Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2919/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X7, məhkum X5 və onun müdafiəçisi müdafiəçi2 oğlunun iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ### tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## #### 1967-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Balakən rayonunun Talalar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə isə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2023-cü il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq olunması və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs da azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi2 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X10 (sədrlik edən), X9 və X2 ibarət tərkibdə) 2025-ci il # ### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Hökmə əsasən, Məhkum qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamış, eləcə də, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qəsdən, qanunsuz olaraq, narkotik tərkibli çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, Məhkum 2022-ci ilin noyabr ayının əvvəllərində Balakən rayonunun Talalar kəndinin ərazisindəki çöllük sahədə olan kolluq ərazidə istintaqa məlum olmayan sayda aşkar etdiyi yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin üzərindən yararlı hissələrini yığıb qurutmaqla qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 54,80 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, həmçinin həmin yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin üzərindən yığaraq əldə etdiyi istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını üzərində daşıyaraq əvvəlcə Balakən rayonunun Talalar kəndində yerləşən yaşadığı evə aparıb 1 ədəd sellofan torbaya dolduraraq yaşadığı evdə gizlədib saxlamış, daha sonra gizlədib saxladığı həmin istintaqa məlum olmayan sayda olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını istintaqa məlum olmayan tarixdə 01 ədəd qaba doldurduğu torpağa qəsdən, qanunsuz olaraq əkmiş, bitmiş külli miqdarda, yəni 27 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitillərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, bundan sonra 2023-cü ilin aprel ayının ortalarında isə tanışı olan Balakən rayonunun Talalar kənd sakini Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin 27 ədəd, yəni külli miqdar hesab edilən narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitillərini Balakən rayonunun Talalar kəndinin ərazisindəki çöllük sahədə olan kolluq ərazidə torpağa qəsdən, qanunsuz olaraq əkmiş, həmin şitillərdən bitib inkişaf etmiş külli miqdar hesab edilən, yəni 27 ədəd hündürlükləri 16 santimetrdən 105 santimetrədək yaş vəziyyətdə ümumi çəkiləri 260,0 qram olan əkilibbecərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, ## #### 2023-cü il tarixdən etibarən isə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə yaşadığı evdə gizlədərək saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 54,80 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd qara rəngli sellofan torbada açıq vəziyyətdə təmiz çəkisi 53,05 qram olmaqla, həmçinin həmin qara rəngli sellofan torbanın içərisində 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 1,35 qram, 0,27 qram və 0,13 qram olmaqla, ümumi çəkiləri 1,75 qram olmaqla gizlətdiyi yerdən götürüb əynindəki şalvarın iç hissəsinə qoyaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxlamışdır. ## #### 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Məhkum Balakən Rayon Polis Şöbəsinə gətirilib təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq saat 16:30 dəqiqədən saat 17:00 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd qara rəngli sellofan torbada açıq vəziyyətdə təmiz çəkisi 53,05 qram olan, həmin qara rəngli sellofan torbanın içərisindəki 3 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,35 qram, 0,27 qram və 0,13 qram olmaqla, ümumi çəkiləri 1,75 qram olan, yəni ümumi təmiz çəkisi 54,80 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynindəki şalvarın iç hissəsindən aşkar edilərək götürülmüşdür. Həmin tədbirin davamı olaraq Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ## #### 2023-cü il tarixdə saat 17:30 dəqiqədən saat 18:25 dəqiqəyədək olan müddət ərzində Məhkum iştirakı ilə Balakən rayonunun Talalar kəndinin ərazisindəki çöllük sahədə olan kolluq əraziyə baxış keçirilən zaman Məhkum tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2023-cü ilin aprel ayının ortalarında həmin ərazidə torpağa qəsdən, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi külli miqdar hesab edilən, yəni 27 ədəd hündürlükləri 16 santimetrdən 105 santimetrədək yaş vəziyyətdə ümumi çəkiləri 260,0 qram olan əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri torpağa əkilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MƏHKUMUN, MÜDAFIƏÇININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hazırda bir neçə xəstəlikdən əziyyət çəkir və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə alır. Məhkum kassasiya şikayətində yaşlı olmasının və ağır ailə vəziyyətinin olmasının nəzərə alınmasını, təqsirsiz olduğunu və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2 kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək və ona bəraət verilməli olduğunu iddia edərək, eləcə də cəzasının yüngülləşdirilməsini xahiş edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2-ci və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkum Məhkum ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza sanksiyanın aşağı həddinə yaxın müddətə təyin edilmiş, eyni zamanda, cəzaların məcmusu qaydasında da aşağı həddə cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma həm ayrı-ayrı maddələrlə, həm qəti olaraq təyin edilmiş cəzanı ədalətli cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə, məhkum Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *(***)-**/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ### tarixli, *(***)-***/**** nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə, məhkum Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2919/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2919/2025
08.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver