Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-291/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 1999-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Məçid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmünə əsasən (hakim Elza Cəbrayılzadə) Məhkum - Azərbaycan Respublikası CM-in 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədilməsində təqsirli bilinərək, CM-in 127.2.3-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etm ə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum 14 oktyabr 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 18 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və E.Ş.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum 14 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 42 nömrəli ünvanda yerləşən Şahid3 işlətdiyi qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına gedib, əvvəllər X10ə satdığı qızıl boyunbağını geri alarkən sonuncunun ona qaytardığı boyunbağının ona məxsus olan deyil, başqa boyunbağı olduğunu bildi rib, bu zəmində X10lə söz mübahisəsi edərkən qonşu mağazada geyim əşyalarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq mübahisənin böyüməsinin və dava-dalaşa çevrilməsinin qarşısını almaq məqsədilə müdaxilə edərək mübahisələrinə son qoymalarını xahiş etdikdə, o, Zərərçəkmiş şəxs kobud formada “ə sən kimsən, get işinlə məşğul ol” sözlərini deyərək sonuncu ilə mübahisə etməyə başlamış, kobud cavabdan sonra Zərərçəkmiş şəxs susaraq öz mağazasına qayıtmasına baxmayaraq o, Zərərçəkmiş şəxs arxasınca gedib, sonuncunun mağazasına keçmiş, orada mağazanı yandıracağı və xəsarət yetirəcəyi ilə Zərərçəkmiş şəxs hədələmiş, yenə də Zərərçəkmiş şəxs onu sakitləşdirərək mağazadan çıxarıb yola salmağa çalışsa da, o, daha da azğınlaşaraq həmin vaxt ətrafda olan şəxslərdən Şahid3 Sadıq oğl u, Şahid1 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərin onları müşahidə etmələrinə baxmayaraq öz şəxsiyyətinin həmin və ətrafa toplaşan qeyrimüəyyən sayda şəxslərin və cəmiyyətin fövqündə qoyaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib, onlara qarşı laqeydlik və etinasızlıq nümayiş etdirərək, ümumi qəbul edilmiş birgəyaşayış və davranış qaydalarını, ətrafa toplaşan şəxslərin dincliyini pozub və nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs üzərinə hücum çəkmiş, onunla əlbəyaxa olmağa başlamış, təpiklə Zərərçəkmiş şəxs mağazasının qarşısına qoyulmuş piştaxtanı vurub aşırtmaqla, üzərindəki geyim əşyalarını və paltarları küçəyə dağıtmış, ətrafda olan şəxslərin müdaxiləsindən sonra Zərərçəkmiş şəxs şəxsiyyəti üzərin də zorakı hərəkətlərini müvəqqəti dayandırsa da, hirsi soyumadığı üçün ictimai qaydanın pozulması və cəmiyyətə qarşı hörmətsizliklə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirərək yaşadığı mənzilə gedib, naməlum mənbədən qanunsuz olaraq əldə etdiyi və evində saxladığı bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ov təyinatlı soyuq silah hesab edilən bıçağı götürüb, yenidən Zərərçəkmiş şəxs işlətdiyi mağazanın qarşısına getmiş, Zərərçəkmiş şəxs yenidən yanına çağırdıqda Zərərçəkmiş şəxs qohumu Şahid5, Şahid2, Şahid1 və şəxsiyyəti istintaqa məlum olmayan yoldan keçən şəxslər tərəfindən mübahisəni sonlandırmaq barədə ona olan təkidlərə məhəl qoymadan, Zərərçəkmiş şəxs yanına çağırmağa davam etmiş, sonuncu onun yanına gələrək bir daha mübahisələri nin səbəbsiz və yersiz olmasını diqqətinə çatdırıb, barışmağı təklif etmiş, lakin onun sakitləşmədiyini görən Zərərçəkmiş şəxs ondan ayrılmaq məqsədi ilə üzünü çevirib gedərkən, yenə də ətrafa toplaşan adları sadalanan, habelə şəxsiyyətləri istintaqa məlum olmayan sair şəxslərin gözləri qarşısında yaşadığı evdən götürdüyü və cibində qanunsuz gəzdirdiyi qeyd olunan soyuq silah hesab edilən bıçağı çıxardaraq, Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sol ayağından həmin bıçaqla zərbələr endirərək ona sol bud sümük üstlüyünün zədələnməsilə budun arxa yuxarı 1/3-nin deşilmiş kəsilmiş yarası (dərinliyi 15 sm olan), sol budun bayır orta 1/3-nin (dərinliyi 5-6 sm) yara, deşici-kəsici əşyanın (alətin) bıçağın təsirindən əmələ gəlməyə xarakterik və sağlamlığına az ağır zərər vurmaya aid iki xəsarət yetir məklə ictimai qaydanı kobud surətdən pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərlə və üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqdan istifadə etməklə xüsusilə qərəzli xuliqanlıq etmiş və qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığına az ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-ci il tarixli qərarının Məhkum Azərbaycan Respublikası CM-in 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cin ayət əməllərini törədilməsində təqsirli bilinməsi hissəsində ləğv edilməsi və həmin maddələrlə ona bəraət verilməsi, digər hissədə isə zərərçəkən şəxslə barışması ilə əlaqədar olaraq barəsində olan cinayət işinin xitam edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq kobud qanun pozuntuları ilə aparılmış, məhkəmələr tərəfindən də həmin qanunsuzluqlar aradan qaldırılmayaraq Məhkum əsassız olaraq məhkum edilmişdir. Belə ki, Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi ilkin vaxtlarda təqsirləndirilən şəxs Məhkum qızıl satışı mağazasında işləyən Şahid3 mağazasına getmə anını və orada Şahid3la Məhkum və anası Şahid4 arasında olan mübahisənin və sonradan oraya gələrək mübahisəyə müdaxilə edərək dava-dalaş yaradan Zərərçəkmiş şəxsla müna qişə və onun dava-dalaş etməsi anını əks etdirən, mağazada quraşdırılmış kamera görüntülərini əldə etməmiş və yaxud əldə etmişdirsə belə, cinayət işi materiallarına əlavə etməyərək, bütün sübutlar saxtalaşdırılaraq Məhkum əleyhinə sübutlar toplanmışdir. İstintaq orqanı zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs ilə həmin mübahisə vaxtı Məhkum və həmin vaxt qızılını satıcı Şahid3 geri almağa gedən Şahid4 münaqişə zamanı Zərərçəkmiş şəxs tərəfindən xəsarətlər yetirməsinə baxmayaraq, bir tərəfli mövqe tutaraq, baş vermiş münaqişənin Zərərçəkmiş şəxs tərəfindən başlamasını, davam etdirməsinə və ilk olaraq Məhkum və Şahid4 qarşı kobud ifadələr işlətməsinə və ictimai yerdə xuliqanlıq törədərək iki nəfər şəxsə qarşı qəsdən vurub xəsarətlər yetirməsi hissəsinə düzgün qiymət verməmiş və əsassı z olaraq Zərərçəkmiş şəxs cinayət məsuliyyətdən azad etmişdir. İstintaq orqanı Məhkum vaxtında MTE-dan keçirməmişdir. Eyni zamanda, cinayətin aləti kimi götürülmüş bıçaq məişətdə istifadə olunan və mağazalarda sərbəst surətdə satılan bıçağı əsassız ekspert rəyi ilə soyuq silah kimi qiymətləndirmişdir. Ona görə də, Məhkum CM-in 228.4-cü maddəsi ilə də ittiham elan olunması əsassız və qeyri-obyektivdir. Müdafiəçi hesab edir ki, Məhkum ilə zərərçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş vermiş və ictimai qayda kobud surətdə pozulmamış və əmlaka ziyan vurulmamış və heç bir xuliqanlıq hərəkətləri baş verməmişdir. Belə olan halda Məhkum əməli CM-in 221.3-cü maddəsi kimi qiymətləndirilə bilməzdi. Müdafiəçinin fikrincə, təqsirləndirilən şəxs Məh kum əməli CM-in 127.1-ci maddəsi ilə tövsif edilməli idi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsi ndə məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prose ssual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-in 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədilməsində təqsirli bilinməsi hissəsində əsassız cinayət məsuliyyətinə cəlb edilməsi bildirilməklə, həmin maddələrlə ona bə raət verilməsi, digər hissədə isə zərərçəkən şəxslə barışması ilə əlaqədar olaraq barəsində olan cinayət işinin xitam edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun şərhlərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarına müraciət etməyi zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində “Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 127.2-ci maddəsinə görə “Eyni əməllər: 127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdəbir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ed ilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər”ə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə görə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqdaiki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsinə görə “Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, — üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı ko bud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenum unun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi q iymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə tə sbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası bildirir ki, Məhkum ictimai qaydanı kobud surətdə pozub, ətrafda olan yaşayan şəxslərə aşkar hörmətsizlik və laqeydlik göstərməklə silah qismində istifadə etdiyi soyuq silah hesab edilən bıçaqdan istifadə etməklə xüsusilə qərəzli xuliqanlıq etməsi və qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığına az ağır zərər vurması Məhkum verdiyi etirafedici ifadələri ilə yanaşı, Zərərçəkmiş şəxs ifadələ ri, şahidlər Şahid3 Sadıq oğlu, Şahid2, Şahid1, Şahid4 və Şahid5 ifadələri, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolu, xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 627 saylı rəyi, xx.xx.2022-ci il tarixli baxış və götürmə protokolu, xx.xx.2022-ci il tarixli 1 ədəd DVD diskə baxış protokolu, habelə cinayət işinin materiallarında olan digər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət qanunvericiliyinin müddəalarını nəzərə alıb məhkəmə iclasında araşdırılmış sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən onların mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirərək Məhkum ona ittiham olunmuş cinayəti törətməsi və onun əməlinin Azərbaycan Respublikası CM-in 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə tövsif edilməsi haqqında qanuni nəticəyə gəlmişdir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı dır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunveric iliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olu nur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxa rıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilməməli, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-291/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-291/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver