Məhkəmə qərarları › İş №1(102)-289/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-289/2019

22.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-289/2019 22.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)289-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 22 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 20 18-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 237.1-ci maddələri ilə və qeyrisinin təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli hökmü ilə (hakimlər: X10 (sədrlik edən), X5 və X12 ibarət tərkibdə) Məhkum –xx xxxx 1969-cu ildə ********** rayonu, ********** kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sabirabad rayonunun ********** kəndində qeydiyyatda olub yaşamış, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 iyul 2003-cü i l tarixli hökmü ilə CM-nin 126.1 və 177.3-cü maddələri ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 237.1-ci tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 234.4.2 və 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə, CM-nin 237.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin X15 da təqsirli bilinib məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum CM-nin 234.4.2, 234.4.3 və 237.1-ci maddəl əri ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, həmçinin satış məqsədilə qanunsuz olaraq təkrarən külli miqdarda narkotik vasitə əldə edib daşımış və saxlamışdır, X3 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamış və təkrarən daşıyıb satmışdır. Belə ki, Məhkum 2017-ci ilin təxminən aprel ayında Sabirabad rayonunun Azadkənd kəndində, yaşadığı evin həyətyanı torpaq sahəsində çətənə (kannabis) toxumlarını əkib 13 may 2017-ci il tarixədək aqrotexniki qaydada qulluq göstərməklə onlardan qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda - 9 ədəd çətənə (kannabis) şitilləri-bitkiləri yetişdirməklə kultivasiya etmişdir. Bundan başq a o, məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə 2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 63,02 qram və 9,36 qram olmaqla, ümumi təmiz çəkisi 72,38 qram olan qurudulmuş marixuana, 11 may 2017-ci il tarixdə Sabirabad rayonunun ******** kəndində həmkəndlisi X6 təkrarən qanunsuz olaraq satış məqsədi ilə 1 ədəd polietilen torbada təmiz çəkisi 510,0 qram olan külli miqdarda qurudulmuş marixuana, 13 may 2017-ci il tarixdə isə yenə də Sabirabad rayonunun ********** kəndində A6 eyni məqsədlə qanunsuz olaraq 2 ədəd polietilen torbada ayrıayrılıqda təmiz çəkiləri 380,0 qram və 330,0 qram olmaqla, cəmi 710 qram çəkidə külli miqdarda, ümumilikdə isə təmiz çəkisi 1292,38 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı Sabirabad rayonu, ************ kəndindəki evinə gətirib 13 may 2017ci il tarixədək saxlamış və qeyd olunan tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilərkən həmin külli miqdarda 1292,38 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X22 (sədrlik edən və məruzəçi), X23 və X1 ibarət tərkibdə) 26 iyul 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, narkotik vasitənin çəkənidir, heç bir zaman satışı ilə məşğul olmamışdır. Onda olan 350 qram narkotik vasitənin təsdiq edən şahidləri vardır. Bu halı işə baxmış məhkəmələrdə də bildirmişdir. Ancaq həmin hala heç bir əhəmiyyət verilməmişdir. Bundan başqa, ailəlidir, himayəsində 1 azyaşlı övladı və həyat yoldaçı var, Füzuli rayonundan məcburi köçkündür. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 26 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində göstərmişdir ki, narkotik vasitənin çəkənidir, heç bir zaman satışı ilə məşğul olmamışdır Cinayət işinin materiallarından görünür ki, məhkəmənin ittiham hökmü ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Məhkum ibtidai istintaq zamanı özünün tam, məhkəmə istintaqı zamanı qismən etirafedici i fadələri, şahidlər X11, X19, X16, X9, X17, X20, X24 və X8 təsdiqedici ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji eksperizalarının rəyləri, işdə olan 13 may 2017-ci il tarixli əməliyyattədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokol, 15 may 2017-ci il, 09 dekabr 2017-ci il tarixli qərarlar, 15.05.2017-ci il tarixli protokol və arayışlarla, həmçinin istintaq hərəkətlərinə dair digər protokollarla əsaslandırılmış, Məhkum CM-nin 234.4.2, 234.4.3 və 237.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Birinci və apelyasiya instansiya məhkəmələri Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir Məhkum CM-nin 234.4.2, 234.4.3 və 237.1-ci maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci və apelyasiya instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi Məhkum cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, onun əvvəllər məhkum olunmasını CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edib nəzərə almışdır. Hökmdən və cinayət işinin materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə məhkəməsinin 02 iyul 2003-cü il tarixli hökmü ilə CM-nin 126.1 və 177.3.1 maddələri ilə təqsirli bilinərək qəti olaraq 9 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24.10.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırkı cinayət əməlini isə Məhkum 2017-ci ilin aprel ayında törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum əvvəllər ağır cinayət hesab olunan qəsdən sağlamlığa ağır zərər vurma və mütəşəkkil dəstə tərəfindən törədilmiş oğurluq cinayətlərini törətdiyinə görə məhkum edilmiş, həmin hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən cinayət törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1və 65-ci maddələrinin şərh edilməsinə” dair 18 mart 2013-cü il tarixli qərarında göst ərilir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. Qeyd olunan qanunun müddəaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarının şərhləri birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınaraq X13 cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin qaydaları tətbiq edilmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlı qdan məhrum etmə cəzasının yarısından az olmayan müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır Göstərilən maddi hüquq normalarının tələbinə və qanunla müəyyən edilmiş cəza təyin etmənin prinsiplərinə görə cəza təyin edilərkən təkcə cəzanı yüngülləşdirən hallar deyil, Azərbaycan Respublikası CM-nin 8.1-ci və 58.3-cü maddələrində təsbit edilmiş digər hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Məhkəmə qərarlarından görünür ki, cinayət işi üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cinayətin ictimai təhlükəliliyini xarakterizə edən hallar nəzərə alınmışdır. Cinayət işinin materiallarında məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün başqa əsaslar müəyyən edilməmişdir və kassasiya şikayətində göstərilənlər buna əsas verməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və cinayət işi ü zrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2018-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsi barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2018-ci il tarixli qərarı dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar