Məhkəmə qərarları › İş №1(102)-29/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-29/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-29/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X3 və bəraət almış şəxs X9 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2024-cü il tarixli, 1(103)-56/2024 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(101)-169/2023 nömr əli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), N.A.Kərimov və L.Ş.ƏsgərovaMəmmədova) 22 iyul 1984-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, küçə 1, ev 21 A-da yaşayan X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 mart 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi X9 ittihamından xaric edilmişdir. Məhkəmə nin həmin hökmündən məhkum X9 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2024-cü il tarixli, 1(103)-56/2024 nömrəli hökmü ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.İbrahimov) verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(101)-169/2023 nömrəli hökmü ləğv edilmiş, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, X13 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 01 may 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X13 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 329,680 qram olan narkotik vasitə heroini, ümumi təmiz çəkisi 505 qram olan psixotrop maddə metamfetamini və ümumi çəkisi 710 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və idarə etdiyi “Daevo Nexsia” markalı ** PV *** dövlət nömrə nişanlı avtomaşınında gizlədərək saxlamaqla daşımışdır. 02 mart 2022-ci il tarixdə saat 21:00 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı Salyan avt omagistralının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 14-cü km-də “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında Ayaz Osmanov saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmiş, orada onun üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə keçirilmiş şəxsi axtarış zamanı əynində olan idman şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 9,680 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra onun idarə etdiyi “Daevo Nexsia” markalı ** PV *** dövlət nömrə nişanlı avtomaşınına baxış zamanı həmin avtomobilin arxa sol oturacağın alt hissəsində 1 ədəd sellofan torbada təmiz çəkisi 710 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla h azıralanmış narkotik vasitə qurudulmuş marixuananı, 1 ədəd bükümdə təmiz çəkisi 505 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 1 ədəd bükümdə təmiz çəkisi 320 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi X9 narkotik vasitənin qanunsuz olaraq əldə edilməsində, daşınmasında, saxlanılmasında təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəldiyindən, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibti dai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlarla X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, apellyasiya instansiyası məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutları qəbul etməyib, müstəsna olaraq Ayaz Osmanovun özünümüdafiə xarakterli ifadəsi əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yarada n pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2024-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanu nunun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X9 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddələrlə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2024-cü il tarixli hökmünün qanuniliyini və ə saslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Kassasiya protestindən müəyyən olunur ki, dövlət ittihamçısının X9 narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətini (ona istinad edilən əməlləri törətməsinə dair ittihamı) həmin şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadəsi (X9 xx.xx.2022-ci il tarixli müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində müstəntiq polis kapitanı X14 verdiyi ifadəsi), “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli və “DVD diskə baxış keçirlməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollar, xx.xx.2022-ci il tarixli X9 idarə etdiyi Daevo Nexia markalı **-PV-*** dövlət qeydiyyat niş anlı avtomaşına baxış keçirilməsinə dair protokol, həmin tədbirlər nəticəsində götürülmüş maddi sübutlarla və onların həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələri, eləcə də narkotik vasitənin və psixotrop maddələrin məhz ona aid olması barədə məlumat yükü daşımayan məhkəmə ekspertizasının rəyi ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin yekun qərarından isə görünür ki, məhkəmə Ayaz Osmanovun üzərində aşkar edilmiş 9,680 qram təşkil edən narkotik vasitə heroinin, həmçinin avtomobildən götürülmüş 710 qram narkotik vasitə qurudulmuş marixuananın, 505 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 320 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin A.N.Osmanova məxsus olmasına dair məhkəməyədək icraat zamanı sonuncunun verdiyi etira fedici ifadələrini işin faktiki halları ilə uzlaşmaması haqqında nəticəyə gəlməklə yanaşı, 02 mart 2022-ci il tarixli “şəxsi axtarış və maddi sübutların götürülməsi” haqqında və eyni tarixli “avtomaşına baxış keçirilməsinə” dair protokollardakı məlumatları CPM-in 125.1-ci maddəsinə əsasən, yəni əldə edilmə halları şübhə doğurmayan sübutlar kimi qəbul etməkdən imtina etmiş, iş üzrə toplanmış digər sübutların isə aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin Ayaz Osmanova aid olan predmetlər kimi qiymətləndirmək, beləliklə də onu satış məqsədi ilə həmin narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlaması, daşıması haqqında nəticəyə gəlmək üçün kifayət etməsi haqqında qənaətə gəlmişdir. Eyni ilə apellyasiya instansiya məhkəməsi hökmündə iş üzrə əməliyyat axtarışı tədbirini keç irmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hökmündə verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. Belə ki, X13 birinci və apellyasiya instansiya məhkəmələrində məhkəməyədək icraat zamanı “etirafedici” izahat və ifadəni polis əməkdaşlarının qanunsuz təsir və təzyiqlərinə, işgəncəyə məruz qalmasına görə verdiyini qeyd edib ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Taksinin icarəsinə görə 600 manat icarə haqqı vermiş, əlavə olaraq günlük 15-20 manat qazanc əldə etmişdir. Narkotik vasitəl ərdən istifadə etməmişdir. 02 mart 2022-ci il tarixdə saat 18:21-də taksi sifarişi götürüb Azpetrola getmişdir. Benzini vuran vaxt 3 maşın onu saxladı və döyə-döyə maşına salıb apardılar. Onun maşını isə orada qalmışdır. Onu döydülər. Vəkil Faiq Çobanovu çağırdılar, lakin o, həmin vəkili istəmədi. Onun özünün vəkili var idi. Ona qol çəkdirmək istədilər, o, isə razılaşmadı. Lakin anası ilə hədələdikləri üçün, yəni anasını də bölməyə gətirmək istədikləri üçün buna dözməyib razılaşdı. Paket gətirdilər və 9 qram cibinə qoydular. Üzərində və avtomobilində çıxan narkotik vasitəni polislər vermişlər. O, prokurorluğa şikayət etdikdən sonra, onu ekspertizaya apardılar. Qanlı paltarını kamerada göstərmişdir. Həmin disk yoxdur. Poladın qardaşı onun burnuna vurmuşdur. Qarın nahiyəsinə, böyrəklərinə tə pik, sifətinə yumruq vurdular. Gözlərinin altında qançır yaranmışdır. 8 nəfər onu ölümcül döymüş, ona görə razı olmuşdur. Məni 19-cu bölmədə döymüşdülər, mən də Polad adlı polis əməkdaşından şikayət vermişdim. Onu işdən çıxarmaq istəyirdim. Bir qadın ilə bağlı məsələ olmuşdur. Qadının sumkasını oğurladılar, mən də getdim tutdum verdim və 3 saat sonra məni tutdular. Bölmədə Polad onu döymüş, o, da Poladdan şikayət etmişdir. Sonradan onu işdən çıxarmışlar. Ayaz Osmanovun ibtidai istintaq zamanı “etiraf edici” ifadələrinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən apellyasiya instansiyası məhkəməsi A.N.Osmanovun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələri ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imti na etmişdir. Məhkəmənin Ayaz Osmanovun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etməsi ilə bağlı qənaəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin, xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ib tidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Apellyasiya məhkəməsi Ayaz Osmanovun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini digər sübutlarla, o cümlədən A.N.Osmanovun tutulmasında iştirak etmiş, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsi ilə (məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saat 18 radələrində Ayaz Osmanovu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Bakı-Salyan avtomagistralının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs əbəsindən keçən yolun kənarında olan "Azpetrol” yanacaq doldurma məntəqəsində saxlamışlar) əlaqəli şəkildə təhlilini aparmaqla müəyyən etmişdir ki, həqiqətən də, Ayaz Osmanov 02 mart 2022-ci il tarixdə axşam saat 18 radələrində tutulmuş, buna baxmayaraq onun şübhəli şəxs qismində tutulması xx.xx.2022-ci il tarixdə, saat 21:50da rəsmiləşdirilmiş, onun üzərinə şəxsi axtarış və götürmə saat 22:05-də, avtomobilinə baxış isə 22:05-də həyata keçirilmiş, qeyd olunan müddət ərzində A.N.Osmanovun prosessual statusu müəyyən edilmədən (özbaşınalığın istisna edilmədiyi şəraitdə), tamamilə polis əməkdaşlarının nəzarəti altında olmuşdur. X4 02 mart 2022-ci il tarixdə saat 21:00 radələrində saxlanılması doğru qəbul olunmuş olsa belə, onun üzərinə baxış dərhal deyil, 1 saat 5 dəqiqə sonra, avtomobilinə ba xış isə onun saxlanılmasından 1 saat 45 dəqiqə sonra aparılmışdır. Həmin müddətlər ərzində X13 tamamilə polis əməkdaşlarının nəzarəti altında olmuşdur. Qeyd edilənlərə X9 üzərinə baxış keçirilməsini özündə əks etdirən DVD diskin yararsız hala düşməsi də əlavə olunduqda, A.N.Osmanovun polisdə qanunsuz saxlanılaraq onun şəxsi axtarışının saxlanılmasından saatlar sonra aparılması barədə sonuncunun ifadələrinin həqiqət olmasını təsdiq etməklə yanaşı, ittiham tərəfinin israrla iddia etdiyi narkotik vasitələrin və psixotrop maddələrin sonuncudan götürülməsi faktının ciddi şübhə altına alınması üçün əsas olmuşdur. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirm iş və Ayaz Osmanovun həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında vermiş olduğu ifadələri cinayət işinin materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmişdir, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sübutların bu cür təhlil və tədqiqi ilə razılaşır. Bundan başqa Avropa Konvensiyasının 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü mad də hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: "Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və "Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin c insi, yaşı və səhhətindən asılıdır (bax: "X5rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) "Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudta v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və "Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001- İİİ)). Avropa Məhkəməsi, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı "qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, Məhkəmə tərəfindən "alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş "Kudla” işi, 92-ci bənd). Avropa İnsan Hüquqları Məhkəməsinin "Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə bir daha təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: "Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş "Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman "əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: "Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: "MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş "Avşar” işi, 283-284-cü bəndlər və "Muradova A zərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Apellyasiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, X13 polis tərəfindən pis rəftara məruz qalmışdır. Belə ki, X13 xx.xx.2022-ci il tarixdə X8 qəbul olunarkən tibbi sanitar hissədə xx.xx.2022-ci il tarixdə tibbi baxış keçirilərkən onda "Sol gözətrafı nahiyəsində bənövşəyi rəngli qançır” aşkar edilmişdir. Eyni ilə X9 polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki təzyiqlərə məruz qalması barədə şikayəti üzrə prokurorluq orqanları tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar məhkəmə nəzarəti qaydasında bir neçə dəfə ləğv edilərək yenidən araşdırmaya qaytarılmışdır. Belə olan halda apellyasiya məhkəməsi X1, tutulması və ya onun üzərində axtar ış, həmçinin avtomobilində baxış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun polis bölməsinə gətirilərkən üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeydin olmamasını, əməliyyat axtarış tədbirini keçirmiş polis əməkdaşlarının ifadələrində A.Osmanovun saxlanılanılarkən onda xəsarətlərin olması barədə hər hansı xüsusatı bildirməmələrini, eynilə X8 qəbul olunarkən tibbi sanitar hissədə xx.xx.2022-ci il tarixdə tibbi baxış keçirilərkən aşkar edilmiş xəsarətləri yekun məhkəmə aktında qabardaraq, sadalanmış hallarla bağlı yəni X9 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmamasına dair Qaradağ Rayon prokurorluğunda aparılmış araşdırmaların formal, səthi və effektsiz olmasını qeyd edərək, Ayaz Osmanovun polis əməkdaşları tərəfindən pis rəftara məruz qalması barədə qənaətə gəlmişdir. Dövləti ittihamçısı kassasiya protestində Qaradağ Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair qərara istinad etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin həmin qərarda müəyyən edilmiş hallara yenidən münasibət bildirdiyini iddia edir ki, bununla bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsində deyilir: “Cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyil”. Həmi n Məcəllənin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Bununla bağlı qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı tərəfindən qəbul edilmiş qərar mahiyyəti üzrə işə baxan məhkəmənin verilmiş ittihamın düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları nəzərdən keçirməsinə, o cümlədən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, həmçinin prosessual Məcəllə ilə təminat verilən hüquqlardan məhrum etmə və ya onları məhdudlaşdırmaqla əldə edilmiş sübutların mümkünlüyünə qiymət verilməsinin qarşısını alan prosessual maneə kimi çıxış edə bilməz. Prosessual qanunvericili k məhkəməyədək icraatda təqsirləndirilən şəxsin hərəkətlərinə (həmçinin faktlara) qiymət verildikdən sonra mahiyyəti üzrə işə baxan məhkəmənin həmin hərəkətlərin (həmçinin faktların) araşdırılmasını, bununla bağlı müdafiə tərəfinin gətirdiyi dəlillərə baxılmasını, həmin hərəkətlərin (faktların) məhkəmə tərəfindən ibtidai istintaqın nəticələrindən fərqli şəkildə qiymətləndirilməsini istisna etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 25-ci maddəsində təsbit olunmuş hakimlərin müstəqilliyi prinsipinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər (maddə 25.2). Hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikl əri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər (maddə 25.3). Müdafiə tərəfinin malik olduğu hüquqa uyğun olaraq da cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi (CPM, maddə 28) məhkəmənin üzərinə digər vəzifələrlə yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsini qoymuşdur (maddə 28.4.3). Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinə görə cinayət prosesində heç bir sübutun və ya digər materialın qabaqcadan müəy yən edilmiş qüvvəsi yoxdur (maddə 33.3). Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedura daxilində tədqiq edilənədək sübut və digər materialdan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Əks yanaşma, cinayət təqibi orqanının sübutların qiymətləndirilməsi, o cümlədən bu və ya digər mühüm əhəmiyyətli faktın mövcud olub-olmaması, təqsirləndirilən şəxsin əməlinin dəyərləndirilməsi, hüquqi tövsifi, təqsirliliyi üzrə qənaəti məhkəmənin nəticələrini əvvəlcədən müəyyən etmiş hal kimi, məhkəmə istintaqını isə xəyali və əhəmiyyətsiz icraat kimi qəbul edilməsi ilə nəticələnər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16 bəndində qeyd olunur ki, əməliyya t-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun qərarından verilmiş izahdan da göründüyü kimi mahiyyəti üzrə işə baxan məhkəmə nəinki məhkəməyədək icraat zamanı istintaq orqanın hətta məhkəmə tərəfindən qəbul edilmiş qərarlardan belə aslı deyil. Məhkəmə kollegiyası hesab edir ki, cinayət-prosessual qanunun prinsipləri və digər normaları mübahisələndirilən məsələnin məhz yuxarıda göstərilən qaydada şərh edilməsi üçün əsas vermək lə həmin məsələnin kassasiya protestində göstərildiyi kimi təfsir edilməsini istisna edir. Odur ki, apellyasiya məhkəməsinin ibtidai istintaq orqanının ittihama birbaşa təsir göstərən faktlar və bu faktlara aid sübutlar barədə yanlış nəticəsi ilə qane olmayıb, müdafiə tərəfinin Ayaz Osmanovun təqsirsizliyi ilə bağlı irəli sürdüyü dəlillərin (işgəncəyə və pis rəftara məruz qalmaları ilə bağlı) araşdırılması ilə bağlı müvafiq prosessual addımları, o cümlədən Qaradağ Rayon Prokurorluğunda aparılmış araşdırmaların formal, səthi və effektsiz olması ilə bağlı qənaəti prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Göründüyü kimi bu cür (yəni, Ayaz Osmanovun Cinayət-Prosessual Məcəllənin normalarından irəli gələn prosessual hüquqları təmin edilmədiyi və işgəncəyə məruz qalması barədə iddiası təkz ib edilmədiyi; “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun, CPM-in tələblərinin pozulması ilə keçirilmiş tədbir) vəziyyətdə apellyasiya məhkəməsinin A.N.Osmanovun məhkəməyədək icraatda verdiyi izahat və ifadələrini, 02 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” və “avtomobilə baxış keçirilməsi və götürmə haqqında” protokolları, bu tədbirlərin gedişində əldə olunanları sübut kimi qəbul etməməsi cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təmina t verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan norma ların tələblərini pozmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmi yyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2 6 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X9 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin Ayaz Osmanova Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verməsi Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut ol unmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı X3, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs X9 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya pr otesti təmin edilməməli, X9 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2024-cü il tarixli, 1(103)-56/2024 nömrəli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X9 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2024-cü il tarixli, 1(103)-56/2024 nömrəli hökmü verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar