Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2901/2025 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – nümayəndə1, Müdafiəçi – Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 sentyabr 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi nümayəndə1 və məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 mart 2025-ci il tarixli 1(100)-239/2025 nömrəli (hakimlər: Imanov Dadaş Hüseyn oğlu (sədrliyi), Müslümov Bəhruz Filizman oğlu, Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə # #### 1996-cı il tarixdə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, xxx-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26.01.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin 20.000 manat mənəvi zərərin və 22.000 min manat maddi ziyanın ödənilməsi hissəsində mülki iddiasının mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilməsi və 3000 manatın təqsirləndirlən şəxs Məhkum alınaraq zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis ödənilməsi, mülki iddianın digər hissədə rəsmi sənədlər təqdim edilmədiyindən baxılmamış saxlanılması və həmin hissədə mülki məhkəmə qaydasında iddia vermək hüququnun zərərçəkmiş şəxsin hüquqi varisinə izah olunması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi nümayəndə2 və təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət məhkəmə tərkibində) 25 sentyabr 2025-ci il tarixli 1(104)-290/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti təmin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 mart 2025-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməlinin CM-in 120.2.4-cü maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilməsi və onun CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis mülki iddiasının 22.000 manat maddi ziyan tələbi hissəsində qismən, 4986.71 (dörd min doqquz yüz səksən altı manat yetmiş bir qəpik) manat məbləğində təmin edilərək təqsirləndirilən şəxs Məhkum alınaraq ona ödənilməsi müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi nümayəndə1 və məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən kassasiya şikayətləri verilmişdir. IŞIN HALLARI: Məhkum ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, qəsdən xüsusi amansızlıqla adam öldürmüş yəni, digər şəxsi qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Belə ki o, X1 ona borc pul verməsindən imtina edib onu ağır söyüşlərlə təhqir etməsindən hiddətləndiyindən aralarında yaranmış mübahisəyə birdəfəlik son qoymaq üçün onu öldürmək qərarına gəlmiş və bu məqsədlə cinayətkar niyyətini həyata keçirməkdən ötrü 25 yanvar 2024-cü il tarixdə saat 21 radələrində ünvan 1 saylı ünvanda yerləşən x şəhəri, x nömrəli körpələr evi-uşaq bağçasının qarşısında orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində X ilə şəxsi münasibətlər zəminində mübahisə edərək, əvvəlcədən yəni, həmin gün “x” marketdən 1,50 manata aldığı tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 110, ümumi uzunluğu 235 mm olan qatlanmayan tipli, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan kustar üsulla hazırlanmış, məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə həmin yerə mübahisədən xəbəri olmaqla gəlmiş X-in oğlu 05.12.2011-ci il təvəllüdlü şahid4 və faktiki nikahda olan birgə yaşadığı şahid2 gözləri qarşısında ona əzab və iztirab verdiyini dərk etməklə, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, eyni zamanda X-ə xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq, həmçinin oğlu şahid4 münasibətdə əziz olan atasına və şahid2 münasibətdə əziz olan ərinə qarşı zorakı əməllər etməklə ona əzab və iztirab verdiyini dərk edərək, onların gözləri qarşısında X-in qarın nahiyəsinə qəsdən vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən qarın nahiyəsinin ön səthinin qarın boşluğuna keçən nazik bağırsaq müsariqəsinin və qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yara xəsarəti yetirmiş, daxilə keçən qaraciyərin və nazik bağırsaq müsaqirəsinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yara nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə ilə ölümünə səbəb olan xəsarətlər yetirməklə sonuncunu qəsdən xüsusi amansızlıqla öldürmüş, yəni X-i qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Məhkəmələr isə yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASIYA PROTESTININ VƏ KASSASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI, PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından və məhkəmə tərəfindən də sübut qismində qəbul edilmiş ibtidai istintaq protokolları və birinci instansiya məhkəməsinin iclas protokolları ilə hadisə mexanizminin apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi formada baş verməməsi və onun əməlində xüsusi amansızlığın əlamətlərinin olmasını müəyyən edir. Belə ki, hazırkı cinayət işinin də faktiki mövcud halları nəzərə alındıqda təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxs X-in oğlu 05.12.2011-ci il təvəllüdlü şahid4 və faktiki nikahda olmaqla birgə yaşadığı şahid2 gözləri qarşısında ona əzab və iztirab verdiyini dərk etməklə, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, eyni zamanda X-ə xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq, həmçinin oğlu şahid4 münasibətdə əziz olan atasına və şahid2 münasibətdə əziz olan ərinə qarşı zorakı əməlləri etməklə ona da əzab və iztirab verdiyini dərk edərək, onların gözləri qarşısında X-in qarın nahiyəsinə bıçaqla qəsdən vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarət yetirməklə sonuncunu qəsdən öldürməsi, təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə ifadə olunduğundan və bu xüsusat məhkəmədə öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli qəsdən xüsusi amansızlıqla zərərçəkmiş şəxsi həyatdan məhrum etmə kimi qiymətləndirilməlidir. Kollegiyanın hadisənin X-in evinin birbaşa qarşısında deyil yaşadığı evdən 20 metr kənarda baş verməsi, zərərçəkmiş şəxsin arvadının birbaşa ərinin hansı alətlə vurulmasını konkret olaraq görməməsi, Məhkum bir dəfə bıçaq xəsarəti yetirdikdən sonra ikinci zərbəni yetirməyib hadisə yerindən qaçması kimi hallar əməldə xüsusi amansızlıq əlaməti aradan qaldıran hallar deyil. Ali Məhkəmənin mövcud qərarında göstərilmiş xüsusatlar nəzərə alındıqda Məhkum əsaslı bəhanə olmadan pul mübahisəsinə görə sərxoş vəziyyətdə X-in evinin qarşısına gəlməsi, orada mərhumun arvadı və övladlarını görməsi və onların mərhum zərərçəkmiş şəxsin ailə üzvləri olmasını bilməsi fonunda X-in yaşadığı evdən 20 metr aralıda arvadı şahid2 kənardan onları izləməsini bildiyi halda əri X-ə xəsarət yetirəcəyi halda arvadı və azyaşlı övladlarına psixoloji travma ilə yanaşı əzab və iztirab verəcəyini bilərək X tərəfindən münaqişəyə təşəbbüs yaradılmadığı şəraitdə birbaşa ona həyati təhlükə yarana biləcək nahiyəsindən bıçaqla xəsarət yetirib qəsdən həyatdan mərhum etməsində xüsusi amansızlığın bütün mümkün əlamətləri mövcuddur. Məhkəmənin mübahisəsiz hal kimi hadisənin qaranlıq şəraitdə baş verməsini qəbul etməsinin əksinə şahid şahid2, şahid3 ifadələrindən, hadisə yerinə baxış protokolundan da müəyyən olunur ki, hadisə baş verən bağçanın qarşısı kifayət qədər işıqlandırılmış ərazi olmuş və şahid2 ilə övladının həmin məsafədən baş verənləri aydın şəkildə görmək imkanları olmuşdur. Məhkəmə kollegiyası xüsusi amansızlığın əlamətinin olmaması ilə bağlı qənaətini Məhkum hadisə zamanı zərərçəkmişin arvadı və övladlarının hadisəni gördüyünü bilmədiyi şəraitdə xəsarət yetirməsinə əsaslanaraq tövsiflə bağlı nəticəyə gəlmişdir. Çünki digər ifadələrdən mərhum zərərçəkmiş şəxsin arvadı şahid2 və övladı şahid4 tərəfindən hadisənin baş vermə mexanizminin görüldüyü mübahisəsizdir. Təqsirləndirilən şəxsə münasibətdə isə o öz ifadələrindən əlavə ibtidai istintaq dövründə şahid2 ilə arasında özünün müdafiəçisinin iştirakı ilə keçirilmiş üzləşdirmə zamanı da şahid2 hadisə zamanı onun aralıda dayanmış olduğunu və əri vurulduqdan sonra onun arxasınca qaçmasını demişdir. Sadalanan hallardan da görünür ki, təqsirləndirilən şəxs hadisəni törətməzdən əvvəl yaxınlıqdan zərərçəkmiş şəxsin arvadının onlara baxdığını və X-ə bıçaqla xəsarət yetirərkən cəmi 20 metrlikdə dayanmış arvadı və övladının bu hadisədən iztirab keçirə biləcəklərini dərk etmiş və bilmişdir. Hazırkı iş üzrə işin faktiki hallarını nəzərə almayan məhkəmə CM-in 120.2.4-cü maddəsinin tərkibinin yaranmasını zəruri edən Məhkum tərəfindən törədilən əməlin cinayəthüquqi nəticələrinə düzgün hüquqi qiymət verməmiş, onun əməlini CM-in 120.1-ci maddəsinə tövsif etməklə əməlin tövsifinin hüquqi əhəmiyyətini itirməsinə, irəli sürülən ittihamda nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli olan Məhkum məsuliyyətdən kənarda qalmasına səbəb olmuşdur ki, bununla da CM-in müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi mümkün olmamış, CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplər pozulmuşdur. Odur ki, qeyd edilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 sentyabr 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından və məhkəmə tərəfindən də sübut qismində qəbul edilmiş ibtidai istintaq protokolları və birinci instansiya məhkəməsinin iclas protokolları ilə hadisə mexanizminin cinayət kollegiyasının müəyyən etdiyi formada baş verməməsi və onun əməlində xüsusi amansızlığın əlamətlərinin olması açıq aşkar şəkildə müəyyən edilməkdədir. Belə ki, mərhum zərərçəkmiş şəxsin arvadı şahid2 istər ibtidai istintaqda, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyasında məhkəmə istintaqı zamanı dindirilərkən eyni məzmunlu ifadələr verərək X və X-i evlərinin qarşısında gördüyünü, daha sonra X-in onlardan aralandığını və özünün iki övladı ilə birlikdə onların arxasınca baxdığını, danışılanları isə tam olaraq eşitdiyini bildirmişdir. O, bu zaman mağar pulu ilə əlaqədar X ilə X arasında mübahisə olduğunu və qəflətən X-in X-i vurduğunu, əvvəlcə X-in X-i yumruqla vurduğunu düşündüyünü, bu zaman X-in arxasınca qaçdığını, geri qayıdarkən isə ərinin yıxılmış vəziyyətdə olduğunu, X-in isə onun yanında olmasını göstərmişdir. Təqsirləndirilən şəxs ilkin ibtidai istintaq dövründə vermiş olduğu ifadələrdə və məhkəmə istintaqı zamanı dindirilərkən özünün hadisədən əvvəl toy məclisində spirtli içki qəbul etməsini və daha sonra X-lə aralarında mağar pulu ilə əlaqədar mübahisə yarandığı üçün sərxoş vəziyyətdə marketdən bıçaq alaraq X-in yaşadığı ünvana getməsini və orada münaqişə zamanı əvvəlcə üzərində olan bıçağın dəstəyi ilə X-in başına daha sonra isə bıçaqla onun qarın nahiyəsinə vurmasını göstərmişdir. X5 ailə üzvlərinin ifadələrindən onların Məhkumla X arasındakı telefon danışığı zamanı evdə olmalarını və danışıqları eşitmələrini X tərəfindən təqsirləndirilən şəxs Məhkum ünvanına hər hansı söyüş söyülmədiyini göstərmişlər. X5 tərəfindən Məhkum ünvanına hər hansı söyüş söyülməsi konkret olaraq müəyyən edilməmişdir. Bunu ancaq təqsirləndirilən şəxs öz törətmiş olduğu əmələ bəraət qazandırmaq üçün uydurmuş lakin bu halı təsdiq edən hər hansi xüsusat müəyyən edilməmişdir. Həm zərərçəkmiş şəxsin arvadının verdiyi ifadələrdə də həm də təqsirləndirilən şəxs tərəfindən verilən ifadələrdə öz təsdiqini tapmışdır ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə zərbə edindirildikdən sonra zərəçəkmiş şəxsin arvadı təqsirləndirilən şəxsə tərəf qaçaraq onu tutmağa cəhd etmiş və təqsirləndirilən şəxs də bunu gördüyü üçün hadisə yerindən qaçmışdır. Yəni burada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bir bıçaq zərbəsi endirməsindən dərhal sonra oradan uzaqlaşması məhz zərərçəkmiş şəxsin arvadı tərəfindən hücuma məruz qalmasının qarşısının alınması olmuşdur. Bundan başqa təqsirləndirilən şəxsin cəlb olunarkən dindirilməsi zamanı, həmçinin üzləşmə istintaq hərəkətləri keçirilən zaman zərərçəkmiş mərhuma ilkin olaraq başına daha sonra isə qarın nahiyəsinə bir neçə bıçaq zərbəsini endirməsini bildirməsi, onun həmin zaman kifayət qədər alkoqol içkisi qəbul etməsi, həmçinin reallıqda qarın nahiyyəsinə bir bıçaq zərbəsi endirməsinə baxmayaraq bir neçə zərbə endirməsini bildirməsi onun əsl niyyətindən yəni zərərçəkmişin arvadının onun üzərinə hücum çəkməsi halının olmayacağı təqdirdə niyyətində tutduğu bir neçə zərbə endirəcəyinin göstəricisidir. Yəni burdan da görünür kimi burada yalnız bir bıçaq zərbəsi endirməklə qisas alıb hadisə yerindən uzaqlaşmaq niyyəti olmamışdır. Yəni hadisənin xüsusi amansızlıqla törədilməsi məhz təqsirləndirilən şəxsin niyyətində olmuş və o bunu həyata keçirmişdir. Hazırkı cinayət işinin də faktiki mövcud halları nəzərə alındıqda təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxs X-in oğlu 05.12.2011-ci il təvəllüdlü şahid4 və faktiki nikahda olmaqla birgə yaşadığı şahid2 gözləri qarşısında ona əzab və iztirab verdiyini dərk etməklə, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, eyni zamanda X-ə xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq, həmçinin oğlu şahid4 münasibətdə əziz olan atasına və şahid2 münasibətdə əziz olan ərinə qarşı zorakı əməlləri etməklə ona da əzab və iztirab verdiyini dərk edərək, onların gözləri qarşısında X-in qarın nahiyəsinə bıçaqla qəsdən vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa aid edilən xəsarət yetirməklə sonuncunu qəsdən öldürməsi, təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə ifadə olunduğundan və bu xüsusat məhkəmədə öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli qəsdən xüsusi amansızlıqla zərərçəkmiş şəxsi həyatdan məhrum etmə kimi qiymətləndirilməsi zəruridir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin qərəzli hərəkətləri nəticəsində mərhumun ailəsinə bərpa olunması mümkün olmayan həcmdə həm mənəvi həm də maddi zərər vurmasına baxmayaraq mülki iddianı da qismən, yəni az hissədə təmin etmişdir. Odur ki, qeyd edilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 sentyabr 2025-ci il tarixli qərarının ləğv edilərək, Məhkum əməlinin CM-in 120.2.4-cü maddəsinə tövsif edilməsi, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzanın təyin edilməsi, həmçinin mülki iddianın tam şəkildə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təyin edilən cəzanın ağırlığı məhkumun əməlinə və şəxsiyyətinə uyğun olmadığından yüngülləşdirilməlidir. Belə ki, cinayət işinin materiallarında məhkumun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Əksinə iş materiallarında məhkumun cəzasını yüngülləşdirən kifayət qədər halların mövcud olmasına baxmayaraq, məhkəmələr həmin halları nəzərə almamış və əsassız olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddində cəza təyin etmişdir. Cinayət işinin materialları ilə hadisənin məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsi müəyyən edildiyi halda və bu hal CM-in 59.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq məhkuma cəza təyin edilərkən onun cəzasını qanunla yüngülləşdirən hal kimi nəzərə alınmalı olduğu halda, bu hal nəzərə alınmamışdır. Bundan əlavə, məhkum Məhkum yaxın qohumu Vətənimizin müdafiəsi uğrunda 44 günlük müharibədə şəhid olmuş, həmin şəhid ailəsi azyaşlı uşağı ilə birlikdə məhkumun himayəsində olmasını təsdiq edən sübutlar da məhkəməyə təqdim olunmuş. lakin məhkəmə bunları nəzərə almamışdır. Eyni zamanda, iş materiallarından görünür ki, o, əvvəllər məhkum edilməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq dəfələrlə çəkdiyini bildirmişdir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 sentyabr 2025-ci il tarixli qərarının dəyişdirilərək, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə nümayəndə1 çıxış edərək, kassasiya protesti və özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi müdafiəçi2 çıxış edərək, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 120.2.4cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 120.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 sentyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayətləri təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 sentyabr 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş xüsusi amansızlıqla qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tam tapmış, lakin sonradan işə baxan apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə tam razılaşmamış, onun cinayət əməlinin istintaq orqanı tərəfindən CM-in 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum qəsdən adam öldürmə cinayət əməlini xüsusi amansızlıqla törətmədiyi qənaətinə gəlinərək onun əməlinin CMin 120.1-ci maddələri ilə tövsif edilməli olduğu barədə qənaətə gəlinmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən sübutların araşdırılması, onların etibarlılığının yoxlanılması və qiymətləndirilməsi birbaşa olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin müstəsna səlahiyyətinə aiddir. Kassasiya instansiyası isə yalnız hüquq normalarının düzgün tətbiqinə nəzarət edir, sübutların yenidən qiymətləndirilməsini həyata keçirmir. Bu baxımdan tərəflərin faktiki olaraq sübutların yenidən qiymətləndirilməsinə yönəlmiş arqumentləri kassasiya baxışının predmetinə uyğun deyildir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və tərəflərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya müraciətlərində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya protestində və kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkum, ona apellyasiya instansiyası məhkəməsinin qərarı ilə istinad edilən cinayət əməlini törətməsi kassasiya protestində və zərərçəkmişə tərəfin kassasiya şikayətində iddia olunanın əksinə olaraq apellyasiya məhkəməsində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Kassasiya məhkəmə kollegiyası məhkumun əməlinin hüquqi tövsifi məsələsinə yuxarıda qeyd edilən normaların tələblərinə əsasən qiymətləndirməklə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarından da istinad etməyi məqsədəmüvafiq hesab edir. Həmin qərarda göstərilmişdir ki, “xüsusi amansızlıqla qəsdən adam öldürmə” cinayəti təhlil olunarkən nəzərə alınmalıdır ki, burada söhbət hər hansı istənilən amansızlıqdan deyil, yalnız xüsusi amansızlıqdan gedir. Çünki qəsdən insanı həyatdan məhrum etmə özü-özlüyündə təqsirkarın müəyyən amansızlığını ifadə edir. CM-in 120.2.4-cü maddəsinin düzgün tətbiq edilməsi, “xüsusi amansızlıq” anlayışının necə başa düşülməsindən asılı olduğu halda, qanunda bu anlayışın meyarları göstərilməmişdir. Həmin Plenum qərarında izah edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi Ali Məhkəmənin Plenumun adı çəkilən qərarında xüsusi amansızlıq anlayışının həm qətlin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olmasından başqa, həmçinin təqsirkarın qəsdinin istiqaməti də qeyd edilir. Qətlin xüsusi amansızlıqla törədilmiş kimi qiymətləndirilməsi üçün müəyyən edilməlidir ki, zərərçəkmiş şəxsin məhz xüsusi amansızlıqla həyatdan məhrum edilməsi halı təqsirkarın qəsdi ilə əhatə olunmalıdır. Bu zaman qəsdin forması barədə hər hansı göstərişin olmaması ona dəlalət edir ki, bu zaman təqsirkar istər birbaşa, istərsə də dolayı qəsdlə hərəkət edə bilər. Ilk növbədə qeyd edilməlidir ki, kassasiya protestində və zərərçəkmiş tərəfin kassasiya şikayətində xüsusi amansızlıq əlamətinin yalnız zərərçəkmişin həyat yoldaşı və azyaşlı oğlunun hadisəni müşahidə etməsi ilə əsaslandırılmasına cəhd göstərilsə də, CM-in 120.2.4-cü maddəsinin dispozisiyası və Ali Məhkəmə Plenumunun hüquqi mövqeyi belə nəticəyə gəlməyə əsas vermir. Plenum qərarında açıq şəkildə göstərilmişdir ki, zərərçəkmişin yaxınlarının yanında adam öldürmə faktının özü-özlüyündə xüsusi amansızlıq təşkil etmir. Bunun üçün təqsirləndirilən şəxsin yaxın adamların hadisəni gördüyünü bilməsi, həmin üsulla onlara xüsusi iztirab yetirmək niyyətində olması və ya ən azı bunu dərk edərək şüurlu surətdə buna yol verməsi mütləq müəyyən edilməlidir. Iş materiallarında isə həmin subyektiv əlamətlərin mövcudluğu hər hansı mötəbər sübutlarla təsdiq edilməmişdir. Apellyasiya məhkəməsi şahid şahid2 məhkəmə iclasında verdiyi ifadəni düzgün qiymətləndirərək müəyyən etmişdir ki, o özü də X-in hadisə zamanı ona baxmadığını, yalnız hadisədən sonra qışqırmağa başladıqda onun tərəfə çevrildiyini bildirmişdir. Bu ifadə bilavasitə onu göstərir ki, təqsirləndirilən şəxs zərərçəkmişin həyat yoldaşının həmin anda hadisəni müşahidə etdiyini dərk etməmişdir. Eyni zamanda zərərçəkmişin oğlu şahid4 ifadəsindən görünür ki, o atasına bıçaqla zərbə endirilməsini deyil, yalnız iki əllə vurulmasını görmüş, bıçaq tətbiq edilməsini isə sonradan anasının sözlərindən bilmişdir. Belə ki, CPM-in 126.3-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Deməli, hadisənin bilavasitə bıçaqla törədilməsi nə zərərçəkmişin həyat yoldaşı, nə də oğlu tərəfindən aydın şəkildə müşahidə edilməmişdir. Belə olan halda təqsirləndirilən şəxsin onları məqsədli şəkildə psixoloji iztiraba məruz qoymaq niyyətində olması barədə nəticə çıxarmaq hüquqi cəhətdən mümkün deyildir. Şahid şahid1 da ifadəsində hadisənin necə baş verdiyini görmədiyini, X-in zərərçəkmişi hansı şəraitdə və hansı alətlə vurduğunu müşahidə etmədiyini göstərmişdir. O yalnız sonradan zərərçəkmişin özündən bıçaqla vurulduğunu eşitmişdir. Hadisəni ən yaxın məsafədən izləyən şəxslərdən birinin belə bıçağın tətbiqini görməməsi hadisənin qısa zaman ərzində və ani şəkildə baş verdiyini təsdiq edir. Qeyd olunanalarla yanaşı cinayət işinin materiallarına olan məhkəmə-tibb ekspertizasının 26 yanvar 2024-cü il tarixli 13 nömrəli rəyindən görünür ki, X6 meyitinin bədənində-qarın nahiyəsinin ön səthinin qarın boşluğuna keçən nazik bağırsaq müsaqirəsinin və qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir. Qeyd edilən xəsarət həyatidir, X-in ölümündən az qabaq deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. X6 meyitinin bədənində deşilmiş-kəsilmiş yaradan başqa xəsarət aşkar edilməmişdir. X5 ölümünə səbəb qarının daxilə keçən qaraciyərin və nazik bağırsağın müsaqirəsinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yara nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə olmuşdur. X6 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən zərərçəkmişin bədənində yalnız bir ədəd kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir. Meyitdə çoxsaylı xəsarətlərin, işgəncə xarakterli zorakılığın və ya zərərçəkmişə xüsusi əzab verməyə yönəlmiş hərəkətlərin mövcud olmaması obyektiv tibbi sübutlarla təsdiq edilmişdir. Bu hal da xüsusi amansızlıq əlamətinin mövcud olmaması barədə apellyasiya məhkəməsinin nəticəsini təsdiqləyir. Kassasiya protestində və kassasiya şikayətində təqsirləndirilən şəxsin əvvəlcə baş nahiyəsinə, sonra isə qarın nahiyəsinə zərbə endirdiyi göstərilərək bundan xüsusi amansızlıq nəticəsi çıxarılmağa çalışılmışdır. Lakin məhkəmə-tibb ekspertizasının yekun rəyində baş nahiyəsində hər hansı xəsarətin aşkar edilmədiyi qəti şəkildə göstərilmişdir. Buna görə də təqsirləndirilən şəxsin ilkin ifadələrindəki ziddiyyətlər obyektiv ekspertiza rəyi ilə təkzib edilmiş və həmin ifadələr xüsusi amansızlıq niyyətini sübut edən etibarlı sübut kimi qəbul edilə bilməz. Protestdə və şikayətdə hadisə yerinin işıqlandırılması məsələsinə də istinad edilmişdir. Lakin hadisə yerinin müəyyən qədər işıqlandırılmış olması avtomatik olaraq təqsirləndirilən şəxsin zərərçəkmişin ailə üzvlərinin onu izlədiyini bildiyini sübut etmir. Əksinə, şahid2 öz ifadəsində X-in hadisə zamanı ona baxmadığını göstərməsi həmin ehtimalı aradan qaldırır. Bu səbəbdən işıqlandırmanın mövcudluğu xüsusi amansızlığın subyektiv əlamətinin müəyyən edilməsi üçün həlledici hüquqi əhəmiyyət daşımır. Dövlət ittihamçısı sübutların müqayisəli təhlilinin aparılmadığını bildirsə də, məhkəmənin əsaslandırmasından görünür ki, məhz müqayisəli və sistemli təhlil nəticəsində ibtidai istintaq orqanının gəldiyi nəticələrin düzgün olmadığı qənaətinə gəlinmişdir. Kassasiya protestində hadisənin zərərçəkmişin evindən təxminən 20-30 metr aralı baş verməsinin hüquqi əhəmiyyət daşımadığı göstərilsə də, apellyasiya məhkəməsi həmin halı digər sübutlarla birlikdə qiymətləndirmişdir. Iş materiallarından görünür ki, təqsirləndirilən şəxs zərərçəkmişlə söhbətə onun ailə üzvlərinin yanından kənarda başlamış, avtomobildən onların yanında düşməmiş və mübahisə də ailə üzvlərindən müəyyən məsafədə baş vermişdir. Bu faktlar onun yaxın adamlara nümayiş etdirmək məqsədi ilə hərəkət etmədiyini göstərən hallardan biri kimi düzgün nəzərə alınmışdır. Şikayətdə təqsirləndirilən şəxsin hadisə yerindən qaçmasının səbəbi kimi zərərçəkmişin həyat yoldaşının ona tərəf qaçması göstərilərək bundan onun əslində bir neçə zərbə endirmək niyyətində olduğu nəticəsi çıxarılır. Bu isə sırf ehtimala əsaslanan mülahizədir. Cinayətprosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü və ya qərarı ehtimallar üzərində deyil, yalnız mötəbər və bir-biri ilə uzlaşan sübutlar əsasında qəbul edilə bilər. Təqsirləndirilən şəxsin gələcəkdə hansı hərəkətləri edə biləcəyi barədə fərziyyələr cinayət-hüquqi qiymətləndirmənin əsası ola bilməz. Apellyasiya məhkəməsi Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə uyğun olaraq təqsirləndirilən şəxsin qəsdinin istiqamətini, cinayətin törədilmə üsulunu, hadisənin yerini, vaxtını, müddətini, zərərçəkmişə yetirilmiş xəsarətlərin xarakterini, şahid ifadələrini və ekspertiza rəylərini qarşılıqlı şəkildə qiymətləndirərək əsaslı nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin hərəkətlərində CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi amansızlıq əlamətləri sübuta yetirilməmişdir. Protestdə apellyasiya instansiyası məhkəməsinin sübutları guya yalnız təqsirləndirilən şəxsin ifadələri əsasında qiymətləndirdiyi iddia olunsa da, məhkəmə aktının məzmunu bunun əksini göstərir. Belə ki, məhkəmə öz qərarında iş üzrə toplanmış bütün sübutların, yəni şahid ifadələrinin, istintaq hərəkətləri protokollarının, maddi sübutların və digər sənədlərin məcmu şəkildə araşdırıldığını və qiymətləndirildiyini açıq şəkildə qeyd etmişdir. Məhkəmə yalnız formal sadalama ilə kifayətlənməmiş, eyni zamanda həmin sübutların hüquqi əhəmiyyətini və onların cinayət tərkibinin elementlərinə uyğunluğunu təhlil etmişdir. Dövlət ittihamçısının və nümayəndənin məhkəmənin guya subyektiv yanaşma sərgilədiyi barədə iddiaları da əsaslı deyildir. Məhkəmə öz nəticələrini yalnız hüquqi normaların tətbiqi və sübutların obyektiv təhlili əsasında formalaşdırmış, ehtimallara və ya fərziyyələrə əsaslanmamışdır. Əksinə, tərəflərin mövqeyi daha çox ehtimal xarakterli olub, cinayət tərkibinin bütün zəruri əlamətlərinin sübuta yetirilməsi tələbinə cavab verməmişdir. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmuş və əmələ verilmiş hüquqi tövsif qanuni və əsaslı olmuşdur. Dövlət ittihamçısının kassasiya protestində və nümayəndənin kassasiya şikayətində göstərilən dəlillər isə əsasən sübutların yenidən qiymətləndirilməsinə yönəldiyindən və iş üzrə müəyyən edilmiş hallarla təsdiq olunmadığından əsassız hesab edilməlidir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmələr düzgün olaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb məcmu halda hüquqi qiymət verərək, belə nəticəyə gəlmiş ki, təqsirləndirilən şəxsin qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini xüsusi amansızlıqla törətməsi sübuta yetirilmir. Bu səbəbdən qeyd edilən məsələyə dair kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərar qüvvədə saxlanılmalıdır. Yuxarıda sadalanan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin qeyd edilən müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının və nümayəndənin əməlin düzgün tövsif olunmaması barədə iddialarının əsassız olduğu müəyyən edilir. Bundan başqa, kassasiya şikayətində mülki iddianın tam təmin edilməməsi ilə bağlı dəlillər də əsaslı sayıla bilməz. Apellyasiya məhkəməsi təqdim olunmuş sübutların prosessual yolverilənliyini yoxlamış, əlavə olaraq yalnız qəbr işinə dair rəsmi ödəniş sənədini maddi zərərin sübutu kimi qəbul etmiş, digər qaimələrin isə qanunvericiliyin tələblərinə cavab vermədiyini, elektron qaimə-faktura formasında tərtib olunmadığını, zəruri rekvizitləri özündə əks etdirmədiyini əsaslandırmaqla həmin sənədləri mötəbər sübut hesab etməmişdir. Bu qiymətləndirmə prosessual qanunvericiliyin tələblərinə tam uyğundur. Beləliklə, kassasiya protestində və kassasiya şikayətində göstərilən arqumentlər apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edən yeni hüquqi və ya faktiki əsaslar müəyyən etmir, həmin dəlillər əsasən iş üzrə artıq araşdırılmış sübutların fərqli subyektiv şərhindən ibarətdir. Iş üzrə toplanmış sübutların məcmusu isə məhkumun əməlində CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan xüsusi amansızlıq əlamətinin mövcud olduğunu təsdiq etmədiyindən, kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməli CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya protestində və kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya müraciətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 120.1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Müdafiə tərəfdən verilmiş kassasiya şikayətində isə cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmiş olsa da, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Cinayət işinin materiallarında olan Gəncə şəhər evlər üçlüyü tərəfindən verilmiş 28.06.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Məhkum yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DIN BƏSII-dən daxil olmuş arayışdan görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Iş materiallarından görünür ki, məhkəmə tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum cəzasını yüngülləşdirən əlavə hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin əməlində CM-in 61ci maddəsinə uyğun olaraq ağırlaşdırıcı hallar mövcud olmasa da, bu fakt öz-özlüyündə cəzanın mütləq şəkildə minimum həddə təyin edilməsini şərtləndirmir. Cəza təyin edilərkən həm yüngülləşdirici, həm də ağırlaşdırıcı halların olub-olmaması ilə yanaşı, törədilmiş cinayətlərin sayı, xarakteri və ağırlıq dərəcəsi də nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə istinad olunan maddə xüsusilə ağır cinayətlər kateqoriyasına aid olub, yüksək ictimai təhlükəlilik daşıyır. Bu səbəbdən belə cinayətə görə daha yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinə, o cümlədən sosial ədalətin bərpasına və yeni cinayətlərin qarşısının alınmasına xidmət etməzdi. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiə tərəfinin cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, verilmiş kassasiya protesti və kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 sentyabr 2025-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2901/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2901/2025
16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver