Məhkəmə qərarları › İş №1(102)-29/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-29/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-29/2022 16.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakla rı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilən Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X15 (sədrlik edən), X9 və X10 ibarət tərkibdə) 05 fevral 2021-ci il tarixli qərarı ilə xx xxxxxx 1981-ci il tarixdə Bərdə rayonu, Tumaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 3 azyaşlı uşağı olan, məhkum olunm amış, fərdi əməklə məşğul olmuş, ünvan 1 qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan, yəni Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşməsi müəyyən edildiyindən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X13 və X3 ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinay ətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin qərarına əsasən, Məhkum 08 yanvar 2016-cı il tarixdə saat 06 radələrində yaşadığı Bərdə rayonu, Tumaslı kəndində yerləşən evdə 14.07.2005-ci ildən rəsmi nikahda olduğu arvadı X6 yuxudan oyadaraq ona çay verməsini tələb etdikdə, sonuncu yatağından qalxmadan yatdığını bildirərək çay verməkdən imtina etdiyinə görə arvadının bu hərəkətlərinin ailə başçısına hörmətsizlik və saymazlıq kimi qəbul edib, onun yatdığını bilərək köməksiz vəziyyətindən istifadə etməklə, qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə yaşadığı evin mətbəxindən götürdüyü bir tərəfi kəsici, ucu de şici xassəyə malik olan məişət-təsərrüfat təyinatlı bıçaqla evin yataq otağında yatmış, yəni, müqavimət göstərmək imkanında olmamaqla köməksiz vəziyyətdə olan Gülnar Rəhimovanın sağ qulaqaltı çeynəmə və boyun nahiyələrindən iki dəfə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vuran, habelə döş qəfəsi nahiyəsinə bir dəfə vuraraq döş qəfəsinin sağ yarısının bayır divarının sağ V qabırğanın zədələnməsi, ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan, yetirildiyi anda həyat üçün təhlükəli olan və kəskin qan itirmə ilə nəticələnərək sonuncunun ölümünə səbəb olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək, aşkar surətdə köməksiz vəziyyətdə olan Gülnar Rəhimovanı qəsdən öldürmüşdür. Kassasiya prot estinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu kassasiya protesti vermişdir. Protest müəllifi qeyd edir ki, işin faktiki hallarına əsasən, Məhkum 08 yanvar 2016cı il tarixdə aşkar surətdə köməksiz vəziyyətdə olan arvadı Gülnar Rəhimovanı qəsdən öldürmüş, daha sonra Bərdə RPŞ-yə gedərək özünü könüllü təqdim edib təqsirini boynuna almışdır. Qeyd edilən hallar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi məntiqli və ardıcıl etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə ibtidai və məhkəmə istintaqı zamanı toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməs inin 24 may 2017-ci il tarixli qərarına əsasən Məhkum prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, 29.05.2017-cı il tarixdə istintaq orqanı tərəfindən cinayət işi üzrə icraatın dayandırılması və CM-nin 120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə göndərilməsi haqqında qərar qəbul edilmiş, qərar təsdiq olunaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 14 iyun 2017-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Məhkum CM-nin 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan, yəni CM-nin 21.3cü maddəsinin təsiri altına düşdüyündən onun barəsində həmin Məcəlləni n 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tibbi xarakterli məcburi tədbir təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublikası Psixiatriya Xəstəxanasından verilmiş 26 yanvar 2019-cu il tarixli rəyinə əsasən, xəstə Məhkum cinayət törətdikdən sonra aşkarlanmış “kəskin şizofreniyayabənzər psixotik pozuntu” uzun müddət (1 aydan artıq) davam edərək “X12” xəstəliyinə keçməsinə baxmayaraq, həmin dövrdə psixi vəziyyətinin stabil, yəni remissiya vəziyyətində olması nəzərə alınaraq CM-nin 98.2-ci maddəsinə uyğun olaraq X1 məcburi müalicəsi ləğv edilmiş, müvafiq qərar qəbul edilməsi üçün Sabunçu Rayon Məhkəməsi qarşısında təqdimat verilməsi məsləhət görülmüşdür. 08 iyul 2019-cu il tarixdə Sabunçu Rayon Məhkəməsinin qər arı ilə cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş Məhkum Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının X2 məcburi müalicəsi ləğv edilmiş və Məhkum törətdiyi cinayət əməli üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışı keçirilməsi üçün göndərilmişdir. Məhkəmənin 04.09.2019-cu il tarixli qərarına əsasən cinayət işi ittiham aktının tərtib edilməsi üçün Bərdə rayon prokurorluğuna göndərilmiş, müvafiq qərarla Məhkum fəaliyyət qabiliyyəti bərpa edilmiş, Məhkum özünün də iştirakı ilə müvafiq istintaq hərəkətləri keçirildikdən sonra cinayət işi aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisinin təmin edilmiş vəsatəti əsasında Məhkum psixi xəstəlikdən sağalm adığı üçün qeyri-adekvat davranış və ifadəsini əsas götürüb onun hazırki psixi durumunu və hazırda anlaqlı olubolmamasını müəyyən etmək məqsədilə təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilib rəy alınmışdır. 24.08.2020-ci il tarixli həmin rəydən görünür ki, Məhkum ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində, yəni ANLAQLİ olmuşdur. Məhkum əməli CMnin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla belə onda istintaq zamanı “kəskin şizofreniyayabənzər psixotik pozuntu” aşkar edilmiş, rəy tərtib edilən dövrdə isə “X12” xroniki psixi xəstəlik müəyyən edilmiş, Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşməsi, X1 məcburi müalic ə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülmüşdür. Məhkum CM-nin 21.3-cü maddəsinin təsiri altına düşməsi barədə 24.08.2020-ci tarixli həmin rəylə onun psixi vəziyyətinin stabil, yəni remissiya vəziyyətində olması ilə ilə əlaqədar 26 yanvar 2019-cu il tarixli rəyi arasında ziddiyyət olduğundan təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi üçün vəsatət verilmiş və vəsatət təmin edilmişdir. Ekspertizanın 07.12.2020-ci il tarixli rəyində Məhkum yoxlanılan dövrdə “X12” xroniki psixi xəstəliyin əlamətlərinin aşkar edilməsi, onun CM- in 21.3-cü maddəsinin təsiri altına düşməsi, xəstəliyin həmin dövrdə kəskinləşmə mərhələsində olması müəyyən edilsə də, ekspert rəylər arasında olan ziddiyyət aşkar etməmiş, müvafiq qərarda göstərilmiş müddə t ərzində Məhkum olan xəstəliyini remissiya mərhələsindən yenidən kəskinləşmə mərhələsinə keçə bilib-bilməyəcəyi barədə sualı cavablandırmamışdır. Odur ki, ekspertin rəyi kifayət qədər əsaslı olmadığından təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi üçün yenidən vəsatət verilsə də, məhkəmə işin obyektiv araşdırılmasına yönəlmiş həmin vəsatəti təmin etmədən, iş üçün vacib halları müəyyən etmədən cinayət işi üzrə məhkəmə istintaqını yekunlaşdırmışdır. Bundan başqa, ekspert rəyində apardığı ekspertizanın xüsusiyyətləri, üsulları barədə ətraflı izah verilməmiş, şəxsə hansı əsaslara görə məcburi müalicə təyin edilməsi əsaslandırılmamışdır. Tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsas olan Məhkum psixi vəziyyətinə görə özü və ya başqa şəxslərə zərər y etirməsi təhlükəsi yaradıb-yaratmaması xüsusatı məhkəmələr tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Təkrar stasionar məhkəmə-psixiatrik ekspertiza təyin edilərkən ekspert qarşısında xəstəliyin soruşulan müddət ərzində kəskinləşə bilib-bilməyəcəyi barədə sual qoyulsa da, ekspert həmin suala səthi yanaşmış, həmçinin Məhkum məcburi müalicə təyin etməyin vacibliyini əsaslandırmamışdır. Məhkəmələr natamam, işin faktiki hallarına uyğun olmayan ekspert rəylərinə əsaslanaraq Məhkum CM-nin 21.3-cü maddəsinin təsiri altına düşməsi və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair qərarlar qəbul etmiş, cinayət işi üzrə toplanmış sübutları CPM-nin tələblərinə əsasən qiymətləndirməmişlər. Məhkəmələr iş materiallarında mövcud olan və ittiham tərəfindən təqdim edilən, təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsini zəruri hesab etməklə işin nəticəsi üçün önəmli olan yuxarıda sadalanan dəlilləri işin faktiki halları və bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə nəzərə almalı olsa da, bunu etməmiş, nəticə etibarilə Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etməkdə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cinayət və cinayət prosessual qanunvericiliyinin həmin tələblərini pozaraq qeyd edilən cinayət işi üzrə sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış, həmin xüsusatlar üzrə tədqiq olunan sübutları düzgün qiymətləndirməyərək qeyri-obyektiv nəticəyə gəlmişdir. Kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarının ləğv edilərək işin yenidən apellya siya instansiyası məhkəməsində baxılmağa təyin edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə müdafiə tərəfinin, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraci ətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum barəsində əsassız və qanunsuz olaraq tibbi xarakterli məcburi tədbirləri n tətbiq edildiyini və cinayət işi üzrə icraatın dayandırıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Bir inci instansiya məhkəməsində istintaq zamanı təyin olunmuş “Təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının” 08.05.2017-ci il tarixli 41 saylı rəyindən görünür ki, cinayət işinin materiallarında olan tibbi sənədlərə, yoxlanılan şəxsin verdiyi anamnestik məlumatlara və aparılan stasionar müşahidənin nəticələrinə görə Məhkum ona ittiham olunan cinayət əməlini törətdikdən sonra onda kəskin şizofreniyayabənzər psixotik pozuntu (xəstəliklərin beynəlxalq təsnifatında kodu: F 23.2) formasında psixi pozuntu yaranmışdır və həmin psixotik vəziyyət hal-hazırda da müşahidə edilir. Bunu yoxlanılan şəxsin məhkəmə iclasında davranışında qeyri-adilik, qəribəlik müşahidə edilməsi və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin və səliqəsiz olması, təkliyə meyl göstərməsi və özü nə xas təəssüratlarına qapılması, ünsiyyətə çətinliklə daxil olması, başqa şəxslərlə ünsiyyət yaratmağa təşəbbüs göstərməməsi, həmsöhbəti ilə distansiya saxlamaması, qəzəbli olması, özünü qeyri adekvat aparması, öz-özü ilə danışması, təklikdə qəzəblə kimisə təhqir etməsi, yorğanı başına çəkib uzun müddət ərzində öz-özünə danışması, əhval-ruhiyyəsinin tez-tez dəyişməsi, çox vaxt aşağı olması, emosional reaksiyalarının yaranmış vəziyyətə uyğun gəlməməsi, təfəkküründə autikliyin nəzərə çarpması, törətdiyi əmələ və yaranmış şəraitə qarşı tənqidi münasibətinin olmaması, davranışının ümumi keyfiyyətinin mötəbər və ifadəli dəyişikliklərə uğraması, ələlxüsus maraq dairəsini məhdudlaşdırması, ekspertizanın gedişinə və nəticəsinə biganə olması və s.) sübuta yetirilir. Gəncə Ağır Cinayətlər Məhkəməsi nin 14 iyun 2017-ci il tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan, yəni Azərbaycan Respublikasının CM-nin 21.3-cü maddəsinin təsiri altına düşdüyündən onun barəsində Azərbaycan Respublikasının CM-nin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tibbi xarakterli məcburi tədbir təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublikası Psixiatriya Xəstəxanasından verilmiş 26 yanvar 2019-cu il tarixli rəydən görünür ki, xəstə Məhkum cinayət törətdikdən sonra aşkarlanmış “kəskin şizofreniyayabənzər psixotik pozuntu” uzun müddət (1 aydan artıq) davam edərək “X12” xəstəliyinə keçməsinə baxmayaraq, hal hazırda psixi vəziyyətinin stabil, yəni remissiya vəziyyətində olduğunu nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 98.2-ci maddəsinə uyğun olaraq, X1 məcburi müalicəsinin ləğv edilərək, törətdiyi cinayət əməlinə görə Gəncə Ağır Cinayətlər Məhkəməsi qarşısında cavab verməsi üçün İstintaq Təcridxanasına göndərilməsi barədə qərar qəbul etmək haqqında Sabunçu rayon məhkəməsi qarşısında təqdimat verilməyi məsləhət görülmüşdür. Sabunçu Rayon Məhkəməsinin 08.07.2019-cu il tarixli 7(008)-175/2019 saylı qərarından görünür ki, cinayəti törətdikdən sonra psixi xəstəliyə tutulmuş Məhkum Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının X2 məcburi müalicəsi ləğv edilmiş və Məhkum törədiyi cinayət əməli üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışı keç irilməsi üçün göndərilmişdir. Birinci instansiya məhkəməsində istintaq zamanı təyin olunmuş “Təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının” 24.08.2020-ci il tarixli 68 saylı rəyindən görünür ki, Məhkum ictimai təhlükəli əməli törədən zaman onda psixotik xarakterli əlamətlər qeyd olunmadığından öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Məhkum törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkum əməli Azərbaycan Respublikasının CMnin 21.1-ci maddəsinin təsiri altına düşmür. Məhkum ona ittiham olunan cinayət əməlini törətdikdən sonra onda “Kəskin şizofreniyayabənzər psixotik pozuntu” (xəstəliklərin beynəlxalq təsnifatında kodu: F 23.2)formasında psixi pozuntu yaranmışdır. Sonradan psixotik əlamətlər davam etdiyindən Məhkum “Şizofreniya” xəstəliyi formalaşmış və məcburi müalicədə olan dövrdə həmin diaqnoz təsdiq olunmuşdur. Məhkum hal-hazırda “X12” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 20.0) xroniki psixi xəstəlik müəyyən edilir. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki tibbi sənədlər, toplanmış anemnestik məlumatlar sübut edir. Qeyd olunmalıdır ki, Məhkum müəyyən edilən “X12” xroniki psixi xəstəliyi kəskinləşmə və terapevtik remissiya mərhələlərində olmuşdur. Hal-Hazırda Məhkum qeyd olunan “X12” xroniki psixi xəstəliyi kəskinləşmə mərhələsindədir. Məhkum müşahidə edilən psixotik vəziyyət onu hal-hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlkükəliliyini dərk etmək və həmin əməli idarə etmək imkanınd an məhrum edir. Buna görə onun hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür. Məhkum hal-hazırda psixotik vəziyyətdə olduğu üçün onun barəsində Azərbaycan Respublikasının CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq X1 məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri tətbiq edilməsi məsləhət görülür. Məhkum ona ittiham olunan cinayət əməlini törədən zaman hər hansı psixi pozuntudan, xəstəlikdən və ya ağır psixi pozuntulardan əziyyət çəkməmişdir. Məhkum ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllıq və ya sair psixi pozuntu qeyd olunmamışdır. İctimai təhlükəli əməl zamanı Məhkum öz hərəkətlərinin (hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Məhkum ona ittiham olunan cinayət əməlini törətdikdən sonra onda “Kəkin şizofreniyayabənzər psixotik pozuntu” (xəstəliklərin beynəlxalq təsnifatında kodu: F 23.2) formasında psixi pozuntu yaranmışdır.Sonradan psixiotik əlamətlər davam etdiyindən Məhkum “Şizofreniya” xəstəliyi formalaşmış və məcburi müalicədə olan dövrdə həmin diaqnoz təsdiq olunmuşdur. Məhkum hal-hazırda “X12” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 20.0) xroniki psixi xəstəlik müəyyən edilir. Hal-hazırda Məhkum qeyd olunan “X12” xroniki psixi xəstəliyi kəskinləşmə mərhələs indədir. Məhkum müşahidə edilən psixotik vəziyyət onu hal-hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlkükəliliyini dərk etmək və həmin əməli idarə etmək imkanından məhrum edir. Buna görə onu hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür. Məhkum halhazırda psixotik vəziyyətdə olduğu üçün onun barəsində Azərbaycan Respublikasının CMnin 95.0.3-cü maddəsinə uyğun olaraq X1 məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri tətbiq edilməsi məsləhət görülür. Birinci instansiya məhkəməsində istintaq zamanı təyin olunmuş “Təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının” 07.12.2020-ci il tarixli 130 saylı rəyindən görünür ki, ekspert komissiyası belə qənaətə gəlir ki, Məhkum hal-hazırda “Paranoid Şizofreniya” (psixi və davranış p ozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 20.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (cinayət hadisəsi törətdikdən sonra keçirilən çoxsaylı məhkəmə psixiatrik ekspertizalarında əvvəlcə “Kəskin şizofreniyayabənzər psixotik pozuntu” keçirdiyinin, bunun ardınca həmin pozuntunun “Şizofreniya, paranoid forma” kimi prosessual psixi xəstəliyə keçdiyinin qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü narahat aparması, şöbədaxili rejimə tabe olmaması, geyiminə və təmizliyinə fikir verməməsi, tez-tez yersiz və qeyri-adekvat hərəkətlər etməklə şöbədaxili rejim qaydalarını və sakitliyi ciddi şəkildə pozması, digər y oxlanılan şəxsləri narahat etməsi, klə onların haqqlı narazılığına səbəb olmuş, növbətçi personalın iradlarına məhəl qoymaması, özözünə uca səslə danışması, əhvali-ruhiyyəsinin dəyişkən olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin formal olaraq saxlanıldığının müəyyən edilməsi, zahiri görünüşünə görə səliqəsiz olması, narahat və gərgin görünməsi, simasında narazılıq ifadəsinin müşahidə olunması, produktiv verbal kontakt qurmaqda çətinlik yaranması, söz ünsiyyəti zamanı söhbətə həvəssiz və aqressiv şəkildə qoşulması, anlaşılmaz səslə danışması, suallara məzmunsuz cavab verməyə başlaması, onları mahiyyətinə uyğun olmayan şəkildə cavablandırması, — anlaşılmayan ifadələr işlətməsi, təfəkkürünün qırıq ol maqla autik və paraloyi xarakter daşıması, nitqində ardıcıllığın olmaması, mülahizə və mühakimələrində məntiqsizlik müşahidə edilməsi, ünsiyyətin davam etdirilməsinə maraq göstərməməsi, sualların bir çoxuna cavab verməkdən yayınması, ona edilən müraciətlərə əhəmiyyət verməçəsi, yalnız özünü maraqlandıran mövzularda danışması, özünüböyütmə ideyaları və təqib sayıqlama fikirləri söyləməsi, mövzuya qaytarıb təkrarən sual verdikdə danışığının sürətlənərək rezonyorluq etməsi, söyüş işlətməklə öz-özünə danışması, söhbət zamanı komissiya üzvləri ilə ünsiyyət məsafəsi gözləməməsi, jestikulyasiya edərək qəzəbli tərzdə nalayiq ifadələr işlətməsi, məzmunsuz davranaraq və sualların çoxunu cavabsiz qoyaraq anamnestik məlumatları çatdırmaması, əhvali-ruhiyyəsində dəyişkənlik müşahidə edilməsi, ittiham olunduğu cinayət əməli və hadisələrin mahiyyəti barəsində soruşularkən dərhal əsəbiləşməsi, məntiqsiz fikirlər söyləməsi, cümlələri arasındaki, məntiqi əlaqəsinin itməsi, hadisələrin mahiyyətini açıqlamaması, fikir və həyəcanlarını tam çatdırmaması, özünü psixi xəstə hesab etməməsi, hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləməməsi, göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməməsi, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərməməsi, özünün gələcək aqibətinə laqeydliklə yanaşması və s.) sübut edir. X8 təqsirləndirildiyi ictimai təhlükəli cinayət əməlini törədən zaman onda psixotik xarakterli əlamətlər qeyd olunmadığından öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Məhkum ona ittiham olunan cinayət əməlini törətdikdən sonra onda “kəskin şizofreniyayabənzər psixotik pozuntu” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu: F 23.2) formasında psixi pozuntu yaranmışdır. Sonradan psixotik əlamətlər davam etdiyindən Məhkum Paranoid şizofreniyaə xəstəliyi formalaşmış və məcburi müalicədə olan dövrdə həmin diaqnoz təsdiq olunmuşdur. Məhkum hal-hazırda Paranoid şizofreniyax (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 20.0) xroniki psixi xəstəliyinə xas əlamətlər müəyyən edilir. Bunu cinayət işi mater ialları, həmin cinayət işindəki tibbi sənədlər, toplanmış anamnestik məlumatlar sübut edir. Məhkum təqsırləndirildiyi cinayət əməlini törətdikdən sonra onda “kəskin şizofreniyayabənzər psıxotik pozuntuə (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu: F 232) formasında рsixi pozuntu yaranmışdır. Bundan sonrakı dövrdə Məhkum psixi durumunda nənki stabilləşmə baş verməmiş, əksinə təfəkkürün autikliyi və paralogiyası dərinnləşmiş, sayıqlama fikirləri və digər psixotik simptomlar miqyasca genişlənmişdir. Məhkum aşkarlanan psixotik роzuntunun xarakteri və dinamikasına əsasən onda endogen xəstəlik-paranoxd şızofrenrya formalaşdığı müəyyən edilmişdir. Psixi və davranış, pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışının tələblərinə görə “Kəskin şizofreniyayabənz ər psixotik pozuntu” müəyyən edilən pasiyenitdə şizofreniyaya xas simptomlar bir aydan artıq davam etdikdə, belə hallarda “Кəskin şizofreniyayabənzər psixotik pozuntu, yəni F23.2 kodu dəyişdirilərək F20.xxx kodunun kriterilərinə müvafiq olan diaqnoz qoyulur. Məhkum hal-hazırda əziyyət çəkdiyi psixi patologiya F20.0 kodunun kriterilərinə cavab verir. Buna görə Məhkum “Paranoid şizofreniya” olmasına dair qənaətə gəlinir. Hal-hazırda Məhkum qeyd olunan “Paranoid şizofreniya” xroniki psixi xəstəliyinin gedişində kəskinləşmə mərhələsi müşahidə edilir. Məhkum müşahidə edilən psixotik vəziyyət onu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək imkanından məhrum edir. Buna görə onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 21.3-cü maddəsinin təsiri altına düşür. Məhkum hal-hazırda psixotik vəziyyətdə olduğu üçün onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq X1 məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Bərdə Rayon Məhkəməsinin 24.05.2017-ci il tarixli qərarından görünür ki, Məhkum prosessual fəaliyyət qabiliyyəti olmayan hesab olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Məhkum prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə 24 may 2017-ci il tarixli qərar ləğv edilmiş və təqsirləndirilən şəxsin cinayətprosessual fəaliyyət qabiliyyəti bərpa edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum müalicədə olduğu zaman Azərbayc an Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublikası Psixiatriya Xəstəxanasından verilmiş 26 yanvar 2019-cu il tarixli rəydən qısa müddət sonra təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizası (24 avqust 2020-ci il tarixli) keçirilmişdir. İlkin stasionar ekspertizası Məhkum psixi vəziyyətinin stabil, yəni remissiya vəziyyətində olduğunu nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 98.2-ci maddəsinə uyğun olaraq, X1 məcburi müalicəsinin ləğv edilərək, törətdiyi cinayət əməlinə görə Gəncə Ağır Cinayətlər Məhkəməsi qarşısında cavab verməsi üçün İstintaq Təcridxanasına göndərilməsi barədə nəticəyə gəlsə də, təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının rəyində yenidən müşahidə edilən psixotik vəziyyətinin Məhkum öz əməlinin faktiki xarakterini, ictimai təhlkükəliliy ini dərk etmək və həmin əməli idarə etmək imkanından məhrum etməsi vəziyyətinə keçməsi nəticəsinə gəlmiş, lakin rəydə onun bu vəziyyətə keçməsinin əsasları göstərilməmişdir. Məhz bu səbəbdən ekspert rəyləri arasında ziddiiyyəti aydınlaşdırmaq üçün məhkəmə tərəfindən yenidən təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizası təyin edilmişdir. Qeyd edilən təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının 07.12.2020-ci il tarixli rəyində Məhkum yoxlanılan dövrdə “X12” xroniki psixi xəstəliyin əlamətlərinin aşkar edilməsi, onun CM- in 21.3-cü maddəsinin təsiri altına düşməsi, xəstəliyin həmin dövrdə kəskinləşmə mərhələsində olması müəyyən edilsə də, ekspert rəyləri arasında olan ziddiyyət aşkar edilməmiş, müvafiq qərarda göstərilmiş müddət ərzində Məhkum olan xəstəliyin remis siya mərhələsindən yenidən kəskinləşmə mərhələsinə keçə bilib-bilməyəcəyi barədə sual cavablandırmamışdır. Ekspertin rəyi kifayət qədər aydın olmadığından təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi üçün yenidən vəsatət verilsə də, məhkəmə işin obyektiv araşdırılmasına yönəlmiş həmin vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı olan digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğu n faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli Qərarında qeyd edilir ki, tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-nin 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqini nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixatrik ekspertizasın ın rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsini təsbit edən CPM-nin 33-cü maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 143-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmçinin sübut və digər materiallarından birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya protestində göstərilən dəlillə rlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikasının CM-nin 21.3-cü maddəsinin təsiri altına düşməsi müəyyən edildiyindən haqqında ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tibbi xarakterli məcburi tədbir təyin olunmasını əsaslı hesab edərkən birinci instansiya məhkəməsi tərəfindən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilməməsini, iş üzrə toplanmış sübutların hərtərəfli araşdırmamasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməməsini və ekspert rəyləri arasında zəruri olan ziddiyyətləri aradan qaldırmamasını nəzərə almadan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli tədqiq edilməməsinə qiymət verməmişdir ki, bu hal da Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinə əsasən qərarın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Belə ki, CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrinin tələblərinə əsasən, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv et mək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Məhkum barəsində olan Gəncə Apelyasiya Məhəkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araş dırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində olan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar