Məhkəmə qərarları › İş №1(102)-289/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-289/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-289/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 8 aprel 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 may 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Nümayəndə və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X23 (sədrlik edən), X21 və X7 ibarət tərkibdə) 8 aprel 2021-ci il tarixli hökmü ilə xx xxx 1959-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Tovuz rayonunun Yanıqlı kəndində qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətm əkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 13 sentyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni q üvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X18 (sədrlik edən və məruzəçi), X12 və X10 ibarət tərkibdə) 15 iyul 2021-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «08» aprel 2021ci il tarixli, 1(100)-30/2021 nömrəli hökmü məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən veril miş apelyasiya protesti isə təmin edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X14 və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə) 14 dekabr 2021-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi-vəkil Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı Rəşad Alıkişiyev tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 120.1 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarı kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi nin kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və iş həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi) X4 və X1 ibarət tərkibdə) 5 may 2022-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 1(100)-30/2021 saylı hökmü apellyasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. Həmin hökmlə Məhkum təqsirli bilindiyi CM-nin 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddə ti artırılaraq 11 il həddində müəyyən edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza hökmlə CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Tovuz rayonunun Yanıqlı kəndi ərazisində faktiki sahibi olduğu «Su səsi» istirahət kompleksinin və tərkibində olan iki ədəd mövsümi çimərlik hovuzunun qanunsuz inşa edilməsi, həmin kompleksin istifadəsində zərərli tullantı sularının axıdılaraq rayon mərkəzinin və digər yaşayış məntəqələrinin içməli su təchizatını təmin edən Zəyəm çayının suyunu çirkləndirməsi, vergiləri ödəməkdən yayınması və digə r qanunsuzluqlara yol verməsi barədə Tovuz şəhərində müstəqil hüquq müdafiə fəaliyyəti ilə məşğul olan X5 ayrı-ayrı dövlət orqanlarına çoxsaylı əsassız şikayətlərini dayandırmaq müqabilində 10.000 manat məbləğində pul tələb etməsi, aparılmış yoxlamalarla qanunsuzluq faktlarının təsdiqini tapmadığına baxmayaraq, tələb etdiyi pulu verməyəcəyi təqdirdə həmin istirahət kompleksini istənilən yolla sökdürəcəyi ilə bağlı çoxsaylı hədələri səbəbindən aralarında 2019-cu ilin aprel ayından davam edən şəxsi münaqişə ilə əlaqədar onu qisas zəminində qəsdən həyatdan məhrum etmək məqsədi ilə əvvəlcədən qanunsuz olaraq əldə edib, yaşadığı Tovuz rayonunun Yanıqlı kəndindəki evində saxladığı atəşə yararlı yivli odlu silah olan «Makarov» konstruksiyalı, «PM» modelli, CK 5069 nömrəli tapançanı və 4 ədədi s ilahın sandıqcasında, 16 ədədi kağız qutuda olmaqla həmin silaha aid 20 ədəd 9 mm çaplı patronlardan ibarət istifadəyə yararlı döyüş sursatını yaşadığı kənddən üzərində daşıyaraq 13 sentyabr 2019-cu il tarixdə saat 09 radələrində Firudin Ələkbərlinin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən, giriş qapısı birbaşa küçəyə açılan 1 otaqdan ibarət hüquq məsləhətxanasına gəlib otaqda tək olmaqla masa arxasında oturmuş Firudin Ələkbərliyə yaxınlaşmadan gödəkcəsinin cibində olan həmin tapançadan sandıqcasında olan patronların sayına görə ardıcıl 4 dəfə atəş açıb ona qəsdən qarın və qoltuqaltı nahiyyələrdən daxilə nüfuz edən 4 ədəd güllənin təsirindən döş qəfəsinin sağ yan səthinin və qarın boşluğunun ön və sağ yan səthinin, qara ciyərin sağ payının, sağ böyrəyin aşağı qütbünün, nazik və yoğ un bağarsaqların müsariqələrinin zədələnməsi ilə müşayiət olunan ağır bədən xəsarətləri yetirməklə Firudin Ələkbərlini qəsdən öldürmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum daim cəmiyyət içərisində xeyirxah və alicənab insan kimi tanınmışdır. Birinci Qarabağ savaşı zamanı orduya çoxsaylı maddi yardımlar etmişdir. İkinci Qarabağ savaşı zamanı da həbsdə ola-ola “YAŞAT” fonduna xeyli məbləğdə pul köçürmüşdür. Yerli əhalinin ehtiyacı olan təbəqəsinə əlindən gələn qədər daim yardım etmişdir. Hazırki iş materiallarının bir cildindən çoxu müxtəlif şəxslərin Məhkum müsbət, xeyirxah insan kimi xarakterizə edən məktublarından ibarətdir. Bütün bunlar əminliklə onu deməyə əsas verir ki, belə bir insan bu yaşda ona elan edilmiş ittiham üzrə cina yət əməlini törədə bilməzdi. İşin halları ilə tam təsdiq edilir ki, Məhkum zərərçəkmiş şəxsin uzun sürən hədə-qorxuları, əxlaqsız hərəkətləri nətıcəsində ağır psixoloji travma almış, hadisədən bilavasitə öncə baş vermiş təhqir və əxlaqsızlıq isə hadisəni tətikləyən səbəb olmuş, Məhkum baş verənlərin şokunda, qəflətən baş vermiş ruhi həyacan vəziyyətində qeyd edilən əməli törətmişdir. Bütün qeyd etdiyi hallar apellyasiya məhkəməsinin qərarında da şərh edilsə də təəssüf ki, son nəticədə cəza təyin edilərkən nəzərə alınmamış və Məhkum təyin edilmiş cəzanın müddəti əsassız olaraq artırılmışdır. Müdafiəçi kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 may 2022-ci il tarixli 1 (104)-194/2022 saylı qərarının dəyişdirilməsi, həmin qərarla Cinayət Məcəlləsinin 120.1-c i maddəsi ilə təyin edilmiş 11 il müddətə azadlıdan məhrum etmə cəzasının azaldılaraq təkrar 10 ilə endirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 10 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətində qeyd edilir ki, Məhkum tərəfindən törədilən cinayət zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altına törədilməmişdir. Qeyd olunan hal, şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaqları zamanı verdikləri ifadələrlə təqdiq olunmaqla yanaşı, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın məzmunundan da (X5 ayrı-ayrı dövlət orqanlarına çoxsaylı əsassız şikayətlərin dayandırmaq müqabilində 10.000 manat məbləğində pul tələb etməsi, aparılmış yoxlamalarla qanunsuzluq faktlarının təsdiqini tapmadığına baxmayaraq, tələb etdiyi pulu verməyəcəyi təqdirdə həmin istirahət kompleksini istənilən yolla sökdürəcəyi ilə bağlı çoxsaylı hədələri səbəbindən) aydın göründüyü bildirsə də, məhkəmə istintaqı zamanı bu halların əksi sübuta yetirilir. Müxtəlif vaxtlarda dəfələrlə məhkəmə araşdırması getmiş və Məhkum məhkəmələrə və digər mühafizə orqanlarına müraciət etmək biliyi və təcrübəsi vardır. Əgər zərərçəkmiş şəxs qanunsuz və əsassız onun barəsində şikayətlər edərək pul tələb edirdisə də niyə məhz Məhkum bu barədə məhkəmə və mühafiz ə orqanlarına hədə qorxu ilə bağlı zərərçəkmiş şəxs barəsində müraciət etməmişdir. İş materiallarında olan sanitar epidomoloji mərkəzinin inzibati xətalar protokolunda görünür ki, çirkab suların Zəyəm çayına axıdılması ilə bağlı “Su Səsi” istirahət mərkəzi cərimələnmişdır. İşin hallarından görünür ki, Əli X3 10.000 manat pul tələb etməsini bəhanə gətirərək rayonda və işçilərinin yanında üstünlüyünü nümayiş etdirmək üçün zərərçəkmiş şəxs Firudin Ələkbərliyə qanunsuz əldə etdiyi gəzdirdiyi odlu silahla 5 dəfə atəş açaraq qəsdən öldürmüşdür. Məhkəmə isə yuxarıda göstərilənlərlə nəticəyə gəlməklə cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini və Plenum qərarının tövsiyələrini nəzərə almamış, başqa şəxs xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməklə xüsusilə ağır cinayət tör ətmiş Məhkum barəsində onun şəxsiyyətinə və törətdiyi cinayətin xarakteri və ictimai təklükəlilik dərəcəsinə uyğun olmayan həddə cəza təyin edilmişdir. Kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 may 2022-ci il tarixli, 1(104)-194/2022 saylı qərarının ləğv edilməsi və Məhkum Azərbaycan Respublikası CM-in 120.1 və 228.1-ci maddələri ilə daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən ona daha yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilib cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin təmin olunmaması barədə müdafiəçinin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin təmin olunması, müdafiəçinin kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq y alnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apel lyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin verdikləri kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Həm zərərçəkmiş şəxsin nümayəndəsinin, həm də müdafiəçinin kassasiya şikayətlərində məhkumun əməlinin hüquqi tövsifi və ya təqsirlilik məsələsi deyil, ona təyin edilmiş cəza mübahisələndirilmişdir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətlərində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, on un ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həya ta keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanun vericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmamış və təqsirkara ədalətli cəza təyini məsələsini təkrarən müzakirə edərkən müəyyən etmişdir ki, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun müsbət xarakterizə olunması barədə Tovuz rayon İcra Başçısının Yanıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 fevral 2020-c il tarixli xasiyyətnamə verilmişdir. Məhkum müsbət xarakterizə olunması barədə məhkəmənin qənaətini möhkəmləndirən əsaslardan biri də odur ki, onun əvvəllər dərəcəsindən asılı olmayaraq hər hansı hüquq pozmalara yol verməsi, münaqişəli tədbirlərdə iştirak etməsi, kriminala meyilli olması barədə işdə hər hansı sübut yoxdur. İttiham tərəfinə aid şəxslər tərəfindən onun mənfi xarakterizə olunması və ya kriminala meyilli olması barədə hər hansı dəlil və ya b u dəlili təsdiq edən sübut təqdim etməmişdir. Təqsirkarın müsbət xarakterizə olunması ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Apellyasiya məhkəməsi şəxsin əməlindən səmimi peşman olub-olmamasının nədə ifadə edilməsi barədə əvvəl işə baxmış kassasiya instansiyası məhkəməsinin qeyd etdiyi halları cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab etmişdir ki, hər bir təqsirkar şəxsin əməlindən səmimi peşman olması onun əməlinə olan tənqidi münasibətinin nəticəsi kimi çıxış edir. Bu halda şəxs əməlinin ictimai təhlükəliliyini dərk edir, zərərçəkmiş tərəflə barışmağa cəhd edir, vurduğu ziyanı mümkün olan dərəcədə aradan qaldırmağa və ya onun nəticələrini yüngülləşdirməyə çalışır. Belə hallar məcmu şəklində təqsirkarın əməlindən səmimi peşman olması kimi qiy mətləndirilməlidir. Şəxsin əməlindən səmimi peşman olması təsdiq edilirsə bu eyni zamanda onun islah olunmasının başlanığıcı kimi də çıxış edə bilər. Qeyd olunanlar baxımından Məhkum həm birinci instansiyası məhkəməsində həm də hər iki apellyasiya icraatı dövründə keçirilmiş məhkəmə baxışı mərhələlərində əməlindən səmimi peşman olmasını bildirmiş, zərərçəkmiş tərəfdən üzr istəməklə, habelə vurduğu ziyanı aradan qaldırmağa hazır olduğunu ifadə etməklə nəticə etibarilə əməlindən peşman olmasını ifadə etmişdir. Şəxsin yuxarıda qeyd olunan davranışlarının məcmusu onun əməlindən səmimi peşman olmasını təsdiq edən hallar kimi qiymətləndirilə bilər və birinci instansiya məhkəməsi bu halı CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmuşdur. Bundan başqa ape llyasiya instansiyası məhkəməsi əvvəl işə baxmış kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas olmuş digər dəlilərlə əlaqədar qeyd etmişdir ki, törədilmiş cinayətin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olması və ağır ictimai təhlükəli nəticələrə səbəb olması ilə yanaşı bu əmələ görə CM-nin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu nəzərdən qaçırılmamalıdır. Təqsirləndirilən şəxs 63 yaşında olmaqla məhkəmə-tibb ekspertinin rəyinə əsasən Məhkum depressiv psixoz xəstəliyindən əziyyət çəkir. Psixi xəstəliyi anlaqlılığı istisna etməsə də onu törətdiyi əməli tam dərk etməkdən və hərəkətlərini tam şəkildə idarə etməkdən məhrum etmişdir. Təsadüfi deyi l Məhkum müəyyən edilən bu psixi xəstəliklər ekspetiza rəyində CM-nin 22-ci maddəsinin təsiri altına düşən psixi xəstəliklər kimi qiymətləndirilmişdir. Apellyasiya Məhkəməsi Azəbaycan Respublikası CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinə əsasən təqsirkara ədalətli cəza təyini məsələsini müzakirə edərək hesab etmişdir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin baş verməsinə səbəb olan hallar, cinayət hadisəsindən əvvəl və sonra təqsirkarın davranışları, habelə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş. onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, o cümlədən onun ilk məhkumluğu, əməlindən peşman olması, yaşı, sağlamlıq vəziyyəti, həmçinin psixi vəziyyəti və bunun onun həmin cinayəti törətməsinə təsiri nəzərə alınmaqla Məhkum birinci instansiya məhkəməsi tərəfindən CM-nin 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin həmin maddənin sanksiyası daxilində 11 ilədək artırılması cinayət qanununun tələblərinə uyğundur. Məhkum CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qüvvəsində saxlanılmalı, həmçinin CM-nin 66.3-cü maddəsinə əsasən ona CM-nin 120.1-ci maddəsi təyin edilmiş cəza hökmlə CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Kassasiya məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edərək məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə müdafiəçinin, həmin cəzanın ağırlaşdırılması barədə isə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətlərinin dəlillərini əsassız sayır, məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın həddinin dəyişdirilməsinin (ağırlaşdırılması və ya yüngülləşdirilməsi) islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayə t cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində q eyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilən cəzanın həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin dəyişdirilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətlərinin bu barədə dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiya sı apellyasiya instansiyası məhkəməsinin məhkuma cəza təyin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Nümayəndə və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 may 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar