Məhkəmə qərarları › İş №1(102)-291/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-291/2021

12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-291/2021 12.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızı, Məhkum X9, Məhkum iştirakı ilə, xx xxx 1972-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 7 A saylı evin, 30 saylı mənzilində qeydiyyatda olan və yaşamı ş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.3, 206.3.2, 234.4.1 və 234.4.2-cü maddələri ilə xx xxxxx 1991 -ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 3/4 saylı evin, 68 saylı mənzilində qeydiyyatda olan və yaşamış, Məhkum CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından məhkumlar X9 və Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim O.Y.Cəlilov, hakimlər N.F.Quliyev və A.Ə.Musayev) X9–CM-in 32.3,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.3,206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Məhkum –CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkumlar tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.M.Cəfərov, hakimlər E.Ə.Camalov və E.İ.Əliyev) X3 apellyasiya şikay əti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü X3 apelyasiya şikayətinə və X3 CM-in 32.3,206.3.2-ci maddəsi ilə, Məhkum CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair hissələrdə dəyişdirilmiş, X3 qaçaqmalçılıq cinayəti ilə bağlı əməli CM-in 32.3,206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.3, 206.2-ci maddəsinə tövsif edilmiş və o, CM-in 32.3, 206.2-ci maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. CM-in 234.1 və və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə və CM-in 32.3,206.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzaları CM-in 66.3-cü maddəsinə əsasən cinayətl ərin məcmusu üzrə qismən toplanılmaqla X3 üzərində qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum qaçaqmalçılıq cinayəti ilə bağlı əməli CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilmiş və o, CM-in 206.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə və CM-in 206.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzaları CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla, Məhkum qəti olaraq 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşin h alları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X9 və Məhkum təqsirli bilinib məhkum edilmişlər ona görə ki, onlar öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyaraq qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişlər. Belə ki, Məhkum və X9 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bır qrup şəxs halında satış məqsədi iiə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasında külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin iyul ayının əvvəllərində öz aralarında və İran İslam Respublikasında olan şəxsiyyəti məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Şahin Zeynalovun verdiyi pul və təşkilatçılığı ilə narkotik vasitə və psixotrop maddənin İranda alınıb qaçaqmalçılıq yolu ilə gətirilməsi üçün Məhkum xx xxxxxxxx 2019-cu il tarixdə Biləsuvar gömrük postundan keçməklə İran islam Respublikasının Biləsuvar şəhərinə gedib, orada cinayətkar qrupun şəxsiyyəti məlum olmayan üzvüdən 3 (üç) bükümdə külli miqdarda-43,384 qram narkotik vasitə olan heroin və 1 (bir) bükümdə külli miqdarda- 4,880 qram psixotrop maddə olan metafetamini əldə etmiş və Şahin Zeynalovun verdiyi pulla aldığı həmin maddələri gətirib təhvil verməyinə g örə Şahin Zeynalovun ona verəcəyi 300 (üç yüz) manat müqabilində narkotik vasitəni və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına gətirib Sumqayıt şəhərində Şahin Zeynalova təhvil vermək üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirib gizlədərək saxlayıb daşıyaraq, həmin gün saat 17 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum X9 tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və barəsində ədalətli qərarın qəbul edilməsini xahiş olu nur. Kassasiya şikayətində məhkum ona istinad edilən cinayət hadisəsini törətmədiyini, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində olan apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarının cəza təyin olunmasına dair hissədə dəyişdirilməsi və təyin olunmuş cəza müddətinin yüngülləşdirilməsi xahiş olunur. Məhkum qeyd edir ki, törətdiyi əməldən peşmandır, ilk dəfə məhkum olunub, ailəlidir, himayəsində dörd azyaşlı uşaqları var, ailənin yeganə qazanc gətirənidir, həyat yoldaşı heç yerdə işləmir. Ona görə də cəzasının yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlər inin təmin edilməsi barədə məhkum Ş.Zeynalovun və Məhkum, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada iş in halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum Ş.Zeynalov tərəfindən verilmiş kassasiya şikayətində məhkumun ona istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2 011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı ol malıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıql arı səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələblər i arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Ş.Zeynalovun əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərb aycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum M.İbrahimov tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, X9 elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, iş materiallarına əlavə edilmiş iş üzrə digər təqsirləndirilən şəxs Məhkum qismən etirafedici ifadəsi, habelə şahidlər X1, Eyvazov İqbal Rahib oğlunun ifadələri, maddi sübutlarla, tətqiq olunmuş ekspert rəyləri, telefon danışıqlarına dair məlumatlar, işdə olan istintaq hərəkətlərinə dair digər sənədlərlə, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliy inin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki burda ittihamın əsası deyil, yalnız Məhkum barəsində təyin olunmuş cəzanın ağır olması mübahisə edilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41. 2, 58.3, 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunm uş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıra n halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təh lükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin ci nayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, himayəsində dörd azyaşlı uşağının olmasını, cinayətin açılmasına və onun digər iştirakçısının ifşa edilməsinə köməklik etməsi cəzanı yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində da ha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkumlar X9 və Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumlar barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddə tlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. X4 Azərbaycan Respublikası CM-in 32.3, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı verilmiş kasassiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar