Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-289/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Əliyev İlham Yəhyə oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 işt irakları ilə, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim C.T.Tağıyev) xx.xx.1954-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, Yeni ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş CM-in 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti müəyyən edilməklə ona təyin olunmuş 03 il azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilmişdir. İŞİN HALLARİ: Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını qəsdən məhv etmə və zədələmə məqsədi ilə, aralarında əvvələcədən borc mübahisəsi olan tanışı X2 maddi zərər vurmaq məqsədi ilə 14 yanvar 2019-cu il tarixdə saat 21:30 radələrində Seda Məmmədovanın icarə əsasında geyim əşyaları satdığı Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Azərbaycan Bayrağı küçəsinin şimal qərb tərəfində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 62 kvm sahədən ibarət “xxxxx” adlanan mağazanın qarşısına gələrək özü ilə gətirdiyi nefti mağa zanın giriş qapısının önünə və üzərinə dağıdıb alışqanla od vurub yandıraraq mağazanın girişində baş vermiş yanğın mağazanın içərisinə yayılaraq obyektin konstruksiyalarını yararsız hala salmaqla Zərərçəkmiş şəxs1 20.000 (iyirmi min) manat dəyərində xeyli miqdarda, həmçinin mağazanın içərisində satışda olan Zərərçəkmiş şəxs3 məxsus 10 ədəd hər birinin dəyəri 70 manat olan 700 manaf dəyərində plastikdən olan tam bədən manekenləri, 100 ədəd hər birinin dəyəri 2 manat olan 200 manat dəyərində plastikdən olan yarım bədən manekenləri, 70 ədəd hər birinin dəyəri 1 manat olan 70 manat dəyərində plastikdən olan bir tərəfli yarım bədən manekenləri, 15 ədəd hər birinin dəyəri 50 manat olan 750 manat dəyərində şifon parçasından olan qara rəngli qadın şərfləri, 10 ədəd hər birinin dəyəri 15 manat olan 150 manat dəyərində sintetik parçasından olan qara rəngli saçaqlı butalı qadın şərfləri, 15 ədəd hər birinin dəyəri 15 manat olan 225 manat dəyərində yun parçadan olan rəngli uzun saçaqlı qadın şərfləri, 20 ədəd hər birinin dəyəri 60 manat olan 1200 manat dəyərində yun papaqlı qadın jaketləri, 10 ədəd hər birinin dəyəri 45 manat olan 450 manat dəyərində düyməsiz yun, rəngli qadın jaketləri, hər birinin dəyəri 45 manat olan 500 manat dəyərində qara rəngli yaşlı qadııı jaketləri, 20 ədəd hər birinin dəyəri 150 manat olan 3000 manat dəyərində “Markiza” adlı uzun sintetik parçadan olan ziyafət donları, 15 ədəd hər birinin dəyəri 130 manat olan 1950 manat dəyərində “Karona” adlı uzun sintetik parçadan olan rəngli ziyafət donları, 20 ədəd hər birinin dəyəri 70 manat olan 1400 manat dəyərində “S ara” adlı qara və qəhvəyi rəngli yun donlar, 15 ədəd hər birinin dəyəri 25 manat olan 375 manat dəyərində rəngli yaşlı qadın donları, 20 ədəd hər birinin dəyəri 35 manat olan 700 manat dəyərində sintetik parçadan olan rəngli donlar, 15 ədəd hər birinin dəyəri 45 manat olan 675 manat dəyərində nabuk rəngli donlar, 15 ədəd hər birinin dəyəri 50 manat olan 750 manat dəyərində “Seçenek” adlı ətəklər, 10 ədəd hər birinin dəyəri 45 manat olan 450 manat dəyərində “Seçenek” adlı sintetik parçadan olan yuna oxşar ətəklər, 15 ədəd hər birinin dəyəri 35 manat olan 525 manat dəyərində “Seçenek” adlı yun ətəklər, 20 ədəd hər birinin dəyəri 25 manat olan 500 manat dəyərində Bakı istehsalı olan yun ətəklər, 10 ədəd hər birinin dəyəri 25 manat olan 250 manat “Seçenek” adlı qadın üçün vilur gödəkcələr, 10 ədəd hər birinin dəyəri 35 manat olan 350 manat dəyərində Bakı istehsalı qadın üçün vilur jiletlər, 8 ədəd hər birinin dəyəri 25 manat olan 200 manat dəyərində vilur jiletlər, 10 ədəd hər birinin dəyəri 30 manat olan 300 manat dəyərində yun jiletlər, 15 ədəd hər birinin dəyəri 25 manat olan 375 manat dəyərində yaşlı qadın üçün yun jiletlər, 32 ədəd hər birinin dəyəri 35 manat olan 1120 manat dəyərində şifon qadın koftaları, 20 ədəd hər birinin dəyəri 25 manat olan 500 manat dəyərində qadın koftaları, 20 ədəd hər birinin dəyəri 25 manat olan 500 manat dəyərində ağ qadın köynəkləri, 20 ədəd hər birinin dəyəri 18 manat olan 360 manat dəyərində vilur qadın xələtləri, 20 ədəd hər birinin dəyəri 5 manat olan 100 manat dəyərində yun qadın uzun corabları, 15 ədəd hər birinin dəyəri 35 manat olan 5 25 manat dəyərində vilur qadın pejamalar, 150 manat dəyərində qadın alt paltarlarından ibarət ümumilikdə Zərərçəkmiş şəxs3 19300 (on doqquz min üç yüz) manat dəyərində xeyli miqdarda və Zərərçəkmiş şəxs2 məxsus 18 ədəd hər birinin dəyəri 65 manat olan 1170 manat dəyərində “Sara” adlı ziyafət donlarını, 21 ədəd hər birinin dəyəri 40 manat olan 840 manat dəyərində “Mis Ema” adlı ziyafət donlarını, 26 ədəd hər birinin dəyəri 32 manat olan 832 manat dəyərində “Maxmara” adlı gündəlik donları, 31 ədəd hər birinin dəyəri 35 manat olan 1085 manat dəyərində Türkiyə istehsalı yun jaketləri, 23 ədəd hər birinin dəyəri 23 manat olan 644 manat dəyərində yun jiletləri, 14 ədəd hər birinin dəyəri 22 manat olan 308 manat dəyərində Türkiyə istehsalı nazik parçadan olan qadın jiletləri, 11 ədəd hər birinin dəyəri 40 manat olan 440 manat dəyərində Türkiyə istehsalı qadın yazlıq gödəkcələri, 17 ədəd hər birinin dəyəri 35 manat olan 595 manat dəyərində Türkiyə istehsalı qadın yazlıq ətəyi uzun gödəkcələri, 38 ədəd hər birinin dəyəri 15 manat olan 570 manat dəyərində Türkiyə istehsalı yun qadın koftalarını, 12 ədəd hər birinin dəyəri 17 manat olan 204 manat dəyərində Türkiyə istehsalı nazik parçadan qadın koftalarını, 9 ədəd hər birinin dəyəri 18 manat olan 162 manat dəyərində qalın qadın şalvarlarım, 18 ədəd hər birinin dəyəri 12 manat olan 216 manat dəyərində trikotaj ətəkləri, 17 ədəd hər birinin dəyəri 18 manat olan 306 manat dəyərində şalvar üstü qadın koftalarını, 13 ədəd hər birinin dəyəri 28 manat olan 364 manat dəyərində qadın idman geyim dəstlərim, 14 ədəd hər birinin dəyəri 17 manat olan 238 manat dəyərində velür xələtləri, 30 ədəd hər birinin dəyəri 1 manat olan 30 manat dəyərində plastik yarını bədən ön hissəli manekenləri, 25 ədəd hər birinin dəyəri 3 manat olan 75 manat dəyərində plastik, tam yarım bədən manekenləri, 22 ədəd hər birinin dəyəri 25 manat olan 550 manat dəyərində plastik tam bədən manekenlərindən ibarət ümumilikdə Zərərçəkmiş şəxs2 8404,00 (səkkiz min dörd yüz dörd) manat dəyərində xeyli miqdarda əmlakını yandırıb yararsız hala salaraq əmlakını qəsdən məhv etmişdir. Hökmdən Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Rzaquliyev Şamil Qəhrəman oğlu, hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə) 2 5 oktyabr 2019-cu il tarixli qərarı ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli hökmü Zərərçəkmiş şəxs1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsininin sanksiyasında nəzərdə tutulan ən yuxarı həddində - 07 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı ədalətsiz və qeyri-obyektiv olduğundan onunl a razılaşmır. Belə ki, işin halları ilə müəyyən edildiyi kimi o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirməsinə baxmayaraq işin faktiki hallarına uyğun olmayaraq məhkəmələr Məhkum yüngül cəza təyin etmişdir. İşin faktiki hallarından da göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs2 ilə olan ədavəti ucbatından ona məxsus mağazanı içərisində olan mallarla birlikdə yandırmışdır. Təqsirləndirilən şəxs Məhkum digər zərəçəkmiş Zərərçəkmiş şəxs2 dəymiş zərərini ödəsə də, onun və digər zərərçəkmiş şəxsin zərərindən 1 manat belə zərər ödəməmişdir. Məhkum istintaqda və məhkəmə iclaslarında dediklərindən belə aydın olur ki, o, vurduğu zərəri qaytarmaqdan imtina edir və pulu ödəməklə bağlı niyyəti yoxdur. Ona dəymiş zərəri ödəmək niyyəti olmadığına görə də qərardan kassasiya şikayəti verərək onun təqsirli bilindiyi maddənin sanksiyasının ən yuxarı həddində cəza almasını tələb edir. Qeyd olunanlara əsasən zərərçəkmiş şəxs apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsininin sanksiyasında nəzərdə tutulan ən yuxarı həddində - 07 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin olunması, məhkum, onun müdafiəçisi və dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tut ulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı isə zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əh atə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin və qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Zərərçəkmiş şəxs1 verdiyi kassasiya şikayətində Məhkum təqsirli bilinməsi və əməlin tövsifi məsələləri mübahisələndirilmir. Həmin şikayətdə təyin edilmiş cəzanın yüngül olması iddia edilir və bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəsini qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, “...Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apely asiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayətprosessual qanunvericiliklərin müddəalarına əməl edilməsini apelyasiya tələblərinin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesinin tərəflərini kollegiyanın iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, hökm apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya şikayətinin dəlillərindən görünür ki, apelyasiya şikayətində məhkumun əməlinin tövsifi, işin faktiki halları və təqsirlilik məsələsi mübahisə doğurmamış, cəzanın yüngül olmasını qeyd edərək, məhkuma 07 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyas iya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət hadisəsinin məhkum tərəfindən törədilməsi özünün etirafı ilə yanaşı zərəçəkmiş şəxslərin ifadələei, maddi sübutlar, işdə olan və tədqiq olunan sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarlatoplanmış, birinci vəapellyasiya instansiyası məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilən cəza ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 dəymiş zərəri ödəməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, ikinci qrup əlil olmasını, onkoloji xəstə olmasını, Cinayət Məcəlləsinin 59.1.14-cü və 59.2ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, habelə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə almış, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə ümumilikdə cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin artırılması, yəni ona 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi mün asibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd d aşıya bilməz. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə təqsirkar Məhkum cəzasını yüngülləşdirən halları nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasını mümkün saymış və barəsində təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunmasını məqsədəmüvafıq hesab etmişdir ki, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, işdən göründüyü kimi Məhkum zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 dəymiş zərəri tam ödədi yinə görə sonuncu Məhkum şikayəti olmadığını bildirmişdir. Məhkum məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs1 da dəymiş ziyanı hissə-hissə ödəyəcəyini bildirdi. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici halları, həm də apelyasiya instansiyasında tədqiq edilən halları təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təyin edilmiş cəzanın ağırlaşdırılmasmı, yəni Məhkum 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı məhkumun törətmiş olduğu cinayət əməlinə uyğun hesab edir. Bu halda məhkuma tə yin edilmiş cəzanın daha da sərtləşdirilməsi CM-in ədalət və humanizm prinsiplərinin tələblərinə ziddir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, zərərçəkmiş şəxsin apelyasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 186.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli 1(043)-109/2019 nömrəli hökmü zərərçəkmiş şəxsin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gə ldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin hallarına və qanunun tələblərinə tam uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, bu məsələdə qanun pozuntusuna yol verilməmişdir (cəzanın Azərbaycan Respublikası CMnin 58-ci maddəsinin və digər normaların tələbləri, habelə onun CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmasına xidmət etməsi baxımından yüngül olması qənaətinə gəlməyə əsas yoxdur). Belə nəticəyə gələn məhkəmə kollegiyası həm də "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının izahlarını da nəzərə alır. Ka ssasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həm də qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə isə belə bir dəlilə istinad olunmamışdır ki, məhkəmələr tərəfindən cəza məsələsi həll edilərkən hər hansı bir məsuliyyəti ağırlaşdıran halların nəzərə alınmadığı və ya yüngülləşdirən halların qanunsuz olaraq nəzərə alındığı qənaətinə gəlməyə əsas versin. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tu tulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı (Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə), kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-289/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-289/2020
04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver