Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-289/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edil məsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 iyul tarixli, 1(105)-503/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (X4 (sədrlik edən və məruzəçi), Hafiz Əliyev və Aynur Rzayevadan ibarət tərkibdə), 2024-cü il 23 may tarixli, 1(124)-277/2024 nömrəli hökmü ilə xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılm ası cəzasına məhkum edilmiş, cəzasının 2 il 6 ay 20 gün hissəsi çəkilməmiş qalan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 6 sentyabr 2022-ci il tarixdən 8 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılmış və üzərində 9 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 9 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum tə yin edilmiş və 2 (iki) il 6 (altı) ay 20 (iyirmi) gün hissədə çəkilməmiş qalan azadlığın mədudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 1 (bir) il 3 (üç) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməsi və qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin başlanğıcının 8 oktyabr 2023-cü il tarixdən hesablanması, barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakter li məcbur tədbirlər tətbiq olunması və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Azər İsmayılovdan ibarət tərkibdə) 2024-cü il 25 iyul tarixli, 1(105)-503/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gələrək xx.xx.2022-ci il tarixdə Pərviz Qurbanov o na "Ramin” adlı İran vətəndaşı ilə "Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə danışıqlar apararaq külli miqdarda, 01 bükümdə, təmiz çəkisi 1.315,9 qram narkotik vasitə heroini Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Bravo” marketin yaxınlığında İran vətəndaşının qoydurması, həmin narkotik vasitə heroini götürdükdən sonra 3 hissəyə bölüb İran vətəndaşının bildirəcəyi ünvanlara çatdırması və bunun müqabilində 800 manat pul göndərəcəyi barədə məlumat verdikdən sonra həmin narkotik vasitə heroini qeyd olunan ərazidən birlikdə götürmək və İran vətəndaşının göndərəcəyi pulun 300 manatının özünə, 500 manatının isə Pərviz Qurbanova çatacağı ilə bağlı sonuncu ilə razılığa gəlib həmin tarixdə, gecə saatlarında sifariş etdiyi taksi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisinə bir likdə gedərək aralarında olan rol bölgüsünə əsasən o, avtomobildə gözləmiş, Pərviz Qurbanov isə "Ramin” adlı İran vətəndaşının Pərviz Qurbanova "Whatsapp” mesajlaşma şəbəkəsi vasitəsi ilə göndərdiyi fotoşəkil və ərazini işarəliyib göndərdiyi məkan əsasında həmin ərazini birlikdə müəyyən edib 01 bükümdə, təmiz çəkisi 1.315,9 qram narkotik vasitə heroini Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Bravo” marketin yaxınlığında qoyulduğu yerdən götürərək birlikdə 3 hissəyə bölüb "Ramin” adlı İran vətəndaşının bildirəcəyi yerlərə çatdırmaları məqsədi ilə həmin narkotik vasitə heroini üzərində daşımaqla saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 00:15 radələrində Sumqayıt ŞPİ-nin CAŞ və NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 9-cu mi krorayon ərazisində yerləşən "Bravo” marketin yaxınlığında, küçədə Pərviz Qurbanovla birlikdə saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş, onun üzərində aparılan şəxsi axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməmiş, lakin Pərviz Qurbanovun üzərində aparılan şəxsi axtarış zamanı sağ əlində satış məqsədi ilə saxladığı, külli miqdarda, 1 (bir) bükümdə, təmiz çəkisi 1.315,9 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmələr ibtidai istintaqın gəldiyi nəticəyə əsaslanaraq ittiham aktında göstərilənləri eyni ilə məhkəmə hökmündə əks etdirməklə kifayətlənmiş, cinayət işinin məhkəmə baxışında müəyyən olu nmuş işin faktiki hallarına uyğun əsaslandırmadan əməlin töfsifində qanunsuz nəticəyə gəlmişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin cinayətin törədilməsindəki rolunu, narkotik vasitəni əldə etməkdə məqsədini və iş üzrə verilmiş ifadələrlə təsdiq olunan digər mötəbər halları nəzərə almamışdır. Müdafiəçi bildirmişdir ki, Məhkəmə Kollegiyası məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara düzgün qiymət verməmiş və iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmamaqla Məhkum ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və onun əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə səhv tövsif etmişdir. Apellyasiya Məhkəməsi yanlış nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin mövqeyinə əsaslanm aqla qanunsuz qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi müəyyən edildiyini, həmçinin əməlində cəzanı ağırlaşdıran halların olmadığını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, ailəsinin həyat şəraitini və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə aldığını göstərsə də, ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası çərçivəsində təyin olunduğu cəza ağır olmuşdur. Cinayət işi materiallarından görünür ki, Məhkum narkotik vasitə istifadə edib. Verdiyi ifadələrdən də aydın olur ki, Məhkum heç bir zaman narkotik vasitələri satmamış və bu yolla qazanc əldə etmək məqsədi olmamışdır. Məhkum tutularkən onun üzərinə şəxsi axtarış aparılan zaman da üzərindən narkotik vasitə çıxmamışdır. Pərviz Qurbanovla görüşünün səbəbi sonuncunun təklifi ilə əldə olunacaq narkotik vasitədən öz istifadəsi üçün müəyyən miqdarda əldə etmək olmuşdur. Təqsirləndirilən şəxslərin ifadələrdən də göründüyü kimi “Ramin” adlı İran vətəndaşı ilə “Whatsapp” mesajlaşma şəbəkəsi vasitəsi ilə danışıqlar apararaq onun göstərdiyi ərazidən narkotik vasitəni götürmək üçün getmiş, lakin iran vətəndaşının Pərviz Qurbanova narkotik vasitənin lazım olan yerə çatdırılması üçün İran vətəndaşının ödəmək istədiyi məbləği bank kartına atmaq təklifini qəbul etməmişdir. Belə ki, “Whatsapp” mesajlaşma şəbəkəsində İran vətəndaşı pul ödəmək üçün bank kartını istəsə də, təqsirləndirilən şəxslər bunu etməmişlər. Buna səbəb həmin narkotik v asitəni özlərinin istifadəsi üçün götürəcəkləri olmuşdur. Müdafiəçi hesab etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin CM-in 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb olunması qanunsuzdur. Məhkum əməlində göstərilən maddənin dispozisiyasında qeyd olunmuş cinayət tərkibi mövcud deyildir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalmamışdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələri Məhkum cinayət əməlinin törədilməsində iştirakını tam şəkildə aydınlaşdırmamışdır. Cinayət işindən görünüdüyü kimi Məhkum əvvəllərdə narkotik vasitəsi istifadəçisi olduğu üçün məhkum olunmuşdur. Məhkum əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı deyil. Məhkəmə bütün sübutları tam hərtərəfli və obyektiv araşdırmamışdır və beləliklə də, əməlin tövsifində səhvə yol vermişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 iyul tarixli, 1(105)-503/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçisi kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 iyul tarixli qərarının dəyişdirilmədən saxlanmas ı barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkumun əməlinin tövsifin i mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi m əsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazır kı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza növü müəyyən edilsə də, lakin məhkuma cəza təyin edilərkən cəzanın fərdiləşdirilməsi prinsipinin tələblərinə əməl edilməmiş və m əhkuma ağır cəza təyin edilmiş, eləcə də təyin edilmiş cəzalar hesaba alınarkən CM-in 69.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şik ayəti qismən təmin edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 23 may tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 iyul tarixli, 1(105)-503/2024 nömrəli qərarı Məhkum təyin edilən cəzaya aid hissədə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilən 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 9 ilə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş və 2 (iki) il 6 (altı) ay 20 (iyirmi) gün hissədə çəkilməmiş qalan azad lığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 1 (bir) il 3 (üç) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki qərarla təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Məhkum qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 6 sentyabr 2022-ci il tarixdən08 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və üzərində 09 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar, qalan hissədə, müda fiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-289/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-289/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver