Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-288/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 16 n oyabr 2023-cü il tarixli 1(105)-562/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəhmin Hümbətov (sədrlik edən və məruzəçi) Hafiz Əliyev və Aynur Rzayeva) 28 avqust 2023-cü il tarixli 1(124)-90/2023 nömrəli hökmü ilə xx xxx 1974-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçə kmə müddətinin əvvəli 08 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,222 qram, 1,933 qram, 1,394 qram, ümumi təmiz çəkisi 4,549 qram narkotik vasitə heroini, külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,145 qram psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 15,498 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, 08 yanvar 2022-ci il tarixdə saat 12:00-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol vağzalının yaxınlığında Sumqayıt ŞPİ-nin, 2-ci PB-nin polis əməkdaşları tərəfindən saxlanılıb Sum qayıt ŞPİ-nin, 2-ci PB-nə gətirilkdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan şalvarının sol yan cibindən dəmir qabın içərisindən külli miqdarda kustar üsulla hazırlanmış 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,222 qram, 1,933 qram, 1,394 qram, ümumi təmiz çəkisi 4,549 qram narkotik vasitə heroin və külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,145 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmçinin Məhkum üzərinə şəxsi axtarış keçirildikdən sonra, Sumqayıt şəhər məhkəməsinin qərarı ilə sonuncunun yaşadığı evə axtarış keçirilməsi zərurəti yarandığından, axtarış zamanı sonuncunun yaşadığı evdə otaqların birində olan dolabın içərisindən 1 (bir) ədəd elektron tərəzi və həyətyanı sahədə olan yarı mtikili ilə hasarın arasından şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 15,498 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədov) 16 noyabr 2023-cü il tarixli 1(105)-562/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 1(124)90/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 16 noyabr 2023-cü il tarixli 1(105)-562/2023 nömrəli qərarının dəyişdirilərək, ə məlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində çıxarılmış hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və ədalətsizdir. Belə ki, ona elan edilmiş ittihamla razı deyil. O, Sumqayıt ŞPİ-in 2-ci PB-in Polis əməkdaşları tərəfindən saxlandığı zaman üzərində axtarış aparılmış və onun üzərindən 2 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Axtarış zamanı nə külli miqdarda narkotik vasitə, nə də tərəzi onun üzərindən aşkar edilməmişdir. Kassator bildirmişdir ki, o, uzun illərdir narkotik vasitə istifadəçisidir. O, heç vaxt narkotik vasitələrin alveri ilə məşğul olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Onun fikrincə əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələrinin dispozisiyalarından göründüyü kimi, onları fərqləndirən əsas əlamətlər “satma” və ya “satış məqsədi”dir. Bu əlamətlər olmadıqda, xeyli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə bağlı hərəkətlər CM-in 234.1-ci maddəsinə əsasən tövsif edilir. Əgər həmin əlamətlər mövcuddursa, həmin hərəkətlər CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunur. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutla rı məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni iş üzrə şahidlərin ifadələrini, şəxsi axtarış və baxış keçirilməsi haqqında protokolları, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn digər istintaq hərəkətlərinin protokolları və sənədləri tədqiq etmiş, həmin sübutlara qiymət verərək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Apellyasiya instansiyas ı məhkəməsi işə təqsirləndirilən şəxs Məhkum müdafiəçisinin apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələrlə aşağıda göstərilənlərə əsasən razılaşır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 iyun 2024-ci il tarixli 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin m iqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sübutlar əsasında müəyyən edilmiş işin hallarından görünür ki, Məhkum qanunsuz olaraq külli miqdarda, yəni 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,222 qram, 1,933 qram, 1,394 qram ümumi çəkisi 4,549 qram narkotik vasitə kustar üsulla hazırlanmış heroin və 1 bükümdə təmiz çəkisi 2,145 qram psixotrop maddə metamfetamin istintaqla müəyyən edilməmiş şəxsdən əldə etmişdir. İşə baxan məhkəmələr Məhkum iki növ narkotik vasitə ilə yanaşı, psixotrop maddə əldə etməsini, əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin külli miqdarda olmasını, eləcə də yaşadığı evdə elektron tərəzin in aşkar edilməsini onun narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək saxlamasını təsdiq edən hallar kimi nəzərə almış və buna əsasən belə nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 iyun 2024-ci il tarixli 8 №-li Qərarının tövsiyələri bax ımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkumun özünün istifadəsi üçün tələb olunan miqdarda narkotik vasitəni almaq istədiyi barədə kassasiya şikayətinin dəlili cinayət işi üzrə sübutlarla təkzib olunur. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifin ə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 16 noyabr 2023-cü il tarixli 1(105)-562/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayət inin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 16 noyabr 2023-cü il tarixli 1(105)-562/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-288/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-288/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver