Məhkəmə qərarları › İş №1(102)-291/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-291/2019

03.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-291/2019 03.04.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 291/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "03" aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Əliyev Samir Süleyman o ğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və onun müdafiəçisi S.S.Əliyev tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Ə.Məcidov, hakimlər Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət tərkibdə) xx xxxxx 1960-cı ildə Qusar rayonu, Xurel kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Xurel kəndi ndə qeydiyyatda olmaqla, faktiki olaraq Sumqayıt şəhəri, Novxanı bağlarında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 26.05.2017-ci il tarixdə saat 1146 radələrində ünvan 1 ünvanda yerləşən X7 məxsus tikintisi tamamlanmamış bağ evində gözətçi işləyən və bir neçə gün əvvəl televizora quraşdırmaq üçün antena aldığından tanışlıq münasibətləri yaranmış X8 iş yerinə gələrək ondan əvvəllər aldığı antenanın işləmədiyini bildirib nasazlığın aradan qaldırılmasından ötrü həmin antenanın daha h ündürə qaldırılmalı olduğunu və bunun üçün əlavə kabelə ehtiyac yaranmasını bildirərək qeyd edilən məqsədlə ondan kabel istədikdə sonuncunun kabeli verməkdən imtina edərək heç bir əsaslı səbəb olmadan onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlətməsinə görə əsəbləşərək qisas almaq qərarına gəlmiş, həmin vaxt zərərçəkmiş şəxslə dayandıqları bağ evinin giriş qapısının qarşısında olan meydançada niyyətini həyata keçirmək məqsədilə X8un başını qəsdən bir neçə dəfə divara vurmuş, həmin zərbələrin təsirindən sonuncunun baş nahiyəsi giriş qapısının sağ və sol tərəfində yerləşən ağlay daşının tin hissəsinə dəyməsi nəticəsində ona 6x4 sm ölçüdə 1 ədəd sol qaşüstü nahiyənin hematoması, 1 ədəd sol gözün ağlı qişasına qansızma, 3x2 və 0,8x0,2 sm ölçüdə 1 ədəd burnun qançır və yarası, 3x2 və 0,8x0,2 sm ölçüdə 1 ədəd çənəaltı nahiyənin qançır və yarası, 6x3 sm ölçüdə 1 ədəd sağ dizin ön səthinin qançırı, 9x5 sm ölçüdə 1 ədəd sol dizin ön səthinin qançırı, 1x0,3 sm ölçüdə 1 ədəd sağ baldırın yarası, 2x0,8 sm ölçüdə 1 ədəd sağ əlin İİ barmağının dırnaq falanqasının qançırı və 8x3 sm ölçüdə 1 ədəd sol budun qançırı kimi cəmi 9 ədəd sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən, 2,3x1 sm ölçüdə 1 ədəd sağ əlin İİİ barmağının dırnaq falanqasının sınığı və yarası kimi cəmi 1 ədəd sağlamlığa az ağır, 12,5 sm ölçüdə 1 ədəd sağ təpə-gicgahqulaqaltı çeynəmə arteriya və venanı zədələyən yarası kimi sağlamlığa ağır, 8 x 6 sm ölçüdə 1 ədəd sol təpə-ənsə nahiyəsinin beyin maddəsinə və mədəciyinə qansızma ilə nəticələnən hematoması kimi sonradan ölümlə nəticələnən olmaql a cəmi 2 ədəd, yetirilən anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra isə X8u orada qoyub hadisə yerini tərk edərək getmiş, nəticədə ehtiyatsızlıqdan sonuncunun hadisə yerində qalaraq sol təpə-ənsə payının subdural hematoması, beyin maddəsinə və mədəcəklərinə qansızmadan ölməsinə səbəb olmuşdur. Hökmdən Məhkum müdafiəçisi N.R.Məmmədova tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim F.G.Zeynallı, hakimlər V.C.Cəfərov və E.M.Əhmədovdan ibarət tərkibdə) 12 iyun 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti, onun müdafiəçisi S.S.Əliyev isə kassasiya şikayətinə əlavə verərək apellyasiya məhkəməsinin yuxarıda qeyd olunan qərarının ləğv edilməsini və Məhkum barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq və məhkəmə istintaqı cinayət işini qeyri obyektiv apararaq heç bir əsas olmadan onu Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilmişlər, belə ki, istintaq zamanı cinayət hadisəsi obyektiv aparılmamış, qanuna müvafiq olaraq iş üzrə ekspertizalar keçirilməmiş, onun mərhum X8u hansı fo rmada qətlə yetirilməsi heç bir sübutla, şahid ifadələri ilə və ekspertiza rəyləri ilə təsdiq edilməmiş, onun əl izlərinin X8un paltarlarının və ya bədənin hər hansı bur hissəsində aşkar edilməmişdir. Həmçinin onun X8u sonuncu dəfə nə vaxt və hansı şəraitdə görüşməyi müəyyən edilməmiş, ümumiyyətlə, onun X8la heç bir düşmənçiliyi olmamış, onunla heç vaxt dalaşmamışdır. Məhkum həm də kassasiya şikayətinə əlavə verərək qeyd etmişdir ki, o, məhkəmə prosesi zamanı öz ana dili olan ləzgi dilində və rus dilində danışmış, o, məhkəmə proseslərində tərcüməçi ilə təmin olunmamış, bununla da, onun prosessual hüquqları pozulmuşdur. Ona görə də məhkum apellyasiya məhkəməsinin qeyd olunan qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş edir. Müdafiəçi S.S.Əliyev kassasiya şikayətinə əlavəni onu nla əsaslandırmışdır ki, X3 barəsində aparılmış ibtidai istintaq, həmçinin həm birinci instansiya həmdə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmaları kobud prosessual pozğunluqla aparılmışdır. Belə ki, X9 Azərbaycan Respublikası vətəndaşı olsa da və Azərbaycan dilində təhsil alsa da, o, cinayət mühakimə icraatının aparıldığı dili, yəni Azərbaycan dilini yaxşı bilmir, bu da onu həm ibtidai istintaq həmdə məhkəmə proseslərində özünü müdafiə etmək hüququndan istifadə etmək imkanından məhrum etmişdir O, iyirmi il ərzində Azərbaycan Respublikasından kənarda yaşamış və Azərbaycan Respublikasına ancaq 2016-cı ildə qayıtmışdır. Milliyyətəçə ləzgidir və öz ailə üzvləri ilə daim öz ana dili olan ləzgi dilində danışır. Azərbaycan dilini tam bilmir və ona həm ibtidai istintaq həmdə müxtə lif məhkəmə instansiyalarında keçirilən məhkəmə baxışlarında verilmiş sualların və tərtib edilmiş sənədlərin mahiyyətini anlamır. Bununla da, həm ibtidai istintaq zamanı, həm işin birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən məhkəmə araşdırılması zamanı X2 Azərbaycan Respublikası CPM-nin 26-cı maddəsində qeyd edilən hüquqlarından istifadə etməsi təmin edilməməklə Azərbaycan Respublikası Konstitusiyanın, cinayət prosessual qanunvericiliyin və insan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyanın tələblərini kobud şəkildə pozulmuşdur. Ona görə də müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respub likası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətini və kassasiya şikayətinə əlavənin təmin edilməsini, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 41 9.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edə n bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla qərarda göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin bu məsələlərlə bağlı mövqeyinin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Məhkum barəsində cinayət təqibinə x itam verilməsi xahiş olunur və bir sıra dəlillərə istinad edilir. Şikayətin və ona əlavənin bu dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini, yəni Məhkum yuxarıda göstərilən maddə ilə nəzərdə tutulmuş cinayəti törətməsinə dair nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bununla bağlı aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, qismən məhkəmə istintaqı aparıb, dövlət ittihamçısının apelyasiya şikayəti təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması, məhkum və onun müdafiəçisinin isə apelyasiya şikayəti təmin edilməklə, hökmün dəyişdirilməsi barəsində çıxışlarını dinləyib, işdəki sübutları apelyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apelyasiya şikayəti təmin edilmədən, hökm isə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ElmiTəcrübi və Tədris Birliyinin 30.06.2017-ci il tarixli, 38 saylı rəyindən və rəyə dair fotocədvəldən görünür ki, X8un meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: beyin maddəsinə və mədəcəklərinə qansızma. Sol təpə-ənsə nahiyəsinin dərialtı hematoması, sol beyin yarımkürəsinin ənsə-təpə payına uyğun subdural hematoma. Sağ təpə-gicgah-qulaqaltı çeynəmə nahiyəsinin yarası. Gicgah arteriya və venasının zədələnməsi. Sol qaşüstü nahiyyənin hematoması. Sol gözü n ağlı qişasına qansızma, burnun qançırı və yarası, çənəaltı nahiyyənin qançır və yarası, hər iki dizin ön səthinin qançırı, sağ baldırın yarası, sağ əlin İİİ barmağının dırnaq falanqasının sınığı və yarası, sağ əlin İİ barmağının dırnaq falanqasının qançırı, sol budun qançırı. Qeyd olunan xəsarətlər həyatidirlər. Sağ təpə-gicgah-qulaqaltı çeynəmə nahiyəsinin gicgah arteriya və venanı zədələyən yarasıçapıcı xassəyə malik olan hər hansı bir alətin iti kənarı ilə törənə bilərdi, istiqaməti sağdan sola, yuxarıdan aşağıya doğru olmuşdur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Sol təpə-ənsə nahiyəsinin beyin maddəsinə və mədəciyinə qansızma ilə nəticələnən hematoması bərk küt əşya təsirindən törənmişdir, istiqaməti arxadan-önə, yuxarıdan aşağıya o lmuşdur və dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid tarixli, 01/03/38 saylı əlavə rəyindən görünür ki, mərhum X8un meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Beyin maddəsinə və mədəciklərinə qansızma. Sol təpə-ənsə nahiyyəsinin dərialtı hematoması, sol beyin yanmkürəsinin ənsə-təpə payına uyğun subdural hematoma. Sağ təpə-gicgah-qulaqaltı çeynəmə nahiyyəsinin yarası. Gicgah arteriya və venasının zədələnməsi. Sol qaşüstü nahiyyənin hematoması. Sol gözün ağlı qişasına qansızma, burnun qançır və yarası, çənəaltı nahiyyənin qançır və yarası, hər iki dizin ön səthinin qançırı, sağ baldırın yarası, sağ əlin İİİ barmağının dırnaq falanqasının sınığı və yarası, sağ əlin İİ barmağının dırnaq falanqasının qançırı, sol budun qançırı. Qeyd olunan xəsarətlər həyatidirlər, sağ təpə-gicgah-qulaqaltı çeynəmə nahiyyəsinin gicgah arteriya və venanı zədələyən yarası-çapıcı xassəyə malik olan hər hansı bir alətin iti kənarı ilə törənə bilərdi, istiqaməti sağdan sola, yuxandan aşağıya doğru olmuşdur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Müxtəlif vəziyyətdə əmələ gələ bilərdi, necə kənar şəxs tərəfindən vurulmaqla və eləcə də kənar şəxs tərəfindən itələmə zamanı baş nahiyyəsinin giriş qapısının kənarlarındakı ağlay daşının iti tin hissəsinə dəyməsi nəticəsində törənə bilməsi inkar olunmur. Mərhum X8un sol təpə-ənsə nahiyyəsinin beyin maddəsinə və mədəciyinə qansızma ilə nəticələnən hematoması bərk küt əşya təsirindən törənmişdir, istiqaməti arxadan-önə, yuxandan aşağıya olmuşdur və dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa AĞİR zərərvurmaya aid edilir, hündürlükdən yıxılarkən beton pilləkənin iti tin hissəsinə dəyməsi nəticəsində əmələ gələ bilməsi inkar olunmur. Mərhum X8un sağ əlin İİİ barmağının dırnaq falanqasının açıq yerdəyişən sınığı ilə nəticələnən yarası küt əşya təsirindən törənmişdir və dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Digər xəsarətlər isə küt əşya təsirindən törənmişdir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Mərhum X8un ölümünə səbəb-sol hematoması, beyin maddəsinə və mədəciklərinin qansızması olmuşdur. Apelyasiya məhkəməsi iclasında Məhkum ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində gö stərmişdir ki, o, 2017-ci ilin may ayında massaj etdiyi pasiyentlərdən birinin vasitəsilə Sumqayıt şəhəri, Novxanı bağlarında yerləşən bağ evində kirayədə yaşamağa başlamışdır. Həmin bağ evində yaşadığı müddət ərzində də fərdi olaraq massaj xidmətini davam etdirmişdir. Yaşadığı bağ evindən təxminən 15-20 metr məsafədə yerləşən bağ evində gözətçi işləyən X8la tanış olmuşdur. Kirayədə yaşadığı evindəki televizorunun anteni olmadığı üçün o, X8dan ona anten tapmağını xahiş etmiş, çünki sonuncu kirayədə yaşadığı evə əvvəllər televizor üçün kabel çəkmişdir. X8 da məlum olan hadisədən təxminən bir həftə əvvəl gözətçi işlədiyi bağ evindən ona köhnə bir anten gətirib vermişdir. X8 anten üçün ondan pul almamış, araq içməyəcəyi gün onu massaj etməyini, kabel və ya başqa hər hansı materiala ehtiyacı o larsa ona müraciət etməyini demişdir. O, X8un verdiyi anteni quraşdırdıqdan sonra televizor yenə göstərməmişdir. Ona görə də X8dan yeni kabellər götürmək istəmişdir ki, həmin kabellər vasitəsilə anteni bir az hündürlüyə qaldırmaqla televizorundakı görüntülər bərpa olunsun. Həmin məqsədlə 26.05.2017-ci il tarixdə X8ın işlədiyi bağ evinə getmişdir. Evin həyətinə daxil olduqda X8ın evin həyətinin sağ tərəfindən çıxdığını görmüş və sonuncudan kabelinin olubolmadığını soruşmuş, X8 isə ona nalayiq ifadələr işlətmişdir. O, X8a ona qarşı söyüş söyməməyini demişdir. X8 həmin vaxtı bağ evinin giriş qapısının qarşısında olan meydançaya pilləkənlə qalxmışdır. X8dan bir daha kabel istədikdə və ona qarşı söyüş söyməsinin səbəbini soruşduqda, sonuncu ona yenidən nalayiq ifadələr işlətmişdir. O, X8a özünü ələ almağını, hər hansı şəxsin indiyənədək ona qarşı nalayiq ifadələr işlətmədiyini bildirmişdir. X8 isə onun valideynlərinin ünvanına da nalayiq ifadələr işlətmişdir. X8 onu və valideynlərini nalayiq ifadələrlə təhqir etdiyinə görə o, bərk əsəbləşdiyinə görə X8ın kürəyindən bərk itələmişdir. X8ı itələdikdə sonuncu baş nahiyəsi ilə giriş qapısının sağ tərəfində yerləşən divara vurulmuş ağlaya dəymişdir. Həmin vaxt o, X8ın başından qan gəldiyini və həmin qanın divara hopduğunu görmüşdür. Bunu görən kimi dərhal oradan çıxıb getmişdir. X8ın işlədiyi bağ evinin həyətindən çıxdıqda ona məlum olmuşdur ki, həmin bağ evinin sol tərəfində yerləşən bağ evindəki videonəzarət qurğusu X8ın gözətçi işlədiyi bağ evinə doğru gedən yolu müşahidə etmişdir. O, yola çıxıb qonşuluqda yerləşən bağ evində gözət çi işləyən X45in yaşadığı evinə getmiş və sonuncunu evdən çağırmışdır. O, X45ə X8un işlədiyi bağ evinin divarında qanın olduğunu, oraya gedib baxmağını demişdir ki, Ağaş həmin bağ evinə gedib X8a kömək eləsin. Bir daha qeyd etmişdir ki, o, X8ı itələdikdə sonuncunun başı ilə divara vurulmuş ağlaya dəydiyini və qanın ağlaya hopduğunu görmüşdür. O, bağ evindən çıxıb mağazaya getmiş, oradan siqaret və iki manat məbləğində kontur aldıqdan sonra yaşadığı evinə gəlmişdir. Evdə yeməyini yeyib çarpayısında bir az uzandıqdan sonra mağazadan çörək almaq üçün çıxmışdır. Evdən çıxanda X8ın işlədiyi bağ evinə doğru gedən yolun başlanğıcında sonuncunun oğlu X6un daşın üstündə oturduğunu görmüşdür. X6a yaxınlaşmış və sonuncudan atasının harada olduğunu soruşmuş, X6 da atasının işlədiyi bağ evində hərəkə tsiz vəziyyətdə uzandığını demiş, o, X6dan atasının ölüb-ölmədiyini soruşmuş, X6 da “bilmirəm, atamı səsləsəm də, səsimə cavab vermədi, təcili tibbi yardıma zəng vurmuşuq, bir müddət sonra gəlməlidi” kimi sözlər demişdir. O, bir qədər aralıda X45in dayandığını görüb sonuncunu yanlarına çağırmışdır. Və Ağaşa “sənə demişdim axı X8ın yanına get, bax gör nə olub, niyə getmədin” kimi sözlər demiş, sonuncu isə qorxduğundan getmədiyini bildirmişdir. Sonra isə o, çıxıb evinə getmişdir. Evdə olduğu zaman qonşusu, yəni yaşadığı evlə üzbə-üz yerləşən evdə yaşayan X40 gəlmişdir. Yaşadığı evinin yiyəsi X40a həyətdə olan ağacları sulamaq və toyuqlara yem vermək tapşırmışdır. X40 ağacları sulayarkən o, X8ın mobil telefon nömrəsini istəmişdir ki, sonuncuya zəng vurub sağ olubolmamasını bilsin. X8ın telefo nuna iki dəfə zəng vurmuş, lakin mobil telefonuna zəng çatmamışdır. Bir müdət sonra isə yaşadığı bağ evinə polis əməkdaşı ilə X6 gəlmişlər. Polis əməkdaşı ilə X6 gəldikdə X40 hələ də evin həyətində olmuş, ağacları sulamışdır. Polis əməkdaşı onu hadisə yerinə, yəni X8ın işlədiyi bağ evinə dəvət etmişdir. Hadisə yerinə gəldikdə giriş qapısının hər iki tərəfində yerləşən divarlarında, yerdə və qapının üzərində qan izlərinin olduğunu görmüşdür. Hüquq mühafizə orqanları əməkdaşları ondan X8ı həmin gün görüb-görmədiyini soruşmuş, o da həmin vaxtı qorxduğundan X8ı həmin gün görmədiyini bildirmişdir. Daha sonra isə polis əməkdaşlarına X8ın işlədiyi bağ evinə gəldikdə divarın və qapının üzərində qan olduğunu görüb oradan getdiyini və qonşu Ağaşa baş vermiş hadisə barədə məlumat verdiyini demişdir. Daha sonra hüquq mühafizə orqanları əməkdaşlarının demələrinə görə ona məlum olmuşdur ki, X8ın meyiti evin zirzəmisində aşkar olunub. X8ın meyitinin hansı şəraitdə evin zirzəmisinə düşdüyünü bilməmişdir. O, X8ı öldürmək, o cümlədən hər hansı ağır xəsarət yetirmək istəməmişdir. Sadəcə olaraq X8 onu nalayiq ifadələrlə təhqir etdiyinə görə əsəbləşib onun kürəyindən itələdikdə, X8ın başı ağlaya dəymişdir. O, heç vaxt təsəvvür edə bilməzdir ki, onun X8ı itələməsi həmin nəticələrə səbəb olacaqdır. X8ın ölümü onun ehtiyatsızlığı nəticəsində baş vermişdir. Apelyasiya məhkəməsi iclasında şahid ekspert F.Məmmədov ifadəsində Məhkum barəsində olan cinayət işi üzrə verdiyi 38 saylı və 03/38 saylı rəyləri müdafiə etdiyini göstərmişdir. Hadisənin baş verdiyi evə onun tərəfindən baxış keçirilmişdir. Hadis ənin baş verdiyi evin giriş qapısının yanında ağlay daşların üzərində qan ləkələri ilə yanaşı insan tükünün olması müəyyən edildikdən sonra hadisənin baş verdiyi yerdə yerləşən evə baxış keçirilmişdir. Həmən evə baxış keçirilən zaman evin icərisində zaldan sol tərəfdə yerləşən pilləkanların sonunda mərhum X8un meyiti aşkarlanmışdır. Sonra ağlay daşlarının üzərində olan tük və qandan nümunə götürülərək tədqiq edilməsi üçün ekspertizaya göndərilmişdir. Tədqiqat nəticəsində həmin qan və tükün mərhuma aid olması müəyyən edilmişdir. Mərhum başı ağlaya dəydikdən sonra qan itirə-itrə evə tərəf gəlmiş və pilləkanlarda yıxılaraq ölmüşdür. Mərhumun başının ağlaya dəyməsi onun ölümünə səbəb olmayan xəsaraət olsada ağır xəsarət olmuşdur. Mərhum X8un ölümünə səbəb sol təpə-ənsə nahiyyəsinin dərialtı he motoması, sol beyin yarım kürəsinin ənsə-təpə payına uyğun subdural hematoması, yəni pilləkənlərdən yıxılması olmuşdur. Mərhum X8un sağ təpə gicgah-qulaqaltı çeynəmə nahiyyəsinin gicgah arteriya və venasının zədələnməsi xəsarətini isə ağlay daşına dəyməsi nəticəsində almışdır. Mərhum X8un başının ağlay daşına dəyməsi nəticəsin aldığı xəsarət ağır xəsarət olsada ölümlə nəticələn xəsrət olmamışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə verilmiş məhkəmə-tibbi ekspertizaların 38 və 03/38 saylı ekspert rəyləri ilə tam ziddiyyət təşkil etdiyini məhkəmə-tibbi və əlavə məhkəmə-tibbi rəylərlə mərhumun bədənin üzərində müəyyən edilmiş xəsarətlərdən hansıların evin giriş qapısının kənarındakı ağlay daşına dəymə, hansıların isə evin birinci mərtəbədən zirzəmiyə düşən pilləkəni n tininə dəymə nəticəsində əmələ gəlməsi və həmin xəsarətlərin onun ölümünə səbəb hər iki rəydədə qeyd olunmaması mübahisələndirilmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin bu arqumentini aradan qaldırmaq məqsədi ilə 24.04.2018-ci il tarixdə əlavə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərar əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 12.05.2018-ci il tarixli, 01/03/38 saylı əlavə rəy ilə müdafiə tərəfinin bu əsassız arqumenti təkzib edilmişdir. Apelyasiya şikayətində işdə olan 26.05.2017-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqda protokoldan və hadisə yerində çəkilmiş fotoşəkillərdən evin çöldən giriş qapısının sağında və solunda yerləşən ağlay divar daşlarının üzərində qanabənzər ləkələrin müəyyən edildiyi yerdə ağlay divar daşının çapıcı xasəyə malik olan iti kənarları müəyyən edilməsi əks etdirilməməsi qeyd edilmişdir. İşdə olan 26.05.2017-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisənin baş verdiyi yer ünvan 1 ünvanında yerləşən X4 adına olan təmiri yarımçıq bağ evidir. Baxış zamanı hadisə yerindən alışqan, üzərində qanabənzər ləkələr olan 6 ədəd plitə, zirzəmiyə düşən pilləkənə birləşdirilmiş taxta material, 5 ədədli açar dəsti, göy rəngli iki ədəd çəkələk, tükə oxşar hissəciklər, qanabənzər ləkələrə hopdurularaq 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 rəqəmi ilə işarələnmiş pambıqlar götürülmüşdür. Məhkəmə kollegiyası ap elyasiya şikayətinin bu dəlillərini əsassız hesab edərək qeyd edir ki, 26.05.2017-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və iş üzrə aparılmış məhkəmə tibbi kriminalistik ekspertizasının rəyinə əsasən, zirzəmiyə gedən beton pilləkənə vurulmuş taxta parçası üzərində aşkar olunmuş yaxma, axıntı və damcı xarakterli qan ləkələri ilə sübut olunur. Hadisə yerinə baxış zamanı ağlay materialının üzərində X8a məxsus baş tüklərinin aşkar edilməsi, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən X8un bədəni üzərində yaranmış xəsarətlərin baş nahiyəsi ilə ağlay daşı ilə təması nəticəsində yarana bilməsinin inkar olunmaması ilə öz təsdiqini tapmışdır. Apelyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.12.2017-ci il tarixli hökmü ləğv edilməklə, Məhkum əməlininin AR CM-ni n 126.3-cü maddəsindən AR CMnin 131.2-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası daxilində cəza təyin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Əməlin tövsifi CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk n övbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirkarın əməli Azərbaycan Respublikası CM-nin 131-ci maddəsi ilə o vaxt ixtisaslaşdırılır ki, şəxs öz əməlinin belə nəticələr verə biləcəyi imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağına güman etməklə öz əməlinin belə nəticələr verə biləcəyi imkanını lazımi diqqət və eһtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi һalda görmədikdə təqsirkarın əməli Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsinə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bil ər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir və ya onun vurulmasına şüurlu surətdə yol verir. Qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Onun əməlinin ilkin nəticəsi isə məhz CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əlamətlərdən biri üzrə müəyyən edilən sağlamlığa ağır zərərdir. Baş vermiş ölüm isə artıq sağlamlığa vurulmuş ağır zərərin nəticəsidir. Təqsirkarın əməli CM-nin 126.3-cü maddəsi üzrə tövsif edilərkən sağlamlığa vurulmuş ağır zərərlə baş vermiş ölüm arasında səbəbli əlaqə müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə toplanmış sübutlarla müəyyən olunur ki, Mə hkumla X8un arasında əvvəllər ədavətin və ya düşmənçiliyin olmaması, nisbətən az müddətdə tanış olmaları onu göstərir ki, onlar arasında baş vermiş mübahisə Məhkum X8dan əvvəllər televizor üçün köhnəlmiş avadanlıq aldığına və bununla da aralarında etimad münasibətləri yarandığına görə kirayədə yaşadığı evindəki televizoru üçün işlənmiş kabelləri istədikdə X8un Məhkum və valideynlərinin ünvanına nalayiq ifadələr işlətməsindən irəli gəlmişdir. Məhkum söyüşə görə qisas almaq məqsədi ilə qəsdən sağlamlığa ağır zərər vurmaq qərarına gəlib bu niyyətlə X8un başını bir neçə dəfə divara vurmuşdur ki, nəticədə sonuncu zərbənin təsirindən baş nahiyəsi ilə giriş qapısının sağ və sol tərəfində yerləşən ağlay daşının tin hissəsinə dəymişdir. Məhkum X8a qəsdən sağlamlığa ağır zərər vurmaq niyyətinin olma sı sonuncunun bədəni üzərində aşkar edilmiş sağ təpə-gacgahqulaqaltı çeynəmə nahiyəsinin, sol təpə ənsə nahiyəsinin dərialtı hematoması, sol beyin yarımkürəsinin ənsə-təpə payına uyğun subdural hematomanın ölçüləri, həyat və sağlamlıq üçün olan mühümlük dərəcəsi ilə təsdiq edilmişdir. Mərhum X8un bağ evinin zirzəmisinə gedən pilləkən üzərində aşkar olunması münasibətində məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum X8un başını divara vurduqda sonuncu zərbənin təsirindən baş nahiyəsi ilə ağlay daşına dəyib xəsarət aldıqdan sonra bir müddət ərzində sağ qalaraq, yaralı halda evə daxil olub çoxlu sayda qan itirdiyinə görə müvazinətini saxlaya bilməyərək zirzəmiyə gedən pilləkənin üzərində taxta parçası ilə kontaktdan sonra zirzəmiyə yıxılmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin hökmün ləğv edilməklə Məhkum əməlinin AR CM-nin 126.3-cü maddəsindən AR CM-nin 131.2-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası daxilində cəza təyin edilməsi ilə bağlı olan dəlillərini əsassız hesab edərək qeyd edir ki, Məhkum ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. S.Atulxanovun cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Məhkum törətdiyi cinayət əməli düzgün olaraq AR CM-nin 126.3-cü maddəsi ilə tövsif olunmuşdur. Bu səbəbdən də təqsirkarın əməlinin AR CM-nin 131.2-ci maddəsinə tövsif edilməsi üçün zəruri əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan biri nci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.12.2017-ci il tarixli hökmü dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi özünün iş üzrə mövqeyini (gəldiyi nəticəni) işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe (nəticə) iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkə mə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Məhkum bəraət verilməli olduğu (bu əsaslarla cinayət təqibinə xitam verilməli olduğu) iddia edilir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. İş materiallarında olan, məhkəmədə qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutların təhlili birmənalı ol araq göstərir ki, iş üzrə yuxarıda göstərilən normada sadalanmış hallar mövcud deyildir. Şikayətdə və ona əlavədə belə bir hala istinad edilməmişdir ki, həmin normada göstərilən (bəraət verilməsi üçün əsas olan bilən) hər hansı bir halın mövcud olması barədə fikir söyləməyə əsas versin. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi ba rədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətinin əlavəsində Məhkum milliyətçə ləzği olduğu üçün cinayət mühakimə icraatının aparıldığı dili – azərbaycan dilini bilmədiyi, cinayət təqibini həyata keçirən orqanın və məhkəmələrin qanunun bununla bağlı tələblərinə riayət etmədikləri, onun tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüququnu təmin etmədikləri iddia edilir. Müdafiə tərəfinin irəli sürdüyü bu dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, belə dəlillər hələ birinci instansiya məhkəməsində irəli sürülmüş, bu barədə vəsatət qaldırılmış, həmin vəsatətə məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada baxılmış, onunla razılaşılmadığının səbəbləri qərarda göstərilmiş, müdafiə tərəfinin irəli sürdüyü dəlillər cavablandırılmış, məhkəmənin bunlarla bağlı mövqeyi işin hallarına, qanunun tələblərinə istinad olunaraq ətraflı şərh edilməklə əsaslandırılmışdır. Hazırlıq iclasının qərarında müdafiə tərəfinin həmin vəsatəti ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “... Hazırlıq iclasında təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X10 yazılı vəsatət verərək müdafiə etdiyi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittihamın Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.2-ci maddəsinin tələblərinin pozulması, istintaq orqanı tərəfindən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması ilə verildiyindən cinayət işi materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həya ta keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Müdafiəçi Nərminə Məmmədova vəsatətini onunla əsaslandırmışdır ki, müdafiə etdiyi Məhkum 1992-ci ildən Yunanıstanda yaşamış, latın qrafikasında nə yaza, nə də oxuya bilməmiş, istintaq orqanı isə onun həm şahid, həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində ifadələrini latın qrafikası ilə Azərbaycan dilində aparmışdır. Məhkəmə kollegiyası belə hesab edir ki, müdafiəçinin vəsatəti əsassızdır və ona görə də vəsatət təmin olunmadan rədd olunmalıdır. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məhkum 20.08.1960-cı il tarixdə Azərbaycan Respublikası, Qusar rayonu Xurel kəndində anadan olunmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, ona 21,07.2015-ci il tarixdə Qusar rayon Poli s Şöbəsi tərəfindən AZE seriyalı 15228166 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkum orta məktəbi Azərbaycan Respublikasında azərbaycan dilində bitirmiş və peşə məktəbində 3 il azərbaycan dilində təhsil almışdır. Bu, 11 oktyabr 2017-ci il tarixə təyin olunmuş məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları müəyyən edilərkən də təsdiq olunmuşdur. Bundan başqa, cinayət işinin 1-ci cild 35-38-ci vərəqələrində olan sənədlərdən görünür ki, iş üzrə kiril-latın əlifbası üzrə müstəntiqin qərarı ilə mütəxəssis X11 dəvət olunmuş və 27 may 2017-ci il tarixdə Məhkum şahid qismində dindirilərkən mütəxəssisin iştirakı təmin olunmuş və mütəxəssis həmin şahidin dindirilməsi protokolunu imzası ilə təsdiq etmişdir (cild 1 i.v. 39-41) Cinayət işinin 1-ci cild 108-110cı vərəqələrin də olan 31 may 2017-ci il tarixli orderdən görünür ki, vəkil X5 T 614 nömrəli müqavilə ilə Məhkum hüquqlarını müdafiə edilməsi üçün işə buraxılmış və sonuncu hüquqlarının məhz Mehdi Cəlalzadə tərəfindən müdafiə edilməsinə istəyini bildirmişdir (cild 1 i.v. 110). Cinayət işinin 1ci cild 114-120-ci vərəqələrində olan şübhəli şəxsin dindirilməsi protokolundan, 1-ci cild 142-147-ci vərəqələrində olan təqsirləndirilən şəxsin dindirilməsi protokolundan, 2-ci cild 64-67-ci vərəqələrində olan təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolundan və 2-ci cild 119-122-ci vərəqələrində olan təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Məhkum həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən həmin istintaq hərəkətlərinin aparılmasında müdafiəçi X1 iştirakı ilə aparılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında təsbit olunmuşdur ki, cinayət mühakimə icraatında Azərbaycan Respublikasının dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir. Bu isə həmin şəxs üçün mütəxəssis dəvət edilməsini məcburi etmir. Ona görə də məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün heç bir əsas müəyyən edilmir və müdafiəçinin yazılı vəsatəti təmin olunmadan rədd edilməlidir. Azərbaycan Respublikası CPM-nin 301.1-ci maddəsinə görə cinayət işinin materiallarında məhkəmə baxışının qeyri mümkünlüyünə səbəb olan hallar olmadığından, ittiham aktının prosessual formasına riayət edildiyindən, məhkəməyədək icraat CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparıldığından cinayət işi üzrə məhkəmə baxışı mümkün sayılır...”. Göründüyü kimi, məhkəmə müdafiə tərəfinin həmin vəsatətinə qanunla nəzərdə tutulmuş qaydada baxmış, vəsatətin dəlillərini işin hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarının müddəalarına istinad edərək cavablandırmış, onlarla razılaşmadığının səbəbini qərarda göstərmiş, bunlar barədə mövqeyini ətraflı şərh etməklə əsaslandırmışdır. Məhkəmələrin bu məsələ üzrə gəldikləri nəticə işin hallarına, iş materiallar ına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin əlavəsində göstərilən dəlillər də (vəsatətdə göstərilənlərə uyğun olan) məhkəmələrin bu məsələdə mövqelərinin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 90 və 26-cı maddələrinin tələblərinə də əsaslanır. Azərbaycan Respublikası CPM-nin 26-cı maddəsində göstərilmişdir ki, “...Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdak ı hüquqlarını təmin etməlidir: cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək: ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək; cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqd im edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir...”. Məhkum şübhəli şəxs qismində dindirilməsi protokolundan görünür ki, ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquqları da izah olunmuş, bunun ona izah olunduğunu Məhkum özünün imzası ilə təsdiq etmiş, həmin dindirmə onun müdafiəçisi M.Cəlalzadənin iştirakı ilə aparılmışdır. Həmin protokoldan göründüyü kimi, digər hüquqları ilə yanaşı Məhkum Azərbaycan Respublikası CPM-nin 90.7.11 və 90.7.12-ci maddələrində nəzərdə tutulan aşağıdakı hüquqları da izah olunmuşdur: “... tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək; tərcüməçinin köməyindən pulsuz istifadə etmək...”. Müdafiəçinin iştirakı ilə ona yuxarıda göstərilən hüquqlar izah edildikdən sonra, o, tərcüməçiyə ehtiyacının olmadığını bildirmiş və bunun özünün imzası ilə təsdiq etmişdir. Həmin protokoldan və iş materiallarında olan digər dindirmə protokollarından görünür ki, Məhkum azərbaycan dilində kifayət qədər aydın və ardıcıl ifadələr, suallara da adekvat cavablar vermiş, ibtidai istintaqda verdiyi ifadələrin sonunda öz xətti ilə kiril qrafikası ilə olsa da, azərbaycan dilində mahiyyətcə ifadələrin doğruluğunu təsdiq etməsini əks etdirən cümlələr yazmışdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, Məhkum orta təhsili azərbaycan dilində almış, hətta orta məktəbi bitirdikdən sonra, peşə məktəbində 03 il azərbaycan dilində təhsilini davam e tdirmişdir. Azərbaycandan kənarda bir müddət yaşasa da, onun xaricdə yaşaması fasiləsiz 20 il davam etməmiş (şikayətdə onun 20 il fasiləsiz olaraq Azərbaycanda yaşamadığı iddia olunur), Məhkum 1979-cu ildə Quba 103 №-li kənd orta texniki peşə məktəbini bitirdikdən sonra bir müddət xaricdə yaşasa da, dəfələrlə xeyli vaxt kəsiyində Azərbaycanda yaşamış, 1993-1996-cı illərdə hətta Azərbaycan hərbi hissəsində anbardar vəzifəsində işləmiş, hadisənin baş verməsindən əvvəl 03 il ərzində də Azərbaycanda yaşamışdır (2014-cü ildən). İşdə müvafiq sənədlərlə (sübutlarla) təsdiq edilən bu hallar belə qənaətə gəlməyə əsas verir ki, Məhkum cinayət mühakimə icraatı aparılan dili bilməməsi barədə fikir söylənilə bilməz. Məhkum işdə olan ifadələrində öz xətti ilə azərbaycan dilində yazıları latın deyil, kir il qrafikası ilə icra etdiyi ilə əlaqədar isə qeyd olunmalıdır ki, işin bu halları onun azərbaycan dilini bilməməsi, tərcüməçinin köməyindən istifadə etməyə ehtiyacının olduğunu göstərən amil kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında şərh etdiyi mövqeyini də nəzərə alır. Həmin qərarda göstərilmişdir ki, “....cinayət mühakimə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı maddəsinin, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Re spublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanının müvafiq normalarının tələblərinə dönmədən riayət edilməsi təmin edilməlidir. Cinayət mühakimə icraatında Azərbaycan Respublikasının dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir...”. İş materiallarından görünür ki, Məhkum bütün ifadələrini müdafiəçinin iştirakı ilə vermiş, onunla keçirilən bütün digər istintaq hərəkətlərində də müdafiəçi iştirak etmiş, ibtidai istintaqda verdiyi ifadələrinin heç birində azərbaycan dilini bilmədiyini, ifadənin ləzgi və ya digər dildə vermək, tərcüməçinin köməyindən istifadə etmək niyyətində olduğunu bildirməmişdir. Məhkum ifadələrini məhz könüllü olaraq azərbaycan dilində verməsi və, ümumiyyətlə, ona istintaq zamanı təsir göstərilib-göstərilmədiyi məsələsi də qanunla nəzərdə tutulmuş qaydada yoxlanılmış və Sumqayıt şəhər Prokurorluğunun müstəntiqinin 28 noyabr 2017-ci il tarixli qərarı ilə, Məhkum işgəncəyə məruz qalmasına dair şikayət üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda Məhkum Azərbaycan Respublikası CPM-nin 26, 90.7.11, 90.7.12, 91.5.11, 91.5.12-ci maddələrində göstərilən hüquqlarının pozulması, kassasiya şikayətinin (ona əlavənin) bunlarla bağlı dəlillərinin əsaslı olması barədə fikir söylənilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik də rəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdir ilmədən saxlanılmalı, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar