Məhkəmə qərarları › İş №1(102)-291/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-291/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-291/2025 06.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Nakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(103)-127/2024 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxx 1977-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Digah qəsəbəsi, ev 3-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Peni tensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. İbtidai istintaq orqanı tərfindən tərtib edilmiş ittiham aktına əsasən Məhkum 25 yanvar 2022-ci il tarixdə saat 02:30 radələrində ünvan 2 ünvanında yerləşən “Mandarin” çay evinin qarşısında saxlanılmış Şahid2 məxsus “Mercedes-Benz” markalı, “G63 AMG” modelli, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön alətlər panelində yerləşən saxlanc yerindən əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs saxlaması üçün ona verdiyi həmin dövrə görə milli manat məzənnəsi ilə 51.000 manat dəyərində olan 30.000 ABŞ dollarını sonuncuların başlarının qarışıq olmasından istifadə edərək tamah niyyəti ilə gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs 51.000 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X5 və X6 ibarət məhkəmə tərkibində) 29 noyabr 2023-cü il tarixli, 1(101)-1486/2023 nömrəli hökmü ilə Məhkum CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 fevral 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddianın geri götürülməsi barədə ərizəsinin nəzərə alınaraq, onun tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı verilmiş 32.100 (otuz iki min yüz) manat mülki iddiasının baxılmamış saxlanılaraq, o nun Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə əsasən sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilməsi hüququnun izah edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.

4. Hökmdən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək, məhkumluğunun olmadığını, əməlindən qismən peşiman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu, xəstə anasına baxdığını göstərib, hökmün dəyişdirilərək, onun cəzasını daha az cəza ilə əvəz edilməsini xahiş etmişdir.

5. Həmçinin hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmü ləğv edilərək, Məhkum barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini, bu mümkün olmadıqda, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddəs i tətbiq edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət məhkəmə tərkibində) 22 fevral 2024-cü il tarixli, 1(103)127/2024 nömrəli hökmü ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 1(101)-1457/2023 nömrəli hökmünün ləğv edilərək, yeni hökm qəbul edilməsi, Məhkum CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 06 fevral 2023-cü il tarixdən hesablanması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı verilmiş mülki iddianın baxılmamış saxlanılaraq, onun CPM-in 180.3-cü maddəsinə əsasən sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilməsi hüququnun izah edilməsi, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(103)-127/2024 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

8. Müdafiəçi kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunver icilik normalarına və apellyasiya instansiya məhkəməmsinin yekun mövqeyinə istinadlar edərək qeyd etmişdir ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi qanunun bu normasını pozmuşdur və məhkumun əməlini daha yüngün cinayətə deyil ağırlığına görə eyni sanksiya nəzərdə tutulan cinayət əməlinə tövsif etmişdir. Belə ki, CM-in 179.3.2-ci maddəsi məhkuma ittiham verilən 177.3.2-ci maddəsi ilə ağırlıq dərəcəsinə görə eynidir. Bundan başqa apellyasiya instansiya məhkəməsi faktiki olaraq yeni ittiham müəyyən etmişdir. Məhkum əməllərində heç bir cinayət tərkibi yoxdur, ona bəraət verilməlidir. Cinayət işi materialları ilə müəyyən edildiyi kimi zərərçəkmiş şəxslə məhkum edilmiş şəxs arasında əmlakın saxlanılması xahişi olsa da, həmin əmlakın nə zaman qaytarmalı olmasına dair razılıq olmamışdır.

9. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinə (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416-cı maddəsində nəzərdə tutulan halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(103)-127/2024 nömrəli hökmünün ləğv edilməsini və məhkum barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini, bu mümkün olmadığı təqdirdəməhkum barəsində CM-in 62 və ya 70-ci maddələrinin tətbiq edilməsinə dair qərar qəbul e dilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

11. Qərardan kassasiya protesti və ya zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Müdafiəçi2 kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-c u maddəsi müəyyən edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yal nız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Məhkum müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin hüquqi tövsifini və cəza təyini məsələsini mübahisələndirərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

19. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(103)-127/2024 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yarad ır.

21. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

23. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında u yğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

24. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

25. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

26. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onla r sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

27. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, məhkumla zərərçəkmiş şəxs arasında əmlakın hansı müddətə qaytarılmasına dair razılıq olmamış, aralarında hər hansı müqavilə münasibətləri olmamış, məhkumun onun əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti olmamış, cinayət işi materiallarında olan sübutlarla məhkumun məhz inciklik nəticəsində hadisə yerindən – kafedən getməsini təsdiq edən sübutlar olmuş, cinayət işi materiallarında məhkumun əməlinin CM-in 179.3.2-ci maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, onun əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən s übutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 179.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

28. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

29. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci madd əsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

30. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cin ayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

31. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

32. Apellyasiya instansiya məhkəməsi tərə findən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını qismən məhkəmə istintaqı keçirməklə əldə edilmiş sübutlar və cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

33. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, birinci instansiya və qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya məhkəməsi zamanı verdiyi if adələri, zərərçəkmiş şəxsin ifadələri, həmçinin şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

34. Qeyd edilənlərlə yanaşı kollegiya müdafiəçi tərəfindən kassasiya şikayətinin dəlilləri qismində göstərilən “apellyasiya instansiyası məhkəməsi məhkumun əməlini daha yüngün cinayətə deyil, ağırlığına görə eyni sanksiya nəzərdə tutulan cinayət əməlinə tövsif etmiş, bununla da CPM-in 318.1-ci maddəsinin tələblərini pozmuşdur” dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

35. Cinayət-Prosessual Məcəlləsinin 318.1 və 318.2-ci maddələrinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məh kəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.

36. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyi məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün xüsusi prosedur qaydası nəzərdə tutaraq, məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun qanuni nümayəndəsinin) vəsatəti olduğu təqdirdə, daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması məqsədilə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını təsbit etmişdir (Konstitusiya Məhkəməs i Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 7 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 17 aprel tarixli Qərarı).

37. Cinayət-Prosessual Məcəlləsinin 391.8-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat mater iallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır.

38. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etmişdir ki, qanunverici tərəfindən apellyasiya icraatı zamanı təqsirləndirilən şəxsə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsi məqsədi ilə işin birinci instansiya məhkəməsinə qaytarılması barədə protestlə çıxış etmək səlahiyyətinin yalnız Azərbaycan Respublikasının Baş Prokuroru və ya Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroruna verilməsi müvafiq dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla əlaqədar mövqeyin yalnız yuxarı prokuror tərəfindən dəyişdirilə bilməsi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərba ycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 31 oktyabr tarixli Qərarı).

39. Göründüyü kimi, Cinayət-Prosessual Məcəlləsinin və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da əks olunmuş hüquqi mövqeyə görə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün xüsusi prosedur qaydası nəzərdə tutulmuşdur, hazırkı cinayət işinin hallarına münasibətdə isə Məhkum təqsirli bilinərək ittiham olunduğu CM-in 177.3.2-ci maddəsi ilə olan əməlinin istər ibitdai istintaq, istərsə də birinci instansiya və apellyasiya instansiya məhkəməsi zamanı qismən məhkəmə istinta qı keçirilməklə əldə edilmiş sübutlar əsasında işin faktiki hallarına münasibətdə apellyasiya instansiya məhkəməsi tərəfindən CM-in 179.3.2-ci maddəsinə tövsif edilməsi ilə məhkumun əməlində daha ağır cinayət əməlinin əlamətləri müəyyən edilməmiş (hətta müdafiəçi tərəfindən kassasiya şikayətinin dəlilləri qismində hər iki maddənin sanksiyasının eyni növdə və həddə olmaqla bərabər təsnifatlı cinayət olması qeyd edilmişdir) və hər hansı prosessual pozuntuya yol verilməmişdir.

40. Bundan əlavə, kollegiya məhkumun barəsində CM-in 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı kasssasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Məhkum barəsində CM-in 62 və ya 70ci maddələrinin tətbiq edilməsi ilə daha yüngül cəza təyin edilməsi ilə ba ğlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilib, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə - 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

41. Apellyasiya məhkəməsi qeyd edilən cəzanı təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəy yən edilməmişdir) və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alaraq və ona kifayət qədər ədalətli cəza təyin etmişdir.

42. Məhkəm kollegiyası qeyd etmişdir ki, hazırki işin konkret hallarının qeyd edilən normaların tələbləri ilə müqayisəli təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya şikayətinin dəlilləri və işin halları Məhkum barəsində CM-in 62ci və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün kifayət etmir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası Məhkum CM-in 179.3.2-ci maddəsinin sanksiyasının aşağı həddinə yaxın azadlıqdan məhrum etmə cəzası təyin etməklə, onun islah olunacağını mümkün hesab edir. Həmin cəza onun ş əxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur.

43. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın barəsində CM-in 62 və 70-ci maddəsini tətbiq etməklə mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun barəsində CM-in 62 və 70-ci maddəsini tətbiq etməklə cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmamışdır.

44. Adı çəkilən və digər sübutlar apellyasiya məhkəməsinin yekun hökmündə təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyində n, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun hökmünü şübhə altına almaq üçün əsas görmür.

45. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı ape llyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun hökmünün ləğv edilməsinə və məhkumun cinayət işinə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi və ya ona təyin edilmiş cəzanın barəsində CM-in 62 və 70-ci maddəsini tətbiq etməklə yüngülləşdirilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası müdafiəçinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(103)-127/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(103)-127/2024 nömrəli hökmü Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar