Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-290/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxx 1979-cu ildə Naxçıvan MR-nın Şərur rayonu Xələc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan qeydiyyatda olan və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin (bundan sonra CM-in) 126.2.2, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), S.S.Hüseynov və Z.Q.Ağayev) xx xxxx 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 126.2.2, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 126.2.2 və 126.2.4-cü maddələri ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrumetmə c əzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanması yolu ilə ona qəti olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.H.Əhmədov və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərin qarşısının alınması, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə, həmçinin silah qismində istifadə edilən əşyaların tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirən şəxsin qəsdən sağlamlığına ağır zərər vurmuş, eyni zamanda qanunsuz soyuq silah hesab olunan ov bıçağını əldə edib üstündə gəzdirmişdir. Belə ki, Məhkum orta dərəcədə sərxoş vəziyyətdə, xx xxxxxx 2017-ci il tarixdə saat 21 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 52 nömrəli ünvanda yerləşən «Gürcü Mətbəxi» kafesində ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərin qarşısının alınması, eləcə də ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi və ya digər şəxsə müqavimət göstərməklə, habelə silah qismində istifadə edilən əşyalar tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, əsaslı səbəb olmadan əxlaq normalarına zidd, ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, ucadan nümayişkaranə şəkildə nalayiq söyüşlər söymüş, həmin vaxt onu intizama dəvət edən kafenin müdiri X4 və hadisə yerində olan Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin sahə rəisi X5 ilə mübahisə edib onların qanuni tələblərinə tabe olmayaraq, qanunsuz hərəkətlərini davam etdirərək, öz şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyəti fövqündə qoymuş, onu sakitləşdirərək tutub kafenin həyətindən bayıra çıxarmaq istəyən tanışları və onunla kafedə spirtli içkilər qəbul etmiş X6 və X2 əlindən dartınıb çıxmağa cəhd etməklə, tərpənməz predmetlərdən yapışaraq müqavimət göstərmiş, ictimai borcunu yerinə yetirən öz yoldaşlarının onu tutaraq saxlamasından daha da azğınlaşaraq, özü ilə gətirdiyi və istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış və soyuq silah hesab edilən tiyəsi qatlanan ov tipli bıçağı əynində olan şalvarının arxa cibind ən çıxarıb silah qismində istifadə olunan əşya kimi tətbiq edərək, xuliqanlıq niyyəti ilə əvvəl Tural Məmmədovun bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona sol əlin ovuc səthinin iki ədəd və qarının ön divarının iki ədəd kəsilmiş yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər, sonra isə Xun qarın nahiyəsindən bir dəfə vuraraq, onun qarın nahiyəsinin sol yarısının qarın boşluğuna nüfuz edərək acı bağırsağı və S-vari bağırsağının müsaqirəsini zədələyən və böyük piyliyin eventrasiyası (qarın boşluğundan xaricə çıxması) ilə müşayiət edilən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər yetirmiş, bununla sakitləşməyərək ətrafdakı şəxslərin, xüsusən də xidməti vəzifəsini və ictimai borcu nu yerinə yetirən polis əməkdaşı x3 və kafenin müdiri X2i bıçaqla vurmağa cəhd göstərməklə qərəzli xuliqanlıq etmiş, onun 15-20 dəqiqə ərzində davam edən, kafedə olan şəxslərin dincliyini və rahatlığını, habelə kafenin normal fəaliyyətini pozan xuliqanlıq hərəkətləri ətrafdakı şəxslərin müdaxiləsindən sonra dayandırılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya məhkəməsinin baxışına təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, iş materialları qərəzli şəkildə ona qarşı yönəldilməklə obyektiv ibtidai istintaq və məhkəmə araşdırılması aparılmamışdır. Məhkum eyn i zamanda hesab edir ki, ona cəza təyin olunarkən himayəsində 3 azyaşlı uşağının və ahıl yaşda olan valideynlərinin olması nəzərə alınmamışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1 -ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməs inin xx xxx 2018-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-290/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-290/2020
04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver