Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-291/2023 14.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum oğunun və onun müdafiəçiləri Əliyev Emil Namiq oğlunun və Həmidova Nargilə Akif qızının i ştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarı ilə isə əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 may 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rəfail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə) Məhkum, 22 fevral 1963-cü ildə Zaqatala rayonunun Aşağı Çardaqlar kəndində anadan olmuş, evli, Rusiya Federasiyasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli hökmü ilə CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Rayon Məhkəməsinin 26 aprel 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 7 (yeddi) ay 3 (üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmiş, Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində müvəqqəti qeydiyyatda olmaqla Zaqatala rayonunun Qazangül qəsəbəsində yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədilə 20 avqust 2021-ci il tarixdə Zaqatala rayonu, Danaçı kəndi ərazisində yerləşən meşəlik sahədə yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini yığdıqdan sonra etibarnamə əsasında idarə etdiyi “VAZ 21074 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub yaşadığı Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daşıyaraq qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2 kq 985 qram tərkibində nark otik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana və 09 ədəd uzunluqları 83 sm-dən 173 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1 kq 280 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini əldə etmiş və həmin avtomobilin yük yerində saxlamış, 21 avqust 2021-ci il tarixdə saat 11 radələrində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayon məhkəməsinin 5(033)58/2021 nömrəli 20 avqust 2021-ci il tarixli qərarı əsasında onun yaşadığı evə baxış keçirilərkən evin həyətində saxladığı “VAZ 21074 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 2 kq 985 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana və 09 ədəd uzunluqları 83 sm-dən 173 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1 kq 280 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi E.N.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə) 27 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 may 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş, ona həmin maddə ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən, sübutetməyə dair cinayətprosessual qanunvericiliyinin bir sıra normalarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun və İnsan Hüquqları üçzrə Avropa Məhkəməsinin Qərarlarına, habelə iş üzrə toplanmış və araşdırılmış sübutlara istinad edən dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunun tələblərini pozaraq iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş və nəticədə Məhkum barəsində qanunsuz və ədalətsiz yekun məhkəmə aktı qəbul etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi uçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-cı il tarixli Qanununa görə qurudulmamış marixuananın şəxsi istehlak miqdarı 25 qram müəyyən edilmişdir. Məhkum avtomobilindən aşkar edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuananın təmiz çəkisi 2 kq 985 qram olmaqla şəxsi istehlak miqdarından 119 dəfə, külli miqdar hesab olan 2500 qramdan isə 485 qram artıq olmuşdur Narkotik vasitəni şəxsi istehlakı üçün yığıb saxladığını bildirən təqsirləndirilən şəxsin şəxsi istehlakı üçün nəzərdə tutulmuş miqdardan 119 dəfə artıq miqdarda narkotik vasitəni əldə edərək öz istifadəsi üçün saxlaması məntiqli və reallıq kriteriyaları ilə uyğunsuzluq təşkil edən bir haldır. Qurudulmamış marixuananın şəxsi istehlak miqdarının 25 qram müəyyən edildiyi halda təqsirləndirilən şəxsdən 2 kq 985 qram qurudulmamış marixuananın aşkar edilməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün deyil, gələcəkdə qazanc əldə etmək məqsədilə digər narkotik istifadəçilərinə də satm aq niyyətinin olmasına və narkotik vasitəni məhz bu məqsədlə yığıb saxlamasına işarə edir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı, eləcə də ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrə gəldikdə isə kassasiya protestinin müəllifi hesab edir ki, əvvəllər Zaqatala rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli hökmü ilə CM-nin 234.1 və 237.1-cı maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Cinayət Məcəlləsində nəzərdə tutulmuş müvafiq maddələrin sanksiyalarına bələd olan təqsirləndirilən şəxs əlbətdə kı, özünü 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzalarındırılan əməli törətməkdə deyil, törədilməsinə görə sanksiyasında 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş mad də ilə təqsirli bilməsi başadüşülən və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadələrdir. Məhkum öz ifadələrində narkotik vasitələri öz istehlakı məqsədilə yığıb saxlamasını qeyd etsə də, birinci instansiya məhkəməsi tərəfindən Zaqatala Rayon Polis Şöbəsindən tələb edilərək tədqiq olunmuş əməliyyat-qeydiyyat işinə baxış zamanı Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatına dair qeydlərin aparılması müəyyən edilmişdir. Daha sonra dövlət ittihamçısı qeyd etmişdir ki, Məhkum yabanı halda olan narkotik tərkibli bitkiləri 20 avqust 2021-ci il tarixdə avtomobilinin yük yerinə yığıb yaşadığı evə gətirdikdən cəmi 1 gün sonra hüquq mühafizə orqanları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ifşa edildiyindən, onun hər hansı narkotik vasitə istifad əçisi ilə narkotik vasitələrin satışı ilə bağlı razılıq əldə etməsi və narkotik vasitə satışını həyata keçirməsi mümkün olmamışdır. Bu hal onu göstərir ki, hüquq mühafizə orqanları tərəfindən əməliyyat axtarış tədbirləri vaxtında keçirilməsəydi Məhkum da həmin narkotik vasitələrin satışı ilə bağlı sövdələşmələr etməsi üçün kfayət qədər imkanı olacaqdı. Bundan başqa Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkməsi hələ özü-özlüyündə ondan aşkar edilmiş narkotik vasitəni yalnız özünün istehlak etməsi məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, formalaşmış təcrübə onu göstərir ki, hazırda məhkəmələrdə baxılan əksər cinayət işlərində təqsirləndirilən şəxslərin böyük əksəriyyəti narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslər olmaqla həmin işlər üzrə satış məqsədi ilə əld ə etdikləri narkotik vasitə və psixotrop maddələri həm özləri istehlak edir, həm də onların satışından qazanc əldə edirlər ki, Məhkum barəsində olan hazırki cinayət işi də bu qəbildən olan işlərə aiddir. Kassasiya protestinin müəllifinin qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi yekun nəticəyə işdə mövcud olan sübutlara əsasən deyil, subyektiv mülahizələrə söykənən natamam mühakimələr əsasında gəlmişdir. Məhkəmə mövcud sübutları obyektiv və işin faktiki hallarına uyğun olaraq təhlil etməyərək biri digərini təkzib edən ziddiyyətli mövqedən yanaşmış, bu mövqe isə işin faktiki hallarına uyğun olmamış, Məhkum əməli isə əsassız olaraq CM-nin 234.4.3-ci maddəsindən həmin CM-nin 234.1-ci maddəsinə tövsif edilmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı B.Q.Cabbarlının həmin müraciətinin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və məhkumun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edlmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 41 6.1.15 maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış və kassasiya qaydasında mübahisələndirilən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiy ası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyas iya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarın ı dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəmə sinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, itt iham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 1 0.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarınd a göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 may 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə məhkəmə istintaqı aparmadan baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri n əticədən fərqli olaraq həmin qərarında Məhkum ona elan olunmuş ittiham üzrə cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsini, yaxud da narkotik vasitəni satmasını müəyyən etməyərək onun həmin əməlini CM-nin 234.1-ci maddəsinə tövsif etmişdir. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Belə ki, kassasiya protestində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum satış məqsədi olmadan yaş vəziyyətdə ümumi təmiz çəkisi 1 kq 280 qram olan narkotik tərkibli çətənəni (kannabis) və ümumi təmiz çəkisi 2 kq 985 qram, nəm vəziyyətdə olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmamış marixuanı qanunsuz olaraq əldə etməsinə, daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin əksinə olaraq, dövlət ittihamçısı belə qənaətə gəlir ki, Məhkum üzərində şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından 119 dəfə, külli miqdar hesab olunan 2500 qramdan isə 485 qram artıq olmuş narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış marixuananı gəzdirməsi və saxlaması həmin narkotik vasitəni məhz satış məqsədilə əldə edib saxlamasını və daşımasını təsdiq edən haldır. Məhkəmə kollegiyası isə hesab edir ki, Məhkum məhz satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2 kq 985 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana və yaş vəziyyətdə ümumi təmiz çəkisi 1 kq 280 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini əldə edib avtomobilin yük yerində saxlaması, onun özünün ifadəsi, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-bioloji ekspertizalarının rəyləri ilə, şəxsi axtarış, avtomobilə baxış və götürmə barədə protokollarla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum hələ şübhəli şəxs qismində verdiyi izahatında, həmçinin sonralar ardıcıl olaraq verdiyi eyni məzmunlu ifadələrində narkotik vasitələrdən vaxtaşırı istifadə etdiyini bildirmiş və şəxsi istifadəsi üçün narkotik vasitə əldə etdiyini etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum avtomobilindən aşkar edilərək götürülmüş narkotik tərkibli vasitəni satmaq niyyətində olmasına dəlalət edən hər hansı sübutun mövcudsuzluğunda o nun qismən etiraf edici ifadələri, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər hesab edilməli və bu baxımdan apellyasiya instansiyası məhkəməsinin bu sübutlara əsaslanaraq məhkumun əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Məhkum avtomobilində aşkar edilmiş narkotik vasitənin məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması barədə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin ehtimal xarakterli nəticələri apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən ci nayət işinin materiallarına əsaslanmaqla və cinayət prosesinin iştirakçıları dinlənilməklə yoxlanılmış və iş üzrə gəldiyi nəticəni qəbul etdiyi qərarından kifayət qədər, inandırıcı şəkildə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında onun gəldiyi nəticənin arxasında duran bütün bu sübutlar ətraflı təsvir olunmuş və məhkəmə bununla kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəkildə qiymətləndirərək Məhkum onun təqsirli bilindiyi, yəni CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinin tam sübuta yetirilməsini hesab etmiş, onun narkotik vasitəni satış məqsədilə əldə edərək saxlamasına dair isə heç bir sübut əldə olunmamış, kassasiya protestində də belə sübutlara istinad olunmamışdır. Belə vəziyyətdə məhkəmə kollegiyası kassasiya protestinin d əlilləri ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə qanuni və əsaslı qərar qəbul edilərkən aşağıda təsvir olunanlara əməl olunmuşdur. İş materiallarından görünür ki, Məhkum həm avtomobilinin yük yerinə videoçəkilişlə baxış aparılarkən, həm şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, həm barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə və təqdimata Zaqatala Rayon Məhkəməsində baxılarkən, həm də cinayət işinə mahiyyəti üzrə baxılarkən məhkəmə istintaqında səmimi ifadələr verərək, göstərmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış, əldə etdiyi narkotik vasitəni isə öz şəxsi istifadəsi üçün saxlamışdır. Bundan əlavə, cinayət işinin 1-ci cildinin 2-ci vərəqində olan raportdan görünür ki, Məhkum yaşadığı e vdə narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün məhz Zaqatala Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı əldə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 4-cü vərəqində olan Zaqatala Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 5(033)-58/2021 saylı qərarının 2-ci abzasının 1-ci cümləsindən görünür ki, məhkəməyə verilən vəsatət və təqdimatda Məhkum qanunsuz olaraq öz yaşadığı evində külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə Zaqatala RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinə əlavə edilmiş Məhkum avtomobilinin yük yerinə baxış aparılarkən qeydə alınmış videoçəkilişin yazıldığı DVD diskdən görünür ki, təhqiqatçı X6 deyir ki, Məhkum yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəlidir. Cinayət işinə əlavə edilmiş Məhkum Zaqatala rayo nunun Qazangül qəsəbəsində yerləşən evinə və həyətyanı sahəsinə keçirilən baxışın video çəkilişinin yazıldığı DVD diskə baxış zamanı müəyyən olundu ki, təhqiqatçı X6 Məhkum onun narkotik vasitə saxlamaqda şübhəli olduğunu qeyd edir. Cinayət işinin 1-ci cildinin 15-ci vərəqində olan “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Məhkum CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir. Cinayət işinin 1-ci cildinin 31-ci vərəqində olan izahatda Məhkum təhqiqatçı X6un sualına cavab olaraq bildirmişdir ki, o, vaxtaşırı marixuanadan istifadə etdiyi üçün həmin çətənə bitkilərini aşkar etdikdə öz istifadəsi üçün yığmışdır. Şübhəli şəxs qismində dindirilərkən isə Məhkum həmçinin göstərmişdir ki, o, çətənə bitkilərini öz istifadəm üçün yığmış və bu narkotik vasitəni əvəzli və ya əvəzsiz heç kimə verməmiş, belə niyyəti də olmamışdır. Eyni ifadələri o, həmçinin təqsirləndirilən şəxs qismində dindirilərkən də vermişdir. Cinayət işinə əlavə olunmuş əməliyyat tapşırığının 3-cü abzasından göstərilmişdir ki, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması əməliyyat yolu ilə müəyyən edilməli və onun narkotik vasitələri satmış olduğu şəxslərin dairəsi müəyyən edilərək, ifadələrinin alınması üçün istintaq bölməsinə gətirilməsi təmin edilməlidir. Həmin tapşırığa Zaqatala RPŞ-dən verilmiş cavabda isə qed olunmuşdur ki, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, onun narkotik vasitələri satdığı şəxslərin dairəsi müəyyən edilməmişdir. İş üzrə şahid qismində dindirilm iş Zaqatala RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, Məhkum qanunsuz olaraq yaşadığı evdə narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və məhz bu əməliata əsasən o, 21 avqust 2021-ci il tarixdə şübəhli şəxs qismində tutulduqdan sonra onun avtomaşınında külli miqdarda narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Eyni ifadələri həmçinin Zaqatala RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 da vermişdir. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmələri üçün bərabər şərait və imkanlar yaradılmış və məhkəmə cinayət işinə baxarkən yalnız it tiham tərəfinin təqdim etdiyi sübutları araşdırmış, lakin bu araşdırmaların nəticəsi olaraq Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsif ilə bağlı məhkəmələr fərqli qənaətə gəlmişlər ona görə ki, məhkum olunmuş şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayətin subyektiv cəhətinə aid olan həmin narkotik vasitəni əldə edib saxlayaraq satmaq niyyətində olmasını təsdiq edən hər hansı sübut ittiham tərəfi olaraq həm ibtidai araşdırma orqanı, həm də dövlət ittihamçıları tərəfindən məhkəmələrə təqdim olunmamış, məhkəmələr də belə sübutları araşdırmamışdır. Hərçənd, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil e dən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Hazırki iş üzrə Məhkum ibtidai araşdırma orq anı tərəfindən ittiham olunduğu CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətinə münasibətdə nəzərdə tutulmuş hal, istintaq orqanının gəldiyi nəticəyə görə, ondan ibarətdir ki, Məhkum satış məqsədilə 20 avqust 2021-ci il tarixdə Zaqatala rayonu, Danaçı kəndi ərazisində yerləşən meşəlik sahədə yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini yığdıqdan sonra etibarnamə əsasında idarə etdiyi “VAZ 21074 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub yaşadığı Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daşıyaraq qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2 kq 985 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkot ik vasitə qurudulmamış marixuana və 09 ədəd uzunluqları 83 sm-dən 173 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1 kq 280 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini əldə etmiş və həmin avtomobilin yük yerində saxlamış, 21 avqust 2021-ci il tarixdə saat 11 radələrində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayon məhkəməsinin 5(033)-58/2021 nömrəli 20 avqust 2021-ci il tarixli qərarı əsasında onun yaşadığı evə baxış keçirilərkən evin həyətində saxladığı “VAZ 21074 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 2 kq 985 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kust ar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana və 09 ədəd uzunluqları 83 sm-dən 173 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1 kq 280 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum külli miqdarda narkotik vasitəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə məhkum olunmuş şəxsin ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Buna baxmayaraq, yalnız hazırki cinayət işi üzrə törədilmiş əməlin predmeti olan narkotik vasitənin külli miqdarda olması əsası ilə Məhkum qarşı CM-nin 234.4.3-cü maddə ilə ittiham irəli sü rülmüş və iş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən də, iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün sübut kimi sonuncunun qismən etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, şəxsi axtarış aparılması, avtomaşına baxş keçirilməsi və götürmə haqqında protokollar, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar, bir sıra istintaq hərəkətlərinin aparılması barədə protokollar təqdim olunmuş, işə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və bu na görə də məhkəmələr yalnız təqdim olunmuş sübutların araşdırılması ilə kifayətlənmişlər. Buna görə məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etməklə bütün şübhələri onun xeyrinə həll etmişdir. Belə ki, təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin I-III hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin tə qsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edi lir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hə r bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, həmin maddənin dispozisiyasında CMnin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir;dir; şəxs bel ə əməlləri qanunsuz etməlidir; narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən ed ilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxs i maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitələrin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi (narkotik vasitənin qanunsuz olaraq əldə etməsi, saxlaması və avtomobilində daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham isə yalnız narkotik vasitənin külli miqdarda olmasına və əməliyyat-axtarış tədbirini həyata keçirmiş polis əməkdaşlarının ifadələrinə əsaslanır ki, bu ifadələrin məzmunundan da Məhkum avtomobilində aşkar edilmiş narkotik vasitəni məhz satış məqəsədi ilə əldə edərək saxlaması və daşıması görünmür, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar isə əldə edilməmişdir. Məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda apellyasiya instansiyası məhkəməsi Məhkum istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının təsdiq edilməsi ilə (narkotik vasitəsini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının və birinci instansiyası məhkəməsinin gəldikləri nəticə ilə razılaşmamış, məhkum olunmuş şəxs tərəfindən yalnız narkotik vasit əni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə də əsaslı olaraq sonuncunun həmin əməlini CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini mümkün bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi ehtimal xarakterli qərarın, yəni birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması haqqında yekun məhkəmə aktının qəbul edilməsindən imtina edərkən qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etmişdir. Belə ki, CPM-nin 349.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmənin hökmü (apel lyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarı-m.k) əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə isə, məhkəmənin ittiham hökmü (həmin hökmün apellyasiya qaydasında yoxlanılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarı-m.k) ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələ rində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi həm də bu normaların tələblərindən çıxış edib işin faktiki hallarına (araşdırımış sübutlara) əsaslanaraq Məhkum narkotik vasitələri məhz satış məqsədilə əldə edərək saxlamasını və daşımasını m üəyyən etməmiş, buna görə ehtimal xarakterli qərar qəbul etməkdən imtina edib bütün şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edərək onun cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya protesti ilə ehtiva olunan CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, kassasiya protestinin təmin edilməməsi barədə isə Məhkum və onun müdafiəçiləri E.N.Əliyevin və N.A.Həmidovanın çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsasl ara görə kassasiya protesti təmin edilməməklə Məhkum törətdiyi cinayət əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-291/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-291/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver