Məhkəmə qərarları › İş №1(102)-29/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-29/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-29/2023 14.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlu, Əbilov Hüsyen Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, Məhkum və onun müdafiəçisi İsmayılov Ceyhun Zöh rab oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29,144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi C.Z.İsmayılov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1995-ci il tarixdə Cəlilabad rayonunun Alar kəndində anadan o lmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, II qrup əlil, Cəlilabad rayonunun Alar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 29,144.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 05 (beş) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum yetkinlik yaşına çatmayan, xx xxxxxx 2006cı il təvəllüdlü, həmkəndlisi Zərərçəkmiş şəxs onunla evlənmək məqsədi ilə oğurlamaq qərarına gəlmiş, bu məqsədlə 27 mart 2021-ci il tarixdə saat 16 radələrində Cəlilabad rayonunun Alar kəndində yerləşən İncəçay çayının yaxınlığında Zərərçəkmiş şəxs tutaraq, ona qarşı fiziki zor tətbiq edərək, qollarından dartaraq aparan zaman sonuncu müqavimət g östərdiyindən onu yerə yıxıb həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla vurub ona sol əlin 5-ci barmağında kəsilmiş səthi yara, sol əlin 1-ci barmağında sıyrıq, sağəlin 3-cü barmağında və sağ baldır nahiyəsində qançır əmələ gəlməsi ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarıüçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, sonuncu səs-küy salaraq yaxınlıqda olan şəxsləri köməyə çağırdığından hadisə yerinə kənar şəxslərin gəlməsini görüb Zərərçəkmiş şəxs buraxaraq öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək, silah qismində istifadə edilən əşyadan istifadə etmə klə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlamağa cəhd etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Abdullayev İlkin Qismət oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə) 10 fevral 2022-ci il tarixli qərarı ilə həmin şikayətlər təmin edilməmiş, birinci instansiya məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi C.Z.İsmayılov ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, məhkum onun barəsində ədalətli qərarın qəbul edilməsini, müdafiəçi isə həmin qərarın ləğ v edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində Məhkum onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edib əslində heç bir cinayət xarakterli əməl törətmədiyini, lakin əsassız olaraq CM-nin 29,144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasını bildirərək və bununla bağlı işin faktiki hallarını mübahisələndirərək Zərərçəkmiş şəxs qaçırmaq, yəni oğurlamaq niyyətində olmadığını, yalnız onunla tanış olmaq istədiyini, sonuncu isə buna razılıq vermədiyinə görə onunla mübahisə etdiyini qeyd etmiş və bütün bu halları, həmçinin onun psixi xəstəlikdən əzab çəkməsini, anasının xəstə olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Əsasən iş üzrə toplan mış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasıın (bundan sonra mətdə Konstitusiyanın) 34 və 63-cü maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlqların Müdafiəsi haqqında” Avropa Konvensiyasıın 6-cı maddəsinə, sübutların toplanmasına, araşdırlmasına, qiymətləndirilməsinə, kifayətləliliyinə və sübutetməyə dair, cinayət mühakimə icraatının qanunçuluq, çəkişmə, təqsirsizlik prezumpsiyası və digər prinsipləri təsbit edilmiş Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bunda sonra mətndə CPM-nin) və cəza təyini ilə bağlı CM-nin müvafiq normalarına, o cümlədən CM-nin 62 və 70-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, İnsa Hüquqları üzrə Avropa M əhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi Qərarlarına istinad edən və CM-nin 144-cü maddəsinə CM-nin 176-cı maddəsi ilə əlaqəli şəkildə təfsir verən müdafiəçi C.Z.İsmayılov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, birinci instansiya məhkəməsində olduğu kimi, əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun qaydada tədqiq etməmiş, məhkəmələrin gəldikləri nəticələr yalnız ibtidai aradırma zamanı əldə edilmiş ziddiyyətli sübutlara əsaslanmış, bu ziddiyyətlər isə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldrılmamışdır. Bu baxımdan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarını qanunsuz və əsassız hesab edən müdafiəçi qeyd etmişdir ki, məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq və cinayət tərkibinin əlamətləri olmadan Məhkum barəsində çıxarılmış ittiham hökmünü dəyişdirilmədən saxlamış və onun zərər çəkmiş şəxsə qarşı törətdiyi əməlin şəxsi münasibətlər zəminində (Zərərçəkmiş şəxs ilə tanış olmaq məqsədilə) törədilmiş əməl olmasını, mübahisə zamanı həm zərərçəkmiş şəxsin, həm də məhkumun ehtiyatsızlıqdan dərəcəsi təyin olunmayan xəsarət almalarnı kifayət qədər nəzərə almamış və bu halları düzgün təfsir etməyərək adam oğurluğu kimi qiymətləndirmişdir. Halbuki, Məhkum Zərərçəkmiş şəxs oğurlamağa və ya evlənmək məqsədilə onu qaçırmağa (məcbur etməyə) yönələn hər hansı bir hə rəkətə yol verməmiş və onun hərəkətləri bu məqsədlərə yönəlməmişdir, onun əməllərində həm təqsirli bilindiyi, həm də başqa cinayətin tərkib əlamətləri, xüsusilə də cinayətin subyektiv cəhəti mövcud olmamışdır. Kassasiya şikayəinin müəllifi həmçinin göstərmişdir ki, istər ibtidai araşdırma orqanının iş üzrə gəldiyi nəticə, istərsə də məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktları ziddiyyətli sübutlara əsaslanmış, məhkəmə iclasnda isə hadisənin yeganə şahidi olmuş Şahid2 dindirilməsi təmin olunmamış, bununla da hüquqlarnı müdafiə etdiyi şəxsin ona qarşı ifadə vermiş şəxsi dindirmək hüququ, nəticə etibarı ilə isə müdafiə və ədalətli məhkəmə araşdırmasına malik olmaq hüquqları, habelə çəkişmə prinsipi pozulmuş və bu münvalla nəinki milli və beynəlxalq qanunvericiliklərin tələblərinə, eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarında əksini tapmış izah və tövsiyələrə əməl edilməmişdir. Bundan başqa kassasia şikayətində qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında əks olunmuş nəticələrlə işin faktiki halları arasındakı uyğunsuzluq iş üzrə mövcud hallara düzgün olaraq qiymət verilməməsi nəticəsində Məhkum əməli həm də adam oğurluğuna cəhd kimi səhv olaraq CM-nin 29,144.3-cü maddəsi ilə tövsif edilmiş, eyni zamanda ona təyin edilmiş cəzanın növü və həddinin (həcminin) müəyyən edilməsinin ümumi qaydaları pozulmuşdur. Müdafiəçi həmçinin bildirir ki, Məhkum psixi xəstəlikdən əzab çəkdiyi üçün anasının ona verdiyi məsləhəti (bir qızın qolundan tutaraq evə gətirib evlənmək barədə ) düzgün dərk etməmiş, bu məsləhəti hərfi mənada başa düşüb icra etməyə cəhd etmiş, lakin bu hallar da onun adam oğurluğu cinayətini törətmək niyyətində olmasına dəlalət etmir. Bu cinayətin onun tərəfindən törədilməsinin sübuta yetirilməməsinə baxmayaraq məhkəmələr Məhkum barəsində cəza tədbirinin seçilməsini məsələsini həll edərkən ona istinad olunan əməli ağır həyat şəraiti nəticəsində (uzun müddət əvvəl atasının vəfat etməsi və anasının ağır yataq xəstəsi, özünün isə psixi xəstəliyinə görə İİ qrup əlil olması) və fiziki (ailə qurmaq ehtiyacının yaranması) və psixi məcburiyyət təsiri altında törətməsini, ilk dəfə cinayət məsliyyətinə cəlb olunmasını, etdiyi əməldən səmimi peşman olmasını, zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin məhkum edilmiş şəxsə azadlıqdan məhrum etmə ilə ba ğlı olmayan cəzanın təyin olunması haqqında təkliflərini, ailəsini dolandıran yeganə şəxs olmasını və onun himayəsində ağır xəstə olan anasının olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə almamışlar. Müdafiəçi C.Z.İsmayılov kassasiya şikayətində göstərilən bütün dəlillərə əsaslanaraq onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərərçəkmiş Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4- cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum və müdafiəçi Z.C.İsmayılovun kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, həmin şikayətlərin müəllifləri əsasən məhkəmələrin iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmələrini, sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmasını, psixi xəstəlikdən əzab çəkən Məhkum öz əməlinin xarakterini dərk etməməsini, onun təqsirinin sübuta yetirilmədiyi halda əsassız olaraq məhkum olunmasını, digər tərəfdən isə əməlinin düzgün tövsif edilməməsini və eyni zamanda ona cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan ağır cəzaya məruz qalmasını iddia edərək məhkum olunmuş şəxs onun haqqında ədalətli qərar qəbul edilməsi, müdafiəçi isə hazırki iş üzrə apellyasiiya instansiyası məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarının ləğv edilməli olması haqqında kassasiya tələblərini CPM-nin 416.1.1, 416.1.2, 416.1.6, 416.1.11, 416.15 və 416.1.21-ci maddələrində məhkəmə hökmünün və ya qərarı nın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2, 416.1.6, 416.1.11, 416.15 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə m üvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxm ayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi C.Z.İsmayılovun kassasiya şikayətlərini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb araşdırmanın nəticələri olara q aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəmə sində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məh kəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyə tlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin cinayət kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli, yaxud da təqsirsiz bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Kassasiya şikayətinin dəlllərinə cavab verilməsi üçün məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının d övlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədil ə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətl i məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəmənin iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə də bu və ya digər sübutu əldə edərək araşdırmaq, o cümlədən müvafiq ekspertizaların təyin edilərək keçirilməsini təmin etmək, məhkəməyə təqdim olunmuş sübutlarla yanaşı məhkəmə iclaslarında da əldə edilərək araşdırılmış sübutları qanuna müvafiq qayda qiymətləndirilib iş üzrə müəyyən nəticəyə gəlmək vəzifəsindən azad etmir. Qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsində tələb olunur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxal q müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinay ət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiy yəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkə mənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyirn şərh olunan tələblərindən çıxış edərək məhkəmə kollegiyası kassasia şikayətinin dəlillərinə cavab verilməs üçün, habelə CPM-nin 419.1-ci maddəsinə əsasən, bu müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayarkən cinayət işinin materiallarına müraciət e dir və ilk növbədə vurğulayır ki, həmin iş üzrə tərtib edilmiş ittiham aktına görə, ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə Məhkum qarşı irəli sürülmüş ittihamın əsasına qoyulan sübutlar – təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələrlə yanaşı, zərərçəkmişin, onun qanuni nümayəndəsinin, şahidlər Şahid1, Şahid3n və 27 mart 2021-ci il tarixli hadisənin bilavasitə şahidi olmuş Şahid2 ifadələri, məhkəmə-tibbi və kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizalarının rəyləri, hadisə yerinə baxış keçirilməsi haqqında protokolu və bir sıra sənədlər təqdim edilmiş, birinci instansiya məhkəməsi də yalnız bu sübutları tədqiq edərək Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli bilinməsi haqqında 12 oktyabr 2021-ci il tarixli ittiham hökmü çıxarmışdır. Həmin hökmdən görünür ki, Məhkum məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinin əksinə olaraq ona qarşı CM-nin 29,144.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, o, Cəlilabad rayonunun Alar kəndində yaşayır, psixi xəstəliyi olduğuna görə İİ qrup əlildir, xəstəliyi ilə bağlı Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. Evlənmək üçün anası bir neçə qızın ailələrinə müraciət etsələr də, xəstəliyinə görə ona həmin ailələr tərəfindən qızların ona ərə verilməsindən imtina edilmiş və bu səbəbdən də o, ailə qura bilməmişdir. Hadisədən təxminən bir ay əvvəl o, küçədə olan zaman bir nəfər tanımadığı qız uşağının əlində məktəbli çantası ilə keçdiyini görmüş, həmin qızdan onun xoşu gəlmiş və onunla ailə qurmaq, bunun üçün isə onu qaçrımaq qərarına gəlmişdir. Bu məqsədlə o, 27 mart 2021-ci il tarixdə həmin qızın, adının sonradan bildiyi zərərçəkmiş şəxsin hazırlıqdan qayıdan zaman Alar kəndində İncəçay çayının üzərindən keçən körpünün yaxınlığından keçəcəyini bildiyindən onun gedəcəyi yolun üstündə dayanıb gözləməyə başlamış və saat 16 radələrində Zərərçəkmiş şəxs yanından ötüb keçən zaman ona yaxınlaşaraq onunla tanış olmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ondan uzaqlaşmasını tələb edərək üstünə qışqırmış, buna görə də o, sonuncunun qollarından tutaraq səssiz qalmasını tələb etmişdir. Lakin həmin qız sakitləşməyərək qışqırmağa davam etdikdə o, cibində olan bıçağı çıxarıb ondan qışqırmamasını və onunla ailə qurmaq istədiyini deyərək onu qaçıracağını bildirdikdə həmin qız qorxusundan səsin i kəsmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxsnın qolundan tutaraq İnçəçay çayının üzərində olan körpüdən keçirərək onu darta-darta yaşadığı evin istiqamətində aparmağa başlamış, lakin onlar bir neçə metr getdikdən sonra qız yenə də qışqırmağa başlamışdır. Onu sakitləşdirmək istəyən zaman qızın ayağı sürüşərək yerə yıxılmış, o, isə onu yerdən qaldırarkən bıçağı cibindən yenidən çıxartmışdır ki, qız qorxub qışqırmasın. Zərərçəkmiş şəxs isə əlləri ilə bıçağın tiyəsindən tutub dartdığından həm onun, həm də ki, özünün barmaqları kəsilmişdir. Bu vaxt Zərərçəkmiş şəxsnın qışqırığına yaxınlıqda yaşayan Şahid2 adlı şəxs küçəyə çıxmış və baş verənləri gördükdə onun hərəkətlərinin səbəbi barədə Şahid2in sualına cavab olaraq o, bildirmişdir ki, həmin qızdan xoşu gəlir və onunla ailə qurmaq istəyir. Şa hid2 qızın kimlərdən olduğunu soruşduqda qızın qohumlarından heç kimi tanımadığını demişdir. Zərərçəkmiş şəxsin onunla getmək istəmədiyini və hay-küy salaraq köməyə başqa adamları da çağırdığını görüb o, sonuncunu buraxmış və Zərərçəkmiş şəxs həmin yerdən uzaqlaşaraq getmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərmişdir ki, o, Cəlilabad rayonunun Alar kəndində valideynlərinin himayəsində yaşayır, Alar kəndinin 1 saylı tam orta məktəbinin 9-cu sinfində oxuyur, ali məktəbə qəbul imtahanlarına hazırlaşır və bununla əlaqədar müxtəlif fənlərdən hazırlıq dərslərinə gedir. 27 mart 2020-ci il tarixdə saat 16:00-da o, riyaziyyat hazırlığından çıxıb evlərinə gedərkən bir nəfər cavan oğlanın onun yolunda qarşıda dayanmasını görmüş, onun yanından ötüb keçərək yolunu davam etmiş, lakin bu vaxt adının Məhkum olduğunu sonradan bilən həmin oğlan qarşıdakı körpüyə tərəf gedib oarada dayanmış, o, isə körpüyə çatdıqda Məhkum qəfildən ona yaxınlaşaraq onunla tanış olmaq istədiyini demişdir. Ondan uzaq olmasını dedikdə həmin şəxs çiyinlərindən tutaraq onu sıxmağa başlamış, o, isə oğlana müqavimət göstərməyə çalışsa da, ona gücü çatmamış və buna görə onun üstünə qışqırıb onu buraxmasını tələb etmişdir. Bu vaxt Məhkum cibindən bıçaq çıxarıb ona göstərərək sakit qalmasını dedikdə, o, bıçağı görərərk qorxduğu üçün səsini çıxarmamışdır. Bundan sonra oğlan bıçağı cibinə qoyub ondan xoşu gəldiyini və onu qaçıracağını bildirmiş, əvvəl onu boynundan tutub sıxmış, sonra isə əlindən tutaraq onu darta-darta aparmağa başlamışdır. Onlar bu vəziyyətdə təxminən 200-300 metr məsafə qət et dikdən sonra o, yaxınlıqda yerləşən evin həyətində adını bilmədiyi qadını görmüş və qışqırararaq həmin qadından kömək etməsini istəmiş, lakin qadın ona heç bir köməklik göstərməmiş, Məhkum isə onun qışqırdığını görüb onu yerə yıxmış və yenidən cibindən bıçağı çıxarıb onu hədələmiş, o, isə onun hərəkətlərinin qarşısın almaq üçün bıçağı əli tutduqda barmağı kəsilmişdir. Bu zaman yaxınlıqdakı evdən bir nəfər sonradan adını öyrəndiyi Şahid2 adlı şəxs pəncərədən baxaraq baş verənlərin səbəbləri barədə soruşduqda, Məhkum onu buraxmış, o, da bundan istifadə edərək hadisə yerindən qaçıb nənəsinin yaşadığı evə getmişdir. Məhkəmə iclasında dindirmə zamanı verilmiş suallara cavab olaraq isə Zərərçəkmiş şəxs Ali Məhkəməyə ünvanladığı ərizəsində göstərildiyi kimi, Məhkumun onunla tanış olmaq istəməsi ni, onun buna razılıq verməməsi səbəbindən onların mübahisə etmələrini və bu zəmində sonuncunun bıçaqdan istifadə etməklə zor tətbiq etməsini, həmçinin onu qaçırmaq istəməsini bilmədiyini göstərmişdir. Bu ifadələrdən və cinayət işinin digər materiallarından görünür ki, ibtidai araşdırma zamanı Məhkum törətdiyi əməllərin bilavasitə yeganə şahidi kimi yalnız Şahid2 müəyyən edilmiş və o, məhkəməyədək icraat zamanı faktiki olaraq təqsirləndirilən şəxsə qarşı ifadələr verib Məhkum ifşa edərək göstərmişdir ki, o, Cəlilabad rayonunun Alar kəndində yaşayır, Məhkum isə onun qonşusudur. 27 mart 2021-ci il tarixdə günorta saatlarında o, evdə olduğu vaxt küçədə qız uşağının qışqırtı səsini eşidib pəncərədən baxarkən Məhkumin bir nəfər qızla tutaşdığını və qızın yerə yıxılmasını görmüşdür. O, Məhkuma v ə həmin qıza acıqlanaraq başqa yerdə mübahisə etmələrini və səs-küy salmamalarını tələb etmiş və bu vaxt qız oradan uzaqlaşıb getmişdir. O, Məhkumdan həmin qızla nəyə görə mübahisə etdiyini soruşduqda sonuncu qızdan xoşu gəldiyinə görə onunla ailə qurmaq istədiyini, lakin qız razı olmadığına görə aralarında mübahisə yarandığını bildirmişdir. Yalnız sonradan ona məlum olmuşdur ki, Məhkum həmin qızı qaçırmaq istəmiş və buna görə də cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilmişdir. Təsvir edilən ifadələrin təhlili göstərir ki, Şahid2 müşahidə etdiyi hadisə barədə çox səthi şəkildə dindirilmiş, bu halların bəzi əhəmiyyətli halları (Məhkum Zərərçəkmiş şəxs özü ilə aparmaq, yəni oğurlamaq üçün hansı hərəkətlər etməsi, bu zaman ona qarşı hər hansı, o cümlədən bıçaqdan istifadə etməklə zor tətb iq edib-etməməsi, zərərçəkmişin ona qarşı müqavimət göstərib-göstərməməsi, qonşusu olan məhkum olunmuş şəxsin həm hadisə zamanı, həm də ümumiyyətlə psixi vəziyyəti, belə vəziyətinə görə yaşadığı kənddə davranışı, bundan əvvəl də qeyri adekvat hərəkətlərə yol verib-verməməsi və sair bu kimi hallar) aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi isə adı çəkilən şahidin ibtidai araşdırma zamanı verdiyi ifadələrini məhkəmə iclasında elan etməklə kifayətlənib onun belə hallar barədə məhkəmədə tam və hərtərəfli dindirilməsini, eyni zamanda təqsirləndirilən şəxsin də onu dindirmək hüququnu təmin etməmiş, hətta şahidə məhkəməyə çağırılması barədə bildiriş belə göndərməmişdir. Halbuki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq hüququna malikdir. CPM-nin 19.4.5-ci maddəsinin tələbindən görünür ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüququnu təmin etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 10-cu bəndində məhəmələrə izah edilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 33 0.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun... Həmin Qərarın 12-ci bəndinə görə, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 327, 329cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) Qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifa dələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır (“Əl-Xavaya və Taheri Birləşmiş Krallığa qarşı” [BP] (AlKhawaja and Tahery v. the United Kingdom [GC]), №№ 26766/05 və 22228/06, 2011-ci il 15 dekabr tarixli; “Əfəndiyev Azərbaycana qarşı” (Efendiyev v. Azerbaijan), № 27304/07, 2014-cü il 18 dekabr tarixli; “Şaçaşvili Almaniyaya qarşı” [BP] (Schatschaschwili v. Germany [GC]), № 9154/10, 2015-ci il 15 dekabr tarixli və s. qərarlar). İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, o nun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir (Hazırki iş üzrə Şahid2 məhkəmə iclasında iştirak etməməsinin qaçılmaz olduğunu göstərən hallar, digər tərəfdən isə məhkəmənin onun iştirakının təminedilməsi lazımi səylər göstərməsi iş materialları ilə müəyyən edilmir). İkinci meyar - məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsin də oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər (Məhkəməyədək icraat zamanı Şahid2 səthi şəkildə dindirildiyindən Məhkum qarşı irəli sürülmüş ittihamın həm də onun ifadələrinə əsaslanması barədə fikir yürütmək olmur). Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” qərarlarında bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsind ən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər. Üçüncü meyar – təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, m üdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitəl ərdən istifadə etmək imkanlarını nəzərdən keçirilməsi, o cümlədən CPM-in 51-2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə iclasında dindirilməyən şahidin əvvəlki icraatda verdiyi ifadəsi ilə ittiham hökmünün əsaslandırılması məsələsi bu üç meyarın məcmusu əsasında təhlil edilməlidir. Lakin, təhlil olunan vəziyyət birinci meyara cavab vermədikdə, yəni şahidin məhkəmə iclasında iştirak etməməsi bunu həqiqətən istisna edən (ibtidai istintaqda verilmiş ifadənin elan edilməsinə bəraət qazandıran) üzrlü səbəbdən irəli gəlmədikdə və yaxud bu cür səbəbin mövcudluğunun araşdırıldığını və mötəbərliliklə müəyyən edildiyini məhkəmə qərarlarından görm ək mümkün olmadıqda, belə vəziyyət (ikinci və üçüncü meyarlara cavab veribverməməsindən, o cümlədən ifadənin ittihamın həllində oynadığı roldan asılı olmayaraq) özü-özlüyündə təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş şahidi dindirmək hüququnu və nəticə etibarı ilə müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarını pozur, bununla da məsələnin ikinci və üçüncü meyarlar əsasında araşdırılmasını lüzumsuz edir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərində yalnız ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi və həmin cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi barədə tələb irəli sürülsə də apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qərarda verilmiş cavab əsasən bu tələblər üzərində qurulmuş, lakin məhkəmə nəzərə almamışdır ki, məhkum o lunmuş şəxsin əlyazma şikayətində ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə əsas ola bilən hallara istinadə edilməklə yanaşı qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə lazımi araşdırma aparmamışdır. Bu dəlilin məhkum olunmuş şəxsə qarşı ifadə vermiş şahidin dindirilməməsinə, habelə Məhkum və zərərçəkmiş Zərərçəkmiş şəxs da cinayət təqibinin müxtəlif mərhələlərində ziddiyyətli ifadələr vermələrinə görə əsaslı olmasına və təkrar məhkəmə araşdırmalarına əsas yaratmasına baxmayaraq, apellyasia instansiyası məhkəməsi belə araşdırmanın aparılmasından imtina etmiş və bununla sübutların məhkəmə iclasında tam, hərtrəfli və obyektiv araşdırılmasına dair qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Hərçənd, CPM-nin 397.1-ci maddəsinin tələblərinə əsasən, apellyasiya i nstansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinin ikinci cümləsinə görə isə, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Hazırki işin materiallarından göründüü kimi isə, apellyasiya instansiaysı məhkəməsinin nəzərindən qaçırdığı və təkrar araşdırmanın aparılmasını zəruri edən əsas hallar birinci instansiya məhkəməsi tərəfindən işdə mövcud olan ziddiyyətlərin aradan qaldırılmaması və təqsirləndirilən şəxsin həm Avro pa Konvensiyasının 6-cı maddəsinin 3cü hissəsinin “d” bəndində, həm də CPM-nin 19.4.5-ci maddəsində nəzərdə tutulmuş hüququnun təmin edilməməsi olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, apellasiya icraatı zamanı iş üzrə həqiqəqtin müəyyən edilməsi üçün yenidən araşdırma aparılması zərurəti Məhkum psixi xəstəlikdən əzab çəkməsi ilə əlaqədar yaranmışdır. Belə ki, cinayət işində olan Cəlilabad Rayon Xəsətəxanası tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan və Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 01 apel 2019-cu il tarixli məlumatından görünür ki, Məhkum “Fasiləsiz gedişli paranoid formalı şizofreniya” psixi xəstəlikdən əzab çəkir və bu xəstəliyə görə ona müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilməklə əmək o, qabiliyyətsiz hesab edilmişdir. Bu sənədlərə əsasən ibtidai araşdırma zamanı keçirilmiş kompleks məhkəməpsixiatrik və psixoloji ekspertizasının 23 iyun 2021-ci il tarixli 1363 saylı rəyinə əsasən Məhkum “Şizofreniya, paranoid forma, dayanıqlı remisiya vəziyyəti” xroniki psixi xəstəliyi aşkar edilməsi müəyyən olunsa da, o, törətdiyi əməl dövründə şizofreniya paranoid forma xroniki psixi xəstəliyinin dayanıqlı remissiya (yaxşılaşma) mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Məhkum ekspert tərəfindən törətdiyi əməl barəsində anlaqlı hesab edilərək onun əməlinin CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşməməsi və barəsində tibbi xarakterl i məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacın olmaması barədə nəticəyə gəlmişdir. Ekspert-psixoloq onun qarşısında qoyulmuş suala cavab olaraq qeyd etmişdir ki, Məhkum ona ittiham olunan cinayət əməlini törədən zaman şüur və davranışlarına təsir göstərə biləcək psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini dərk etmək iqtidarında olmuşdur. Əvvəla, həmin rəylə Məhkum “Paranoid formalı şizofreniya” xroniki psixi xəstəliyindən əzab çəkməsi, yəni onun həmin xəstəlikdən heç də sağalmaması bir daha təsdiq olunsa da, onun CM-nin 22-ci maddəsinin təsiri altına düşməməsi və məcburi müalicəyə ehtiyacı olmaması kifayət qədər əsaslandırılmamışdır. CM-nin 22-ci maddəsinə əsasən isə, anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması n əticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Digər tərəfdən qeyd olunan rəydən göründüyü kimi, həmin rəy Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin şöbə müdiri X5 və ekspert-psixoloqu X12 tərəfindən verilmişdir. Bu isə ona dəlalət edir ki, Məhkum əzab çəkdiyi psixi xəstəliyi ilə bağlı nəticə ekspertlər komissiyası tərəfindən deyil, bir həkim-psixiatr tərəfindən verilmişdir. Təhli l edilən rəylə bağlı məhkəmə kollegiyası əvvəla qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 124.2.2-ci maddəsinin tələbinə görə, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 140.0.2-ci maddəsinə görə, şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəy yən edilə bilər. CPM-nin 265.1-ci maddəsində təsbit edilmişdir ki, ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir və ya bir neçə şəxs apara bilər. CPM-nin 265.5-ci maddəsinin tələbindən görünür ki, şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir. Göründüyü kimi, apellyasiiya instansiası məhkəməsi tərəfindən nəzərindən qaçırılmış daha bir hal ondan ibarətdir ki, “Paranoid formalı şizofreniya” xroniki psixi xəstəlikdən əzab çəkən Məhkum ona istinad olunan cinayət əməlini törədərkən anlaqlı olub-olmasının müəyyən edilməsi üçün təyin edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası CPM-nin 265.5-ci maddəsinin tələblərinin pozulması i lə aparılaraq müvafiq rəy verilmiş və məhkəmələr həmin rəyə sübut kimi əsaslanmışlar. Halbuki, CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu normasının mənasına görə, prosessual pozuntularla əldə edilmiş digər sübutların, o cümlədən həmin pozuntulara yol verilməklə keçirilmiş ekspertiza rəylərinin də sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə kollegiyasının qənaətinə görə, belə hal Məhkum barəsində təkrar məhkəmə-psixitarik ekspertizasının keçirilməsinə əsas yaratsa da, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi yuxarıda təhlil edilən pozuntunun aradan qaldırılmasın a təşəbbüs göstərməmişlər, baxmayaraq ki, CPM-nin 267.2-ci maddəsində ekspertizanın rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertizanın aparılması nəzərdə tutulmuşdur. Məsələ ilə əlaqədar məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmənin bu Məcəllənin 140.0.2-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə-psixiatriya ekspertizasının keçirilməsini təyin etməməsi, CPM-nin 416.1.19-cu maddəsinin tələbinə görə, kassasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndir ən hallardan biri kimi müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum və xüsusən də onun müdafiəçisi C.Z.İsmayılovun kassasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşaraq və həmin şikayətlərin sübutların tədqiq edilməsindən imtina olunması, bu sübutlara CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq qaydada qiymət verilməməsi hissəsində razılaşaraq, eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.1 və 416.1.2-ci maddələri ilə yanaşı həm də CPM-nin 416.1.19-cu maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsini müəyyən edərək hesab edir ki, belə pozuntularla qəbul edilmiş həmin məhkəmənin yekun qərarı qüvvədə saxlanıla bilməz və onların aradan qaldırılması üçün təkrar apellyasiya araşdırmalarının aparlıması zəruridir. Belə olan halda, məhkəmə ko llegiyası belə vəziyətdə Məhkum təqsirliliiyi, əməlinin hüquqi tövsif və ona təyin olunmuş cəza ilə bağlı məsələləri və həmin məsələlərə dair kassasiya şikayətlərinin dəlillərinə ətraflı cavab verilməsini mümkün bilmir, çünki göstərilən məsələlər üzrə düzgün, əsaslı və qanuni nəticəyə gəlməkdən ötrü ilk növbədə zəruri sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmalı və bu araşdırmanın nəticələrindən asılı olaraq təqsirkarın ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli və ya təqsirsiz olması, onun əməlinin hüquqi tövsifi və barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tədbiq edilməsi kimi mühüm məsələlər həll oluna bilər. Odur ki, məhkəmə kollegiyası bütün təsvir edilənləri yuxarıda göstərilən qaydada bir daha təhlil edib kassasiya şikayətlərinin təmin edilməsi barədə zər ər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Məhkum və onun müdafiəçisi C.Z.İsmayılovun, həmin şikayətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməklə Məhkum CM-nin 29,144.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qəra r çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar