir. Hökmdə qeyd edilmişdir ki, Fəxri dəmir parçası ilə zərərçəkmişə xəsarət yetirdikdən sonra orada olan şəxslər onları sakitləşdirdikdən sonra Zərərçəkmiş şəxs oradan kənara çəkilərək Məhkum yanına çağırmış, mübahisəni davam etdirərək Məhkum üstünə gedib onu tutub yıxmaq istəyərkən Məhkum özündə olan bıçaqla qəsdən Zərərçəkmiş şəxs vuraraq məlum xəsarətlər yetirdiyi üçün onu buraxmış, həmin vaxt Məhkum hadisə yerindən qaçıb getmişdir. Məhkəmənin gəldiyi nəticə hadisənin bas vermə mexanizmi ilə bağlı isin faktiki halları ilə yanaşı, məhkəmə tibb ekspertizasının rəyi ilə müəyyən edilmiş zərərçə kmiş şəxsin bədəni üzərində aşkar edilmiş xəsarətlərin lokalizasiyası və yetirilmə mexanizmi ilə də uyğunluq təşkil etmir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Eİçin Tofiq kassasiya protestini müdafiə etdiyini, Məhkum Azərbaycan Respublikası CMnin 29,120.1-ci maddəsi ilə təqsirliliyinin ibtidai istintaq zamanı tam sübuta yetirildiyini, hadisə zamanı zərərçəkmiş şəxsə həyat və fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi nahiyyəyə zərbələr endir ilərək xasərət yerildiyini bildirib, kassasiya protestinin təmin olunmasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini, kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi T.X.Abdıyev çıxış edərək, Məhkum əməlinin düzgün tövsif edilməsi hissəsində məhkəmənin hökmünün düzgün olduğunu, lakin cəzaya aid hissədə isə ədalətsiz nəticəyə gəlindiyini bildirib, kassasiya şikayətinin təmin olunmasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarının dəyişdirilərək Məhkum barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməsini, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, kass asiya protestinin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 126.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkum müdafiəçisi T.Abdıyev tərəfindən verilmiş kassasiya şikayətində isə əməlin tövsifi mübahisələndirilməsə də, barəsində təyin edilmiş cəzanın ağır olduğu və törədilmiş cinayət əməlinin ədalətli nəticəsi olmadığı iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciət lərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, ilkin olaraq əməlin tövsifi məsələsinə qiymət verərək aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gə lməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə m əsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası Məhkum əməlinə hüquqi qiymət verərək hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qəsdən adam öldürməyə cəhd ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu i lə sübuta yetirilməmiş, onun əməli CM-nin 126.1-ci maddəsinə, yəni qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında isə izah olun ur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bəndi). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayətə cə hd etməyə yol verən şəxsin şüurunda törədiləcək cinayətin bütün ünsürləri əhatə olunur. Lakin şəxs törədilməsi qət edilən cinayətin başa çatmayacağını əvvəlcədən dərk etmir. Cinayət etməyə cəhdin ən mühüm obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Hazırki cinayət işinə məhkəmələr tərəfindən baxılması nəticəsində Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs məhz həyatdan məhrum etməyi arzu etməsi və qəsdin onun iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmaması müəyyən edilməmişdir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, həqiqətən də mübahisə zamanı o Fəxrini kəllə ilə vurmuş, orada olan şəxslər onları ayırdıqdan sonra Fəxri qəflətən gözləmədi yi anda dəmir boru ilə onun baş nahiyəsinə bir dəfə vurmuşdur. Hadisə yerində olan xatırlamadığı şəxslər dəmir borunu Fəxrinin əlindən almışlar. Sonra Fəxri ondan aralaşıb kənara getmişdir. O, əsəbləşib Fəxrinin ünvanına nalayiq ifadələr işlədərək üstünə gedib onun yaxasından tutmuş və süpürləşmişlər. Bu zaman Fəxri üzərində olan bıçaqla bir neçə dəfə onun qolundan vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 və Şahid5 oxşar məzmunlu ifadələr verərək zərərçəkmişin qeyd etdiyi halları təsdiq etmişlər. Göründüyü kimi hadisələrin baş verməsi Zərərçəkmiş şəxs yanlış hərəkətlərindən qaynaqlanmışdır. Belə ki, məhz onun məhkumun qardaşı Şahid7 təhqir etməsi nəticəsində mübahisə yaranmış, daha sonra Məhkum mübahisəyə qoşulmuşdur. Sonuncu ilə mübahisə zamanı isə Zərərçəkmiş şəxs kəllə ilə məhkumun sifət nahiyəsinə vurduqdan sonra əlində olan dəmir parçası ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə vurduqdan sonra orada olan şəxslər onları ayırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs yenidən dalaşmaq məqsədilə məhkumu yanına əl işarəsi ilə çağırmış, sonuncunun yaxasından tutaraq onu vurmuş, yerə yıxmış və bu zaman Məhkum üstündə olan bıçaqla onun qarın nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Qeyd edilənlərə aydın olur ki, hər iki halda dava-dalaş təşəbbüsünün zərərçəkmişin özündən gəlməsi, yenə də hər iki halda zərərçəkmiş Zərərçəkmiş şəxs ilk olaraq məhkumu vurması onu sübut edir ki, Məhkum istər hadisədən əvvəl, istərsə də hadisə anında zərərçəkmişi öldürmək qəsdi olmamışdır. Məhkumun bir dəfə bıçaq zərbəsi ilə zərərçəkmişi vurması və imkanı olduğu halda xəsarəti zə rərçəkmiş şəxsin daha həyati vacib orqanlarına deyil, qarın nahiyəsinə yetiməsi də onun qəsdən adam öldürmək niyyətində olmadığını sübut edən amillərdəndir. Ümumilikdə cinayətin baş verdiyi şərait, baş verməsinə səbəb olan hallar, yetirilən xəsarətlərin sayı, mexanizmi, yetirildiyi nahiyə və digər mühüm əhəmiyyətə malik psixoloji amillər belə nəticəyə gəlməyə əsas verir ki, məhkumun hərəkətlərində qəsdən adam öldürmə cinayətinin əlamətləri olmamışdır. Həmçinin məhkumun belə niyyətdə olmasını təsdiq edən heç bir sübut da mövcud deyil. Qeyd olunanlara əsasən, Məhkum Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurması, məhkəmələrdə dindirilmiş məhkumun, zərərçəkmiş şəxsin, şahidin ifadələri, məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və bir-biri ilə uzlaşan, biri-biri ni tamamlayan digər mötəbər sübutların məcmusu ilə təsdiq edilmişdir. Odur ki, məhkəmələr belə nəticəyə gələrkən haqlı olaraq yuxarıda sadalanan normaların tələblərindən çıxış edərək, məhkəmə araşdırması zamanı təsdiqini tapmış işin faktiki hallarına uyğun, Məhkum əməllərini CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsi barədə qənaətə gəlmişdir. Məhkəmə belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətb iq edilməsini xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qa nununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məs ələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışması, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, cinayət nəticəsində dəymiş zərərin azaldılmasına yönəldilmiş hərəkətlər etməsi, atasının İİ qrup Çernobel əlili olmasını, qardaşının İİİ qrup əlil olmasını, əməlindən səmimi peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olması), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstəril ən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci m addəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkə məsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Abdıyev Telman Xanlar oğlu tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-c i maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Abdıyev Telman Xanlar oğlu tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-288/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-288/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver