Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2908/2025 21.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov Ilqar Səyyad oğlu və Novruzov Ələsgər Əli Iskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun və məhkum Məhkum müdafiəçisi müdafiəçi3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-112/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları
1. Məhkum Məhkum 07 yanvar 1973-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır.
2. 05 dekabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. 21 dekabr 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum və Təqsirləndirilən şəxs birlikdə öz aralarında külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması, ayrı-ayrı ünvanlara və müştərilərə çatdırılması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun digər üzvlərinin Sumqayıt şəhəri ərazisində qoyduqları külli miqdarda 8,999 qram narkotik vasitə heroini əldə etmiş, ümumi cinayətkar niyyətlə Təqsirləndirilən şəxs üzərində saxlamaqla daşımış, sonra isə cinayətkar qrupun üzvləri tərəfindən Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşdirilmiş külli miqdarda, 7,753 qram narkotik vasitə heroini Təqsirləndirilən şəxs və Məhkum birlikdə təkrarən əldə etmiş, cinayətkar razılaşmaya əsasən həmin narkotik vasitəni də Məhkum üzərində saxlamaqla daşımışdır. Bundan sonra təkrarən Lənkəran rayonu ərazisində Ələt-Astara avtomobili yolunun kənarında qoyulmuş külli miqdarda, 33.440,0 qram narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda, təsiredici maddənin ümumi miqdarı 80,0 qram olan 2000 ədəd narkotik vasitə metadon həblərini onlara ödənilməli olan 2.500 manat pul müqabilində həmin yerdən götürməklə lazım olan ünvanlara və müştərilərə çatdımaq üçün Məhkum idarə etdiyi “Mercedes Benz ML270” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 25 avqust 2023-cü il tarixdə, saat 05:40-də həmin yerə gələrək narkotik vasitələri qoyulduğu yerdən götürməklə avtomobilin yük yerinə qoyaraq avtomobildə birlikdə saxlayıb Ələt-Astara avtomobili yolunun Lənkəran rayonunun Boladi kəndi ərazisindən keçən 154-cü kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 25 avqust 2023-cü il tarixdə, saat 05:40-da saxlanılmış, avtomobillə birlikdə Cənub Bölgəsində Regionla Şöbəsinin inzibati binasına gətirilmiş, onların üzərilərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə 8,999 qram narkotik vasitə heroin, Məhkum əynindəki şalvarın sağ yan kiçik cibindən isə 01 ədəd sellofan bükümdə 7,753 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sonra isə Məhkum idarə etdiyi “Mercedes Benz ML 270” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs və Məhkum iştirakları baxış keçirilərkən avtomobilin yük yerindən 02 ədəd sintetik torbada 09 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 3.430,0 qram, 4.105,0 qram, 3.280,0 qram, 3.480,0 qram, 3.620,0 qram, 4.120,0 qram, 3.500,0 qram, 4.270,0 qram və 3.635,0 qram olmaqla ümumilikdə 33.440,0 qram narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddənin ümumi miqdarı külli miqdar, 80,0 qram olan 2000 ədəd narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-279/2024 nömrəli, 07 oktyabr 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 25 avqust 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi4 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etmişdir.
8. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, hökmün ləğv edilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.
9. Hökmdən həmçinin, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-112/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-279/2024 nömrəli, 07 oktyabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir.
II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
12. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinin mötəbər sübutlarla təsdiq olunmadığı, narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanılması və satılması barədə ittihamın ehtimallara əsaslandığı, onun, digər məhkum Təqsirləndirilən şəxs və polis əməkdaşlarının ifadələrində ziddiyyətlərin olduğu, həmin ziddiyyətlərin məhkəmələr tərəfindən aradan qaldırılmadığı, mobil telefonlara baxış və telefon danışıqları üzrə məlumatların da Məhkum ittiham olunan əməllərlə əlaqəsini təsdiq etmədiyi qeyd edilmişdir. Bu səbəblərə görə Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-112/2025 nömrəli 03 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində bəraət hökmünün çıxarılması xahiş edilmişdir.
13. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır.
III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət işi üzrə toplanmış sübutların düzgün tədqiq edilmədiyi, nəticədə məhkum Məhkum hər hansı cinayət əməlini törətmədiyinə baxmayaraq məhkum edildiyi, bu səbəbdən onun barəsində bəraət hökmünün çıxarılmalı olduğu iddia edilir, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM- 19. nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-112/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanism prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).
24. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkum Məhkum barəsində bəraət qərarı qəbul edilməli olduğuna dair kassasiya müraciətinin dəlillərini əsassız hesab edir.
25. Belə ki, kassasiya şikayətində məhkumun cinayət əməllərini törətmədiyi bildirilərək barəsində bəraət qərarı qəbul edilməsi xahiş olunsa da, cinayət işinin materiallarında olan və məhkəmələr tərəfindən araşdırılmış sübutların məcmusu onun təqsirliliyini təsdiq edir. Aşağı instansiya məhkəmələri iş üzrə toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirmiş, həmin sübutların məzmunundan məhkumun ona ittiham olunan Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmişlər.
26. Iş materiallarından görünür ki, məhkum Məhkum müdafiəçisi müdafiəçi4 birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında yenidən təhlil edib hesab etmişdir ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri: - məhkum Məhkum və baxılan iş üzrə məhkum edilmiş digər şəxs olan Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdikləri və məhkəmədə elan olunmaqla tədqiq edilmiş ifadələri, - şahidlər şahid3, şahid4, şahid1, şahid2, X5 və X4 məhkəmə qarşısında verdikləri ifadələri, - şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, - Məhkum idarə etdiyi “Mercedes Benz ML 270” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokol, - baxış zamanı avtomobilin yük yerindən aşkar edilmiş 02 ədəd sintetik kisədə olan 09 ədəd sellofan bağlamada ümumilikdə 33.440,0 qram qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 80 qram olan 2000 ədəd metadon həblərinin aşkar edilib götürülməsi barədə istintaq hərəkəti protokolları, - Məhkum üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə 7,753 qram narkotik vasitə heroinin götürülməsi barədə protokol, - Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə 8,999 qram narkotik vasitə heroinin götürülməsi barədə protokol, - Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonunda aşkar edilmiş məlumatların məzmunu, - məhkəmə-kimyəvi ekspertizasının rəyi, - məhkəmə-narkoloji ekspertizasının rəyi, - iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə və maddələrin həcmi və müxtəlifliyi, - iş materiallarına əlavə edilmiş videoçəkilişləri əks etdirən DVD və CD disklər, - mobil telefonlara baxış və telefon əlaqələrinə dair materiallar, - cinayət işinin materiallarında olan digər istintaq və məhkəmə hərəkəti protokolları, sənədlər və başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrin qanuniliyini və əsaslılığını şübhə altına almır. Müdafiə tərəfi Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakının sübuta yetirilmədiyini, narkotik vasitələrin onun məlumatı olmadan avtomobilə qoyulduğunu, ifadələrdə ziddiyyətlər olduğunu və telefon danışıqları ilə mobil telefonlara baxış materiallarının onun təqsirini təsdiq etmədiyini göstərsə də, aşağı instansiya məhkəmələri həmin halları araşdırmış və iş üzrə toplanmış sübutların məcmusuna əsaslanmaqla bu dəlilləri əsaslı hesab etməmişlər.
28. Iş materiallarından görünür ki, Məhkum narkotik vasitələrin avtomobildə olmasından xəbərsiz olması və yalnız taksi sürücüsü kimi Lənkərana getməsi barədə müdafiə mövqeyi onun ibtidai istintaq dövründə verdiyi ifadəsi, Təqsirləndirilən şəxs ifadələri, şəxsi axtarış və avtomobilə baxış protokolları, şahid ifadələri və ekspertiza rəyləri ilə təkzib olunmuşdur. Məhkəmələr iş üzrə toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutların məcmusuna əsasən müəyyən etmişlər ki, Məhkum Təqsirləndirilən şəxslə birlikdə əvvəlcədən razılaşaraq Lənkəran rayonu ərazisinə getmiş, orada gizlədilmiş narkotik vasitələrin götürülməsində iştirak etmiş, həmin vasitələr onun idarə etdiyi “Mercedes Benz ML 270” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirilmiş və sonradan avtomobilə baxış zamanı aşkar edilərək götürülmüşdür.
29. Bundan başqa, Məhkum üzərindən 7,753 qram heroin, Təqsirləndirilən şəxs üzərindən 8,999 qram heroin, Məhkum idarə etdiyi avtomobilin yük yerindən isə ümumilikdə 33.440,0 qram qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 80,0 qram olan 2000 ədəd metadon həbi aşkar edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə həmin maddələrin narkotik vasitə və narkotik tərkibli dərman həbləri olduğu təsdiq edilmişdir. Bu hallar məhkumun hadisə ilə təsadüfi əlaqəsinin deyil, narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınması prosesində iştirakının mövcud olduğunu göstərir.
30. Müdafiə tərəfinin ifadələrdə ziddiyyətlərin olması barədə dəlili də məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Belə ki, aşağı instansiya məhkəmələri həmin ziddiyyətləri nəzərə almış, məhkumun məhkəmədə verdiyi inkar xarakterli ifadəni iş üzrə digər sübutlarla müqayisəli şəkildə qiymətləndirmiş və onun özünü müdafiə məqsədi daşıdığı qənaətinə gəlmişlər.
31. Bu səbəblərə görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslanmaqla qəbul edilmiş və hazırda mübahisələndirilən qərarın nəticələrini təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə yekun nəticənin şübhə altına alınması üçün hər hansı əsas yoxdur.
32. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, hər iki instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
33. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
34. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-112/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-112/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.