Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-289/2022 03.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum2 müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli, 1(106)-603/2021 nömrəli qərarından Məhkum2 müdafiəçiləri Müdafiəçi1 və M üdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə, Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum2 xx xxxxxxx 1991-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur.
2. Məhkum1 xx xxxx 1980-ci il tarixdə Lerik rayonu Lerik qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. 3. 12 aprel 2021-ci il tarixli ittiham aktına görə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəllə sinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 29, 149.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham verilmişdir. 4. 22 aprel 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 və Məhkum2 17 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində Məhkum1a məxsus Lerik şəhəri, E.Qasımov küçəsində yerləşən 14 nömrəli evdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra birlikdə sonuncunun arvadı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq istədikdə, zərərçəkmiş şəxsin kəskin etirazı ilə qarşılaşdıqlarından, bir qrup şəxs halınd a zor tətbiq etməklə onunla cinsi əlaqədə olmaq qərarına gəlmişlər. Bu məqsədlə əvvəlcə Zərərçəkmiş şəxs fiziki zor tətbiq edib sürüməklə yataq otağındakı taxta arxası üstə uzatdıqdan sonra, Məhkum2 onun üzərinə uzanıb əynindəki jaketi soyundurmağa çalışarkən, Məhkum1 sonuncunun əynindəki şalvarı çıxarmış, belə olan halda Məhkum2 zərərçəkmiş şəxsin alt paltarını əli ilə dartıb çıxarmaq istədikdə, Zərərçəkmiş şəxs buna imkan verməyib onların əlindən çıxıb bayıra qaçsa da, evin giriş pilləkənlərindən aşağı düşən zaman hər ikisi sonuncunun qollarından tutub ona sol bazu, hər iki said nahiyəsində qançırlarla müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirib müqavimətini qırdıqdan sonra, Məhkum2 Zərərçəkmiş şəxs üzərinə uzanıb əynində olan jaketi, köynəyi soyundurmaq istəmiş, lakin s onuncu aktiv müqavimət göstərib yenidən onların əlindən xilas olub həyətə qaçmaqla uzaqlaşdığına görə öz iradələrindən asılı olmayan səbəbdən cinayət əməllərini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs zorlamağa cəhd etmişlər.
6. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(099)338/2021 nömrəli hökmü ilə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 29, 149.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinmiş və onlara 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri, cəzaçəkmə müddətinin başlanğıcının 09 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.
7. Məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42-ci maddəsinə əsasən Məhkum2 barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iki nəfərin bir qadına zor tətbiqi və qadının onların əlindən çıxaraq qaça bilməsi reallığa uyğun deyil. Zərərçəkmiş şəxsin ilkin izahatlarından da görünür ki, o, Məhkum2 köməyə çağırmışdır. Məhkum2 bildirmişdir ki, o, məhz bu səbəbdən əmisi və əmisinin arvadını ayırmaq niyyəti ilə otağa daxil olmuş, lakin onları ayırarkən tərəfləri itələməsi, zərərçəkmiş şəxs tərəfindən kobud rəftar kimi başa düşülmüşdür. İş üzrə mövcud olan digər sübutların həqiqiliyi də sual altındadır. Məhkum1 a rvadına qarşı edəcəyi hərəkətlərlə bağlı qardaşı oğlu ilə sövdələşməsini göstərən ifadələri normal məntiqə sığmır və bu mümkün deyil. Qərəzə söykənmiş şübhəli və ziddiyyətli ifadələr əsasında ittiham hökmünün çıxarılmasını qanunsuz hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məhkum1 qardaşı Ağayev Faiq Fərman oğlu ifadəsində qeyd etmişdir ki, qardaşı Teymurla sonuncunun arvadı arasında problemlər, ailədaxili sözsöhbətlər olmuşdur. Ona görə də o, həmin evə getməmişdir və Elçinə də tövsiyə etmişdir ki, qardaşının evinə getməsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağazadə Aygün Cavad qızı da ifadəsində qeyd etmişdir ki, Teymurla sonuncunun arvadı arasında problemlər, ailədaxili söz-söhbətlər olmuşdur. Digər şahid ifadələrindən də görünür ki, Teymurla arvadı boşanma ərəf əsində olmuşdur və hesab edir ki, Elçin Ağayevin əleyhinə verilmiş ifadələr həmin xüsusatdan doğur.
8. Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Məhkum1 və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və onların azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əri Məhkum1 işin məhkəmə baxışı zamanı özünü təqsirli bilmiş, əməlindən səmimi peşman olduğunu qeyd etmişdir. Səhhətində ciddi problemlər mövcuddur və onun azadlıqdan məhrum edilməsi səhhətinin bir az da pisləşməsinə gətirib çıxarmış olacaqdır ki, o da bunu istəmir. Səhhətinin pis vəziyyətdə olması həkim (ekspert) tərəfindən də müəyyən edilmişdir. Hazırda himayəsində iki azyaşlı övladı var, əri ailənin yeganə qazanc g ətirən şəxsidir, ərazi üzrə müsbət səciyyələndirilir. Hər iki təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir, onları bağışlamışdır. Ona görə də Məhkum2 və Məhkum1 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan, yüngül cəza təyin edilməsini notarial qaydada təsdiq olunmuş ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə iclasında hakimlərdən onların azadlığa buraxılmasını xahiş etmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-603/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-338/2021 nömrəli, 05 may 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Əzimov Əbdülhəsən Əliş oğlu, məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-338/2021 nömrəli, 05 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda, həmçinin Zərərçəkmiş şəxs kassasiya şikayəti vermişlər. II. Kassasiya şikayətlərinin dəlilləri, şikayətlərə qarşı etirazlar
11. Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum2 Azərbaycan Respublikası CM-nin 29, 149.2.1-ci maddəsi ilə verilən ittiham əsassızdır və heç bir sübutu əsası yoxdur. Hesab edir ki, Məhkum2 qanunsuz ittiham olunduğundan apellyasiya instansiya məhkəməsinin qərarı bəraətverici əsaslarla ləğv edilib yenidən araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyasından Məhkum2 Azərbaycan Respublikası CM-nin 29, 149.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi işin faktiki hallarına uyğun gəlmədiyindən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli, 1(106)-603/2021 nömrəli qərarının bəraətverici əsaslarla ləğv edilməsini xahiş edir.
12. Zərərçəkmiş şəxs kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli, 1(106)-603/2021 nömrəli qərarının bəraətverici əsaslarla ləğv edilməsini xahiş edir.
13. Məhkum2 digər müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində ona istinad etmişdir ki, məhkum edilmiş şəxsin əməlində cinayət tərkibinin əlamətləri olmamışdır. Həmçinin kassas iya şikayətində göstərmişdir ki, müdafiəçi olaraq apellyasiya şikayətini verməsinə baxmayaraq, Şirvan Apellyasiya Məhkəməsi şəxsən ona məhkəmə bildirişi təqdim etməmiş, işin təyin olunma gününü o, təqsirləndirilən şəxs tərəfindən ona verilmiş məlumat əsasında öyrənmişdir. Buna baxmayaraq o, məhkəmə baxışı iclasının günündə məhkəməyə getmiş, məhkəmə iclasının başlanmasına bir saata yaxın vaxt qalmış məhkəmənin giriş qapısında polisin yanında qeydiyyatdan keçmiş, eyni zamanda iclas katibinə prosesdə iştirak edəcəyi barədə şəxsən məlumat vermişdir. Pandemiya səbəbindən məhkəmə iclas zalına daxil olmamış və karantin qaydalarına uyğun olaraq məhkəmənin həyətində gözləmişdir. Məhkəmənin həyətində məhkəmə baxış iclasının keçirilməsini gözləyən zaman, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyası sözügedən məhkəmə prosesini onun iştirakı olmadan keçirmişdir. Hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs Məhkum2 vasitəsilə ona məlum olmuşdur ki, sonuncu apellyasiya məhkəməsində işə baxılarkən məhkəmə iclasına sədrlik edən hakimə bildirmişdir ki, onun yaxın qohumları tərəfindən vəkillə müqavilə bağlanmışdır və müqavilə bağlanmış vəkilin məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş etmişdir. Məhkəmə qərarı əsasında ona təyin olunmuş vəkildən isə imtina etmişdir. Hesab edir ki, bu hallar təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud şəkildə pozulmasına dəlalət edir. Ardıcıl şəkildə davam edən prosessual pozuntular və etinasızlıq nəticəsində o, prosesdə iştirak edə bilməmiş və işə baxan məhkəmə hökmü qüvvədə saxlamışdır. Halbuki verilən ittihamın ağırlığı, işin m ürəkkəbliyi və təyin olunmuş cəzanın ağırlığı, eləcə də ədalət mühakiməsinin obyektiv aparılması baxımından müdafiə hüququnun təmin edilməsi xüsusi önəm kəsb edir. Müdafiə hüququnun pozulması ilə müşayiət olunan cinayət təqibi üzrə qəbul edilmiş qərar ədalətli qərar hesab edilə bilməz. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli, 1(106)-603/2021 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
14. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin ( bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı b ir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Məhkum2 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 Məhkum2, zərərçəkmiş şəxs isə hər iki məhkum edilmiş şəxslərin əməllərində cinayət tərkibini n olmadığını nəzərə alaraq onlara bəraət verilməli olduğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.
20. Məhkum2 müdafiəçisi Müdafiəçi2 həmçinin müdafiəçinin məcburi iştirakı olduğu halda cinayət işinə onun iştirakı olmadan baxıldığını iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.18-ci maddəsində məhkəmə qərarı nın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
21. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçilərinin və zərərçəkmiş şəxsin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlillərindən göründüyü kimi, şikayət müəllifi birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi qismində apellyasiya şikayətini ver diyinə baxmayaraq, apellyasiya şikayətinə baxılmasında onun iştirakının təmin edilməməsinin məhkumun müdafiə hüququnun kobud pozuntusu təşkil etdiyini iddia edir.
23. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin Məhkum2 müdafiə hüququnun pozulması ilə bağlı hissəsində gətirdiyi dəlilləri əsaslı hesab edir.
24. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum2 hüquqlarının müdafiə edilməsi üçün Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına müdafiəçi təyin olunmuşdur. Müdafiəçi2 712 saylı, 14 aprel 2021-ci il tarixli order əsasında Lənkəran Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi qismində məhkəmə prosesl ərində iştirak etmişdir. Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi kimi birinci instansiya məhkəməsinin hökmündən Məhkum2 adından apellyasiya şikayəti vermişdir.
25. Cinayət işinin materiallarına Müdafiəçi2 məlumatlandırılmasını təsdiqləyən apellyasiya şikayətinə baxılmasına dair ilkin məhkəmə baxışı iclasının keçirilməsi barədə 18 iyun 2021-ci il tarixli, 1(106)-603/2021 nömrəli bildiriş əlavə olunsa da, həmin bildirişin ünvanlanmış şəxsə göndərilməsi və sonuncu tərəfindən alınmasını təsdiq edən hər hansı sənəd (poçt reyestrinin surəti və ya müvafiq qəbz) əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilən halı bildirişin müdafiəçiyə çatdırmasının təmin edilməsi qənaətinə gəlmək üçün kifayət edən sübut kimi qəbul etmir və hesab edir ki, nəticədə apellyasiya instansiya məhkəməsi tərəfin dən Müdafiəçi2 məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir.
26. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə ilkin baxılması zamanı Müdafiəçi2 məhkəmə iclasında iştirak etmədiyi qənaətinə gəlmiş, işə müdafiəçinin iştirakı olmadan baxaraq, həmin tarixdə apellyasiya şikayətlərinə ilkin baxılması barədə qərarı ilə təqsirləndirilən şəxs Məhkum2 dövlət büdcəsi hesabına müdafiəçi təyin edilməsini qərara almışdır. Həmin qərarın icrası ilə bağlı 06 iyun 2021-ci il tarixli, 003431 nömrəli order əsasında Şirvan Regional Vəkil Bürosunun vəkili Quliyev Emil Tərail oğlu Məhkum2 müdafiəçisi qismində işə cəlb olunmuşdur.
27. Halbuki, yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi qismində apellyasiya şikayətini Müdafiəçi2 oğlu tərtib edib məhkəmə yə göndərmiş, həmçinin apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman təqsirləndirilən şəxsin yaxın qohumu Ağazadə Babək Nəriman oğlu ilə Müdafiəçi2 arasında təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi haqqında 09 iyul 2021-ci il tarixli, 306 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Müdafiəçi2 Şirvan Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxs Məhkum2 hüquqlarının müdafiə olunması üçün Lənkəran rayon Vəkil Bürosu tərəfindən 09 iyul 2021-ci il tarixli, ******* nömrəli order verilmişdir.
28. Kassasiya şikayətinə baxılması zamanı məhkəmə iclasında Müdafiəçi2 həmin order əsasında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün apellyasiya instansiyası məhkəməsində məhkəmə iclasının vaxtı barədə digər mənbələrdən məlumat əldə edərək Şirvan Apellyasiya Məh kəməsinin inzibati binasına gəldiyini və məhkəmə iclasından əvvəl bu barədə nəzarətçilərə məlumat verdiyini, lakin buna baxmayaraq 29 iyul 2021-ci il tarixli məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək mübahisələndirilən qərarın qəbul edildiyini bildirmişdir.
29. Həmçinin Məhkum2 apellyasiya şikayətinə baxılmasında özünün seçdiyi və apellyasiya şikayətini tərtib etmiş müdafiəçisinin hüquqi yardımından istifadə etmək istədiyi barədə arzusunu bildirməsinə, apellyasiya şikayətinin müdafiəçisinin iştirakı ilə baxılmasını tələb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hər hansı əsas olmadan onun öz müdafiəçisinin iştirakını təmin etməmiş, əvəzində dövlət büdcəsi hesabına müdafiəçi təyin edib, apellyasiya şikayətinə yeni müdafiəçinin iştirakı ilə baxmışdır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinın hüquqi mövqeyinə görə, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərar).
31. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində və Azərbaycan Respublikası CPM-nin 19.1, 19.4, 19.4.3 və 19.4.4-cü maddələrində təsbit edildiyi kimi, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ ilə yanaşı, qanunla nəzərdə tutulmuş hallarda bu hüquqi yardımın dövlət hesabına göstərilməsi və şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqları qanunvericiliklə müəyyən olunmuşdur. Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməli, Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt verməli və imkan yaratmalı və şəxsən və ya özünün seçdiyi müdafiəçi vasi təsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir.
32. Göründüyü kimi qanunvericilik ilk növbədə təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün onun özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda isə pulsuz hüquqi yardım almaq hüququnun təmin edilməsini təsbit etmişdir.
33. Azərbaycan Respublikası CPM-nin 92.3 və 92.3.1-ci maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır.
34. Həmçinin Azərbaycan Respublikası CPM-nin 91.5, 91.5.7 və 92.12-ci maddələrinin tələblərindən göründüyü kimi, təqsirləndirilən şəxs m üstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək hüququna sahibdir, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. 35. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, müdafiə hüququ demokratik cəmiyyətdə ədalətli məhkəmə baxışının ayrı lmaz tərkib hissəsidir. Konvensiya cinayət törətməkdə təqsirləndirilən şəxsə müdafiəsi üçün üç üsuldan istifadə etməyə imkan verir: özünü şəxsən müdafiə etmək; özünün seçdiyi müdafiəçiyə malik olmaq; müəyyən hallarda pulsuz təyin olunmuş müdafiəçidən istifadə etmək. Zəruri hallarda hüquqi yardım göstərilməsi dövlət hesabına təmin olunmalıdır.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə də müəyyən edilir ki, Konvensiya məqsədlərinin effektiv olması üçün vəkildən (o cümlədən, öz seçiminə görə vəkil daxil olmaqla) imtina birmənalı şəkildə müəyyən edilməli və onun əhəmiyyətinə uyğun minimum təminatlarla təmin edilməlidir. Belə imtinanın açıq-aşkar olmasına ehtiyac yoxdur, lakin o, könüllü olmal ı və hüquqdan bilərəkdən və şüurlu şəkildə imtinanı təşkil etməlidir. Dolayısı ilə təqsirləndirilən şəxs davranışı ilə 6-cı maddədə nəzərdə tutulmuş mühüm hüquqdan imtina etdiyini söyləməmişdən əvvəl, onun davranışının nəticələrinin nə olacağını əsaslı şəkildə qabaqcadan görə bildiyini göstərilməlidir. Bundan əlavə, imtina hər hansı mühüm ictimai maraqlara zidd olmamalıdır (bax: Simeonovi Bolqarıstana qarşı [BP], № 21980/04, §§ 115 və 122-28, AİHM 2017-ci il tarixli qərar; əlavə istinad və cinayət prosesinin ədalətliliyinə ümumi yanaşmaya gəldikdə, İbrahim və Digərləri Birləşmiş Krallığa qarşı [BP], № 50541/08 və s., §§ 249-74, AİHM 2016-cı il tarixli qərar).
37. Yuxarıda istinad edilmiş milli qanunvericiliyin normalarından və məhkəmə praktikasından, eləcə də Avropa Məhkəməsinin presedent hüququndan göründüyü kimi, təqsirləndirilən şəxsin ilk öncə öz seçiminə görə, yalnız bu edilmədikdə isə dövlət hesabına təyin edilən müdafiəçi ilə təmin edilməsi, müdafiə hüququnun lazımi qaydada həyata keçirilməsinin mühüm təminatıdır.
38. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin Müdafiəçi2 hər hansı əsas olmadan Məhkum2 müdafiəsindən kənarlaşdırması, bununla da məhkumu onun özünün seçdiyi müdafiəçisinin hüquqi yardımından istifadə etmək hüququndan məhrum etməsi, Məhkum2 müdafiə hüququnun pozulması kimi qiymətləndirməlidir.
39. Azərbaycan Respublikası CPM-nin 416.1.18-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin müddəalarına müvafiq olaraq dövlət ittihamçısının, xüsusi ittihamçının, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və ya tərcüməçinin iştirakı məcburi olduğu halda cin ayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə həmin şəxslərin iştirakı olmadan baxdıqda məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən əsaslar kimi təsbit etmişdir.
40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin bu hissədə dəlillərinin əsaslı olduğunu nəzərə alır və hesab edir ki, təsvir edilən nöqsanın cinayət işinə yenidən apellyasiya qaydasında baxılması zamanı aradan qaldırılmasını təmin etmək üçün, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməlidir.
41. O ki qaldı, məhkumlar barəsində məhkəmələrin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasına dair məhkumun müdafiəçilərinin və zərərçəkmiş şəxsin kassasiya şikayətləri ndə göstərdikləri iddialarına (Azərbaycan Respublikası CPM-nin 416.1.6), yuxarıda qeyd olunan – Azərbaycan Respublikası CPM-nin 416.1.18-ci maddələrində təsbit olunmuş əsasa görə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə yekun qərar qəbul edilməsinə təsir edə biləcək məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən münasibətin bildirilməsini tələb etdiyindən, məhkəmə kollegiyası hazırki mərhələdə həmin dəlillərin araşdırılmasını və bu dəlillər üzrə kassasiya şikayətinin təmin olunmasını mümkün hesab etmir.
42. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum2 müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Məhkum2 m üdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli, 1(106)-603/2021 nömrəli qərarı ləğv edilməli, iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli, 1(106)-603/2021 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.