Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-29/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, məhkəmə iclas katibi- İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-c u il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Sadıqov Nurəddin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: R.A.Allahverdiyeva (sədrlik edən), N.A.Kərimov və R.Ə.Sadıxovdan ibarət tərkibdə) Məhkum - xx xxx 1984-cü ildə Astara rayonunun Səncərədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Astara rayonunun Səncərədi kəndində qeydiyyatda olan, Ünvan1-də yaşamış Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablanması və cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmaqla və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum, xx xxxx 2019-cu il tarixdə saat 18 radələrində Astara rayonunda istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda ümumi təmiz çəkisi 17,551 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 90 (doqsan) manata əldə edib daşıyaraq yaşadığı ünvan 1 ünvana gətirərək bir qismini ümumi təmiz çəkisi 0,903 qram heroini ayrı-ayrılıqda təmiz çəkiləri 0,030 qram, 0,016 qram, 0,053 qram, 0,036 qram, 0,024 qram, 0,032 qram, 0,037 qram, 0,039 qram, 0,029 qram, 0,045 qram, 0,036 qram, 0,033 qram, 0,029 qram, 0,034 qram, 0,046 qram, 0,041 qram, 0,040 qram, 0,032 qram, 0,045 qram, 0,037 qram, 0,032 qram, 0,033 qram, 0,038 qram, 0,027 qram, 0,031 qram və 0,028 qram təşkil edən 26 ədəd bükümə bölərək saxlamış və xx xxxx 2019-cu il tarixdə, saat 19 radələrində, ünvan 2 ünvanın qarşısında Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üstünə keçirilmiş baxış zamanı əynindəki qara rəngli dəri g ödəkçənin sol iç cibindən 01 ədəd qara rəngli dəri materialdan olan kiçik əl çantasından bir ədəd polietilen bükümdə, təmiz çəkisi 16,648 qram, eləcə də əynindəki qara rəngli dəri gödəkçənin sol yan cibindən 01 ədəd üzərində “Davidoff” sözləri yazılmış siqaret qutusunun içərisindən siqaretin ağ rəngli kağızına bükülmüş həmin 26 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,030 qram, 0,016 qram, 0,053 qram, 0,036 qram, 0,024 qram, 0,032 qram, 0,037 qram, 0,039 qram, 0,029 qram, 0,045 qram, 0,036 qram, 0,033 qram, 0,029 qram, 0,034 qram, 0,046 qram, 0,041 qram, 0,040 qram, 0,032 qram, 0,045 qram, 0,037 qram, 0,032 qram, 0,033 qram, 0,038 qram, 0,027 qram, 0,031 qram və 0,028 qram təşkil edərək təmiz çəkisi 0,903 qram - ümumi təmiz çəkisi 17,551 qram olan külli miqdarda kustar üsulla hazırlanm ış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Hökmdən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ə.N.Bayramov (sədrlik edən və məruzəçi), Ə.İ.Qasımov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aya endirilmiş, hökm qalan hissələrdə verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsin in Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Sadıqov Nurəddin Arif oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi-vəkil Sadıqov Nurəddin Arif oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, apelyasiya şikayətində əməlin hüquqi tövsifi mübahisələndirilərək şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham sübuta yetirilməmiş hesab edilməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli hökmü ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi xahiş edilsə də, apelyasiya instansiya məhkəməsi apelyasiya şikayətinin dəlillərinə hər hansı münasibət bildirməməklə yanaşı şəxsin təqsirsizliyini və ya əməlində başqa cinayətin tərkib olmasını sübut edə cək halların mövcudluğunu belə araşdırmamışdır. Birinci instansiya məhkəməsində cinayət işi üzrə araşdırma aparılan zaman işin faktiki hallarını araşdırmamış, şəxsin əməlində cinayət əməlinin bütün tərkib əlamətlərinin olub-olmaması müəyyən edilməmiş, apelyasiya instansiyası məhkəməsi isə bu hallara düzgün qiymət verməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin təqsirsizliyini sübut edən kifayət qədər dəlillər müəyyən edilmiş və bu hallar istər cinayət işinin materialları, istər şahid ifadələri ilə tam olaraq təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslər hər biri ayrıayrılıqda vermiş olduqları ifadələrində Məhkum saxlayan zaman verilmiş suallara cavab olaraq onun narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bu hal, həmin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, həm də təqsirləndirilən şəxsin özünün sərbəst vermiş olduğu ifadəsi ilə təsdiq olunur. Eyni zamanda sədrlik edən və digər hakimlərin suallarına cavab olaraq təqsirləndirilən şəxs göstərmişdir ki, üzərində aşkar olunmuş 26 büküm narkotik vasitə onun 5-7 günlük təlabatını ödəyir və gündəlik norması 3-4 bükümdür. Habelə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq üzərində aşkar olunmuş tərəzinin həmin narkotik maddələri özünün şəxsi istifadəsi üçün proporsional qaydada düzgün bölünməsi və aşkar olunmuş limon turşusunun isə istifadəni rahatlaşdırmaq üçün saxladığını göstərmişdir. Yəni ümumi mahiyyəti təxminən 1 manat təşkil edən belə bir limon duzunun satış zamanı hansısa “müştəriyə” təqdim edi lməsi absurd olmaqla inandırıcı deyildir. Verilmiş ittihama görə, Məhkum satış məqsədilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroini əldə etmə, daşıma və özündə saxlama ilə əlaqədar cinayətin törədilməsində ittiham olunur. Lakin şəxsin həmin narkotik vasitəni əldə etmə, daşıma və özündə saxlama halı cinayət işində təsdiqini tapsa da, subyektiv cəhətlə bağlı olan, yəni narkotik vasitəni satış məqsədilə özündə saxlaması halı cinayət işində olan mövcud sübutlarla təkzib edilir. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi üzrə icraata xitam verilməli olsa da, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyindən çıxış edərək satış məqsədi ilə bağlı olan niyyətin hökmdə nəinki əsaslandırılmaması, heç ümumiyyətlə bu hala münasibət belə bildirməməsinə qiymət verməmişdir. Odur ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv edərək Məhkum əməlində ona istinad edilən ittiham üzrə cinayət tərkibinin əlamətləri mövcud olmadığından cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyy əti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum ifadələrində narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bu hal, həmin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, həm də təqsirləndirilən şəxsin özünün sərbəst vermiş olduğu ifadəsi ilə təsdiq olunur. Məhkum hakimlərin suallarına cavab olaraq göstərmişdir ki, üzərində aşkar olunmuş 26 büküm narkotik vasitə onun 5-7 günlük təlabatını ödəyir və gündəlik norması 3-4 bükümdür, üzərində aşkar olunmuş tərəzinin həmin narkotik maddələri özünün şəxsi istifadəsi üçün proporsional qaydada düzgün bölünməsi və aşkar olunmuş limon turşusunun isə istifadəni rahatlaşdırm aq üçün saxladığını göstərmişdir. Təqsirləndirilən şəxsin həmin narkotik vasitəni əldə etmə, daşıma və özündə saxlama halı cinayət işində təsdiqini tapsa da, subyektiv cəhətlə bağlı olan, yəni narkotik vasitəni satış məqsədilə özündə saxlaması halı cinayət işində olan mövcud sübutlarla təkzib edilir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, Məhkum elan edilən ittiham üzrə əməllərində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 18 radələrində Astara rayonunda istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda ümumi təmiz çəkisi 17,551 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 90 (doqsan) manata əldə edib daşıyaraq yaşadığı ünvan 1 ünvana gətirərək 26 ədəd bükümə bölərək saxlamış və xx xxxx 2019-cu il tarixdə, saat 19 radələrində, ünvan 4 ünvanın qarşısında Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üstünə keçirilmiş baxış zamanı əynindəki qara rəngli dəri gödəkçənin sol iç cibindən 01 ədəd qara rəngli dəri materialdan olan kiçik əl çantasından bir ədəd polietilen bükümdə, təmiz çəkisi 16,648 qram, eləcə də əynindəki qara rəngli dəri gödəkçənin sol yan cibindən 01 ədəd üzərində “Davidoff” sözləri yazılmış siqaret qutusunun içərisindən siqaretin ağ rəngli kağızına bükülmüş həmin 26 ədəd bükümdə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) və 234.3-cü (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma ) maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövr iyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-1.0.11-ci bəndlərinə əsasən: 1.0.8 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qay daları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydala rı pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş baxış və götürmə aparılması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 19 radələrində Məhkum ünvan 5 ünvanda yerləşən 182 saylı orta məktəb tərəfə piyada gedən vaxtı Binəqədi RPİ-nin əməkdaş ları tərəfindən saxlanılaraq videoçəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş baxış zamanı Məhkum qara rəngli dəri gödəkçənin sol iç cibindən 01 ədəd qara rəngli dəri materialdan olan kiçik əl çantanı təqdim edib çantadan ağ sellofan torbada olan bükümü çıxararaq içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu etiraf etmiş, eləcədə həmin əl çantanın içərisindən 01 ədəd mavi rəngli karton materialdan olan qutunun içərisindəki elektron tərəzini təqdim etmişdir, daha sonra 01 ədəd üzərində “Davidoff” sözləri yazılan siqaret qutusunun içərisindəki boş şüşə qab və limon duzunu, həmçinin həmin dəri əl çantasının içərisində “Davidoff” sözləri yazılan içərisində 05 ədəd siqaret olan qutunu, ona məxsus dəri materialdan olan içərisində 01 manat əskinazı olan pul qabını, 01 ədəd qara rəngl i alışqanı, 01 ədəd kiçik olçülü qaşıq formalı mavi izolentlə sarılmış ləvazimatı, 01 ədəd üzərində “Cin kart” sözləri olan mobil nömrə kartını, 01 ədəd üzərində “Linkoil” sözləri olan, qırmızı-ağ rəngli YDM-nə aid endirim kartını təqdim etmişdir. Bundan sonra əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən 01 ədəd üzərində “Davidoff” sözləri yazılmış siqaret qutusunun içərisindən 26 ədəd hər biri siqaretin ağ rəngli kağızına bükülmüş içərisində narkotik vasitə olan heroini təqdim edərək özünə məxsus olduğunu etiraf etmişdir. Edilən sorgu zamanı Məhkum üzərindən aşkar olunmuş maddənin heroin olduğunu, onu xx xxxx 2019-cu il tarixdə İran İslam Respublikasından öz istifadəsi üçün aldığını bildirmişdir (cild 1, i.v. 9-10). Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum if adələrində cinayət əməllərini qismən etitraf edərək narkotik vasitənın əldə edilməsi, saxlanması və daşınması barədə etirafedici ifadələr versə də, bunları satış məqsədi ilə etməsini inkar etmiş, ifadələrində və kassasiya şikayətində narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını, üzərində aşkar olunmuş 26 büküm narkotik vasitənin onun 5-7 günlük təlabatını ödədiyini və gündəlik normasının 3-4 büküm olmasını, üzərində aşkar olunmuş tərəzinin həmin narkotik maddələri özünün şəxsi istifadəsi üçün proporsional qaydada düzgün bölünməsi və aşkar olunmuş limon turşusunun isə istifadəni rahatlaşdırmaq üçün saxladığını göstərmişdir. Apelyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək, eləcə də eyni məzminli apelyasiya şikayətinin dəlillərini cinayət işinin materialları üzrə yoxlayaraq qərarında qeyd etmişdir ki, Məhkum üzərində aşkar olunmuş narkotik vasitə heroinin külli miqdarda, ayrı-ayrı bükümlərdə olmaqla narkotik vasitə ilə bərabər elektron tərəzinin də aşkar olunması onun həmin narkotik vasitənin satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir. Məhkum ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətlənd irərək hesab edir ki, Məhkum barəsində iş materialları ilə, eləcə də məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, və onun törətdiyi qeyd edilən cinayət əməli kifayət qədər sübuta yetirildiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə bəraət verilə bilməz və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apelyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundn, apelyasiya instansiyası məhkəməsinin qərarı ilə kassasiya şikayətində göstərilən dəlillərlə eyni məzmunlu apelyasiya şikayətinin dəlillərinə obyektiv hüquqi qiymət verildiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işi üzrə Məhkum hərkətlərində narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasına dəlalət edən halların mövcudluğu sübut edilmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Sadıqov Nurəddin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-29/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-29/2021
01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver