Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-290/2023 14.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum2 müdafiəçisi Cəbrayılova Nüşabə Sərdar qızının iştirakları ilə Gəncə şəhəri Nizami Rayo n Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qərarından Məhkum2nin müdafiəçisi N.S.Cəbrayılova tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ələbkbərli Roman Nəriman oğlu) Məhkum2, xx xxxx 1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünv an 1 ünvanda yaşamış, CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin Məhkum1 da CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.32-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətiə azadlıqdan məhrum etmə cəzasına məhkum ed ilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 qabaqcadan əlbir olub bir qrup şəxs halında, təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 13 yanvar 2016-cı il tarixinə keçən gecə Şəmkir şəhəri Dostluq küçəsi ev 32-də yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evinin qarşısında saxladığı sonuncuya məxsus Kamaz markalı, **-BC-***dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 300 manat olmaqla ümumilikdə 600 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub b ir qrup şəxs halında özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 03 fevral 2016-cı il tarixə keçən gecə Şəmkir rayonu Kraz yolu adlanan yerdə yerləşən "xxxx" Sənaye Tikinti İnvestisiya Korporasiyası MMC-yə məxsus “Doosan” markalı sepli ekskavatordan 2 ədəd hər birinin qiyməti 140 manat olmaqla 100 amperlik «TAB» markalı, “Hyundai” markalı ekskavatordan 2 ədəd hər birinin qiyməti 105 manat olmaqla 75 amperlik «VORTEX» markalı, Kamaz markalı yük avtomobilindən 2 ədəd hər birinin qiyməti 230 manat olmaqla 190 amperlik «PROBAT» markalı, ümumilikdə 950 manat dəyərində 6 ədəd akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqs ədilə 12 fevral 2016-ci il tarixdə saat 16:30 radələrində Zərərçəkmiş şəxs9 Goranboy rayonu Xoylu kəndində yaşadığı fərdi yaşayış evinin qarşısında saxladığı sonuncuya məxsus Kamaz markalı, **BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər birinin dəyəri 300 manat olmaqla ümumilikdə 600 manat dəyərində 2 ədəd «Mutlu» markalı 190 amperlik akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 12 fevral 2016-cıil tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs13 yaşadığı Samux rayonu Alıuşağı kəndində yerləşən evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, **-CC-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 240 manat ol maqla ümumilikdə 480 manat dəyərində 2 ədəd «Mutlu» markalı 190 amperlik akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 15 fevral 2016-cı il tarixinə keçən gecə Şəmkir rayonu Yeni Həyat kəndində yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı evinin qarşısında saxladığı sonuncuya məxsus Kamaz markalı, **-BN-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 250 manat olmaqla ümumilikdə 500 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək m əqsədilə 18 fevral 2016-cı il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs12 yaşadığı Samux rayonu Çobanabdallı kəndində yerləşən evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, **-BF-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 240 manat olmaqla ümumilikdə 480 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 27 fevral 2016-cı il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs11 yaşadığı Samux rayonu Sərkar kəndində yerləşən evinin hasarından aşıb həyətə duşərək ev sahibinin evdə olmamasından istifadə edərək saxlanc yeri hesab olunan zirzəmiyə qanunsuz daxil olmaqla o radan sonuncuya məxsus bir ədəd 400 manat dəyərində qədimi samovarı, bir ədəd 60 manat dəyərində dreli, ümumi dəyəri 90 manat olan iki ədəd laqondanı, ümumi dəyəri 200 manat olan iki ədəd prefaratoru, ümumi dəyəri 440 manat olan iki ədəd mejmayini, bir ədəd 20 manat dəyərində mis qazanı, iki ədəd 60 manat dəyərində mis tiyənləri, iki ədəd 80 manat dəyərində mis güyümləri, iki ədəd 80 manat dəyərində elektrik mişarlarını, bir ədəd 200 manat dəyərində “Ceyran” emblemini, bir ədəd 100 manat dəyərində neveleri, ümumilikdə 1730 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 28 fevral 2016-cı il tarixdə saat 01 radələrində Zərərçək miş şəxs10 yaşadığı Samux rayonu Zazalı kəndində yerləşən evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, **-BD-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 240 manat olmaqla ümumilikdə 480 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 28 fevral 2016-cı il tarixdən 29 fevral 2016-cı il tarixə keçən gecə ünvan 2-da yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı binanın qarşısında saxladığı sonuncuya məxsus Kamaz markalı, **-BP-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 220 manat olmaqla ümumilikdə 440 manat dəyərində 2 ədəd 190 amperlik «6 ST-190» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 03 mart 2016-cı il tarixinə keçən gecə Zərərçəkmiş şəxs15 yaşadığı Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində yaşayan dayısı evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, **BD-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 230 manat olmaqla ümumilikdə 460 manat dəyərində 2 ədəd 190 amperlik «6 ST-190» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 04 mart 2016-cı il tarixdə saat 02:30 radələrində Zərərçəkmi ş şəxs16 yaşadığı Samux şəhərindəki evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, BT 16 RUS 1709 tranzit nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 240 manat olmaqla ümumilikdə 480 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 04 mart 2016-cı il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs14 yaşadığı Samux şəhərindəki evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, **-BH-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 275 manat olmaqla ümumilikdə 550 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etm işdir. Bundan başqa o, təkrarən tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 04 mart 2016-ci il tarixdə saat 05 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi bina 32, mənzil 30-da yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı binanın qarşısında saxladığı sonuncuya məxsus Kamaz markalı, **-DA-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində 2 ədəd 190 amperlik «6 ST 190» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Hökmdən Məhkum2nin müdafiəçisi H.A.Fərzəliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Məmmədov Çingiz Böyü kxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qərarından müdafiəçi N.S.Cəbrayılova kassasiya şikayəti verərək həmin qərarın Məhkum2 aid hissədə dəyişdirilərək onun çəkilməmiş cəzasını azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan daha yüngül cəza ilə əvəz edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi N.S.Cəbrayılova kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsə cəza təyini məsələsi həll olunarkən onun ruhi xəstə olması, 1994-cü ildən bu diaqnozla ne vroloji-ruhi dispanserdə qeydiyyatda olması, himayəsində üç azyaşlı uşağının olması, əvəllər məhkum olunmaması, təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamış, cinayət hadisəsi nəticəsinə dəymiş ziyanın bir qismini ödəməsi cəzanı yüngülləşdirən hallar kimi, habelə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınsa da, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində, lakin bu hallara uyğun olmayan ağır və ədalətsiz cəza təyin edilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq müdafiəçi N.S.Cəbrayılov kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqd a cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum2 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının və müdafiəçinin rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum2nin və zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi N.S.Cəbrayılova apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum2 cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək onun çəkilməmiş cəzasını azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan daha yüngül cəza ilə əvəz edilməsinə dair qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndi rmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi N.S.Cəbrayılovanın şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum2nin barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərində n asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələ r tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsb it edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakim lərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi hallarda barələrində müvafiq cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. CPM-nin 12.1 və 12.3-cü mad dələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Kassasiya şikayətinin dəlllərinə cavab olaraq məhkəmə kollegiyası daha sonra qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu qənaət cinayət qanunu normalarının aşağıdakı tələblərindən, Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun öz qərarlarında əks etdirdiyi və məhkəmələrə ünvanlanmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqı nda tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM- nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alın malıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri d aşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğ un gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutları da ehtiva edir. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mə nbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Qeyd olunmalıdır ki, bu hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da çıxış edərək bir sıra qərarlarında vurğulamışdır ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini q orumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hall arı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığ ı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırla şdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutların obyektiv araşdırılmasını təmin etdiyindən, hökmdən verilmiş apellyasiya şikayətində isə bununla bağlı tələb irəli sürülmədiyindən apellyasiya instansiyası məhkəməsində təkrar araşdırmaya ehtiyac olmamış və məhkəmə tərəfindən məhkumun haqqında cəza tədbirinin seçilməsinə dair məsələlər üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-ediləməmə sinin yoxlanılması kifayət etmişdir. Kassasiya şikayətinin də məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum2nin təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər müdafiəçi tərəfindən mübahisələndirilməmişdir. Məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında (birinci instansiya məhkəməsinin hökmündə və həmin məhkəmənin nəticələri ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin qərarında) araşdırılmış sübutlar ətraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq qeyd edir ki, Məhkum2nin ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətdiyinə görə təqsirli bilinməsi barədə nət icəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş məhz bu sübutlara əsasən Məhkum2nin əməllərinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onun törətdiyi həmin əməllərini CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif etmişlər. Məhkum2nin barə sində seçilmiş cəza tədbirinin ədalətsiz və qeyr-humanist olması barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. CM-nin 15.3-cü maddəsi isə bu cinayəti az ağır cinayətlər kateqoriyasına aid etmişdir. Həmin maddəyə əsasən CM ilə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət işinin materiallarına əsasən, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə görə, məhkəmə Məhkum2 təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri də nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cinayət hadisəsi nəticəsinə dəymiş ziyanın bir qismini ödəməsini və barışıq əldə etməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi və CM-nin 61-ci maddəsndə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, işə kassasiya müraciətləri əsasında baxılarkən cinayət törətmiş şəxs barəsində daha yün gül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış hallar təqsirkarın törətdiyi cinayətin və ya cinayətlərin ictimai təhlükəlilik dərəcəsini azaldan hallara aid olsun, yaxud da onun özünün ictimai təhlükəli şəxs hesab edilməməsi barədə nəticəyə gəlmək üçün imkan versin. Məhkəmə kollegiyası Məhkum2un himayəsində üç azyaşlı uşaqların olmasının CMnin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli olması barədə kassasiya şikayətinin dəlili ilə razılaşsa da, hesab edir ki, bu halın onun törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə müqayisəli şəkildə təhlili ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi, yaxud da həmin cəzanın başqa, azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə əsas vermir ona görə ki, əvvəla həmin hal onun davamlı olaraq, bir çox epizod üzrə törətdiyi oğurluq cinayətinin ictimai təhlükəliliyini azaltmır, belə hal cəzanın məqsədlərinə nail olunmasına yönəlməmiş, digər tərəfdən məhkumun himayəsində azyaşlı uşaqların olması heç də onun özünün ictimai təhlükəli şəxs olması barədə nəticəyə gəlmək üçün əsas vermir. Belə qənaətə gələrkən, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən və həmin məhkəmələrin nəzərə aldıqları cəzanı yüngülləşdirən hallara, habelə məhkəmə-psixiatrik ekspertizasının 18 may 2022-ci il tarixli 66 saylı rəyinə görə Məhkum2nin ”Yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqof reniya” psixi xəstəlikdən əzab çəkən şəxs kimi CM-nin 22-ci maddəsinin təsiri altına düşməsinə, lakin bu xəstəlikdən məcburi müalicəyə ehtiyacının olmamasına görə, məhkəmələr sonuncuya onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddində cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmişlər ki, məhkəmə kollegiyası da məhkəmələrin həmin mövqeyi ilə razılaşır. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, qanunvericiliyin tələblərinə əsasən şəxsə onun təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə və ya sanksiyada müəyyən ediləndən daha yüngül cəza yalnız iş üzrə törədilmiş cinayətin ictimai təhlükəliliyini azaldan və ya təqsirkarın ictimai təhlükəli şəxs olmasını arad an qaldıran və bunlarla bağlı müstəsna xarakter daşıyan hallar müəyyən edildikdə təyin edilə bilər. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunvericilik qeyd olunan normalarda cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar kimi aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxm ini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onu n ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tə ləb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Bu təfsirdən çıxış edərək və cinayət işini n materiallarına əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Məhkum2nin barəsində CM-nin 62-ci maddəsinin tətbiqinə əsas verə bilən hər hansı halın müəyyən edilməsi araşdırılmış sübutlardan görünmür. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş halları müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi haqda məhkumun müdafiəçisi N.S.Cəbrayılovanın, kassasiya şikayətinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-290/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-290/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver