Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-289/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Kərimov Anar Əbdüləli oğlunun iştirakları ilə, Məhk um edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2019cu il tarixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpasından imtina olunması haqqında Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2020-ci il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi-vəkil Kərimov Anar Əbdüləli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.V.Məmmədov (sədrlik edən və məruzəçi), X.A.Nuriyev və İ.Q.Abdullayevdən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edi lmişdir. Məhkum müdafiəçisi Anar Kərimov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş apelyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardan məhkumun müdafiəçisi-vəkil Kərimov Anar Əbdüləli oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və İ.H.Əhmədovdan ibarət tərkibdə) 05 avqust 2020-ci il tarixli ilkin baxış qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2020-ci il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi-vəkil Kərimov Anar Əbdüləli oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Kərimov Anar Əbdüləli oğlu kassasiya şikayətində bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Məhkum “anadangəlmə katarakta, daxili çəpgözlük 20%” xəstəliyindən əziyyət çəkir, bir gözünün görmə qabiliyyəti demək olar ki, yoxdur, o biri gözü isə yaxşı görmür, mətnləri pis oxuyur, uzun müddətdir gözlərini müalicə eləyir. Buna görə də, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər: Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Abdullayev İlkin Qismət oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) 18.11.2019-cu il tarixli, l(99)-505/2019 saylı hökmünü, o cümlədən ondan 20 gün müddətində apellyasiya şikayəti verilməli olduğunu tam oxuya bilməmişdir. Həmçinin, Məhkum bir neçə il bundan qabaq yol nəqliyyat hadisəsi zamanı kəlləbeyin zədəsinə məruz qalmış, onda baş beyin silkələnməsi baş vermişdir (müvafiq sənədlər apellyasiya şikayətinə əlavə edilmişdi). Nəticədə, kəskin baş ağrılarından, nevroloji xəstəlikdən əziyyət çəkir, yaddaşın itməsi halları baş verir. İş materiallarında olan AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə müəssisəsinin **/**/*** saylı 07.07.2020-ci il tarixli məktubuna əlavə edilmiş müəssisənin tibb- sanitariya hissəsinin rəisi İlqar Paşayevin tibbi arayışına əsasən, Məhkum bir neçə dəfə “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri” dia qnozları ilə 10 saylı Cəzaçəkmə müəssisəsində stasionar və ambulator müalicə olunmuşdur. Hazırda da “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri”, OD-monokulyar çəpgözlük. Amblopiya. Cərrahi əməliyyatdan sonrakı afaksiya ilə dispanser qeydiyyatda saxlanılır. AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə müəssisəsinin **/**/*** saylı 07.07.2020-ci il tarixli tibbi arayışı bir daha təsdiq edir ki, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18.11.2019-cu il tarixli, 1 (99)-505/2019 saylı hökmündən apellyasiya şikayəti verilməsi müddətini üzürlü səbəbdən ötürmüşdür. Bundan başqa, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasınm yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respub likası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini, eləcə də vətəndaşların və proses iştirakçılarının müraciətlərini nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 11, 12, 25-ci maddələrini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 19 mart tarixli Qərarına əsasən, 19.03.2020-18.05.2020-ci il tarixlərində Azərbaycan Respublikasının bütün məhkəmələrində işlərə baxılması müvəqqəti olaraq təxirə salınmışdı. Eyni zamanda Koronavirus (COVİD-19) infeksiyasınm yarada biləcəyi təhlükənin qarşısının vaxtında alınması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin müəssisələrində və digər struktur qurumlarında k ompleks profilaktiki tədbirlər həyata keçirilir. Bununla əlaqədar 19.03.2020-ci il tarixdən penitensiar müəssisələrə daxil olma, məhkum və həbs edilmiş şəxslərlə görüşlərin verilməsi dayandırılmışdır. Həm də Məhkum hüquqi təhsili yoxdur, apellyasiya şikayətinin vaxtında verilməməsinin nəticələrini başa düşməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 05.08.2020-ci il tarixli qərarı ləğv edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18.11.2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldığı üçün bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxsl ərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkumun müdafiəçisi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin səhhətindəki problemləri, ölkə ərazisidə koronovirus infeksi yasına görə bütün məhkəmə proseslərinin təxirə salınmasını, həm də Məhkum hüquqi təhsili olmamasını bildirmiş, qeyd olunanları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 05.08.2020-ci il tarixli qərarı ləğv edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18.11.2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldığı üçün bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir. CPM-nin 384.2-ci maddəsinə əsasən həb sdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apelyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli hökmünün surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasına göndərilmiş və hökmün surəti qəbzə elan edilməklə 26 noyabr 2019-cu il tarixdə məhkum olunmuş şəxs Məhkum verilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 22019-cu il tarixli hökmü 15 dekabr 2019-cu il tarixdə qanuni qüvvəsini almış, lakin Məhkum apellyasiya şikayətinin 20 günə verməli olduğu halda müddəti üzrsüz səbəbdən ötürmüş və 01 iyun 2020-ci il tarixdə məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti ve rilməsi müddətinin bərpası barədə vəsatət vermişdir. Vəsatətdə müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübuta istinad edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası müddətin bərpası barədə məhkumun vəsatətinə baxarkən müddətin bərpasına əsas verən qanuni əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə apelyasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-289/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-289/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver