Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2883/2025 25.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 128-ci maddəsi ilə nəzər də tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2025-ci il tarixli, 1(106)-61/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum 8 avqust 1970-ci il tarixdə İmişli rayonu, Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-nin İmişili rayonu, Qızılkənd kənd filialının müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 7 yanvar 2024-cü il tarixdə, s aat 15 radələrində "xxxx" MMC-nin İmişli rayonu, Qızılkənd kəndində yerləşən filialının inzibati binasının yanında həmkəndlisi Şahid1 çayxana kimi fəaliyyət göstərən obyektinə Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxışı Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə video görüntüyə çəkərkən onun görüntüyə düşməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı fiziki güc tətbiq edərək qəsdən Zərərçəkmiş şəxs sol əlinin barmaqlarından tutaraq arxaya doğru qatlayıb buraraq, sol əlin 4-5-ci barmaqlarında şişkinlik və qançır, sol əlin 5-ci barmağının 3-cü falanqasının qeyri-tam boylama sınığı (çatı) ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur.
3. İmişli Rayon Məhkəməsinin (sədrlik edən hakim: X4) 11 sentyabr 2024-cü il tarixli, 1(036)-55/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1100 (min yüz) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Məhkum barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Məhkum 2000 manat məbləğində mənəvi ziyanın alınıb verilməsi barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiasının təmin edilməməsi hökm edilmişdir.
4. Hökmdən Zərərçəkmiş şəxs nümayəndəsi vəkil Nümayəndə və məhkum edilmiş şəxs Məhkum tərəfindən apellyasiya şikayətləri verilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrli k edən və məruzəçi), X8 və X2 ibarət məhkəmə tərkibində) 22 oktyabr 2025-ci il tarixli, 1(106)61/2025 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(036)-55/2024 nömrəli hökmünün həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Məhkum CM-in 128-ci maddəsi ilə aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasının təyin edilməsi, Məhkum cəzaçəkməsinin əvvəlinin onun aylıq qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanması, mülki iddianın qismən təmin edilməsi, cavabdeh Məhkum mənəvi ziyana görə 300 manat məbləğində pul tutular aq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, qərarın icrasının İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2025-ci il tarixli, 1(106)-61/2025 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum kassasiya şikayətində apellyasiya müraciətinin dəlillərini təkrarlamaqla, onun dəlilləri qismində cinayət işinin faktiki hallarına və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, mübahisə müraciətində qeyd etdiyi istiqamət üzrə olmuşdur. Zərərçəkmiş şəxs hadisə ilə bağlı qeyd etdikləri onu şərləyərək cəzalandırmaq, ondan onu çayxana işlətməyə mane olduğu üçün heyif çıxmaq məqsədi daşıyır. Bunun üçün o qəsdən əvvəllər xəsarət almış sol əlini müstəntiqə göstərərək guya, hadisə vaxtı sol əlinin xəsarət adığını bildirmişdir. Əslində isə o, telefonu onun sağ əlindən yuxarıda qalan kamera hissəsindən almış, özüdə üzbəüz onu çəkən vəziyyətdə. Bir daha qeyd edir ki, o, Faləddinə heç bir xəsarət yetirməmişdir. Faləddinin barmağını zədələməmişdir. Onun barmağında hər hansı bir xəsarət vardırsa əgər, həmin xəsarət onun tərəfindən yetirilməmişdir. Faləddin bir neçə dəfə ona qarşı böhtan xarakterli şikayətlər edib, lakin şikayətlərində göstərdiyi heç bir hal öz təsdiqini tapmayıb. Şikayətlərinin bir mənasının olmadığını görən Faləddin onu şərləyib üzərinə böhtan atıb, onu cəzalandırıb, obyekti rahat işləməsi üçün çıxış yolu olaraq özü öz barmağına xəsarət yetirib və yaxud, hadisədən əvvəl xəsarət almış barmağını məqsədli şəkildə istintaq zamanı istifadə edib.
8. Sadalanan hallara münasibətdə Şirvan Apellyasiya Məhkəməsinin 22 oktyabr 2025ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Məhkum çıxışında zərərçəkmiş şəxslə barışdığını qeyd edərək, məhkəmə kollegiyasından cəzadan azad edilməsini xahiş etmişdir.
12. Kassasiya icraatı zamanı xx.xx.2025-ci i l tarixli məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs çıxışında yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını qeyd edib, məhkəmə kollegiyasından onun cəzadan azad edilməsini xahiş etmişdir.
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş edib, həmçinin məhkumun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə etirazının olmadığını bildirmişdir. İV. Hüquqi məsələlər:
14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in) 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməl ərindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Məhkum kassasiya şikayətində barəsində bəraətverici əsaslarla qərar qəbul edilməsini iddia etsə də, daha son ra məhkəmə iclası zamanı zərərçəkmiş şəxslə barışması ilə əlaqədar cəzadan azad edilməsi tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
19. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2025-ci il tarixli, 1(106)-61/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət işi materiallarından müəyyən edilir ki, zərərçəkmiş şəxs məhkəməyə əriz ə ilə müraciət edərək, təqsirləndirilən şəxs Məhkum qarşı hər hansı şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin ödənildiyini qeyd edərək, iş üzrə icraata barışıq əldə edildiyindən xitam verilməsini və təqsirləndirilən şəxsin cəzadan azad edilməsini xahiş etmişdir.
21. Eyni zamanda, kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum da məhkəmə kollegiyasına müraciət edərək, zərərçəkmiş şəxslə barışması ilə əlaqədar olaraq cəzadan azad edilməsini xahiş etmişdir.
22. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarından sonra “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarın Məhkum barəsin də tətbiq edilməsi məsələsini müzakirə edərək kollegiya aşağıdakıları qeyd edir:
23. CM-in 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.
24. CM-in 81.2-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.
25. Kollegiya qeyd edir ki, Mili Məclisin amnisti ya elan edilməsi barədə qəbul etdiyi qərar normativ hüquqi aktların iyerarxiyasında xüsusi hüquqi qüvvəyə malik olmaqla, ümumi xarakter daşıyan Cinayət Məcəlləsi normalarına nisbətən üstün hesab edilir. Amnistiya aktı birbaşa konstitusion səlahiyyət əsasında qəbul olunur və konkret dövr üçün cinayət-hüquqi məsuliyyətdən və ya cəzadan azadetməni nəzərdə tutan xüsusi hüquqi tənzimləmədir.
26. Cinayət Məcəlləsində barışıq əsasında cəzadan azad etməni nəzərdə tutan norma isə ümumi qayda xarakteri daşıyır və fərdi hallarda tətbiq olunur. Hüququn ümumi prinsiplərinə, o cümlədən lex specialis derogat legi generali (xüsusi norma ümumi normanı istisna edir) prinsipinə əsasən, xüsusi normativ akt ümumi normaya nisbətən üstün tətbiq edilməlidir.
27. Bu baxımdan kollegiya hesab edir ki, konkret halda barışıqla bağlı Cinayət Məcəlləsi normasının deyil, Milli Məclisin amnistiya elan edilməsi barədə qərarının tətbiqi hüquqi baxımdan əsaslı və qanunauyğundur.
28. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 2-ci hissəsində göstərilmişdir ki, Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı məhkumlar cəzadan azad edilsinlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) (2-ci bənd).
29. Həmin Qərarın 2.8-ci bəndinə əsasən, islah işləri cəzasına məhkum edilmiş şəxslər 2-ci bənddə nəzərdə tutulan istisnalar nəzərə alınmaqla cəzadan azad edilirlər.
30. Həmin qərarın 9-cu hissəsinə əsasən bu Qərarın 1–3-cü hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir.
31. Qeyd olunan qərarın 27-ci hissəsinə əsasən kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara bu Qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların şikayətlərinə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir.
32. Məhkəmə kollegiyası təsvir edilən amnistiya aktının tələblərind ən çıxış edərək, digər tərəfdən isə cəzanı icra edən orqan tərəfindən amnistiya aktının tətbiq edilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.8-ci bəndi tətbiq edilərək ona təyin edilmiş islah işləri cəzasından azad edilməlidir.
33. Beləliklə, məhkəmə kollegiyası bütün yuxarıda qeyd olunanlara əsaslanaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilməli, məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.8-ci bəndi tətbiq edilərək ona təyin edilmiş islah işləri cəzasından azad edilməlidir.
34. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 22 oktyabr 2025-ci il tarixli, 1(106)-61/2025 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən Məhkum ona təyin edilmiş islah işləri cəzasından aza d edilsin. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin.