Məhkəmə qərarları › İş №1(102)-2890/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2890/2025

01.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2890/2025 01.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər X7 (sədrlik edən və məruzəçi), X8 və X12 ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R X10 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarından məhkum X1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim Orxan Məmmədli) ## ######## 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə, ## ##### 1982-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Abşeron rayonu, Novxanı kəndi, Ə.Abuzərov küçəsi, ev 36-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 21, mənzil 24-də yaşamış X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən ona Salyan Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə təyin olunmuş 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## #### 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dövlət ittihamçısının X1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə qismən imtina etdiyini bildirib, yəni 2021-ci ilin sentyabr ayının sonlarında zərərçəkmiş X2 qarşı törədilmiş əməl üzrə imtina edilməsi barədə təklifini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, X1 qarşı Azərbaycan Respublikası CM-in 178.2.2 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi xaric edilməlidir. Işin halları: Ittiham aktına əsasən, X1 tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X4 əvvəllər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumat verib sonuncunun inam və etibarını qazanmış, S.X5 orqanı tərəfindən ona tətbiq olunan 9.000 manat cərimənin silinməsinə, almış olduğu zəlilərin Rusiya Federasiyasına aparılması üçün sənəd düzəldilməsinə, oğlu 2008-ci il təvəllüdlü X6 Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində qeydiyyata götürülməsinə nail olacağı və bu yolla onu pulsuz müalicə etdirəcəyi köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələlərlə bağlı köməklik göstərəcəyini bildirib Səməddin Ağalıyevə məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ## #### 2021-ci il tarixdə Bakı şəhəri ** saylı Notariat ofisində 600 manat, 2021-ci ilin avqust ayının əvvəlində ünvan 1 ünvanında yerləşən "Ləvəngi" restoranında 1210 manat, 2021-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində 2050 manat, 2021-ci ilin sentyabr ayından noyabr ayının əvvəllərinə qədər müxtəlif tarixlərdə ünvan 2 ünvanında yerləşən "Ləvəngi" restoranında 2220 manat və Bakı şəhəri Xətai rayonu Ali Məhkəmənin inzibati binasının qarşısında 100 manat olmaqla ümumilikdə 2320 manat, 2021-ci ilin dekabr ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən "Ləvəngi" restoranında 300 manat, 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən "Ləvəngi" restoranında 210 manat, 2022-ci ilin mart ayının əvvəllərində hər dəfə 25 manat olmaqla 50 manat və 2022-ci ilin mart ayının sonlarında ünvan 2 ünvanında yerləşən "Ləvəngi" restoranında 100 manat olmaqla ümumilikdə 6840 (altı min səkkiz yüz qırx) manat pulunu ələ keçirərək zərərçəkmiş şəxs Səməddin Ağaliyevə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir sıra əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, zərərçəkmiş şəxs1 oğlu Fuad Həsənovu Azərbaycan Respublikası FHN-nin Yanğından Mühafizə Xidmətinə qəbul etdirməsi məqsədi ilə köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib Rafiq Həsənova məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq 2021-ci ilin sentyabr ayının sonlarında ünvan 2 ünvanında fəaliyyət göstərən «Ləvəngi» restoranında ümumilikdə 3500 (üç min beş yüz) manat pulunu ələ keçirərək zərərçəkmiş şəxs Rafiq Həsənova 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ibrahim Ibrahimli (sədrlik edən və məruzəçi), Zaur Hüseynov və Əfqan Ələkbərov) ## ####### 2024-cü il tarixli *(***)- ****/**** nömrəli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum N.Ş.Şirinov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması ## ##### 2026-cı il tarixə təyin edilmiş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. Işə kassasiya qaydasında baxılanadək, yəni ## ###### 2026-cı il tarixdə məhkum N.Ş.Şirinov məhkəmə kollegiyasına ərizə ilə müraciət etmişdir. Həmin ərizədə məhkum göstərmişdir ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, məhkum X1 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum X1 ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarından məhkum X1 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinə baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar