Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-291/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Günay Hüseynxan qızı Məmmədlinin, məhkum x1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim X4) x1- xxxxx 1980-ci ildə Ü1 anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki nikahda olan, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ü1 qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 185.2.1 185.2.2-ci maddələri ilə təqsirli bilinə rək, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə, CM-nin 185.2.1, 185.2.2-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2018-ci il tarixindən hesablanmışdır. Həmin hökmlə x2 da təqsirli bilinib məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, əvvəlcədən əlbir olan bir qrup şəxs halında özgənin əmlakını anbara və ya başqa saxlanc yerinə qanunsuz olaraq daxil olma qla təkrar törədilməklə gizli olaraq talamış, əvvəlcədən əlbir olan bir qrup şəxs halında, təkrar törədilməklə talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir. Belə ki, x1, xx xxxxxxx 2018-ci il tarixdə saat 02:00 radələrində ü2 qarşısında saxlanmış x3 məxsus olan 2000-ci il buraxılışlı, “VAZ 21043” markalı, Az 90-DH- dövlət qeydiyyat nişanlı avtomobilin kilidlənməmiş qabaq sol yan qapısını açıb, mühərriki işə salıb idarə etməklə, avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib, qaçırdıqdan sonra avtomobilə sərnişin olaraq mindirdiyi tanışı x2 ilə əlbir olan bir qrup şəxs halında avtomobilin salonundakı x3 məxsus cibində 350 manat nağd pul olan bir ədəd 20 manat dəyərində idman köynəyini x2 birlikdə gizli olaraq talayaraq x3 ümumilikdə 370 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa x1, təkrarən tanışı x2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxx 2018-ci il tarixdə saat 02:00 radələrində ü3 qarşısında sahibi x4 tərəfindən saxlanmış «VAZ-21043» markalı, Az 90-TN- dövlət qeydiyyat nişanlı avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib, idarə etməklə qaçırmışdır. Bundan başqa x1, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışı x2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxx 2018-ci il tarixdə saat 03:00 radələrində ü4 ünvanda yerləşən x5 aid avtomobil ehtiyat hissələrinin satışı dükanının yanına gəlib, təhlükə yarandığı halda ona xəbər vermək məqsədilə həmin dükandan bir qədər aralıda dayanmış, x2 isə dükanın qapısını üstündə olan vintaç anla sıxıb acmaqla dükana qanunsuz daxil olaraq oradan x5 məxsus 5 ədəd hər biri 82 manat, cəmi dəyəri 410 manat olan «Monza» markalı avtomobilin sürət qutusu yağlarını, 4 ədəd hər biri 70 manat, cəmi 280 manat dəyərində olan «Castrol» markalı avtomobilin mühərrik yağlarını və bir ədəd 1500 manat dəyərində olan «Samsung» markalı noutbuku ələ keçirdikdən sonra o, x2 birlikdə həmin malları gizli olaraq talamaqla zərərçəkmiş şəxs x5 2190 manat manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən məhkum x1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və E.E.Rəhimovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından x1 kassasiya şikayəti verərək qərarın dəyişdirilərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: x1 kassasiya şikayəti verərək bildirmişdir ki, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası cəza təyin edərkən yüngülləşdirici halları nəzərə almadan hüquqlarını tam şəkildə pozaraq ona ədalətsiz cəza təyin etmişdir. Zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayətin olmamasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayəti nin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predme ti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. x1 kassasiya şikayətində zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayətin olmamasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə x1 cəzanı yüngülləşdirən hallar kimi zərərçəkmiş şəxslərin onunla barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bi r şikayət və tələblərinin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını, eləcə də cəzasını ağırlaşdıran hal kimi əməlində residivin olmasını nəzərə almışdır. Belə ki, x1 təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, həm birinci instansiya məhkəməsində, həm də apelyasiya instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında x1na, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1, 185.2.2-ci maddələr i ilə düzgün tövsif etmişdir. Göründüyü kimi kassasiya şikayətində məhkum tərəfindən əməlin tövsifi məsələsi mübahisələndirmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum x1na cəza təyin edilərkən bu məsələyə təsir edə bilən bütün hallar, o cümlədən şikayətdə göstərilən hallar nəzərə alınmış, Azərbaycan Respublikası CM-nin 8 və 58-ci maddələrinin tələblərinə tam riayət edilməklə məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. x1 cinayət işi üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilsə də, birinci instansiya məhkəməsi ona təqsirli bilindiyi hər iki maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün-azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən artıq olmayan həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilmişdir. Yəni cəzanı ağırlaşdıran hal olsa da cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla göstərilən cinayət qanunu ilə müəyyən edilmiş aşağı hədlər daxilində ədalətli cəza təyin etmişdir. Cəzanın daha da yüngüllədirilməsi üçün cinayət işinin materiallarında hüquqi əsasların mömcudluğu müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayəti nin dəlilləri əsassız hesab edilərək təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlan mış birinci instansiya məhkəməsinin hökmündə cəza təyini zamanı cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hal müəyyən edilməklə və nəzərə alınmaqla cəza təyin edilmişdir Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: x1 kassasiya şikayət i təmin edilməsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 185.2.1, 185.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı x1 kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-291/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-291/2020
02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver