Məhkəmə qərarları › İş №1(102)-2905/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2905/2025

01.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2905/2025 01.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X21 müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X12, məhkumun müdafiəçisi Müdafiəçi Imaməddin oğlunun və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il # ####### tarixli, *(***)-****/**** nömrəli qərardan məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## ###### 1974-cü il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Rüdəkənar kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 126.3-cü maddəsi ilə 10 (on) il müddətinə, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı ## ###### 2022-ci il tarixdən hesablamışdır. Hökmlə həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis təqsirləndirilən şəxs Məhkum qarşı mənəvi zərərin əvəzi olaraq 1*****0 (bir milyon) manat, maddi ziyanın əvəzi olaraq 15000 (on beş min) manat məbləğində pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılmış və zərərçəkmiş şəxsin hüquqi varisinə mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah olunmuşdur. Həmin hökmdən məhkum Məhkum, müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi X8 tərəfindən apellyasiya şikayətləri, həmçinin dövlət ittihamçısı Mehrəliyev Vüsal Bəhram oğlu tərəfindən apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər H.H.Əhmədov (sədrlik edən), Z.A.Şirinov və İ.A.Ibrahimlidən ibarət tərkibdə) 2023-cü il # ###### tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya müraciətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il # ###### tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi X8 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X16 (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və X4 ibarət tərkibdə) 2024-cü il # ###### tarixli, *(***)-****/**** nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi X8 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Məhkum CM-in 126.3, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il # ###### tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, cinayət işi zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Hüquqi varis mülki iddiasına (mənəvi ziyanla bağlı) aid məsələyə, həmçinin Məhkum təyin edilmiş cəzaya aid hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X13 (sədrlik edən), Hüseyn Cavid Vaqif oğlu və X14 ibarət tərkibdə) 2024-cü il # ####### tarixli, *(***)-****/**** nömrəli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti, Azərbaycan Respublikasının Baş X21 Müdafiəsi üzrə Idarənin Ağır cinayətlər məhkəmələrində dövlət Ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mehrəliyev Vüsal Bəhram oğlu tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2023cü il tarixli hökmü mülki iddianın mənəvi ziyan hissəsində və cəza təyini hissəsində dəyişdirilmiş, mülki iddianın mənəvi ziyan hissəsi qismən təmin edilmiş, məhkum edilmiş Məhkum 10.000 (on min) manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis ödənilməsi, mülki iddianın mənəvi ziyan hissəsinin qalan hissədə rədd edilməsi, məhkum edilmiş şəxs Məhkum özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bildiyi üçün cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət işi üzrə həmin hissədə icraata xitam verilməsi, məhkum edilmiş Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməai, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərara alınmış, hökm qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə görə Məhkum qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, gəzdirdiyi soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai borcunu yerinə yetirən şəxsə və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan təkrarən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş və xuliqanlıq niyyəti ilə gəzdirdiyi soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə təqsirləndirilən şəxs Məhkum ## ###### 2022-ci il tarixdə, saat 20:30 radələrində dostluq münasibətində olduğu zərərçəkmiş şəxs2 tərəfindən dəvət olunduğu ünvan 2 ünvanda yerləşən “xxxx” adlı kafeyə şahid2 ilə gedib əvvəldən məclisdə iştirak edən zərərçəkmiş şəxs2 tanışları şahid4, şahid7, şahid5, zərərçəkmiş şəxs1, şahid4, şahid6 ilə birlikdə masa arxasında oturub bir qədər spirtli içki qəbul etdikdən sonra masa arxasında əyləşən şahid7 polis əməkdaşı olduğunu bilib zərərçəkmiş şəxs2 polis əməkdaşı ilə bir masa arxasında əyləşdirilməsini irad bildirdikdən sonra sonuncu ilə aralarında yaranmış mübahisə ilə bağlı əyləşdikləri kafedən çıxaraq kafenin qarşısında söhbət edib aralarında olan mübahisəyə son qoyduqdan sonra həmin yeri tərk edərək məclisdə iştirak edən zərərçəkmiş şəxs1 idarə etdiyi “Toyota Prius” markalı, **-VY-*** dövlət nömrə nişanlı avtomobil ilə yaşadığı evə getmək istəyərkən onunla birlikdə getməyi təkid edib avtomobilə əyləşən zərərçəkmiş şəxs2la ## ###### 2022-ci il tarixdə, saat 23:35 radələrində yaşadığı Bakı şəhəri, ünvan 4 saylı binanın qarşısına çatdıqdan sonra həmin ünvanın qarşısında saxladığı, oğlu X9 məxsus etibarnamə əsasında idarə etdiyi “Volkswagen Jetta” markalı, **-DN-*** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşaraq onunla həmin yerə gəlmiş zərərçəkmiş şəxs2la söhbət edən zaman ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək şalvarın sağ yan cibində gəzdirdiyi soyuq silah hesab edilən ümumi uzunluğu 274 millimetr, tiyəsinin uzunluğu 147 millimetr, eni əsasında 25 millimetr, ortada 33 millimetr, ucunda 1 millimetr, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, dəstəyi metallik korpusdan hazırlanmış, digər hissədə qırmızı rəngli plastik materialdan lövhələrlə bərkidilmiş dəstəyinin uzunluğu 127 millimetr, eni 20 millimetrdən 35 millimetrə qədər olan qalınlığı 10 millimetrdən 15 millimetrə qədər olan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını cibindən çıxarıb açaraq cinayətkar niyyətini həyata keçirmək üçün kənardakı şəxslərin diqqətini özünə cəlb edib vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək ətrafda olan insanlara məhəl qoymayaraq özünü ətrafdakılara qarşı qoyaraq silah qismində istifadə etdiyi həmin bıçaqla xuliqanlıq hərəkətləri etməklə zərərçəkmiş şəxs2 bədəninin müxtəlif yerlərinə ardıcıl zərbələr endirməyə başlamış, həmin vaxt onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan, ictimai borcunu yerinə yetirən zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi qeyd olunan bıçaqla zərbə yetirərək təkrarən xuliqanlıq etməklə sonuncuya dərəcəsinə görə yüngül zərər vurmaya aid sol qalça tini nahiyyəsinə 1 ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirmiş, onun zərbələrindən kənarlaşdığını görüb zərərçəkmiş şəxs2 qəsdən öldürmək niyyətini sona çatdırmaq məqsədilə sonuncuya tərəf gedib ardıcıl bıçaq zərbələri endirərkən zərərçəkmiş şəxs1 dəfələrlə onun əlindən tutmaqla cinayətkar əməlinin qarşını almağa çalışmasına məhəl qoymayaraq zərərçəkmiş şəxs2 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran sağ və sol bud arteriyalarının zədələnmələrı ilə müşayiət olunan 2 ədəd deşilmiş kəsilmiş yaraları, canlı şəxslərdə sağlamlığa zərər vurmayan sol sağrının bir ədəd, sağ sağrının 2 ədəd səthi deşilmiş kəsilmiş yaraları, sol çiyin qurşağının və hər iki diz oynağının sıyrıqları xəsarətlərini yetirərək zərərçəkmiş şəxs2 qəsdən öldürmüş, bununla da o, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, gəzdirdiyi soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai borcunu yerinə yetirən şəxsə və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan təkrarən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş və xuliqanlıq niyyəti ilə gəzdirdiyi soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa, ibtidai istintaq orqanı həm də belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum 2021-ci ilin oktyabr ayında istintaqa məlum olmayan mənbədən ümumi uzunluğu 615 mm olan, tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, tiyənin ucu orta xətt üzərində yerləşən, tiyənin bir üzündə ulduz aypara və müvafiq yazı işarələri həkk edilmiş, tiyənin orta xəttdən uzunluğu 465 millimetr, orta hissədə eni 37 millimetr, maksimal qalınlığı 4 millimetr olan, dəstəyi əsası tiyənin davamı olmaqla sarı rəngli taxta və metal materialdan hazırlanmış, dəstəyin ön tərəfində yuxarıya doğru 10 millimetr, aşağıya doğru 19 millimetr ölçüdə çıxıntı məhdudlaşdırıcı olan, dəstəyinin uzunluğu 150 millimetr, orta hissədə eni 30 millimetr, orta hissədə qalınlığı 22 millimetr olan kustar üsul ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 01 ədəd xəncəri qanunsuz olaraq əldə edərək gəzdirmiş, qeyd olunan xəncər axtarış və götürmə aparılması haqqında qərarla ## ###### 2022-ci il tarixdə saat 02:20-də Ziya Bünyadov prospekti 2096-cı məhəllədə yerləşən X5 ** saylı cərimə meydançasında saxlanılan X6 məxsus X9 tərəfindən etibarnamə əsasında idarə olunan BMW markalı, 77 BN-145 dövlət nömrə nişanlı avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Məhkum yuxarıda qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir, lakin təqsirləndirilən şəxs Məhkum münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə baxışında hərtərəfli, tam və obyektiv araşdırılmış, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər sübutlarla təsdiqini tapsa da, ibtidai istintaq orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum ## ###### 2022-ci il tarixdə, saat 20:30 radələrində dostluq münasibətində olduğu, baxılan iş üzrə mərhum zərərçəkmiş zərərçəkmiş şəxs2 tərəfindən dəvət olunduğu ünvan 2 ünvanda yerləşən "xxxx” adlı kafeyə tanışı, həmçinin iş yoldaşı şahid2 ilə birlikdə gedib, həmin kafedə əvvəlcədən ümumi razılaşmaya əsasən təşkil edilmiş yeyib-içmək məclisində iştirak edən zərər çəkmiş mərhum zərərçəkmiş şəxs2 tanışları şahid4, şahid7, şahid5, zərərçəkmiş şəxs1, şahid4 və şahid6 ilə birlikdə eyni masa arxasında oturub bir qədər yemək yeyib spirtli içki qəbul etdikdən sonra, tanışlıq mərhələsində təqsirləndirilən şəxs Məhkum onlarla birlikdə masa arxasında oturmuş şahid7 polis əməkdaşı olduğunu öyrəndikdən sonra sonuncunu qiyabi olaraq idman məşqçisi kimi tanıdığını, onun polis olmasını bilmədiyini bildirməsini yüngül dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olan mərhum zərərçəkmiş zərərçəkmiş şəxs2 bunu onun polis əməkdaşı ilə bir masa arxasında əyləşdirilməsini istəməməsi kimi qəbul edərək yüngül dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olan təqsirləndirilən şəxs Məhkumla mübahisə yaratmış, sonuncunun təşəbbüsü əsasında yaranmış mübahisə zəminində təqsirləndirilən şəxs Məhkum və mərhum zərərçəkmiş zərərçəkmiş şəxs2 bir birini təhqir edib, qarşılıqlı olaraq biri digərinin hərəkətlərinə və danışıqlarına iradlar bildirmişlər. Bundan sonra məclis iştirakçılarının ümumi razılaşmasına əsasən əvvəlcədən alınmış tortla aralarında müəyyənləşdirilmiş yerdə çay içmək məqsədilə hamı, o cümlədən təqsirləndirilən şəxs Məhkum və mərhum zərərçəkmiş zərərçəkmiş şəxs2 «xxxx” kafesindən küçəyə çıxdıqda təqsirləndirilən şəxs Məhkum və mərhum zərərçəkmiş zərərçəkmiş şəxs2 ikilikdə razılaşaraq, danışıqlarını heç kəsin eşitməyəcəyi bir kənara çəkilərək təqribən 15-20 dəqiqə ərzində söhbət etmiş, aralarında olan mübahisəyə son qoyaraq bir-biri ilə barışmış və kafenin qarşısına onları gözləyən tanışlarının yanına qayıtmışlar. Bundan sonra təqsirləndirilən şəxs Məhkumla tanışı şahid2 evlərinə getmək üçün taksi axtarmağa başlamış, lakin ərazidə taksi olmadığından həmin vaxt məclis iştirakçısı, spirtli içki qəbul etməmiş, baxılan iş üzrə digər zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 eyni məclisdə spirtli içki qəbul etmiş şahid6 məxsus olub, sonuncunun özünün xahişi ilə idarə etdiyi "Toyota Prius” markalı, **-VY-*** dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında olarkən təqsirləndirilən şəxs Məhkum onu və məclisə birlikdə gəldiyi şahid2 yaxın ərazidə yerləşən yaşayış ünvanlarına aparmağı xahiş etmiş, zərərçəkmiş şəxs1 onları aparmağa etiraz etmədikdə təqsirləndirilən şəxs Məhkum avtomaşının salonunda qabaq, şahid2 isə arxa oturacaqda oturmuş, avtomaşın hərəkətə başlama anında mərhum zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 avtomaşının arxa sol qapısını açaraq avtomaşına oturmaq və onlarla birlikdə getmək istədiyini bildirmişdir. Həmin vaxt avtomaşını idarə edən zərərçəkmiş şəxs1, avtomaşında arxa oturacaqda sərnişin kimi oturmuş şahid2 və hətta təqsirləndirilən şəxs Məhkum özü zərərçəkmiş şəxs2 onun sərxoş olduğunu bildirərək onlarla getməsinə etirazlarını bildirmələrinə baxmayaraq sonuncu təkidlə avtomaşının arxa oturacağına oturmuş və yalnız bundan sonra avtomaşının sükanı arxasında olan zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs Məhkumla şahid2 istədikləri ünvanlara çatdırması üçün avtomaşını hərəkətə gətirmiş, avtomaşında olan şahid2 yolüstü maşından düşüb yoluna avtobusla davam edəcəyini bildirərək avtomaşını saxlatdırıb düşmüşdür. Bundan sonra təqsirləndirilən şəxs Məhkum, mərhum zərərçəkmiş zərərçəkmiş şəxs2 və sürücü qismində avtomaşının sükanı arxasında olan zərərçəkmiş şəxs1 yollarına davam etmiş, yol gedərkən mərhum zərərçəkmiş zərərçəkmiş şəxs2la təqsirləndirilən şəxs Məhkum arasında “xxxx” kafesində başlanmış mövzu ətrafında mübahisə yenilənmiş, lakin zərərçəkmiş zərərçəkmiş şəxs1 mübahisəyə son qoymaq məqsədilə hər iki şəxsə 20 ilin dostu olduqlarını xatırladaraq şəxsi iradlarını bildirib onları sakitləşdirməyə çalışmışdır. ## ###### 2022-ci il tarixdə, saat 23:37-də təqsirləndirilən şəxs Məhkum yaşadığı Bakı şəhəri, ünvan 4 saylı binanın qarşısına çatmış və zərərçəkmiş şəxs1 həmin ünvanın qarşısında idarə etdiyi avtomaşını saxlamış, ilk olaraq avtomaşının arxa oturacağından sağ tərəfdən mərhum zərərçəkmiş zərərçəkmiş şəxs2, ardınca qabaq oturacaqdan sağ tərəfdən təqsirləndirilən şəxs Məhkum, sonuncu isə soldan sükan arxasından sürücü- zərərçəkmiş zərərçəkmiş şəxs1 düşmüş, təqsirləndirilən şəxs Məhkum avtomaşından düşdükdən sonra elə həmin ünvanda, yəni Əliyar Əliyev küçəsində, ** saylı binanın qarşısında üzü binaya doğru dayanacaqda dayanmış oğlu X9 məxsus olub, etibarnamə əsasında özünün idarə etdiyi "Volkswagen Jetta” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq avtomaşının qabaq sol qapısını açaraq oradan su götürüb içməyə başlamış, həmin vaxt onun ardınca mərhum zərərçəkmiş zərərçəkmiş şəxs2 məsafə saxlamadan, sonda isə zərərçəkmiş zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq paralel dayanmış maşınların arasında mərhum zərərçəkmiş zərərçəkmiş şəxs2 aralarında bir qədər əvvəl “xxxx” kafesində başlamış, yol gedərkən davam etmiş mövzuda mübahisəni əl-qol hərəkətləri etməklə, yumruqla təqsirləndirilən şəxs Məhkum idarəçiliyində olan "Volkswagen Jetta” markalı avtomaşını döyəcləməklə davam etdirdikdə Məhkum qisas almaq məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə qərəzli hərəkətlər, yəni xuliqanlıq edərək naməlum vaxtda və naməlum mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən tiyəsinin uzunluğu 147 millimetr, dəstəyinin uzunluğu 127 millimetr olmaqla ümumi uzunluğu 274 millimetr olan, zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını cibindən çıxarıb açaraq ətrafda olan insanlara məhəl qoymayaraq silah qismində istifadə etdiyi həmin bıçaqla zərərçəkmiş zərərçəkmiş şəxs2 zor tətbiq edib onun bədəninin müxtəlif yerlərinə ardıcıl zərbələr endirməyə başlamış, həmin vaxt Məhkum eyni hərəkətlərlə, onun tərəfindən yol verilən ictimai qayda pozuntusunun qarşısını almağa çalışan, ictimai borcunu yerinə yetirən zərərçəkmiş şəxs1 qarşı zor tətbiq edib silah qismində istifadə etdiyi qeyd olunan həsin bıçaqla bir dəfə vuraraq ona dərəcəsinə görə yüngül zərər vurmaya aid sol qalça tini nahiyəsinə 1 ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirmiş, bundan sonra isə mərhum zərərçəkmiş zərərçəkmiş şəxs2 bıçaq zərbələri endirmək üçün ictimai təhlükəli hərəkətlərini davam etdirərkən zərərçəkmiş zərərçəkmiş şəxs1 dəfələrlə onun əlindən tutmaqla cinayətkar əməlinin qarşını almağa çalışmasına məhəl qoymayaraq zərərçəkmiş şəxs2 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran sağ və sol bud arteriyalarının zədələnmələrı ilə müşayiət olunan 2 ədəd deşilmiş- kəsilmiş yaraları, canlı şəxslərdə sağlamlığa zərər vurmayan sol sağrının bir ədəd, sağ sağrının 2 ədəd səthi deşilmişkəsilmiş yaraları, sol çiyin qurşağının və hər iki diz oynağının sıyrıqları kimi bədən xəsarətlərini yetirmiş, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 aldığı bədən xəsarətlərinə görə hadisə yerində qalmayıb hadisə yerindən qaçaraq 35 metr uzaqlaşdıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Ventura» adlı apteklə «S beauty» adlı mağazanın qarşısında piyada hərəkət zolağı ilə avtomaşın yolunun kəsişməsində sağ və sol bud arteriyalarının zədələnmələri nəticəsində baş vermiş hemorragik şokla müşayiət olunan massiv qanitirmə baş verdiyindən hərəkətini davam etdirə bilməmiş, onun vəziyyətini görən vətəndaşlar tərəfindən çağırışa gələn X3 Stansiyasının həkimlərinin müşaiyəti ilə sonuncu X7 aparılarkən yolda həkimlərin tibbi müdaxiləsinə baxmayaraq sağ və sol bud arteriyalarının zədələnmələri nəticəsində baş vermiş hemorragik şokla müşayiət olunan massiv qanitirmə yolda ehtiyyatsızlıqdan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ölümünə səbəb olmuş və bu hərəkətləri ilə Məhkum yuxarıda qeyd olunan hərəkətləri ilə qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, gəzdirdiyi soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri edərək ictimai qayda pozuntusunun qarşısını almaqla ictimai borcunu yerinə yetirən, həmçinin ölmüş zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə qəsdən bədənə yetirilmiş ağır dərəcəli bədən xəsarətləri ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Həmçinin, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum 2021-ci ilin oktyabr ayında naməlum mənbədən ümumi uzunluğu 615 mm olan, tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, tiyənin ucu orta xətt üzərində yerləşən, tiyənin bir üzündə ulduz aypara və müvafiq yazı işarələri həkk edilmiş, tiyənin orta xəttdən uzunluğu 465 mm, orta hissədə eni 37 mm, maksimal qalınlığı 4 mm olan, dəstəyi əsası tiyənin davamı olmaqla sarı rəngli taxta və metal materialdan hazırlanmış, dəstəyin ön tərəfində yuxarıya doğru 10 mm, aşağıya doğru 19 mm ölçüdə çıxıntı məhdudlaşdırıcı olan, dəstəyinin uzunluğu 150 mm, orta hissədə eni 30 mm, orta hissədə qalınlığı 22 mm olan kustar üsul ilə hazırlanmış, bir tərəfi kəsici, ücü deşici xassəyə malik soyuq silah hesab edilən 01 ədəd xəncəri qanunsuz olaraq əldə edərək gəzdirmiş, qeyd olunan xəncər axtarış və götürmə aparılması haqqında qərar əsasında ## ###### 2022-ci il tarixdə, saat 02:20-də Bakı şəhəri, Ziya Bünyadov prospekti, 2096-cı məhəllədə yerləşən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin X5 ** saylı cərimə meydançasında saxlanılan vət. X6 məxsus olub, X9 tərəfindən etibarnamə əsasında idarə olunan BMW markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür, yəni təqsirləndirilən şəxs Məhkum qeyd olunan bu hərəkəti ilə həm də qanunsuz soyuq silah əldə etmiş və gəzdirmişdir, yəni təqsirləndirilən şəxs Məhkum ümumilikdə yuxarıda qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MÜDAFIƏÇININ, ZƏRƏRÇƏKMIŞ ŞƏXSIN HÜQUQI VARISININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hazırki cinayət işi üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələr ilə təqsiri sübuta yetirilməmişdir, onun əməlində qeyd edilən maddələrin dispozisiyasında göstərilən cinayət tərkibi yoxdur. Məhkəmə iclasında ifadə vermiş şahidlər bildirmişlər ki, Isa tərəfindən Şəmşadın ünvanına nalayiq ifadələr işləndiyindən onlar arasında mübahisə qızışmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının ##.##.2022-ci il tarixli, * saylı ekspert rəyindən görünür ki, mərhum zərərçəkmiş şəxs2 meyitinin məhkəmə - tibbi müayinəsi zamanı zərərçəkmiş şəxsin bədəni üzərində hemorragik şok, massiv qanitirmə, sağ və sol bud arteriyalarının zədələnmələrı ilə müşayiət olunan 2 ədəd deşilmiş kəsilmiş yaralar, sol sağrının bir ədəd, sağ sağrının 2 ədəd səthi deşilmiş-kəsilmiş yaraları, sol çiyin qurşağının və hər iki diz oynağının sıyrıqarı kimi bədən xəsarətləri müəyyən edilmişdir. Beləliklə, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə edilən tövsiyələrə uyğun olaraq, baxılan işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları, yəni təqsirin xarakteri və dərəcəsini, təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən əvvəlki münasibətlərini, cinayətin məqsədini, motivini və törədilmə üsulunu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışlarını hərtərəfli, tam və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi, CM-nin 120.2.2-ci maddəsi ilə, yəni təqsirləndirilən şəxs Məhkum əməlini xuliqanlıq niyyəti ilə mərhum zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 öldürüb həyatdan məhrum etmə cinayətinə ixtisaslaşdırarkən səhvə yol verilmiş, Məhkum təqsirli olaraq törətdiyi ictimai təhlükəli əməllə əhatə olunan hərəkətlərinə düzgün hüquqi qiymət verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı araşdırılan və hökmün təsviri hissəsində qiymətləndirilən mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur ki, Məhkum xuliqanlıq və ya sair niyyətlə qəsdən adam öldürmə cinayətini törətməmiş, belə bir cinayəti törətməyi arzulamamışdır. Lakin təsdiq olunduğu kimi, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini deyil, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 təşəbbüsü ilə başlanan və davam edən qanunsuz hərəkətlərin təsiri altında zərərçəkmiş zərərçəkmiş şəxs2 özünü müdafiə etmək məqsədilə qəsdən onun sağlamlığına xuliqanlıq niyyəti olmadan ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan zərər vurma cinayətini törətmiş, lakin belə bir zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur ki, təqsirləndirilən şəxs Məhkum bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətini törətmişdir. Bundan başqa, obyektiv həqiqətin müəyyən edilməsi üçün əldə olunmuş və yalnız cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunmuş hadisə yeri hesab olunan ünvan 1 ünvanda quraşdırılmış videokameralardan götürülən hadisə yerinin görüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk ibtidai istintaq mərhələsində cinayət işinin materiallarına əlavə edilmiş olsa da, həmin diskə baxış keçirilməklə ## ###### 2022-ci il tarixli protokol tərtib edilmiş olsa da, bu mühüm sənəd ittiham aktına əlavə edilməmiş və hüquqi qiymət verilməmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı dindirilən şahid ifadələrinə, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ifadəsinə, təkzib olunması mümkün olmayan hissədə təqsirləndirilən şəxsin ifadələrinə, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan hadisə yerindən götürülmüş videogörüntülərə, baxış və götürmə protokollarına, cinayətin üsuluna, yetirilən bədən xəsarətlərinin sayına, xarakter və lokalizasiyasına və hadisəyədək təqsirləndirilən və zərər çəkmiş şəxs arasında mövcud olmuş münasibətlərə, həmçinin cinayət hadisəsinin zərərçəkmiş zərərçəkmiş şəxs2 təşəbbüsü ilə başlamasına əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş zərərçəkmiş şəxs2 nə birbaşa, nə də dolayı qəsdlə xuliqanlıq niyyəti ilə qəsdən öldürməmiş, onun belə bir niyyəti olmamış və sonuncu belə bir hadisənin baş verməsini arzu belə etməmişdir. Müdafiəçi bildirmişdir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum verilmiş bu ittiham yalnız ehtimallara əsaslanır və heç bir mötəbər sübutla təsdiq olunmur. Ittihamda təsvir olunan faktiki hallarla əməlin tövsif olunduğu maddənin müəyyən etdiyi hüquqi əlamətlər üst-üstə düşmür. Müdafiəçi qeyd etmişdir ki, Məhkum əməli qəsdən adam öldürmə kimi, qəsdən sağlamlığa ağır xəsarət yetirmə kimi deyil, zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi qiymətləndirilməlidir. Belə ki, təqsirləndirilən şəxsin ifadələrindən görünür ki, Məhkum niyyəti qəsdən kimisə həyatdan məhrum etməyə deyil, özünün də bütün ifadələrində göstərdiyi kimi, özünü qorumağa, başqa sözlə ictima təhlükəli qəsddən qorunmağa yönəlmişdir. Bütün bunlar Məhkum zərərçəkmişə bıçaq zərbəsini ondan qisas almaq niyyəti ilə deyil, zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürdüyünə dəlalət edir. Həmçinin müdafiəçi qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməli, onun zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 qarşı zor tətbiq olunması ilə müşaiyət olunan əməli təkrar xuliqanlıq kimi qiymətləndirilməməli və xuliqanlıq cinayətinin əlamətləri təqsirləndirilən şəxs Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmunundan xaric edilməlidir. Belə ki, onun zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 qarşı zor tətbiq olunması ilə müşaiyyət olunan və ya digər xuliqanlıq əməli olmamış, hadisənin baş verməsinə səbəbkar mərhum olmuşdur. Hazırki işlə müəyyən edilmişdir ki, iş üzrə digər təqsirləndirilən şəxs yaranmış mübahisənin kafedə olan başqa şəxslərin istirahətini pozmamaq üçün kafedən çölə çıxmış, hadisə yerini tərk edib gedərək oradan uzaqlaşmaq istəmişdir. Bu hal onu göstərir ki, Məhkum kafenin iş rejiminin pozulmasına, orda istirahət edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin toxunulmamazlığına təhlükə və həyəcanın yaranmasına, birgəyaşayış qaydalarının pozulmamasına nəinki qəsd etmiş, hətta bu nəticələrin baş verməməsi üçün tədbir görmüşdür. Onun bu hərəkətləri ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik etmək niyyətinin olmamasına dəlalət edən hərəkətlərdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-*****/**** saylı, ##.##.2024-ci il tarixli qərarının dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən CM-nin 123.1-cı maddəsinə tövsüf edilməsi, CM-nin 221.3-ci maddəsini bəraətverici əsaslarla ittihamdan xaric edilməsi, ona CM-nin 123.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il # ####### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini və ona bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, müdafiə tərəfinin kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında araşdırılmış, mövcud olan sübutlar qiymətləndirilmiş və məhkum tərəfindən cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında müdafiə tərəfinin bütün dəlillərinə müfəssəl və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddinə, ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkuma təqsirli bilindiyi ayrı-ayrı maddələrlə təyin edilmiş cəzaların, eləcə də, qismən toplama yolu ilə təyin edilmiş qəti cəzanın azaldılması, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı, müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il ## ### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il # ####### tarixli, *(***)-****/**** nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar