Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-290/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Əlimərdanov Fərid Qalib oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayə tlər Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli hökmü ilə isə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi F.Q.Əlimərdanov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən və məruzəçi), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarə t tərkibdə) Məhkum, xx xxxxxx 1983-cü il tarixdə Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, orta təhsilli, əvvəllər Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2005-ci il tarixli hökmü ilə CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilnərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 yanvar 2007-ci ildə cəzasının sonu ilə azad edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 avqust 2008-ci il tarixli hökmü ilə CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 06 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 29 avqust 2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olar aq vaxtından əvvəl azad olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş və məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Yuxarı Mollu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə nömrəsiz fərdi evdə faktiki yaşamış, təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli s ürülmüşdür ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən külli miqdarda 08 və 06 ayrı-ayrı bükümlərdə çəkiləri 0,879 qram, 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram olan, ümumi təmiz çəkisi 4,908 qram, eləcə də 01 bükümdə təmiz çəkisi 3,017 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək, satış məqsədi ilə tanışı qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində qanunsuz olaraq külli miqdarda 08 və 06 ayrı-ayrı bükümlərdə çəkiləri 0,879 qram, 0,324 qram, 0,329 qram, 2,568 qra m, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram olan ümumi təmiz çəkisi 4,908 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 130 (bir yüz otuz) manata satmış, sonuncu həmin narkotik vasitələri və psixotop maddəni əldə edib, daşımaqla üzərində saxladığı üçün xx.xx.2021-ci il tarixdə, saat 15:20-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən «Okean» şadlıq sarayının yaxınlığında saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli gödəkcəsinin sol yan cibindəki açıq yaşıl rəngli kapron qab ın içərisindən külli miqdarda siqaret kağızına bükülmüş 08 büküm, səffaf sellofana bükülmüş 06 bükümlərdə bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan təmiz çəkiləri 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqli olan təmiz çəkisi 0,879 qram,bükümlərin ümumi təmiz çəkisi 4,908 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, xx.xx.2021-ci il tarixdə, saat 02:20 radələrində Məhkum şübhəli şəxs qismində tutularaq Sumqayıt ŞPİ- nin MSY-yə təhvil verildikdən sonra MSY-nin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən anal dəliyindən 01 ədəd şəffaf rəngli sellofan polietilenə bükülmüş, ümumi təmiz çəkisi 3,017 qram olan kustar üsulla hazırlanmış və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 14 ədəd bükümün 13 ədəd bükümü yəni 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram narkotik vasitə heroinlə bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyn olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən isə, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona görə bəraət verilmişdir ki, ittiham tərəfi Məhkum narkotik vasitənin olmasını və ondan bu narkotik vasitənin götürülməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İstintaq materiallarında olan və ittiham tərəfinin əsaslandığı əsas sübut, 3 nəfər müvəqqəti saxlama yerinin əməkdaşı olan polis nəfərləri tərəfindən tərtib olunmuş akt olmuşdur ki, bu aktın tərtib edilməsi və sübut kimi təqdim edilməsi özü-özlüyündə prosessual qanunvericiliyə zidd olması ilə yanaşı, aktda qeyd olunan hallar nə videogörüntülərlə, nə də ki, hal şahidlərinin iştirakı ilə təsdiq olunmamışdır. Həmin polis əməkdaşlarının ifadələri isə digər sübutlarla təsdiq olunmadığı halda qərəzsiz və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, Məhkum götürülməsi iddia olunan və sonradan iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin yerində və vaxtında prosessual qanunvericiliyə uyğun qablaşdırılmaması, ittiham tərəfinin təqdim etdiyi bu sübutun da mötəbərliyinə əsaslı şübhələrin olmasına səbəb olan haldır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Məmmədov Samir Nazim oğlu tərəfindən verilmiş apellyasiya protestinə və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Mustafazadə Ruslan Əsabəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 28 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxla nılmışdır. Həmin qərardan dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi R.Ə.Mustafazadə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 25 yanvar 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarı isə ləğv edilərək cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Hökmdən dövlət ittihamçısı S.N.Məmmədov tərəfindən ve rilmiş apellyasiya protestinə əsasən təkrarən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İsmayılov Azər İbrahim oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundаn ibаrət tərkibdə) 31 iyul 2023-cü il tarixli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü Məhkum münasibətdə ləğv edilmiş, o, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum elan olunmuş ittihamdan CM-nin 234.4.1-ci maddəsi xaric edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5, 9.2.2, 9.3-cü bəndlərinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1 (bir) il 5 (beş) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il azaldılaraq CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın amnistiya tətbiq edildikdən sonra çəkilməmiş qalan hissəsi, yəni 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum qəti olaraq 7 (yeddi) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 13 mart 2021-ci il tarixdən 05 may 2022-ci il tarixədək həbsdə olduğu 1 (bir) il 1 (bir) ay 22 (iyirmi iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilən cəzadan çıxılaraq üzərində qəti olaraq 6 (altı) il 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin cəzanı isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 31 iyul 2023-cü il tarixdən hesablanması, Məhkum dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi F.Q.Əlimərdanov kassasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi F.Q.Əlimərdanov kassasiya şikayətində Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, iş üzrə toplanmış və araşdırılmış sübutlara istinad edərək həmin şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hal hazırda kassasiya qaydasında mübah isələndirən hökmündə sübutlara düzgün qiymət verməmiş və nəticədə Məhkum hüquqları pozulmaqla onun barəsində qanunsuz və əsassız yekun məhkəmə aktı qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən, yəni Məhkum barəsində tərtib edilmiş “Şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, onda hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Belə olan halda aydındır ki, Məhkum hansı məqsədlə tutularaq müvəqqəti saxlanılma yerinə yerləşdirilməsi bəllidir. Bunun məqsədi, Məhkum narkotik vasitə “aşkar etmək” və onun həbsinə “qanuni don geyindirmək” olmuşdur. Cinayət işinin materiallarında olan 14 mart 2021-ci il tarixli aktdan görünür ki, həmin akt Sumqayıt ŞPİ-nin Müvəqqəti Saxlama Yerinin növbətçisi Şahid5 tərəfindən postaçılar Şahid7 və Şahid2nin iştirakları ilə tərtib edilərək onlar tərəfindən imzalanmışdır. Akta əsasən, həmin gün saat 02:20-də MSY-nə qəbul edilmiş Məhkum üzərinə baxış keçirilən zaman o, oturarkən onun anal dəliyindən bir ədəd ağ sellofana bükülmüş büküm yerə düşmüşdür. Həmin büküm yoxlanılarkən içərisində qəhvəyi rəngli narkotik maddəyə oxşar kütlə aşkar olunmuş və bu haqda idarənin növbətçi hissəsinə məlumat verilmişdir. Həmin akt Məhkum tərəfindən imzalanmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin MSY- nin mühafizə üzrə polis nəfəri, polis baş serjantı Şahid5 ifadəsində göstərmişdir ki, 13 mart 2021-ci il tarixdə o Sumqayıt ŞPİ-nin MSY-də növbətçilik cədvəli üzrə növbədə olmuş, 14 mart 2021-ci il tarixdə saat 02 radələrində xidmətdə olarkən şübhəli şəxs qismində tutulmuş Məhkum MSY-nə gətirilərək qəbul edilmişdir. Daha sonra, müvəqqəti saxlama yerinin boş otağında MSY-nin əməkdaşları Şahid6 və Şahid7 iştirakı ilə Məhkum üzərində olan əşya və paltarları soyundurulmuş və o, oturub-qaldırıldıqdan sonra onun anus dəliyindən bir ədəd uzunsov təxminən 2 sm uzunluğunda ağ rəngli polietilen büküm yerə düşmüşdür. Həmin bükümü götürüb baxdıqda içərisində qəhvəyi rəngli maddə olduğunu görmüşlər. Otaqda kamera olmuşdur. Bununla da, Məhkum aşkar edilən içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə götürülmüşdür. Daha sonra o, verilən suallara cavab olaraq göstərdi ki, aşkar edilmiş kütlə növbətçi hissəyə təhvil verilmiş, həmin büküm Şahid7 tərəfindən götürülmüş, həmin vaxtı hal şahidləri dəvət edilməmiş, büküm səhər onun tərəfindən ŞPİnin növbətçi hissəsinə qablaşdırılm adan aparılmış və növbətçi hissədə konvertə qoyularaq imzalanıb, möhürlənərək qablaşdırılmışdır. Həmçinin şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin MSY-nin mühafizə üzrə polis nəfərləri Şahid6 və Şahid7 da Şahid5 ifadələri iə eynilik təşkil edən məzmunda ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Təkcə bu hal bütövlükdə götürmənin qanunsuz hesab edilməsi, aşkar edilməsi iddia olunan narkotik vasitənin isə mötəbər olmayan mümkünsüz sübut elan edilməsi üçün əsasdır. Çünki, yalnız polis əməkdaşları tərəfindən tərtib olunaraq imzalanmış, qanunvericiliyin tələblərinə zidd olan, şübhəli şəxs tərəfindən belə imzalanmayan akt əsasında Məhkum külli miqdarda narkotik vasitənin aşkar olunması əsaslı şübhələr yaradır ki, bu şübhələr təqsirləndirilən şəxs Məhkum xeyr inə həll edilməlidir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2021-ci il tarixli 6/1043 saylı rəyinin həm təsviri-əsaslandırıcı, həm də nəticə hissələrindən görünür ki, narkotik vasitənin qablaşdırılmasında yalnız möhür əksi olmuş, onun nə vaxt və kim tərəfindən götürülməsi ilə bağlı heç bir qeydiyyat aparılmamış, götürmə aparan və götürmədə iştirak edən şəxslərin imzaları ilə təsdiq olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 31 iyul 2023-cü il tarixli hökmündə Məhkum aşkar edilməyən narkotik vasitənin rəsmiləşdirilməsini qanuni hesab etmək üçün qeyd etmişdir ki, cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və müvəqqəti saxlama yerinə qəbul edilən Məhkumun üzərində aparılan axtarışa birinci instansiya məhkəməsinin istinad etdiyi CPMnin 245 və 246-cı maddəl ərinin tələbləri şamil edilmir. Müdafiəçinin qənaətinə görə, bu yanaşma tamamilə əsassız və qanunsuzdur ona görə ki, belə yanaşma “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə ziddir. Apellyasiya instansiyası məhkəməsi isə hökmdə ““Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli 352-IVQ №-li Azərbaycan Respublikası Qanununa istinad etməklə nəzərə almamışdır ki, CPM-nin qüvvəsi bu qanundan daha üstün qüvvəyə malikdir. Hər bir halda, məhkəmə “Həbs yerlərində saxlandan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli 352-IVQ №-li Azərbaycan Respublikası Qanununun müddəalarını düzgün tətbiq etməmişdir. Qeyd edilən qanunun mütləq tələbinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərdə qadağan olunmuş əşyalar aşkar edildikdə həmin əşyalar müvafiq protokol tərtib edilməklə götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Narkotik vasitə qadağan edilmiş əşyalar sırasına aid edildiyindən onun götürülməsi mütləq qaydada protokolla və CPM-nin tələblərinə uyğun, yəni video çəkilişlə və ya hal şahidlərinin iştirakları ilə aparılmalı idi. Polis əməkdaşlarının ifadələrindən görünür ki, Məhkum guya anus dəliyindən narkotik aşkar edildiyi otaqda kamera olmuş, lakin kamera ilə çəkilmiş videogörüntülər iş materiallarına əlavə edilməmişdir. Bu bir daha onu təsdiq edir ki, Məhkum narkotik vasitə olmamışdır. Göründüyü kimi, Məhkum narkotik vasitənin aşkar edilməsi digər bütün mötəbər sübutlarla təkzib olunduğu halda, apellyasiya instansiyası məhkəməsi yalnız bir sənədi – polis əməkdaşları tərəfindən tərtib edilmiş “aktı” mötəbər sübut kimi qəbul edib hüquqlarını müdafiə etdiyi şəxsi törətmədiyi cinayətə görə məhkum etməklə onu ağır cəzaya məruz qoymuşdur. Halbuki, ittiham tərəfi məhkəmədə Məhkum narkotik vasitənin olmasını və ondan bu narkotik vasitənin götürülməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, Məhkum götürülməsi iddia olunan və sonradan iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin yerində və vaxtında prosessual qanunvericiliyə uyğun qablaşdırılmaması, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə əsaslı şübhələrin olmasına səbəb olan haldır. Həmçinin müdafiəçi kassasiya şikayətində hesab etmişdir ki, Məhkum 08 bükümdə və 06 ayrı-ayrı büküm lərdə, ümumi təmiz çəkisi 4,908 qram, eləcə də 1 ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edərək, Təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində qanunsuz olaraq 130 manata satmasının təsdiq olunması ilə bağlı nəticə də əsassızdır. Məhkum bu epizoda da aidiyyətinin olmaması iş üzrə digər qərəzsiz sübut növləri ilə də kifayət qədər öz təsdiqini tapmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli və Məhkum istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrələri ilə 13 mart 2021-ci il tarixdə aparılan telefon danışıqları və anten lokalizasiyasına dair məlumatlar müvafiq mob il rabitə operatorlarından götürülmüşdür. Həmin məlumatlara, işdə olan tutulma protokoluna və şübhəli şəxslərin ifadələrinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixdə saat 15:45-də tutulduqdan sonra polis əməkdaşları tərəfindən Məhkum tutulması üçün əməliyyata cəlb olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin gün öz istifadəsində olan 077271-71-91 nömrəsindən iki dəfə saat 18:34-də və 19:32-də Məhkum istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurmuş və Məhkum tutulduğu yer Sumqayıt şəhərinin Corat qəsəbəsi olmuşdur. Anten lokalizasiyasına əsasən Təqsirləndirilən şəxs tərəfindən edilən birinci zəng “Term” idman kompleksinin yaxınlığında, ikinci zəng isə Corat Bağları ərazisində edilmişdir. Bu dəlillər bir daha təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatları, yəni Məhkum Təqsirləndirilən şəxs istifadə etməklə keçirilən əməliyyat zamanı polis əməkdaşları tərəfindən tutulmasını təsdiq edir. Yuxarıda göstərilənlərə əsasən müdafiəçi F.Q.Əlimərdanov hesab edir ki, Məhkum təqsirini ittiham tərəfi sübuta yetirə bilməmiş, məhkəmə isə ittihamın funksiyasını üzərinə götürməklə mötəbər olmayan sübutları təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirmişdir ki, bu qanunvericiliyin tələblərinə ziddir. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi F.Q.Əlimərdanov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin digər iştirakçıları ilə yanaşı Məhkum da kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatla ndırılmış, lakin buna baxmayaraq o, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda Ali Məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdir ilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi F.Q.Əlimərdanov kassasiya şikayətinin məzmunundan göründüyü kimi, sonuncu həmin şikayətində Məhkum elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsini, apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilməməsini və sonuncunun təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilməsini, bu haqda qəbul edilmiş yekun məhkəmə aktının əsasını isə yolverilməz sübutlar təşkil etdiyini iddia edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli hökmünün ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-c i maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi F.Q.Əlimərdanovun kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Belə ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhk əmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə, birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kas sasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalan an qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və a pellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması h üququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunm amasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunl a nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tə rəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədb irlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsitndə deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasınd a yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddə lərinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, c inayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzm ununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onu n xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsind ə təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayə t mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəs i hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat veril ən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsində əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi işti rakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları t am, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış büt ün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirlənd irilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqs irsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Şərh olunanlara əsaslanaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPMnin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların mü əyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikavsı Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi a ktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsin in Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında göstiərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum barəsindəki 31 iyul 2023-cü il tarixli hökmündən verilmiş kassasiya şikayətində irəli sürülən apellyasiya instansiyası məhkəməsinin hökmünün qeyri-obyektiv sayılması və sonuncunun əsassız olaraq məhkum edilməsi haqqında dəlillərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Əvvəla cinayət işinin materiallarından görünür ki, Məhkum qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülərək ona, birinci instansiya məhkəməsinin hökmü ilə həmin ittiham üzrə bəraət verilmişdir ona görə ki, ittiham tərəfi Məhku m narkotik vasitənin olmasını və ondan bu narkotik vasitənin götürülməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İstintaq materiallarında olan və ittiham tərəfinin əsaslandığı əsas sübut, 3 nəfər müvəqqəti saxlama yerinin əməkdaşı olan polis nəfərləri tərəfindən tərtib olunmuş akt olmuşdur ki, bu aktın tərtib edilməsi və sübut kimi təqdim edilməsi özü-özlüyündə prosessual qanunvericiliyə zidd olması ilə yanaşı, aktda qeyd olunan hallar nə videogörüntülərlə, nə də ki, hal şahidlərinin iştirakı ilə təsdiq olunmamışdır. Həmin polis əməkdaşlarının ifadələri isə digər sübutlarla təsdiq olunmadığı halda qərəzsiz və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, Məhkum götürülməsi iddia olunan və sonradan iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin yerində və vaxtında prosessual qanunvericiliyə uyğun qablaşdırılmaması, ittiham tərəfinin təqdim etdiyi bu sübutun da mötəbərliyinə əsaslı şübhələrin olmasına səbəb olan haldır. İş üzrə toplanmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmiş faktiki hallar isə ondan ibarətdir ki, Məhkum istintaqa məlum olmayan mənbədən külli miqdarda 08 və 06 ayrı-ayrı bükümlərdə çəkiləri 0,879 qram, 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram olan, ümumi təmiz çəkisi 4,908 qram, eləcə də 01 bükümdə təmiz çəkisi 3,017 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop madd ə metamfetamini əldə edərək, satış məqsədi ilə tanışı Təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində qanunsuz olaraq külli miqdarda 08 və 06 ayrı-ayrı bükümlərdə çəkiləri 0,879 qram, 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram olan ümumi təmiz çəkisi 4,908 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 130 (bir yüz otuz) manata satmış, sonuncu həmin narkotik vasitələri və psixotop maddəni əldə edib, daşımaqla üzərində saxladığı üçün 13 mart 2021-ci il tarixdə, saat 15:20-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfi ndən Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən «Okean» şadlıq sarayının yaxınlığında saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli gödəkcəsinin sol yan cibindəki açıq yaşıl rəngli kapron qabın içərisindən külli miqdarda siqaret kağızına bükülmüş 08 büküm, səffaf sellofana bükülmüş 06 bükümlərdə bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan təmiz çəkiləri 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqli olan olan təmiz çəkisi 0,879 qram,bükümlərin ümumi təmiz çəkisi 4,908 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 14 mart 2021-ci il tarixdə saat 02:20 radələrində isə Məhkum şübhəli şəxs qismində tutularaq Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verildikdən sonra MSY-nin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən anal dəliyindən 01 ədəd şəffaf rəngli sellofan polietilenə bükülmüş, ümumi təmiz çəkisi 3,017 qram olan kustar üsulla hazırlanmış və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 14 ədəd bükümün 13 ədəd bükümü yəni 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram narkotik vasitə heroinlə bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Əvvəla, iş materiallarının təhlili göstərir ki, bu halları müəyyən edərkən, apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, apellyasiya protestinə məhkəmə baxışı iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri məhkəmənin 31 iyul 2023-cü il tarixli hökmündə onlara qanuna müvafiq qaydada qiymət verilməklə əks etdirilmiş və kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq həmin məhkəmə çıxardığı hökmün əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, digər məhkum Təqsirləndirilən şəxs, çoxsaylı şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişdir. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələbinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prose si iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hə rəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə, o cümlədən apellyasiya icraatına aid olan materiallarla həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Bundan başqa, Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, həm faktları araşd ırmaq və müəyyən etmək, həm də qanunvericiliyin bu və ya digər normasını tətbiq etmək səlahiyyətləri üzərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun həmin məhkəmənin hökmündə təsvir edilən cinayət əməllərini törətməsi və bu əməllər üzrə onun təqsirli bilinərək cəzalandırılmalı olması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilm əsə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və hökmdə qanuna müvafiq qaydada qiymət verilmiş sübutların bir hissəsinə müraciə etməyi zəruri bilir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi yalnız polis əməkdaşları tərəfindən tərtib olunaraq imzalanmış, prosessual qanunvericilkdə nəzərdə tutulmayan və onun tələblərinə zidd olan, şübhəli şəxs tərəfindən belə imzalanmayan akt əsasında Məhkum külli miqdarda narkotik vasitə aşkar olunmasına əsaslı şübhələr yarandığından, CPM-nin 246 və 246-cı maddələrinin müddəalarına istinad edərək bütün şübhələri Məhkum xeyrinə həll etməklə əsassız olaraq ona təqsirliliyi sübuta yetirilmədiyindən bəraət vermişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, cinayət törətməkdə şübhəli şəxs q ismində tutulmuş və müvəqqəti saxlama yerinə qəbul edilən Məhkum üzərində aparılan axtarışa birinci instansiya məhkəməsinin istinad etdiyi CPM-nin 245 və 246-cı maddələrinin tələbləri şamil edilmir. Belə ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli 352-IVQ №-li Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətləri tənzimlənir. Həmin Qanunun 12.1.1-ci maddəsinə görə, tutulmuş və ya həbs edilmiş şəxslərin qəbul edilməsi, onların qeydiyyatının və şəxsi axtarışının aparılması, əşyalarının yoxlanılması, tibbi müayinədən keçirilməsi və kameralard a yerləşdirilməsi daxili intizam qaydalarından biri kimi müəyyən edilir. Adı çəkilən Qanunun 36.3-cü maddəsinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxslərin “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatı aparılır, fotoşəkilləri çəkilir və onların barəsində şəxsi axtarış tətbiq edilir. Tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanıldığı yerdə axtarış aparılır, onların əşyaları, bağlamaları, sovqatları və banderolları yoxlanılır. Qanunun 36.5-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş və ya həbs edilmiş şəxslərdə qadağan olunmuş əşyalar aşkar edildikdə həmin əşyalar müvafiq protokol tərtib edilməklə götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlanmasına icazə verilməyən əşyalar aşkar edildikdə onlar müvafiq akt tərtib edilməklə götürülür, tutulmuş və ya həbs edilmiş şəxs azad olunanadək saxlanılmaq üçün anbara təhvil verilir və ya həbs yeri müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bu barədə tutulmuş və ya həbs edilmiş şəxsə məlumat verilir. Tutulmuş və ya həbs edilmiş şəxs təhvil verilən əşyaların siyahısını imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli, 63 nömrəli qərarı ilə təsdiq edilmiş, “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 5.5-ci bəndində göstərilmişdir ki, qəbul zamanı həbs edilmiş şəxslərin üzərində tam axtarış, onlara məxsus əşyalara isə baxış keçirilir. Qəbuldan dərhal sonra həbs olunmuş şəxsə yaxın qohumlarına və ya əlaqə saxlanılması onun üçün maraq doğuran digər şəxslərə telefonla həbsi barədə məlumat vermək imkanı yaradılır. Həbs edilmiş şəxslər əldə etməyə, özlərində saxlamağa, sovqatlarda gətirilməsinə, habelə bağlama və banderollarda göndərilməsinə icazə verilən əşya, mallar və ərzaq məhsulları istisna olmaqla, digər mallar, əşyalar və ərzaq məhsulları saxlanılması üçün anbara təhvil verilir, bu barədə həbs edilmiş şəxsin iştirakı ilə akt tərtib olunur və onun şəxsi işinə əlavə edilir. Bu əşya, mallar və ərzaq məhsulları həbs edilmiş şəxsin ərizəsinə əsasən onun yaxın qohumlarına təhvil verilir. Belə əşyalar digər istintaq təcridxanasına və ya cəzaçəkmə müəssisəsinə daxil olmuş həbs edilmiş şəxsdə aşka r edildikdə, onların hərəkətləri daxili rejim qaydalarının pozuntusu kimi qiymətləndirilir. Təbii səbəblərdən xarab olan ərzaq məhsulları məhv edilir və bu barədə həbs edilmiş şəxs məlumatlandırılmaqla akt tərtib olunur. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünür ki, birinci instansiya məhkəməsi Məhkumun üzərində müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən aparılmış axtarış zamanı “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli 352-IVQ №-li Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın tətbiq etdiklərini nəzərə almamışdır. Məhkəmə kollegiyası i sə hesab edir ki, apellyasiya instansiya məhkəməsi 31 iyul 2023-cü il tarixli hökmündə düzgün olaraq Məhkum 3.017 qram narkotik vasitə olan heroinin aşkar edilməsini özündə əks etdirən aktı cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları özündə əks etdirən sənəd kimi qəbul etmişdir. Çünki aktı tərtib edən şəxslər həmin anda “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli, 352-İVQ №-li Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli, 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaların” da göstərilənlərə uyğun hərəkət etmişlər və onların fəaliyyətini istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarını kobu d pozuntularla aparılma kimi qiymətləndirmək olmaz. CPM-nin 124.2.5-ci maddəsinə əsasən sənədlər də sübut növlərindən biri hesab edilir və məhkəmə kollegiyası də öz növbəsində sözügedən aktı sübut növlərindən biri olan sənəd kimi qəbul edir. CPM-nin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, həmin sənəd, yəni akt iş üçün əhəmiyyət kəsb edən halı - Məhkum satış məqsədi ilə əldə edib, üzərində daşıyaraq saxladığı 3,017 qram heroinin sonuncudan aşkar edilməsini özündə əks etdirir və səlahiyyətli şəxs tərəfindən tərtib edilmişdir. Eyni zamanda sözügedən akt onun həqiqiliyini, mənbəyini, əldə olun ma hallarını təsdiq edə bilən şəxsdən alınmış, başqa sözlə məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alınmamışdır. Məhkum aşkar edilmiş 3.017 qram heroin təkcə aktla deyil, həm də aktın məzmununa uyğun gələn onu tərtib etmiş müvəqqəti saxlama təcridxanasının əməkdaşlarının ifadələri ilə də təsdiq olunmuşdur. Yeri gəlmişkən, bu halların mövcudluğu həmçinin hazirki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərarında da əksini tapmışdır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin və psixotrop maddələrin sonuncunun Məhkumdan 130 manat pulun müqabilində əldə etməsi iş üzrə araşdırılmış sübutlarla tam təsdiq edilir (bu sübutlar apellyasiya instansiy ası məhkəməsinin hökmündə ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür). Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi barədə nəticə, yəni onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni məhz Məhkum 130 manat məbləğində pul müqabilində əldə edərək saxlaması və daşıması, yəni nəticə etibarı ilə Məhkum da qarşı irəli sürülmüş ittişhamın bir hissəsinin təsdiq edilməsi Ali Məhkəmənin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərarında da əksini tapmış və buna görə də həmin qərarla Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti təmin e dilməmişdir. Məhkəmə kollegiyası bir daha vuğulayır ki, Məhkum ona qarşı irləi sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi iş üzrə araşdırılmış sübutlarla, yəni şahidlərin ifadələri, telefon danışıqlarının və yazışmalarının aparılması barədə məlumatlarla, habelə iş üzrə toplanmış və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla tam təsdiq edilir və buna görə apellyasiya instansiyası məhkəməsi tərəfindən onun əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi, bu maddə əsasında ona müvafiq cəzanın təyin edilməsi barədə gəldiyi nəticə tam qanuni və əsaslıdır, belə olan halda isə bu nəticəyə dair apellyasiya instansiyası məhkəməsinin 31 iyul 2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin icraatına CPM-nin 42.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əsasla xitam verilməsi üçün heç bir əsas yoxdur. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini Məhkum cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmiş dəlillər kimi kimi qiymətləndirib onları qəbul edilməz sayır və eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum, həm də iş üzrə digər məhkum olunmuş Təqsirləndirilən şəxs, şahid qismində dindirilmiş şəxslərin istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında fiziki və ya psixi təsirlər altında ifadələr vermələri, onların hüquqlarının pozulması müəyyən edilməmiş, cinayət təqibi zamanı başqa pozuntulara da yol verilməmişdir. Cinayət işinin faktiki hallarına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə, iş materiallarına görə, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraat ının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmə qəbul etdiyi hökmün əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmişdir. Bütün təsvir olunanlara əsasən, məhkəmə kollegiyası müdafiəçinin dəlilləri ilə razılaşmayaraq belə qənaətə gəlir ki, Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi və ona həmin maddə əsasında 31 iyul 2023-cü il tarixli hökmdə cəzanın təyin olunması əsaslı hesab edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması, yaxud da işin icraatına CPM-nin 42.1-ci maddəs ində nəzərdə tutulmuş hər hansı əsasla xitam verilməsini mümkün bilmir. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası müdafiəçi F.Q.Əlimərdanovun kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil hesab edir ki, hazırki qərarda təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kassasiya şikayətinin təmin olunması barədə Məhkum müdafiəçisi F.Q.Əlimərdanovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət itt ihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti təmin edilməməklə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tari
Məhkəmə qərarları › İş №1(102)-290/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-290/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver