Məhkəmə qərarları › İş №1(102)-289/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-289/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-289/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 07 marrt 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Abbasov Qoşqar Məcid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 07 marrt 2023-cü il tarixli hökmü ilə (hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən və məruzəçi), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamı ş, ünvan 1 ünvanda yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 590,4 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 25 oktyabr 2022-ci il tarixdə saat 19:00-da Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfi Hacıyev küçəsində yerləşən “Bravo” marketin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qar a rəngli gödəkcənin sol yan cibində saxlamış olduğu, üzərində “myshop” yazısı olan ağ rəngli sellofan torbanın içərisindəki qara rəngli sellofan bağlamanın içərisindən təmiz çəkisi 590,4 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sumqayıt Ağıfr Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Q.M.Abbasov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), İsmayılov Azər İbrahim oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) 03 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının 03 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Q.M.Abbasov kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək hüquqlarını müdafiə etdiyi şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi Q.M.Abbasov kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmələr onun cəzasını yüngülləşdirən halları - törətdiyi əməldən səmimi peşman olmasını, ali təhsilli olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşaqlarının və təqaüddə olan atasının və anasının olmalarını, özünün aildə yeganə qazanc gətirən şəxs olmasını, iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almamış, nəticədə isə hüquqlarını müdafiə etdiyi şəxs ağır cəzaya məruz qalmışdır. Qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi Q.M.Abbasov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, müdafiəçi Q.M.Abbasov isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini d inləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və onun müdafiəçisi Q.M.Abbasovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2024-cü il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası səhəkməsi tərəfindən baxılanadək Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizə məhkumun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 11 yanvar 2024-cü il tarixli 3-16-17/18/2-15/2024 saylı məktubu ilə müşaiyət edilmişdir. Ərizədə Məhkum müdafiəçisi Q.M.Abbasov tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələ r etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Mhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şik ayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Q.M.Abbasov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci madd ələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2023-cü il tarixli qərarından onun müdafiəçisi Q.M.Abbasov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar