Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-291/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Nazim Rasim oğlu Mövsümov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Elnar Hüseynov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: O.Y.Cəlilov (sədrlik edən və məruzəçi), A.Ə.Musayev oğlu və X.A.Nuriyevdən ibarət tərkibdə) Məhkum - 21 fevral 1979-cu ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 aprel 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 2,499 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşıyarkən daxil olmuş məlumat əsasında 10 aprel 2020-ci il tarixdə, saat 21 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı, Ünvan 2nın yaxınlığında saxlanılıb polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış zamanı bir ədəd sellofan bükümdə 2,499 qram narkotik vasitə olan h eroin əynindəki şalvarının cibindən aşkar edilib götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Aqil Əli-zadə tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və K.S.Bəşirovdan ibarət tərkibdə) 15 sentyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya protestini təmin etmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Elnar Hüseynov kassasiya protesti verərək qərarın ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittiham çısı Elnar Hüseynov kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum ondan aşkar edilərək götürülmüş bir ədəd bükümdə 2,499 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi, daşıdığı və üzərində saxladığını təsdiq edən iş üzrə kifayət qədər sübutlar toplanmışdır. Lakin, birinci instansiya məhkəməsi qərar qəbul edərkən şahidlərin ifadələrinə, şəxsi axtarış və götürmə protokollarına, digər istintaq hərəkətlərinin protokollarına, ekspertiza rəylərinə və digər sübutlara səthi yanaşmış, sadalanan sübutları nəzərə almamış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən Məhkum ondan aşkar edilərək götürülümüş bir ədəd bükümdə 2,499 qram çəkidə külli miqdarda na rkotik vasitə olan heroini satış məqsədi ilə əldə etdiyinə dəlalət edən sübutun əldə olunmaması qənaətinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə bu əsassız və qanunsuz nəticəni təsdiq etmişdir. Məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, Məhkum hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilərək xırda bağlamalara bölünməsi, onların hazırlanması üçün avadanlığın olması hallarının müəyyən edilməməsi və sonuncunun narkoman olması onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə edilməsi qənaətinə gəlmək üçün əsas vermişdir. Lakin məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı əks etdirmir. Məhkəmələr nəzərə almamışlar ki, təqsirləndirilən şəxsdə nark omaniya xəstəliyi aşkar olunması özü-özlüyündə həmin şəxs tərəfindən narkotik vasitələrin məhz satış məqsədi ilə əldə etməklə saxlamasını heç də inkar etmir. Belə ki, «şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunla təsdiq edilmiş İ siyahıya əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarı 2 qram müəyyən edilmişdir. Göründüyü kimi, Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə 2,499 qram çəkidə olmaqla külli miqdarda olmuşdur. Narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkoman iya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə təqsirləndirilən şəxs Məhkum aşkar olunmuş heroinin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən 16 dəfədən çox olmuşdur. Narkotik vasitənin külli miqdarda olması da sonuncunun həmin narkotik vasitəni üzərində satış məqsədilə saxlamasına dəlalət edir. Bundan başqa, şəxsin narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, nabelə onları satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edib- etməməsi, narkotik vasitəni hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan b aş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə heroinin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Bundan əlavə, əməliyyat orqanında Məhkum narkotik vasitənin satışı ilə nəşğul olması barədə məlumatın olması da sonuncunun həmin narkotik vasitəni üzərində satış məqsədilə saxlamasına dəlalət edir. Bundan başqa, məhkəmə Məhkum fəhləlik etməklə narkotik vasitəyə olan tələbatını ödədiyini bildirməsinə şübhə ilə yanaşmayaraq, himayəsində bir azyaşlı uşağı (əlavə slaraq arvadı) olan və fəhləlik etməklə dolanan bir şəxsin həm şəxsi və ailəsinin ehtiyaclarını, həm də narkotik vasitəyə olan ehtiyacını hansı yolla təmin etdiyini araşdırmamışdır. Birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş şahidlərin ifadələri, şəxsi axtarış, götürmə və digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sübutlarla Məhkum ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla məhkumun əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1 -ci maddəsinə tövsif edilməsi ilə nəticələnən qərəzli yanaşmanı əsaslı saymaqla cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 -ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satıl masımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə itmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının giriş hissəsində qeyd olunmuşdur ki, “Bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir” Plenumun həmin qərarının 9-cu bəndini n 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdari ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması, işin digər halları nəzərə alınmalıdır. Hökmdən və qərardan göründüyü kimi hər iki məhkəmə instansiyası işin faktiki halları barədə mövqeyini əsaslandırarkən yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də özlərinin subyektiv mülahizələrinə istintad etmişlər. Həmin məsələ üzrə gəldiyi nəticələri məhkəmə istintaqında bilavasitə araşdırılmış sübutların məcmusu, o cümlədən şahidlərin ifadələri, şəxsi axtarış, götürmə və digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər iş materialları ilə əsaslandırmamışlar, bununla da bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə, qərarda göstərməmişlər. İş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş təkzibedilməz sübutlarla müəyyən olunur ki, Məhkum istintaqla müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq bır ədəd bükümdə 2,499 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədilə əldə edib daşımaqla üzərində saxlamış və 10 aprel 2020-ci ildə saat 21 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitə heroın aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orq anı Məhkum törətdiyi cinayətə hüquqi qiymət vermiş və bunu öz qərarlarında kifayət qədər əsaslandırmışdır. Göstərilənlərə əsasən kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protesti nin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Dövlət ittihamçısının kassasiya protestində göstəril mişdir ki, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş təkzibedilməz sübutlarla müəyyən olunur ki, Məhkum istintaqla müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq bır ədəd bükümdə 2,499 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədilə əldə edib daşımaqla üzərində saxlamış və 10 aprel 2020-ci ildə saat 21 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitə heroın aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı Məhkum törətdiyi cinayətə hüquqi qiymət vermiş və bunu öz qərarlarında kifayət qədər əsaslandırmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoy mamış və formal mülahizələrə əsaslanmaqla məhkumun əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi ilə nəticələnən qərəzli yanaşmanı əsaslı saymaqla cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki lallarına uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 28.5 və 28.6-cı maddələrinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “N arkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “04” mart 2011-ci il tarixli qərarının 2-ci bəndində izah edilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin qanunun 1.0.8-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr in və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə e tmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət tərkibi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsini həmin Məcəllənin 234-cü maddəsində nəzərdə tutulmuş digər tərkiblərdən fərqləndirən əsas tövsifedici əlamət satış məqsədinin olmamasıdır. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 234-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkiblərindən və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dö vriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-1.0.11-ci maddələrində nəzərdə tutulmuş normaların məzmunundan müəyyən edilir ki, narkotik vasitələrin çəkisi (miqdarı) yalnız onların şəxsi istehlak miqdarının və külli miqdarının müəyyən edilməsi üçün nəzərdə tutulmuşdur və satış məqsədinin müəyyən edilməsi üçün nəzərdə tutulmamışdır. Ona görə də aşkar edilmiş narkotik vasitələrin çəkisinə (miqdarına), şəxsi istehlak miqdarı həddindən dəfələrlə çox olmasına istinad etməklə onların satış niyyəti ilə əldə edilməsi, saxlanması, daşınması nəticəsinə gəlinməsi ehtimallara əsaslanmış nəticədir. Eyni zamanda Birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş şahidlərin ifadələrində də Məhkum narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamas ına və daşınmasına dair hər hansı dəlil müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, Xeyli müddətdir ki, narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, hazırda narkomaniya xəstəsidir. Tutulduğu gün, yəni 10 aprel 2020-ci il tarixdə o, «X» adlı şəxsdən 25 manata özünün şəxsi istifadəsi üçün bir büküm heroin almış və aldığı narkotik vasitəni həmin gün cibində saxlamışdır. Həmin gün axşam saatlarında yaşadığı evin yaxınl ığında (Ünvan 2nda) küçədə qardaşı X6a birlikdə olarkən polis əməkdaşları tərəfindən tutulub şəhər polis şöbəsinə aparılmışdır. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış (şəxsi axtarış) aparılmışdır. Axtarış zamanı cibində saxladığı bir bükümdə, təxminən 2 qram olan heroin polis əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. Həmin narkotik vasitəni o, «X» adlı şəxsdən özünün şəxsi istifadəsi üçün alıb cibində saxlamışdır. O, polis şöbəsində verdiyi izahatında üzərində aşkar olunan heroini kiməsə satmaq məqsədi ilə deyil, özünün şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, bununla bağlı ona verilən ittihamı (CM-nin 234.4.3-cü maddəsi ilə) qəbul etmir, lakin narkomaniya xəstəs i olduğuna görə o, «X» adlı şəxsdən özünün şəxsi istifadəsi üçün az miqdarda heroin alıb üstündə saxlamış və buna görə də özünü təqsirli bilir və əməlindən peşmandır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞ-nin əməkdaşıdır. 10 aprel 2020-ci il tarixdə Ünvan 2nda yaşayan Məhkum və onun qardaşı X6un üzərində narkotik vasitə saxlamaları və qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olduğundan onların ətraflarında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı 10 aprel 2020-ci il tarixdə, axşam saat 18 radələrində əməliyyat tədbiri keçirilmiş və Şirvan şəhəri, Bayralı qəsəbəsində, yaşadıqları evin yaxınlığında Məhkum və X6 s axlanılıb üzərlərində narkotik vasitələr saxlamaqda şübhəli bilinib şəhər polis şöbəsinə gətirilmişlər. Məhkum narkotik vasitələr əldə edib üzərində saxlaması, həm də narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun kimlərəsə narkotik vasitələr satması barədə məlumatlar əldə edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid X2 da şahid Yalçın Alısoyun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanının (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda və ya şəxsi istehlak miqdarı həddindən dəfələrlə çox olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli sübutlar deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyyələrə də uyğundur. Beləliklə, birinci instansiyada və apellyasiya baxışı zamanı Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edilib qiymətləndirməklə müəyyən olunmuşdur ki, M əhkum narkotik vasitələri satış məqsədi ilə əldə etməmişdir, bu barədə ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur. Birinci instansiya məhkəməsi onun əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-cü maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr qanuni və əsaslıdır. Kassasiya protestində göstərilən məhkumdan aşkar edilmiş narkotik vasitələrin çəkisinin (miqdarı) külli miqdar həddindən çox olması, şəxsi istehlak miqdarı həddindən dəfələrlə çox olması kimi hallar Məhkum narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamasına və daşımasına şübhələr yarada bilər, lakin həmin şübhəli hallar narkotik vasitələrin satış məqsədi ilə əld ə edilməsini təsdiq etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri t əkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilən qanunların mənasına görə digər sübutlarla yanaşı təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələr qanuni və əsaslı olduğundan kassasiya protestinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəy yən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Dövlət ittihamçısı Elnar Hüseynov tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilm əsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərarı dövlət ittihamçısı Elnar Hüseynovun kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-291/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-291/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver